Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-134/2025 13.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, S.Vurğun küçəsi 2 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan və Quba rayonu Hacıqayıb kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 avqust 2025-cü il tarixdə, saat 12 radələrində Quba rayonu, Hacıqayıb kəndində yaşadıqları evin qonaq otağında aralarında yaranmış mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq ilə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol göz orbiti ətrafında qançırhematoma, boynunda solda sıyrıq, belində, sol bazunun orta 1/3-nin bayır səthində və sol baldırın yuxarı 1/3-nin bayır səthində qançırlardan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 27 avqust 2025-ci il tarixdə, saat 12 radələrində yaşadıqları evdə namaz qılmağa hazırlaşarkən, qaynanası Mələkə içərisində zibil olan vedrəni onun namaz qıldığı yerə qoymuşdur. O, Mələkəyə vedrəni ordan götürməsini deyən zaman aralarında mübahisə yaranmış və Mələkə onun üzərinə gələrək əlində olan taxta parçası ilə onun sağ qol nahiyyəsindən vurmudur. Ağrının təsirindən o müvazinətini itirərək yerə yıxılmışdır. Yerdə olduğu zaman Mələkə onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Həmin vaxt o, da Mələkəni uzaqlaşdırmaq üçün əli ilə onun sifət nahiyyəsinə vurmuşdur. Bu hadisədən sonra Mələkə evdən çıxaraq getmişdir. Aralarında olan mübahisə yaşadıqları evin qonaq otağında baş vermiş, orada o və Mələkədən başqa heç kəs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində yaşadıqlan evdə olduğu zaman gəlini Günay ona içərisində zibil olan vedrəni aynəbəndə qoymağını səbəb gətirərək onunla mübahisə etməyə başlamış, bu zaman Günay onu yerə yıxmış və sol göz nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxtı o, da yerdən qalxmaq üçün və Günayı üzərindən uzaqlaşdırmaq üçün Günayı əl ilə və əlində olan taxta parçası ilə vurmuşdur. Bu hadisədən sonra o, özünü narahat hiss etdiyi üçün evdən çıxaraq kənd ərazisinə getmiş və bu barədə polisə şikayət etmişdir. Günayla mübahisələri yaşadıqlan evdə baş vermişdir. Orada Günay və ondan başqa heç kəs olmamış, mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt yanlarında və evdə heç kim olmamış və xəstəxanaya müraciət etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 28 avqust 2025-ci il tarixli, 589 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol göz orbiti ətrafında qançır-hematoma, boynunda solda sıyrıq, belində, sol bazunun orta 1/3-nin bayır səthində və sol baldırın yuxarı 1/3-nin bayır səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 27 avqust 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 30 avqust 2025-ci il tarixli, 18-1-56/2-1196/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu Hacıqayıb kəndində yaşayan, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Hacıqayıb kəndində qeydiyyatsız yaşayır və onun barəsində Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin VMAS üzrə yoxlama zamanı verdiyi sorğunun nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxsnun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(027)-134/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-134/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver