Məhkəmə qərarları › İş №1(027)-137/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-137/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-137/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1963-cü ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Amsar kəndində qeydiyyatında olan və Quba rayonu Zərdabi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,124 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 23 aprel 2022-ci ii tarixdə, saat 05 radələrində, Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində yerləşən Heydər parkının qarşısında dayanmış, tanışı Şahid1 idarə etdiyi “VAZ 2107” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyi vaxt özünü şübhəli apardığından ərazi üzrə xidmətdə olan Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Qonaqkənd polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli pencəyin sağ yan cibindən 1 (bir) ədəd kağız bükülüdə xalis çəkisi 6,124 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o,2 ildir ki, 5 saylı Yol İstismar İdarəsində sürücü işləyir. Gənc yaşlarından hərdən “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 2021-ci ilin may ayının sonlarında yaşadığı kənddə yerləşən Əmiralı adlanan bulağa su götürmək məqsədilə meşədən keçən piyada cığır yolu ilə gedirmiş. O, yolüstü quzuqarnı da yığırmış. Quzuqarnı axtaran zaman getdiyi həmin cığır yoldan təxminən 15-20 metr kənarda kolların arasında gizlədilmiş vedrədən hazırlanmış dibçək görmüşdür. Dibçəkdə bir ədəd çətənə bitkisi əkilmişdir. O, marixuana istifadəçisi olduğundan həmin çətənə bitkisini tanıyaraq götürmüşdür ki, qurudub marixuana əldə edərək istifadə edər. Əldə etdiyi həmin marixuandan bir neçə dəfə özü tək istifadə etmiş, qalan hissəsini öz istifadəsi üçün yaşadığı evdə saxlamışdır. 22 aprel 2022-ci il tarixdə, günorta saatlarında iş yoldaşı Tərlan ona demişdir ki, "axşam Qonaqkənddə yeyib-içmək olacaq, dostlarım məni dəvət edib, istəsən, sən də gələrsən". O, cavab vermişdir ki, "baxaram, vaxtım olsa gedərik". Həmin günü axşam saatlarına kimi gözləmiş, görmüşdür ki. Tərlandan bir səs çıxmır, ona görə də yaşadığı evdə özü tək spirtli içki olan araq içməyə başlamış və həmin gecəni yata bilməmişdir. 23 aprel 2022-ci il tarixdə, gecə saatlarında yaşadığı evə gələn Tərlan ona demişdir ki, "yeyib-içmək məclisi gecəyə salınıb, məni gözləyirlər, istəyirsənsə, gəl gedək". O, dərhal əynini geyinərək evdən çıxmışdır. Evdən çıxanda öz istifadəsi üçün saxladığı nəşəni də götürmüşdür ki, yeyib-içəndən sonra kənara çəkilib istifadə edər, çünki yeyib-içəndən sonra adamın ürəyi nəşə çəkmək istəyir. Evdən tələsik çıxdığı üçün kağız bükülüdə saxladığı nəşədən ayıraraq bir çəkimlik deyil, bükülünü 3 açmadan tam şəkildə götürmüşdür. Tərlanın idarə etdiyi VAZ 2107 markalı avtomobillə ikisi birlikdə Quba rayonu, Qonaqkənd qəsəbəsinə yola düşmüşlər. Qəsəbəyə çatandan sonra orada yerləşən parkın qarşısında avtomobili saxlayaraq dayanıb gözləmişlər ki, Tərlanın qonaqlıq təşkil edən dostları gəlib onları götürsünlər. Bu vaxt polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək nə baş verdiyini, gecənin bu vaxtı niyə dayandıqlarını və hara getdiklərini soruşmuşlar. Onlar özlərini təqdim edərək qonaq gəldiklərini bildirmişlər. Üzərində narkotik vasitə olduğundan polis əməkdaşlarını görən kimi qeyri-ixtiyari olaraq özünü narahat və şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları bu hərəkətlərindən və danışıq tərzindən şübhələnərək onu sorğu-sual etməyə başlamışlar. O, üzərində saxladığı narkotik vasitəyə görə ifşa olunacağını düşünüb polis əməkdaşlarına səmimi olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onları polisə dəvət etdikdə, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qonaqkənd polis bölməsinə gəlmişlər. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Polis bölməsində Fərid adlı baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmşdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etmək təklif edilmişdir. O, üzərində olan narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki qara rəngli pencəyin sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükülünü açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, o, bu kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, tapdığı çətənə bitkisini qurudaraq əldə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bükülü elektron tərəzidə çəkilərkən 8.0 qram təşkil etmişdir. Həmin bükülü çəkildikdən sonra ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərfin üzərinə o da daxil olmaqla bütün iştirakçılar imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş davam etdirilərək Tərlanın bölmənin həyətində saxladığı avtomobilə öz razılığı əsasında baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan heç nə aşkar olunmamışdır. Video çəkiliş başa çatandan sonra şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, protokolların məzmunları olduğu kimi yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imzalayaraq doğruluqlarını təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəm üçün saxlamışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də satmamışdır. Tərlanı təxminən 6-7 ay əvvəl işlədikləri yerdə tanımış, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Onun narkotik vasitə istifadəçisi olduğunu və həmin vaxt üzərində narkotik vasitə olmasını Tərlan bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq Qonaqkənd polis bölməsinə gətirilən zaman və gətirildikdən sonra polis bölməsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, həyat yoldaşı və anasının bir neçə ay əvvəl rəhmətə getmələrini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin polis nəfəri vəzifəsində işləməklə polis kiçik serjantı rütbəsindədir. 23 aprel 2022-ci il tarixdə, saat 04:30 radələrində, Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində yerləşən Heydər parkının yaxınlığında işlədiyi bölmənin polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə xidmət apararkən parkın qarşısında “VAZ 2107” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyrimünasib şəkildə dayandığını görərək və şübhəli olduğunu hiss edərək yaxınlaşmışlar. Avtombildə olan şəxslərə özlərini təqdim edərək nə baş verdiyini, gecənin bu vaxtı niyə dayandıqlarını və hara getdiklərini soruşmuşlar. Həmin şəxslər özlərini təqdim edərək qonaq gəldiklərini bildirmişlər. Sürücünün Şahid1, yanında sərnişin kimi əyləşmiş şəxsin isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onların yaxınlaşdığını görüb özünü narahat və şübhəli aparmasından, həmçinin hərəkətlərindən və danışıq tərzindən şübhələnərək sorğu-sual etməyə başlayan zaman səmimi olaraq narkotik vasitə istifadəçisi olduğunu və üzərində də 5 narkotik vasitə olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs birlikdə olduğu Şahid1lə müvafiq araşdırma aparılması üçün Qonaqkənd polis bölməsinə dəvət etdikdə, etiraz etməyərək onlarla birlikdə gəlmişlər. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər həqiqətən də üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, üzərindən kənarlaşdıra bilməsin. Təqsirləndirilən şəxs polis bölməsində baş təhqiqatçı Fərid Rəcəbov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şahid1 də iştirak etdiyi şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli pencəyin sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükülünü açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki. Təqsirləndirilən şəxs bu kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, tapdığı çətənə bitkisini qurudaraq əldə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bükülü elektron tərəzidə çəkilərkən 8,0 qram təşkil etmişdir. Həmin bükülü çəkildikdən sonra ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərfin üzərinə o da daxil olmaqla olmaqla bütün iştirakçılar imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş davam etdirilərək Şahid1 bölmənin həyətində saxladığı "VKT. 2107” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə öz razılığı əsasında baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan heç nə aşkar olunmamışdır. Video çəkiliş başa çatandan sonra şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, protokolların məzmunları olduğu kimi yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imzalayaraq doğruluqlarını təsdiq etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş vərəq: 72-73 İş üzrə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək, həmin faktla bağlı Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materialında olan məhkəmə-bioloji ekspertizası keçirilməsinə dair 23 aprel 2022-ci il tarixli, 7/396 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “İ.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 6,124 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 6,124 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 6,074 qram. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 08 iyun 2022-ci il tarixli, 3069 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İş materialında olan Quba Rayonu İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən mənfi xarekterizə olunmur. İş materiallarından görünür ki, orta-texniki təhsillidir, 5 saylı Yol İstismar İdarəsində sürücü işləyir, evlidir, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla Quba rayonu. Zərdabi qəsəbəsində yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 aprel 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 6,074 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 6,074 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar