Məhkəmə qərarları › İş №1(027)-133/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-133/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-133/2021 13.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 06.02.2021-ci il tarixdə saat 00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evdə olarkən, evin həyətində qardaşı Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini eşidərək həyətə çıxıb məsələyə müdaxilə edərkən, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs baş nahiyyəsinə daşla zərbələr vuraraq alnında və təpə nahiyyəsində çoxlu sayda əzilmiş-cırılmış yaralardan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 06.02.2021-ci il tarixdə təxminən saat 00 radələrində evdə olan zaman qardaşı Kamran sərxoş vəziyyətdə evə gəlmişdir, Kamran evə gəldikdən təxminən 10 dəqiqə sonra, həyətdən səs gəlmişdir. Həyətdən kimsə Kamranı çağırmışdır. Kamran evdən həyətə çıxmış, bir qədər sonra həyətdən səs-küy gəlməyə başlamış və Kamranın kimləsə mübahisə etdiyini eşitmişdir. Yatdığı otaqdan durub həyətə çıxıb görmüşdür ki, həyətdə qardaşı Kamran Mahir adlı tanışı ilə yaxalaşıb bir-birilərini dartışdıraraq mübahisə edirlər. Onların yanına gələrək onları sakitləşdirməyə çalışsada, Mahir həyətdən çıxıb söhbətlıərini başqa yerdə davam etməyi təklif etmişdir. Həmin vaxt o, Mahirin sərxoş vəziyyətdə etdiyi hərəkətlərdən əsəbləşib yerdən götürdüyü daşla onun baş nahiyyəsindən bir neçə dəfə vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki o, 05.02.2021-ci il tarixdə təxminən saat 22 radələrində tanışı X6 şəhərində görüşüb kafeyə getmişlər. Vaqif küçəsində yerləşən Nazimin kafesində yemək yeyərək spirtli içki qəbul etmişlər. Kafedən çıxan zaman Kamran sərxoş olduğundan səs-küy salıb yumruqla vurub kafenin pəncərəsinin şüşəsinin sındırmışdır. kafedən küçəyə çıxmış, küçədə Kamranın yanına gəlmiş və hesabı verməsini istəmişdir. Kamran şüşəni sındıqrıqdan sonra, çıxıb evlərinə getmişdir. Kafenin sahibi Nazim ona dəymiş ziyanın ödənilməsini tələb etdiyindən o, saat 24 radələrində Kamranın yaşadığı evin həyətinə gedib onu həyətə çağırmışdır. Həmin vaxt onunla Kamranın arasında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərinin yaxasından tutaraq əlbəyaxa olmuşlar. Onların səs-küyünə Kamranın qardaşı Eldar onların yanına gələrək onları ayıraraq onu həyətlərindən çölə çıxartmağa çalışmışdır. Həmin vaxt Kamran daş parçası ilə onun baş nahiyyəsinə bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki o, 05.02.2021-ci il tarixdə təxminən saat 22 radələrində tanışı Mahirlə Quba şəhərində bazar ərazisində qarşılaşmış və söhbət zamanı Mahirə birlikdə kafeyə getməyi təklif etmişdir. Mahirlə birlikdə Vaqif küçəsində yerləşən Nazimin kafesinə getmişlər. Kafedə onlardan başqa heç kim olmamışdır. Yemək yeyən zaman Mahirlə bir şüşə araq içmişlər. Təxminən 1 saatdan artıq kafedə oturduqdan sonra, hesabı ödəyib kafedən küçəyə çıxmışlar. Mahir küçədə onunla qardaşı Eldarla aralarında uşaqlıq illərində olmuş mübahisədən danışmış, o da həmin məsələnin söhbətlərinə heç bir aidiyyəti olmadığını bildirmişdir. Mahirin sözlərindən əsəbləşib kafenin şüşəsinə yumruq vurmuş və şüşə sınmışdır. Nazimə şüşəni sındırdığını və sabah şüşəni gəlib düzəldəcəyini demiş və onların yanından aralanıb evinə getmişdir. Evə gəldikdən bir qədər sonra təxminən saat 00 radələrində yaşadığı evin həyətindən Mahirin onu çağırdığını eşitmişdir. Evdən çıxıb həyətə düşərək, Mahirdən hansı səbəbə gecə vaxtı yaşadığı evə gəldiyini soruşmuşdur. Mahir onunla yüksək tonla danışdığından aralarında mübahisə yaranmışdır. Onlar əlbəyaxa olaraq mübahisə etməyə başlamışlar. Səs-küyə evdən qardaşı Eldar çıxıb onların yanına gəlmişdir. Eldar onları aralaşdırıb Mahiri həyətlərindən küçəyə çıxararkən, Mahirin baş nahiyyəsindən bir neçə dəfə vurub onun başını yarmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 06.02.2021-ci il tarixli 91 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər- alnında və təpə nahiyyəsində çoxlu sayda əzilmiş-cırılmış yaralar, sol gözün altında qançır, üst və alt dodaqda əzilmiş yaralar, sağ əlin üzərində və ovucunda sıyrılar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06.02.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə təqsirli bilinərək ilə 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Quba RİHB-nın Qırmızı qəsəbə Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır.1988-ci il təvəllüdlü həyat yoldaşı X2, 2006-cı il təvəllüdlü oğlu Elvin Əskərov, 2009-cu il təvəllüdlü oğlu İsmayıl Əskərov və 2011-ci il təvəllüdlü oğlu Üzeyir Əskərovdan ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun.. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar