Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-137/2021 10.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçiiştirakı ilə, xx xxxxxx 1995-ci ildə Quba rayonu, Aşağı Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 14 iyun 2021-ci il tarixdə saat 14 radələrində nənəsi Zərərçəkmiş şəxs yaşadığı Quba rayonu, Aşağı Atuc kəndində yerləşən evinin qarşısına gələrək evdə heç kimin olmadığına əmin olub hasardan aşmaqla həyətə keçib, evin açıq olan giriş qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağındakı divarda olan rəfin üstündəki əl çantasının içərisindən 1125 (min yüz iyirmi beş) manat dəyərində bir ədəd qızıl boyunbağını və 1505,63 (min beş yüz beş manat altmış üç qəpik) manat dəyərində bir ədəd qızıl qolbağı olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 2630,63 (iki min altı yüz otuz manat altmış üç qəpik) manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 20 iyun 2021-ci il tarixdə saat 13 radələrində nənəsi Zərərçəkmiş şəxs evində olmadığına əmin olub sonuncunun yaşadığı evin qarşısına gələrək hasardan aşmaqla həyətə keçib, evin açıq olan giriş qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağındakı divarda olan rəfin üstündəki əl çantasının içərisindən Zərərçəkmiş şəxs məxsus 600 (altı yüz) manat dəyərində 1 ədəd qızıl üzüyü gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nənəsidir. Nənəsi Birdanənin yaşadığı evin qonaq otağında əl çantasının içərisində qızılzinyət əşyalarını saxladığını bilmiş və heç bir yerdə işləmədiyi üçün qərara gəlmişdir ki, nənəsinin evinə girib həmin qızıl-zinyət əşyalarını oğurlasın. 14 iyun 2021-ci il tarixdə təxminən saat 14 radələrində o, nənəsi Birdanənin yaşadığı evin çöl qapısına yaxınlaşıb görmüşdür ki, qapı bağlıdır. O, evin həyətinin hasarından tullanıb həyətə aşmışdır. Evin giriş qapısına yaxınlaşmış, qapını itələdikdə açıq olduğunu görmüşdür. O, bir qədər gözlədikdən sonra, evdə heç kimin olmadığını dəqiqləşdirib Nənəsi Birdanənin qızıl-zinyət əşyalarını saxladığı otağa keçmişdir. Həmin otaqda divarda olan taxçaya qoyulmuş qara rəngli əl çantasının içərisindən 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl qolbağı götürmüşdür. Orada olan 1 ədəd qızıl üzüyü götürməmişdir ki, qızıl zinyət əşylarını oğurladığından şübhələnməsinlər. Sonra o, evin həyətyanı sahəsinin bağ tərəfindən çıxıb Quba şəhərinə getmişdir ki, qızılları satsın. Ourladığı qızıl boyunbağını götürüb Quba şəhərində Füzuli adlı şəxsə məxsus qızıl zinyət əşyalarının satıldığı mağazaya getmişdir. Orada qızıl boyunbağını Füzuliyə göstərib satmaq istədiyini bildirmişdir. Füzuli həmin qızıl boyunbağını ölçmüş və 20,075 qram olduğunu demişdir. Sonra ona 881 manat pul vermişdir. O, da həmin pulu götürüb Vilayət adlı şəxsin mobil telefonların satışı mağazasına getmiş, Vilayətə 550 manat pul verib keçən il aldğı Redmi Note-8 Pro markalı mobil telefonun borcunu bağlamışdır. Redmi Note-9 Pro markalı mobil telefonun isə borcu qalıq qalmışdır. Sonra Quba rayonu Aşağı Atuc kəndində yerləşən evlərinə qayıtmışdır. 15 iyun 2021-ci il tarixdə günorta saatlarında o, oğurladığı qalan qızıl qolbağı satmaq məqsədi ilə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhəri Nərimanov küçəsində qızıl zinyət əşyalarının alışı və satışı mağazasına girmiş ve orada işləyən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə qızıl qolbağı satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona göstərdiyi qızıl qolbağı ölçmüş və 850 (səkkiz yüz əlli) manat pul vermişdir. O, pulu götürüb Xaçmaz şəhərindən çıxıb Quba şəhərinə gəlmişdir. "Kontakt Home" adlanan mobil telefon satışı mağazasına girib oradan 539 manat pul verib "Redmi 9" markalı mobil telefon almışdır. Sonra həmin telefonu aparıb Vilayətə vermişdir ki, ondan aldığı Redmi Note 9 Pro markaı mobil telefonun borcunu bağlasın. Vilayət telefonun borcunu bağlamışdır. Sonra həmkəndlisi Əfqan adlı şəxsə 20 gün bundan qabaq 150 manata satdığı Redmi Not-9 markalı mobil telefonu yenidən 250 manat pul verərək geri almışdır. Yerdə qalan pulları Quba şəhərində yeyib içməyə xərcləmişdir. Pulu qurtardığı üçün yenidən qərara gəlmişdir ki, nənəsi Birdanənin evindən qızıl üzüyü oğurlasın. 20 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, günorta saatlarında nənəsi Birdanənin evdə olmadığını dayısı Məstandan zəng edib öyrəndikdən sonra, yenidən nənəsinin qızıl üzüyünü oğurlayıb satmaq məqsədi ilə onun yaşadığı evin yaxınlığına gəlmişdir. O, nənəsi Birdanənin yaşadığı evin çöl qapısının bağlı olduğunu görüb evin həyətinin hasarından tullanıb həyətə aşmışdır. Evin giriş qapısına yaxınlaşmış, qapını itələdikdə açıq olduğunu görmüşdür. O, bir qədər gözlədikdən sonra evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra, Nənəsi Birdanənin qızıl-zinyət əşyalarını saxladığı otağa keçmişdir. Həmin otaqda divarda olan taxçaya qoyulmuş qara rəngli əl çantasından qızıl üzüyü oğurlayıb Xaçmaz şəhərinə getmişdir. Orada qızıl qolbağı satdığı qızıl mağazasına getmiş, həmin qızıl üzüyü 360 manata həmin şəxsə satıb Quba şəhərinə qayıtmışdır. Oradan da tanışları Ömər, Nihad və Rəvan adlı şəxslərlə birlikdə Xaçmaz rayon ərazisində yerləşən Nabran istirahət zonasına getmişdir. Orada çimdikdən sonra SDK-Quba yolunda yerləşən "Şimal" adlanan restoranda yeyib içmiş və 80 manata yaxın yeməyin hesabını vermişdir. Sonra Quba rayon Aşağı Atuc kəndinə evinə qayıtmışdır. Nənəsi Zərərçəkmiş şəxs məxsus həmin qızılları oğurlmaqda məqsədinin keçən il aldığı mobil telefonlara olan borcunu və Quba rayonu Aşağı Atuc kəndində yerləşən mağazalardan nisyə aldığı siqaret, spirtli içkilərə olan borcunu qaytarmaq olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Özünə məxsus olan bir ‘ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı və bir ədəd qızıl üzüyü yaşadığı evin qonaq otağındakı divarda quraşdırılmış taxçaya qoyduğu çantanın içərisində saxlamışdır. 12 iyun 2021-ci il tarixdə Quba rayonunun Təngəaltı kəndində təşkil olunmuş toy məclisində iştirak edərkən həmin qızıl zinyət əşyalarını üzərinə taxmışdır.Toydan qayıdıb evə gəldikdən sonra, qızıl zinyət əşyalarını əvvəlki yerinə qoymyşdur. əl çantasının içərisinə qoymuşdur. 14 iyun 2021-ci il tarixdə səhər saat 08:30 radələrində qızıl qolbağını qoluna taxıb işlədiyi orta məktəbə getmişdir. Evdən çıxarkən evin giriş qapısını açarla bağlamamışdır. İşdən sonra yaşadığı evə qayıdıb əlində olan qolbağını çıxarıb həmin əl çantasının içərisinə qoymuşdur. Sonra oğlu Məstanla birlikdə Quba şəhərində yaşayan qızının qaynanasının qardaşının yas mərasimində iştirak etmıək üçün Quba şəhərinə getmişdir. 20 iyun 2021-ci il tarixdə təxminən saat 09:30 radələrində əl çantanın içərisinə baxdıqda oraya qoyduğu qızıl boyunbağının yerində olmadığını görmüşdür. Lakin qızıl üzüyü həmin vaxtı orada olmuşdur. O, əvvəlcə buna fikir verməmiş, hesab etmişdir ki, həmin qızılları harasa qoymuş, hazırda da yerini unutmuşdur. Ona görə də evdən çıxıb Aşağı Xuc kəndinə qardaşıgilə qonaq getmişdir. Həmin gün axşam saat 20 radələrində oğlu Məstanla evinə qayıtmışdır. O, qonaq otağındakı rəfdə olan çantasının içərisinə baxdıqda qızıl üzüyünü qoyduğu əl çantasının orada olmadığını görmüşdür. Ona görə də səhərisi gün Quba RPŞnə ərizə ilə müraciət etmişdir. Sonradan evindən qızıl zinyət əşyalarını nəvəsi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Oğurlanmış bütün qızıl zinyət əşyaları 583 əyarlı olmuşdur. Qızıl boyunbağı zəncirvari, iç içə keçirmə formasında olmuşdur. Qızıl qolbaq yolka şəkilli olmuşdur. Qızıl üzük isə qaşsız sadə halqa formasında olmuşdur. Boyunbağının qiyməti 880 manat, çəkisi 20 qram olmuşdur, qolbağın qiyməti 850 manat, üzüyün qiyməti isə 770 manat olmuşdur. Ümumilikdə həmin qızıl zinyət əşyalarının qiyməti 2500 manat olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində qızıl-zinyət əşyalarının satışı dükanı vardır. O, təxminən 10 ildir ki, həmin dükanı işlədir. 14 iyun 2021-ci il tarixdə axşam saatlarında adının Şirin olduğunu sonradan öyrəndiyi bir nəfər cavan oğlan işlədiyi dükana gələrək evində xəstəsi olduğunu, ona görə də anasına məxsus 1 ədəd qızıl boyunbağını satmaq istədiyini demişdir. O, həmin qızıl boyunbağını ölçmüş, 20,075 qram olduğunu görmüşdür. Həmin oğlana boyunbağını 881 manata ala biləcəyini demişdir. Həmin oğlan onunla razılaşmışdır. Ona 881 manat pul verib qızıl boyunbağını ondan almışdır. Sonradan isə həmin boyunbağını xatırlamadığı zərgərə verib əritdirmiş, başqa qızıl zinyət əşyasına çevirtdirmiş, həmin qızıl zinyət əşyasını isə sonradan xatırlamadığı müştəriyə satmışdır. Təqsirləndirilən şəxs ona qızıl boyunbağını satarkən o, boyunbağının anasına məxsus olduğunu, evində xəstəsi olduğu üçün satmaq istədiyini demişdir. O, da Təqsirləndirilən şəxs inanaraq həmin qızıl boyunbağını ondan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, Xaçmaz şəhəri, Nərimanov küçəsində yerləşən dükanı icarəyə götürüb qızıl zinyət əşyalarının satışı və alışı məşqul olur. 15.06.2021-ci il tarixdə günorta saatlarında işlədiyi qızıl ziyət əşyalarının satışı dükanında olarkən adının sonradan Şirin Mirzəyev olduğunu öyrəndiyi bir nəfər oğlan dükana gəlib ailəsihə məxsus bir ədəd qızıl qadın qolbağının olduğunu, həmin qolbağı satmaq istədiyini bidirmişdir. O, həmin qolbağa baxıb təxminən 25 qram çəkidə, 583 əyarlı qolbaq olduğunu görmüş, həmin qolbağa 850 manat pul verə biləcəyini demişdir. Həmin oğlan onunla razılaşmış, ona 850 manat pul vermiş, qızıl qolbağı ondan almışdır. O, qolbağı həmin oğlandan alarkən onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib götürmüşdür. Bundan başqa 20 iyun 2021-ci il tarixdə axşam vaxtlarında o dükanda olarkən əvvəl ona qızıl qolbaq satan oğlan yəni Şirin Mersəliyev yenə də dükana gəlib qızıl qadın üzüyünün olduğunu, həmin üzüyün ailəsinə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin üzüyə baxıb 8 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyünün olduğunu görmüş, Təqsirləndirilən şəxs həmin üzüyü 360 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs 360 manat pul verib qızıl üzüyü ondan almışdır. Üzüyü alarkən onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Təqsirləndirilən şəxs qızıl zinyət əşyalarını alarkən o, həmin əşyaların ailəsinə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, da Təqsirləndirilən şəxs inanaraq qızıl zinyət əşyalarını ondan almışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının 20.08.2021-ci il tarixli, 9/5472 saylı rəyindən görünür ki, 583 əyarlı qızıl qolbaq 20,075 qram, bir qramının qiyməti 75 manat, ümumi qiyməti 1505,63 manat, 583 əyarlı qızıl boyunbağı 15 qram, bir qramının qiyməti 75 manat, ümumi qiyməti 1125 manat, 583 əyarlı qızıl üzük 8 qram, bir qramının qiyməti 75 manat, ümumi qiyməti 600 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda qızıl zinyət əşyalarının 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təminən 3230,63 manat müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Atuc kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli 242 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanə tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23.06.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25.06.2021-ci il tarixli qətimkan tədbirini seçilməsi və MYSdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxsin 23 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 18 saat üçün 108 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq, ona 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-137/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-137/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver