Məhkəmə qərarları › İş №1(027)-134/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-134/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-134/2022 25.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1976-cı il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlıq küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci İl tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı ünvan 2 ünvanın qarşısında narkotik vasitə qurudulmuş marixuana ilə dəyişəcəyi adı ilə əvəzsiz olaraq aldığı satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,158 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nİn əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə alıb Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın qarşısından uzaqlaşan zaman saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli kurtkanın sol yan cibindən 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,057 qram və 0,101 qram olmaqla ümumi xalis çəkisi 0,158 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,47 qram narkotik vasitə heroini və və tərkibindəki metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,440 qram oian 10 ədəd və 02 ədəd 1/2 hissə “F/M 40" göstəricili dərman həblərini qanunsuz olaraq əldə edib üzərində daşımaqla həmin heroinin 0,312 qramını və dərman həblərini yaşadığı evdə saxlamış, heroinin 0,158 qramını 08 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana ilə dəyişəcəyi adı ilə əvəzsiz olaraq vermiş, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 fevral 2022-ci İl tarixdə, saat 21 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən ikimərtəbəli fərdi evə baxış keçirilərkən birinci mərtəbədəki oturacağın üzərindən 10 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,032 qram, 0,035 qram, 0,024 qram, 0,023 qram, 0,043 qram, 0,032 qram, 0,034 qram, 0,036 qram, 0,027 qram, 0,026 qram olmaqla ümumi xalis çəkisi 0,312 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tərkibindəki metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,440 qram olmaqla üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd və 02 ədəd 1/2 hissə “F/M 40" göstəricili dərman həbləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, narkotik vasitə istifadəçisidir. Narkotiki Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yaşayan Vitalik kimi tanıdığı Yaaqudan əvəzsiz olaraq almışdır. Tutulmazdan təxminən 20 gün əvvəl Vitaliklə yaşadığı qəsəbənin yuxarısındakı körpüdə təsadüfən tanış olmuş və elə ilk gündən aralarında narkotik barədə söhbət açılmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Vitalikin yaşadığı ünvana gedib qapısının qarşısına çatmış və zəng edərək gəldiyini və iki büküm kakos istədiyini bildirmişdir. Vitalik ona iki büküm heroin gətirib əvəzsiz olaraq vermişdir. İki büküm heroini Vitalikdən götürərək sağollaşmış və ərazidən aralanıb 60-70 metr piyada getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini ona təqdim edərək onun şübhəli şəxs qismində tutulduğunu bildirərək hüquqlarını izah etmişlər. Eyni zamanda ona dövlət hesabına müdafiəçi təqdim olunaraq video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan əşyaları təqdim etməyini təklif etmiş, o da əynindəki qara rəngli kurtkanın sol yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, etiraf edərək, həmin narkotiki qəsəbənin yuxarısında yaşayan Vitalikdən aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunan narkotik bükümləri qabalaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokol ona ucadan oxunmuş, o da və digər iştirakçılar protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Üzərindən aşkar edilmiş iki büküm heroini Vitalikdən əvəzsiz almış və öz istifadəsi üçün saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirdi ki, o, narkotk vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmur nə də kimdənsə pul müqabilində narkotik vasitə almır. Vitalikdən iki büküm heroin istəmiş, sonuncu ona təmənnasız vermişdir. O, Vitalikə sonradan marixuana verəcəyini bildirsə də, heç nə verməmişdir. Vitalikdən aldığı iki büküm heroini şəxsi istifadəsi üçün almış, lakin istifadə edə bilməmişdir. Həmin gün saxlanılmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlıq küçəsi, ev 19-da anası və uşaqları ilə birlikdə yaşayır. Oğlu Martin anadan olarkən arvadı doğuş zamanı dünyasını dəyişib. Əsl adı Yaaqu olsa da, hamı onu Vitalik kimi tanıyır və Vitalik deyərək çağırır. 3 il narkotik qəbul etməyi dayandırsa da, tutulmazdan 2 ay əvvəl yenidən narkotikdən istifadə etməyə başlamışdır. Narkotiki 2 ay əvvəl Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə yerləşən kafedə təsadüfən tanış olduğu Tural adlı şəxsdən alır. Quba şəhər sakini kimi tanıdığı Əmin adlı şəxslə tutulmamışdan təxminən 20 gün əvvəl yaşadığı qəsəbənin yuxarısında yerləşən körpüdə təsadüfən tanış olmuş və ilk gündən aralarında narkotik barədə söhbət açılmışdır. Həmin narkotik vasitə heroini və metadonu tutulmazda 3 gün əvvəl Bakıda Tural adlı şəxsdən almışdır. xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Əmin ona zəng edib iki büküm heroin istəmiş, o da yaşadığı evin qarşısına çıxıb iki ədəd heroin bükümünü Əminə vermiş və sağollaşıb evə getmişdir. Bir neçə saat sonra qapısına Quba RPŞ-nin əməkdaşları gəlmiş və narkotik vasitələrin istifadəsində, daşınmasında, saxlanmasında və satılmasında barəsində məlumat daxil olduğunu, Əmin adlı şəxsə narkotik satdığını bildirmişlər. Onun razılığı üzərində şəxsi axtarış və evində baxış keçirilmişdir. Üzərində qanunsuz heç nə aşkar olmasa da, baxış zamanı evin birinci mərtəbəsində yerləşən kresloların qarşısında olan taxta oturacağın üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd büküm, oturacağın üzərində olan plasmas qutunun içində də siqaretin gümüşü rəngli kağızına bükülmüş daha beş ədəd büküm, oturacağın üzərində olan dördkünc formalı digər plasmas qabın içində bir ədəd konvalyutda 10 ədəd “Metadon40” dərman həbi və bir ədəd konvalyut parçasında iki ədəd yarımçıq “Metadon40” dərman həbi, bir büküm çətənə bitkisinin toxumları aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, heç vaxt Əminə narkotik vasitə satmamışdır. Əminin ağrıları olduğu üçün heroini ona dərman kimi təmənnasız vermişdir. Sonuncu dəfə Əmin ondan iki büküm heroin istəmiş və gün ərzində ona marixuana gətirəcəyini bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamış, satış məqsədi olmamışdır. Həmin narkotik vasitəni elə bükümlərə yığılmış vəziyyətdə almışdır. Heç kimə narkotik vasitə satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu, təkbaşına 3 azyaşlı uşaq böyütdüyünü bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupu Təqsirləndirilən şəxs1 Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci İl tarixdə saat 18:30 radələrində Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində ona narkotik vasitələri əldə etməsi, istifadəsi, daşınması və saxlanması ilə bağlı barəsində məlumat olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs1 razılığı ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli kurtkanın sol yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümü aşkar edilmişdir. Həmin narkotik bükümlərini tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişlər və Şahid1 ifadəsi ilə analoji ifadə verərək bildirmişlər ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupu Təqsirləndirilən şəxs1 Quba rayonu, Qırmızı Sloboda qəsəbəsinin ərazisində saxlamışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı sonuncunun üzərindən iki ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Təhqiqatçının suallarına əsasən, Əmin həmin bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olduğunu etiraf etmiş və həmin maddəni qəsəbə sakini Vitalik ləqəbi ilə tanıdığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, verilən suallara cavab olaraq bildirdilər ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi, yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə yaradılmış əməliyyat qrupu xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs2 üzərinə və evinə baxışda iştirak etməmişlər. Onlar evdən kənarda evin mühafizəsində dayanmışdırlar. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid4 ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu ki, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi, yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə yaradılmış əməliyyat qrupu xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişdir. Çağırış səsinə çıxan Təqsirləndirilən şəxs2 təhqiqatçı özünü və əməliyyat qrupunun üzvlərini təqdim edərək, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs2 şəxsi axtarışın aparılmasına və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli kurtkanın sol cibindən içində siqaret gilizləri olan siqaret qutusu və alışqan, göy rəngli idman şalvarının sol cibindən bir ədəd "1000” rus rublu, bir ədəd "20" manatlıq, beş ədəd "5" manatlıq, beş ədəd "1" manatlıq olmaqla cəmi 50 manat azərbaycan pulu və terminaldan ödənmiş pul qəbzi aşkar edilmişdir. Pullar araşdırma zərurəti ilə əlaqədar götürülmüş, siqaret qutusu, alışqan və pul qəbzi Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış başa çatandan sonra Təqsirləndirilən şəxs2 özünün razılığı ilə evinə baxış keçirilmiş, baxış zamanı evin birinci mərtəbədə yerləşən kresloların qarşısında olan taxta oturacağın üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd büküm, oturacağın üzərində olan plasmas qutunun içində də siqaretin gümüşü rəngli kağızına bükülmüş daha beş ədəd büküm aşkar edilmişdir. Həmin bükümləri açarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli maddənin “kakos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlər tərəzi ilə çəkilərkən 1,6 qram təşkil etmişdir. Həmin bükümlər ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Oturacağın üzərində olan dördkünc formalı digər plasmas qabın içindəki əşyalara baxış keçirilərkən bir ədəd konvalyutda 10 ədəd “metodon40" dərman həbi və bir ədəd konvalyut parçasında iki ədəd yarımçıq “metodon40” dərman həbi, bir büküm çətənə bitkisinin toxumları aşkar edilmişdir. Toxumlar çəkilərkən 0,6 qram təşkil etmişdir. Həmin metodonlar və toxumlar ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Dördkünc formalı həmin plasmas qabda olan istifadə olunmuş bir ədəd şpris və bir ədəd boş dərman şüşəsi ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Həmin qabın dibinə tökülmüş vəziyyətdə kristal maddələr aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin maddələrin limon tozu olduğunu və heroini limon tozu ilə qaynadıb hazırlayaraq istifadə etdiyini bildirmişdir. Aşkar olunan limon tozu ağ kağız zərfə tökülərək möhürlənib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 aşkar olunmuş heroin bükümlərini tutulmamışdan 3 gün əvvəl Bakı şəhərində Tural adlı şəxsdən 70 manata, 12 ədəd “metodon40" dərman həblərini isə 100 manata aldığını, dərman şüşəsi və şprisdən narkotik qəbul etmək üçün özü istifadə etdiyini, çətənə toxumları çəkdiyi narkotik vasitə nəşələrdən qaldığını, yarımçıq iki ədəd tableti də özü istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş doğranmış siqaretin gümüşü kağızları, istifadə edilməmiş şpris, narkotik vasitə marixuna çəkmək üçün istifadə edilən boş siqaret gilizi, narkotik vasitə marixuana bükmək üçün kağızlar, həmin otaqdakı masanın üzərində olan Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi də araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Şəxsi axtarış aparılması və evə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, Təqsirləndirilən şəxs2 və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri və onların təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və evinə keçirilən baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 Yaaqu Zaraxoviçə sonuncunun yaşadığı evin giriş qapısının qarşısında üzərində şəxsi axtarış aparmağa başlayır. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli kurtkanın sol cibindən içində siqaret gilizləri olan siqaret qutusu və alışqan, göy rəngli idman şalvarının sol cibindən bir ədəd "1000" manatlıq rus pulu, bir ədəd "20" manatlıq, beş ədəd "5" manatlıq, beş ədəd "1" manatlıq olmaqla cəmi 50 manat azərbaycan pulu və terminaldan ödənmiş pul qəbzini evin qarşısında dayanmış avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən hər hansı bir əşya, maddə və s. aşkar olunmur. Şəxsi axtarış başa çatdıqdan sonra evə baxış keçirilməsi üçün qapıdan içəri daxil olub gedirlər. Baxış keçirilərkən birinci mərtəbədə yerləşən kresloların qarşısında olan taxta oturacağın üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd büküm, oturacağın üzərində olan plasmas qutunun içində də siqaretin gümüşü rəngli kağızına bükülmüş daha beş ədəd büküm aşkar edildi. Təqiqatçı deyir ki, bəs evdə yoxdu deyirdin. Təqsirləndirilən şəxs2 cavab verir ki, bunlar dərmandır. Həmin bükümləri açarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur ki, Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli maddənin “kola və ya kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, qaynadıb gündə 4 dəfə əzələyə vurduğunu bildirir. 3 gündür ki, Bakıdan Tural adlı şəxsdən qramı 35 manata olmaqla 2 qram aldığını deyir. Bükümlər elektron tərəzi ilə çəkilərkən 1,6 qram təşkil edir. Həmin bükümlər ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılır. Zərfin üzərinə iştirakçılar imza edirlər. Oturacağın üzərində olan dördkünc formalı digər plasmas qabın içindəki əşyalara baxış keçirilərkən bir ədəd konvalyutda 10 ədəd “Metadon40” dərman həbi və bir ədəd konvalyut parçasında iki ədəd yarımçıq “Metadon40” dərman həbi, bir büküm çətənə bitkisinin toxumları aşkar edilir. Toxumlar çəkilərkən 0,6 qram təşkil edir. Həmin metodonlar və toxumlar ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılır. Zərfin üzərinə iştirakçılar imza edirlər. Dördkünc formalı həmin plasmas qabda olan istifadə olunmuş bir ədəd şpris və bir ədəd boş dərman şüşəsi ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılır. Zərfin üzərinə iştirakçılar imza edirlər. Qabın dibində tökülmüş vəziyyətdə kristal maddələr aşkar edilir ki, Təqsirləndirilən şəxs2 həmin maddələrin limon tozu olduğunu və heroini limon tozu ilə qaynadıb hazırlayaraq istifadə etdiyini bildirir. Aşkar olunan limon tozu ağ kağız zərfə tökülərək möhürlənib qablaşdırılır. Zərfin üzərinə iştirakçılar imza edirlər. Təqsirləndirilən şəxs2 aşkar olunmuş heroin bükümlərini 3 gün əvvəl Bakı şəhərində Şamaxinkada Tural adlı şəxsdən 70 manata, 12 ədəd “metodon40” dərman həblərini isə 100 manata aldığını, dərman şüşəsi və şprisdən narkotik qəbul etmək üçün özü istifadə etdiyini, çətənə toxumları çəkdiyi narkotik vasitə nəşələrdən qaldığını, yarımçıq iki ədəd tableti də özü istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş doğranmış siqaretin gümüşü kağızları, istifadə edilməmiş şpris, narkotik vasitə marixuna çəkmək üçün istifadə edilən boş siqaret gilizi, narkotik vasitə marixuana bükmək üçün kağızlar, həmin otaqdakı masanın üzərində olan Samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi də araşdırma zərurəti ilə əlaqədar götürülür (DVD disk). İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində narkotik vasitə gəzdirməsində şübhəli bilindiyinə görə xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba şəhəri, Qırmızı qəsəbə ərazisində saxlanılan, xx.xx.1988-ci il təvəllüdlü, Quba şəhəri, Əziz Əliyev küçəsi, ev 16-da yaşayan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli kurtkanın sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş iki xırda büküm aşkar edilmişdir. Həmin bükümlər bir-bir açıldıqda içərilərində narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr bir yerdə “Constant” markalı elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri 0,3 qram gəlmişdir. Həmin kütlələr bir zərfə qoyularaq 67 saylı möhürlə möhürlənib qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sağ cibindən bir ədəd Samsung markalı mobil telefon, arxa cibindən 3 manat kağız pul və iki ədəd “topaz” mərc oyunu kağızı aşkar edilmişdir. Narkotik vasitəyə oxşar iki büküm kütlə olan zərf və mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür, 3 manat pul və “topaz” kağızları Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, panasonic markalı videokamera ilə baxışın keçirilməsi qeydə alınmışdır (iş vər.: 29); “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, narkotik vasitə gezdirməsində, yaşadığı evdə saxlamasında və satmasında şübhəli bilindiyinə görə yaşadığı ünvan 3-un qarşısında saxlanılaraq şübhəli şəxs kimi tutulmuş xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol cibindən içində siqaret gilizləri olan siqaret qutusu və alışqan, göy rəngli idman şalvarının sol cibindən bir ədəd min manat rusiya pulu, bir ədəd iyirmi manatlıq, beş ədəd beş manatlıq, beş ədəd bir manatlıq olmaqla cəmi əlli manat azərbaycan pulu və terminaldan ödənmiş pul qəbzi aşkar edilmişdir. Pullar araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Siqaret qutusu, alışqan və pul qəbzi Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Panasonic markalı videokamera ilə baxışın keçirilməsi qeydə alınmışdır (iş vər.: 59); “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutularaq üzərində şəxsi axtarış aparılmış ünvan 3 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evdəki kresloların qarşısında olan taxta oturacaq stulun üzərində siqaretin gümüşü kağızına səliqəli şəkildə bükülmüş beş ədəd xırda büküm aşkar edilmiş və həmin bükümlər bir-bir açılaraq içərlərinə baxış keçirilmiş, içərilərində qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra stulun üzərində olan kauçuk qutunun içində də siqaretin gümüşü kağızına səliqəli şəkildə bükülmüş beş ədəd xırda bükümlər aşkar edilmişdir. Həmin on ədəd bükümlər “Constant” markalı elektron tərəzi ilə çəkilmiş, ümumi çəkiləri 1,6 qram olması müəyyən edilmişdir. Həmin bükümlər bir zərfə qoyularaq 67 saylı möhürlə möhürlənib qablaşdırılmış, Bundan sonra stulun üzərində olan digər dördkünc kauçuk qabın içindəki əşyalara baxış keçirilmişdir. Qabın içərisində bir ədəd konvalyutda 10 ədəd Metadon40 dərman həbi və bir ədəd konvalyut parçasında iki ədəd yarımçıq Metadon40 dərman həbi aşkar edilmişdir. Bundan başqa həmin qabda bir bükümdə narkotik vasitə marixuana toxumlarına oxşar kütlə aşkar edilmiş və “Constant” markalı elektron tərəzi ilə çəkilmiş, çəkisi 0,6 qram olması müəyyən edilmişdir. Həmin metodonlar və toxumlar olan bir büküm bir zərfə qoyularaq 67 saylı möhürlə möhürlənmişdir. Bundan sonra dördkünc kauçuk qabda bir ədəd istifadə olunmuş şpris və bir ədəd boş dərman şüşəsi aşkar edilmişdir. Həmin dərman şüşəsi və istifadə edilmiş şpris də bir zərfə qoyularaq 67 saylı möhürlənmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitələri Bakı şəhərində Tural adlı şəxsdən 70 manata, metadonu 100 manata almışdır. Dərman şüşəsi və şprisdən narkotik qəbul etməsi üçün stifadə edib, narkotik vasitə toxumları çəkdiyi nəşələrdən qalanlardır. Bundan başqa dördkünc kauçuk qabın dibində kristal maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin maddə limon duzudur. Həmin kristal maddələr də bir zərfə qoyularaq 67 saylı möhürlə möhürlənmişdir. Bundan başqa stolun üzərində aşkar edilmiş səliqə ilə doğranmış siqaretin gümüşü kağızları, istifadə edilməmiş şpris, narkotik vasitə marixuana çəkmək üçün istifadə edilən boş siqaret gilizi, narkotik vasitə marixuana bükmək üçün kağızlar, həmin otaqdakı stolun üzərində olan “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsi araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Panasoniq markalı kamera ilə baxışın keçirilməsi qeydə alınmışdır (iş vər.: 61); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) xx.xx.2022-ci İl tarixli, 6/802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan 1 №-li zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram və 0,101 qram, ümumi təmiz çəkisi 0,158 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,158 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 0,058 qram (iş vər.: 70-76); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) xx.xx.2022-ci İl tarixli, 6/798 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs2..." sözləri olan 1 №-li zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,035 qram, 0,024 qram, 0,023 qram, 0,043 qram, 0,032 qram, 0,034 qram, 0,036 qram, 0,027 qram, 0,026 qram, ümumi təmiz çəkisi 0,312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li zərfdəki içərisində təmiz çəkisi 0,624 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”na və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılar"na daxil deyildir. 3 №-li zərfdəki bir ədəd şüşə flakon və bir ədəd birdəfəlik şprisdə narkotikk vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. 4 №-li zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd və 02 ədəd 1/2 hissə açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,440 qram təşkil edir. Üzərində “...Təqsirləndirilən şəxs2...” sözləri olan 1 №-li zərfdəki 10 ədəd bükümdə ümumi təmiz çəkisi 0,312 qram olan narkotik vasitə heroin və üzərində “...Vət. Təqsirləndirilən şəxs1..." sözləri olan zərfdəki 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,158 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-İn siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,312 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 0,212 qram. Limon turşusundan 0,050 qram çəkidə nümunə götürüldü, qalıq -0,574 qram. Metadon həblərinin ümumi sayı 10 ədəd bütöv + 1/2 hissə həb, tədqiqata sərf edildi - 1 bütöv + 1 ədəd 1/2 hissə həb, qalıq - 9 ədəd bütöv həb + 1 ədəd 1/2 hissə həb (iş vər.: 77-85); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli, 7/120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2...” sözləri olan 4 №-li zərfdəki bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,626 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyildir. Qeyd: Çətənə bitkisinin toxumlarının ümumi çəkisi 0,626 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq-0,606 qram (iş vər.: 86- 89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli, 972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 181,182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci İl tarixli, 973 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 183,184). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “maddi sübut hesab edilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,057 qram və 0,101 qram, ümumi təmiz çəkisi 0,158 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 10 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,032 qram, 0,035 qram, 0,024 qram, 0,023 qram, 0,043 qram, 0,032 qram, 0,034 qram, 0,036 qram, 0,027 qram, 0,026 qram olmaqla ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,624 qram olan ağ rəngli maddə limon turşusu, bir ədəd şüşə flakon və bir ədəd birdəfəlik şpris, tərkibindəki metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,440 qram olmaqla üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd və 02 ədəd 1/2 hissə “F/M 40" göstəricili dərman həbləri, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,626 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları 11 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab hesab edilmiş, tədqiqatlardan sonra qalıqları saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilmişdir (iş vər.: 150, 151); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nın 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (iş vər.: 217-223). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olmaları hər ikisinin etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə”: 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir; 1-ci siyahının 13-ci bəndinə görə narkotik vasitə hesab edilən metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram təşkil edir; Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 0,158 qram, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi - 0,312 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş metadonun təsir maddəsinin ümumi miqdarı 0,440 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir.” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 12, 20, 21); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 113,114); “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 139); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2019cu il tarixli qərarına əsasən cərimə cəzası 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və məhkumluğu ödənilmişdir. xx.xx.2020-ci il tarixdə cəzası başa çatmışdır (iş vər.: 175); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X13, oğlu X16 və qızı X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 166,167); Məhkəmənin elektron portalından görnür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2019-cu il təvəllüdlü Mətanət adında uşağları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2a cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 42, 50, 51); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 122, 123); “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 140); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəsasını çəkmiş hesab edilmişdir (iş vər.: 176); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qızları X11 və X12, oğlu X5 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 170, 171); V-MЮ № 841896 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşı X7 xx.xx.2012-ci il tarixdə ölmüşdür; Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 ayzaşlı uşağın olması və uşaqlarına təkbaşına baxmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2a Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,158 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,058 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 10 ədəd bükümdə ümumi xalis çəkisi 0,312 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,212 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,624 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,574 qram limon turşusu, bir ədəd şüşə flakon və bir ədəd birdəfəlik şpris, tərkibindəki metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,440 qram olmaqla üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd və 02 ədəd 1/2 hissə “F/M 40” göstəricili dərman həblərdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 ədəd bütöv həb + 1 ədəd 1/2 hissə həb, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,626 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,606 qram qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs1, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 02 ədəd bükümdə ümumi ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,058 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 10 ədəd bükümdə ümumi ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,212 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,574 qram limon turşusu, bir ədəd şüşə flakon və bir ədəd birdəfəlik şpris, üzərində “Methadone 40” göstəricisi olan blisterdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 ədəd bütöv həb + 1 ədəd 1/2 hissə həb, bir ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,606 qram qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs1, 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar