Məhkəmə qərarları › İş №1(027)-132/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-132/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-132/2023 01.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zöhrab oğlunun X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2003-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş. Qusar şəhəri, H.Məhəmməd küçəsi ev 4-də qeydiyyatda olan və Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 00:05 radələrində Quba şəhəri, N.Nərimanov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs Zöhrab oğlunu yumruq və təpiklə vuraraq - sol göz orbiti ətrafının qançır-hematoması, sol gözün ağlı qişasının qansızması, sol qaşın üstünün,sol bazunun aşağı 1\3-nin iç səthinin, döş qəfəsin sağ yan səthin 9-cu qabırğa nahiyyəsinin, sol kürəkaltı nahiyyəsinin, boynun sol yan səthin aşağı şöbəsinin qançırları; döş qəfəsin ön səthin aşağı şöbəsinin sol tərəfinin sıyrıqlarndan ibarət dərəcəsinə görə sağlamİğına qısa müddətə pozğunluq törədən xəsarətlər yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, yuxarıda göstərilən ünvanda yaşayır. Quba şəhər sakini Zərərçəkmiş şəxs Zöhrab oğlunu Qurban və Bahadir adlı tanışlarının vasitəsilə tanımışdır. Dostu Bahadir ona demişdir ki. Ceyhun adlı şəxs ona 20 manat pul verməlidir və pulunu istəyəndə telefonla onu söymüşdür. 17 iyun 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində Qurban adlı tanışı onu Quba şəhərində yerləşən “Çuxur hamam” adlanan yerə dəvət etmişdir. Ora gedib görmüşdür ki, Bahadir,Qurban və Ceyhun dayanıb söhbət edirlər. Həmin vaxt o, da Ceyhunla Bahadırın söhbətlərinə qarışanda Ceyhun ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Ceyhunun sifətinə üç sillə zərbəsi vurmuşdur. Həmin vaxt Ceyhun onu söhbətlərini davam etdirmək üçün yaşadığı məhləyə çağırmışdır. Onlar dördü yenidən Ceyhunun yaşadığı Quba şəhəri N.Nərimanov küçəsinə tərəf getməyə başlamışlar. Onların məhləsinə çatıb söhbətlərini davam etdirərkən Ceyhun onun ünvanına kobud ifadələr işlətdiyi üçün yumruqla onun sifətinə vuraraq onu yerə yıxmışdır. Ceyhun yerdə olarkən əsəbi olduğu üçün onun bədən nahiyyəsinə təpiklə vurmuşdur. Həmin vaxt yanlarında olan Qurban və Bahadir onları ayırmışlar. Münaqişə zamanı onların yanında Qurban və Bahadir olmuş, münaqişələri təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı Ceyhun adlı şəxs onu vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirib onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Zöhrab oğlu ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır. Təxminən iki həftə əvvəl Bahadir adlı tanışından 20 manat borca pul almışdır. Borca aldığı pulun qaytarılması ilə əlaqadar bahadurla aralarında mübahisə yaranmışdır. 17 iyun 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində aralarında olan məsələyə aydınlıq gətirmək üçün "Çuxur hamam" adlanan yerin qarşısında Bahadır və onun tanışı Qurban ilə dayanıb söhbət edən zaman Bahadirin tanışı Aleks adlı şəxs də onlara yaxınlaşaraq onların söhbətlərinə müdaxilə etmişdir. Həmin vaxt onunla Aleksin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Aleks onun sifətin nahiyyəsinə 3 dəfə sillə ilə vurmuşdur. Həmin vaxt o, Aleksi söhbətlərini davam etdirmək üçün yaşadıqları məhləyə aparmışdır. Ora çatanda Aleks onun sol göz nahiyyəsinə 1 dəfə yumruqla vurub qaşını partlatmışdır. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerdə olarkən Aleks onun bədənin müxtəlif nahiyyələrinə təpiklə vuraraq ona xəsarət yetirmişdir. Yanlarında olan Qurban və Bahadır onları ayırmışlar. Həmin gün o, evə çatanda DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Münaqişə zamanı yanlarında Bahadir və Qurban adlı şəxslər olmuş və münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Münaqişə təxminən 18 iyun 2023-cü il tarixdə, saat 01:05 radələrində baş vermişdir. Mübahisə zamanı o, Aleksi vurmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Zöhrab oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığı bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 19 iyun 2023-cü il tarixli 296 saylı rəyindən görünür ki. X5 bədəni üzərində aşkar olunan xəsarət- sol göz orbiti ətrafının qançır-hematoması, sol gözün ağlı qişasının qansızması, sol qaşın üstünün,sol bazunun aşağı 1 \3-nin iç səthinin, döş qəfəsin sağ yan səthin 9-cu qabırğa nahiyyəsinin, sol kürəkaltı nahiyyəsinin, boynun sol yan səthin aşağı şöbəsinin qançırları; döş qəfəsin ön səthin aşağı şöbəsinin sol tərəfinin sıyrıqları küt əyşanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 iyun 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yungul zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RMX-nın RMX-nin Publik Hüquqi şəxsin 25 iyun 2023cü il tarixli məktubundan görünür ki. Təqsirləndirilən şəxs RMX-nın PŞ-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından olan Quba RİHB-nin Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, H.Məhəmməd küçəsi ev 4-də qeydiyyatda olmaqla faktiki olaraq Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Zöhrab oğlu ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Zöhrab oğlunun məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar