Məhkəmə qərarları › İş №1(027)-134/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-134/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-134/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkili X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon sahəsi Axundov küçəsi ev 1V, mənzil 72-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq Quba rayonu Xanagah kəndində yaşayan, 26 avqust 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 08 radələrində Quba rayonu Xanagah kəndində yaşadığı evdə keçmiş əri Zərərçəkmiş şəxs ilə ev üstündə şəxsi münasibətlər zəminində mübahisə edib qarşılıqlı dalaşarkən əlinə beli götürüb Bünyami İbrahimovun baş nahiyəsinə, əllərinə, qollarına vurmaqla ona baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyəsində kəsilmiş (çapılmış) yara, sağ çiynində, sol bazunun yuxarı 3/1-nin bayır səthində, sağ biləyin arxa səthində və sağ əlin baş barmağında hərəsində bir yerdə kəsilmiş (çapılmış) yara ilə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Bakı şəhərində pasport qeydiyyatda olsa da hal-hazırda Quba rayonunun Xanagah kəndində qızı Günəş və azyaşlı oğlu Fəridlə birlikdə yaşayır. 2003-cü ildə Quba rayonu Rustov kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Ondan iki uşagı var. Bir gözündən zəif gördüyü üçün Binyami 1-ci qrup əlildir. Evli olduqları dövrdə hər dəfə xırda işlər üstündə tez-tez mübahisələri olardı. Bu səbəbdən ondan 02 ildir boşanmışdır. Həmin dövrdə o, Binyamini məhkəməyə vermiş, ona aliment kəsilmişdir. Bundan başqa məhkəmə yaşadıqları evidə bölmüşdür. Həmin vaxtdan Binyami və qardaşları onunla ədavət aparırlar. Binyamigil onun evdən çıxmasını istəyirlər. O isə evə çəkdiyi zəhmətinin haqqı olaraq ona pul vermələrini tələb edir. Binyami evdən çıxması müqabilində ona 6000 manat pul vədinə əməl etməmişdir. 02 avqust 2021-ci il tarixdə saat 08 radələrində yaşadıqları evdə Binyami ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxtı Binyami əlinə comaq alıb bir neçə dəfə onun alın və kürək nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt özünü müdafiə etmək üçün bel (“lopadkanı”) ilə onun başına və əl-qoluna vurub ona xəsarət yetirmişdir.. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək, barəsində 8 X11 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2003-cü ildə Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan onların iki övladları var. Onlar 2019-cu ildə məhkəmə yolu ilə boşanmışlar. Buna baxmayaraq hər ikisi qardaşı Vaqifə məxsus olan evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Boşandığı gündən Səadət onunla əmlak davası edir və qardaşı evindən çıxıb getmir. Səadət tələb edir ki, evindən çıxması müqabilində ona 6000 manat pul versin. Onun isə Səadətə bu qədər pul verməyə imkanı olmadığından aralarında mübahisələr bitmir. Axırıncı dəfə 02 avqust 2021-ci il tarixdə saat 08 radələrində ev söhbəti üstündə yeni mübahisələri olmuşdur. O, dava yaranmasın deyə evdən çıxıb getmək istədikdə Səadət əlinə beli götürüb onun baş, çiyin və əl nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt onun başı qanamışdı. Bundan sonra əmisi oğlu Fazil gəlib .qardaşı Elmanda onu X6 aparmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı həm atası Zərərçəkmiş şəxs, həm də anası Təqsirləndirilən şəxs ifadələrində bildirdikləri xüsusatlarla əlaqədar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 08 radələrində yaşadıqları evdə valideynləri arasında ev üstündə mübahisə yaranmış, həmin vaxtı əvvəlcə atası Binyami anası Səadəti çomaqla alın nahiyəsinə vurmuş, daha sonra isə anası Səadət əlinə beli alıb evdən çıxarkən atası Binyaminin başına və bədəninin digər hissələrinə vurmaqla sonuncuya xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 oxşar məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 06 avqust 2021-ci il tarixli 763 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər -- baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyəsində kəsilmiş (çapılmış) yara, sağ çiynində, sol bazunun yuxarı 3/1-nin bayır səthində, sağ biləyin arxa səthində və sağ əlin baş barmağında hərəsində bir yerdə kəsilmiş (çapılmış) yara olub, həmin xəsarətlər iti kənarlı əşyanın (ola bilsin ki, belin kəsici hissəsinin) təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 02 avqust 2021-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və eləcədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyindən alınmış 16 avqust 2021-ci il tarixli 644 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində pasport qeydiyyatında olsa da hazırda Quba rayonu Rustov kənd İƏD-nin Xanagah kəndində yaşayır, o subaydır və 02 azyaşlı övladı vardır. 2ci qrup əlildir və heç bir yerdə işləmir, evdar qadındır. Yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X3 və 28.05.2009cu il təvəllüdlü X4 adında iki azyaşlı övladları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və aylıq 130 manat məbləğində sosial müavinət alır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinaylər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs izahatını və dövlət ittihamsıçının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinin materiallarını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12, 1.15, 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12, .1.15, 1.6 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs qıznın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar