Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-135/2021 03.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi X3 iştirakı ilə, xx xxxx 1982-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 31 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan övladları 26 may 2008-ci il təvəllüdlü X5, 28 may 2010-cu il təvəllüdlü X6 və 09 fevral 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Novruzova (İskəndərova) Əsmər Eldar qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(027)-341/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində çıxarılmış 27 oktyabr 2020-ci il inzibati xəta haqqında protokol əsasında Quba Rayon Məhkəməsinin həmin tarixli, 3(027)-914/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 06 yanvar 2021-ci və 28 aprel 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 may 2021-ci il tarixədək 4680,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Novruzova (İskəndərova) Əsmər Eldar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Əsmər İsgəndərova ilə 2006cı ilin sentyabr ayının 7-də rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2008ci il təvəllüdlü X12, 2010-cu il təvəllüdlü X13 və 2017-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşdiyindən onlar ayrılmışlar. Əsmər İsgəndərova uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-341/2020 saylı 13 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 26 may 2008-ci il təvəllüdlü X5, 28 may 2010-cu il təvəllüdlü X6 və 09 fevral 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Aliment pulundan heç bir ödəniş etməmişdir. Alimenti ödəyə bilmədiyi üçün Quba Rayon Məhkəməsinin qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati tənbehdən sonra aliment ödəməmişdir. Təqdimat üzrə aliment borcu 4680,00 manat təşkil edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs aliment borcunu Zərərçəkmiş şəxs tam şəkildə ödədiyini və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsinin xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-cı ilin sentyabr ayının 7-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə 26 may 2008-ci il tarixdə Jalə, 28 may 2010-cu il tarixdə Tunar və 09 fevral 2017-ci il tarixdə Əsra adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşdiyindən onlar ayrılmışlar. Ayrılandan sonra, məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən 26 may 2008-ci il təvəllüdlü X5, 28 may 2010-cu il təvəllüdlü X6 və 09 fevral 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs icra dövründə aliment borcundan heç bir ödəniş etməmişdir. Aliment borcunu ödəmədiyindən Quba Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Təqsirləndirilən şəxs təqdimat üzrə aliment borcu 4680,00 manat təşkil edir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X10 aliment borcunu tam şəkildə ödədiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Gülbala oğlu ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-341/2020 saylı, 13 mart 2020-ci il tarixli icra sənədinə əsasən 26 may 2008-ci il təvəllüdlü X5, 28 may 2010-cu il təvəllüdlü X6 və 09 fevral 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin X2 tutularaq Novruzova (İskəndərova) Əsmər Eldar qızına verilməlidir. İcra sənədi 07 may 2020-ci il tarixdə Quba rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq aliment pulunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 3(027)-914/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, 4680 (dörd min altı yüz səksən) manat borcundan heç bir ödəniş etməmişdir. Quba Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 2(027)-341/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. İşdə olan Quba rayon Məhkəməsinin 2(027)-341/2020 saylı, 13.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 26.05.2008-ci il təvəllüdlü X5, 28.05.2010-cu il təvəllüdlü X6 və 09.02.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun 07.05.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(027)-341/2021 nömrəli icra sənədinə əsasən icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 8(027)-23/2021 nömrəli qərardadadının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli, 3(027)-914/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Quba rayon İcra Şöbəsi tərəfindən X4 ünvanlanmış 07.05.2020-ci il tarixli bildirişdən görünür ki, icra orqanı tərəfindən X2 yaranmış 4680,00 (dörd min altı yüz səksən) manat borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kəndində yaşayır. Təqsirləndirilən şəxs iş güzardır və mehribanlığı ilə öz həmyaşıdları arasında hörmət qazanmışdır. Onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01.11.2021-ci il tarixdə 4680 manat məbləğində aliment borcunu ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yaranmış aliment borcunu tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxs Polad isgəndərov qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 avqust 2021ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, mülki iddianın həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-135/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-135/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver