Məhkəmə qərarları › İş №1(027)-137/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-137/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-137/2023 06.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində əvvəldən tanıdığı X1 dəvəti ilə onun Quba rayonu İkinci Nügədi kəndində yaşadığı evində keçirilən ad günü məclisində iştirak edərkən Turac Şıxbabayevanın əri X7 ilə spirtli içki qəbul etdikdən sonra sonuncunun onunla söyüşlə danışması üstündə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şaiq Şıxbabayeva sərxoş olduğunu söyləyib “gedib yafmasını tələb etdikdə onun getməyərək mübahisə etməyə davam etdiyini görüb Şaiq Şıxbabayevin burun nahiyəsinə yumruq atmaqla qollarından dartıb evin yataq otağına gətirmiş, bu zaman sonuncunu yenidən işlətdiyi nalayiq ifadələrə görə itələyərək yerə yıxıb üstünə çıxaraq hər iki göz nahiyəsinə yumruq zərbələri vurmaqla və boynuna əl atıb boğazını sıxmaqla Şaiq Şıxbabayev! döyərək onun baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözünü altında qançır və burnunun üstündə sıyrılmış yara olan xəsarətlər yetirərək qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Quba rayonu İkinci Nügədi kənd sakini X4 3-4 il olar tanıyır. Həmin dövrdən başlayaraq fasilələrlə X13 kəndində yerləşən evində usta kimi işləmişdir. Axırıncı dəfə isə Şaiqin arvadı Turacın dəvəti ilə 09 yanvar 2023-cü il tarixdə onların evinin tavanının düzəlməsində işləmiş, 15 yanvar 2023-cü il tarixdə həmin işini tamamlamış, bununla bağlı olaraq həmin gün ləvazimatlarını götürüb getmək istədikdə Şaiq və Turac onu getməyə qoymamış və sonuncunun ad günü mərasimində iştirak etməsini istəmişlər. 15 yanvar 2023-cü il tarixdə axşam vaxtı Şaiqlə içki içmiş və sonra evinə getmək üçün masadan qalxmışdır. Şaiq onu ötürərkən sərxoş olduğundan evin pilləkənlərində müvazinətini saxlaya bilməyib üzü üstə yıxılıb xəsarət almışdır. O, həmin vaxt Şaiqi qaldırmış və otağına aparmaq istəyən zaman əynindəki gödəkçəsi qapıya ilişmiş, ikisi də birlikdə yıxılmışlar. Həmin vaxt ora gələn Şaiqin əmisi oğlanları Ruslan və İsmət onunla Şaiqi yerdə olduqlarını görüb onların dalaşdıqlarını düşünərək onu təpikləmişlər. Hadisədən bir neçə gün sonra Şaiqin onu döyməsi barədə Quba RPŞ-nə şikayət etdiyini bilmişdir. O Şaiqin evində işini bitirdiyi üçün Şaiqdən zəhmət haqqısını gözləmiş və Şaiqin yoldaşı Turac xahiş etdiyi üçün qalmışdır. Onunla Şaiq arasında mübahisə, dava-dalaş olmamış, o Şaiqi döyməmiş və ona xəsarətlər yetirməmişdir. Şaiq özü evin pilləkənlərində yıxılıb xəsarət almışdır. Həmin vaxt orada Şaiqin həyat yoldaşı Turacdan başqa kimsə olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində özünü təqsirli bilmədiyi üçün qanuna uyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş X7 göstərmişdir ki, 2013-cü ildə yaşadığı kəndin kənarında torpaq sahəsi alıb ev tikməyə başlamışdır. Sonra arvadı Turac evdə yarım qalmış tikinti-təmir işlərini görmək üçün Quba rayonu, Alpan kənd sakini Təqsirləndirilən şəxs gətirmişdir. Nemar müxtəlif vaxtlarda fasilələrlə onların evində usta kimi işləmişdir. Axırıncı dəfə 09 yanvar 2023-cü il tarixdə Turacın dəvəti ilə yenə onların evində işləməyə gəlmiş, evin ikinci mərtəbəsinin tavanını vurmuş, 15 yanvar 2023-cü il tarixdə işlərini tamamlamışdır. 15 yanvar 2023-cü il tarixdə axşam vaxtı Nemar onun evdə keçirilən arvadı Turacın ad günü tədbirində sonuncunun dəvəti ilə iştirak etmişdir. Həmin ad günü tədbiri başlamamışdan qabaq Nemarla ikisi oturub yeyib yarım şüşə araq içmişlər. Ad günü məclisi başlayanda Nemarla bir stolda oturub yeyib içməyə davam etmişdir. Saat 22 radələrində evlərinə gedən qonaqları ötürüb stola qayıdanda Nemarın təhqiramiz sözlər işlətməsi üstündə aralarında mübahisə yaranmış və o Nemardan evini tərk etməsini istəmişdir. Lakin Nemar getməmişdir. Bu vaxt aralarındakı mübahisə böyümüş, o Nemardan getməsini tələb etdiyi üçün Nemar sifətinə yumruq atmışdır. Həmin vaxtı Nemara qarşılıq vermək istədikdə sonuncu, arvadı Turacla birlikdə qollarından dartıb evin ikinci mərtəbəsindəki yataq otağına gətirmişlər. Burada Nemar onu söyərək demişdir ki, “sənin yerin buradır”. Həmin anda o, Neman söymüşdür. Onda Nemar onu itələyib yerə yıxaraq üstünə çıxmışdır. Dalınca Nemar onun hər iki göz nahiyəsinə yumruq zərbələri vuraraq boynuna əl atıb onu boğmağa başlamışdır. Bu məqamda evdəki səs küyü eşidən əmisi uşaqları Ruslanla İsmət gələrək Nemanı onun üstündən ayırmışlar. Əmisi uşaqları onu hamam otağına aparıb əl üzünü yuyarkən, Nemar arvadı Turacın köməkliyi ilə taksi çağırıb hadisə yerindən qaçmışdır. Nemar getdikdən sonra, əmisi uşaqları onu evin yataq otağına uzatdıqda bu dəfə arvadı Turac qışqır-bağır salaraq onu söyüb təhqir etməyə başlamış, hətta polis şöbəsinə zəng edib evə polis çağırmışdır. Turac hamının yanında onun üstünə cumaraq ayaqlarında tutub onu yerə yıxaraq sürümüşdür. Həmin anda o, kürəyindən xəsarətlər almışdır. Bundan sonra əmisi uşaqları təcili yardım çağırmışlar. Təcili yardım həkimi gəlib ona iynə vursa da. Turac sakitləşməyib onunla münaqişə etməkdə davam etdiyinə görə əmisi uşaqları onu atası evinə aparmışlar. Həmin davadalaş hadisəsindən sonra arvadı Turacla Nemarın arasında əvvəldən intim münasibətin olduğunu bilmiş, hətta onların əvvəllər restoranda rəqs edərək yaxın münasibətdə olmaları barədə video görüntü əldə etmişdir. O, yıxılmamışdır. Onu əvvəl Nemar, sonra isə arvadı Turac döyərək xəsarətlər yetirmişdir. İfadəsinin sonunda X7 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını bildirib məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki o, Quba rayonu Alpan kənd sakini Təqsirləndirilən şəxsla 2020-ci ildə tanış olmuş, sonuncunun ev ustası olduğunu bildikdən sonra onu Quba rayonu İkinci Nügədi kəndində ailəsi ilə birlikdə yaşadığı evdə işləməyə dəvət etmişdir. X12 özü də usta olsa da, xəstəliyi ilə əlaqədar evdəki təmir işlərini görə bilməmişdir. Bu səbəbdən Nemarın ona evinin tikilməsində böyük köməkliyi olmuşdur. Sonuncu müxtəlif fasilələrlə onların evində çalışmışdır. Axırıncı dəfə onun dəvəti ilə Nemar, 2023-cü ilin yanvar ayında onların evlərinin ikinci mərtəbəsinin üst və alt tavanlarını işləmiş və 15 yanvar 2023-cü il tarixdə həmin işlərini tamamlamışdır. Həmin gün onun ad günüü olduğundan Nemara da iştirak etməyə dəvət etmişdir. Tədbirin gedişində əri Şaiq, Nemarla birlikdə oturub yeyib içmiş və sərxoş olmuşdur. Sonra içkinin təsiri altında olan əri onu nalayiq sözlərlə söyməyə başladığından qonaqlar evi tərk etməyə başlamış, saat 22 radələrində Nemar getmək istədikdə Şaiq onu ötürən zaman evin pilləkənlərində ayaqları büdrəyib yıxılmışdır. Şaiq ağzı üstə pilləkənə dəydiyindən xəsarət almış və ağzı qanamışdır. Həmin anda Nemar, əri Şaiqi qucağına alıb onu evin yataq otağına çatdırmaq istədikdə ikisi də birlikdə yıxılmışlar. Bu anda evə gəlmiş Şaiqin əmisi oğlanları Ruslanla İsmət gəldikdə Şaiqlə Nemarın yerdə olduqlarını görüb onların dalaşdıqlarını düşünərək Neman təpikləyib döyməyə başlamışlar. Həmin vaxtı o, Nemarı onunla dalaşan Ruslanla İsmətdən ayırmış, Quba rayon polis şöbəsinə telefonla məlumat vermiş və Nemarı taksi maşını ilə evinə yola salmışdır. Şaiqi yatağa uzatsalar da, sonuncu onu söyməyə davam etdiyindən ona əsəbləşib Şaiqin ayaqlarından tutub dartaraq onu yerə yıxmışdır. Nemar Şaiqi vurmamış, ona xəsarətlər yetirməmişdir. Şaiq Nemara 3800 manat pulu verməmək üçün döyülməsi barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, qohumları Şaiq Şıxbabayevin evinin qonşuluğunda yaşayırlar. 15 yanvar 2023-cü il tarixdə saat 22 radələrində onlar birlikdə evlərinə gələndə Şaiqin evinin küçə qapısına Aynur adlı qadın cıxıb onlara yaxınlaşıb “Şaiqi evin içində Nemar döyüb öldürdüyünü” söyləyib kömək istəmişdir. Bundan sonra Şaiqin evinə keçdikdə evin ikinci mərtəbəsində səs-küy gəldiyini bilib qalxmışlar. Oraya qalxdıqlarında isə yataq otağında sərxoş halda olan Nemar adlı ustanın Şaiqi yerə yıxıb onu üstünə çıxdığını, söyüş söyərək Şaiqin üzünə yumruq zərbələri vurub onu boğduğunu görmüşlər. Bu zaman onlar yaxınlaşıb Neman Şaiqin üzərindən kənara çəkmişlər. Şaiqin sifətindən qan axdığını görüb onu evin birinci mərtəbəsinə düşürüb üzünü yuması üçün hamama salmışlar. Həmin vaxt Turac isə taksi çağırıb Neman çölə çıxardıb yola salmışdır. Üstəlik qabaqdan gəlmişdik edib polisdə çağırmışdır. Onlar Şaiqin özünə gəlməsi üçün üzünü yuduqdan sonra yatağa uzatmışlar. Lakin Turac əl çəkməmiş, səs-küy salıb pis-pis sözlərlə Şaiqi təhqir etmişdir. Həmin anda hətta Şaiqin ayaqlarından yapışıb onu yataqdan sürüyüb yerə yıxmışdır. Bu zaman Şaiq başının arxası və beli üstə yerə çaxılmaqla yenə xəsarətlər almışdır. Şaiqin vəziyyətinin pis olduğunu görüb təcili yardım çağırmışlar. Həkim gəlib Şaiqə iynə vurduqdan sonra Turacın ona yenə xəsarətlər yetirə biləcəyindən qorxub atası evinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 analoji ifadə verərək, X2 göstərdiklərini təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 15 fevral 2023-cü il tarixli 55 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün altında qançır, burnunun üstündə, boynunda, hər iki dirsəkdə, kürəyində, belində və hər iki aşağı ətrafda sıyrılmış yaralar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 15 yanvar 2023-cü cü il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə əmələ gələ bilər, o cümlədən pilləkəndən yıxılma nəticəsində, eləcə də vurulma nəticəsində əmələ gəlməsi istisna edilmir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş əlavə məhkəmə-tibb ekspertizasının 15 iyul 2023-cü il tarixli 2 №-li rəyində göstərilmişdir ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlərin ayrıayrılıqda dərəcəsini etmiş olsaq - baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün altında qançır və burnunun üstündə sıyrılmış yara birlikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Onun boynunda, hər iki dirsəkdə, kürəyində, belində və hər iki aşağı ətrafda sıyrılmış yaralar isə istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlaral tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq olunan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 04 iyul 2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alpan kəndində qeydiyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və bu ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verdiyi və özünümüdafiə xarakter daşıdığı barədə nəticəyə gəlir. Məhkəmə ayrı–ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin, bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar