Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-137/2024 09.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, yanacaq doldurma məntəqəsində operator işləyən, məhkum olunmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 2004-cü il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Neft və Sənaye Universitetinin 2-ci kurs tələbi, işləməyən, məhkum olunmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx xxxx 2003-cü il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus evə taxtadan olan giriş qapısının üzərindən tullanaraq qanunsuz daxil olaraq həmin evin həyətində talvarın altında olan taxta dolabda Kəmalə Heydərovaya məxsus olan bir ədəd dəyəri 200 (iki yüz) manat olan od samovarı, bir ədəd dəyəri 150 (yüz əlli) manat olan elektrikli samovar, bir ədəd dəyəri 50 (əlli) manat olan mis aftafa və bir ədəd dəyəri 50 (əlli) manat olan qaz sobası, həmçinin evin həyətində olan su çənin yanından bir ədəd dəyəri 35 (otuz beş) manat olan su mühərriki, bir ədəd dəyəri 25 (iyirmi beş) manat olan hidrafon, həyətdən bir ədəd dəyəri 30 (otuz) manat olan mis xəkəndaz və hamamın qarşısından bir ədəd dəyəri 20 (iyirmi) manat olan aliminimum aftafanı, həmçinin evin pəncərəsini açaraq evə daxil olub qonaq otağında televizorun altında olan dolabdan 3.60 manat qəpik pulu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 563.60 (beş yüz altımış üç manat altımış qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cü il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs1 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus evə taxtadan olan giriş qapısının üzərindən tullanaraq qanunsuz daxil olaraq həmin evin həyətində talvarın altında olan taxta dolabda Kəmalə Heydərovaya məxsus olan bir ədəd dəyəri 200 (iki yüz) manat olan od samovan, bir ədəd dəyəri 150 (yüz əlli) manat olan elektrikli samovar, bir ədəd dəyəri 50 (əlli) manat olan mis aftafa və bir ədəd dəyəri 50 (əlli) manat olan qaz sobası, həmçinin evin həyətində olan su çənin yanından bir ədəd dəyəri 35 (otuz beş) manat olan su mühərriki, bir ədəd dəyəri 25 (iyirmi beş) manat olan hidrafon, həyətdən bir ədəd dəyəri 30 (otuz) manat olan mis xəkəndaz və hamamın qarşısından bir ədəd dəyəri 20 (iyirmi) manat olan aliminimum aftafanı, həmçinin evin pəncərəsini açaraq evə daxil olub qonaq otağında televizorun altında olan dolabdan 3.60 manat qəpik pulu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 563.60 (beş yüz altımış üç manat altımış qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 29 yanvar 2024-cü il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus evə taxtadan olan giriş qapısının üzərindən tullanaraq qanunsuz daxil olaraq həmin evin həyətində talvarın altında olan taxta dolabda Kəmalə Heydərovaya məxsus olan bir ədəd dəyəri 200 (iki yüz) manat olan od samovarı, bir ədəd dəyəri 150 (yüz əlli) manat olan elektrikli samovar, bir ədəd dəyəri 50 (əlli) manat olan mis aftafa və bir ədəd dəyəri 50 (əlli) manat olan qaz sobası, həmçinin evin həyətində olan su çənin yanından bir ədəd dəyəri 35 (otuz beş) manat olan su mühərriki, bir ədəd dəyəri 25 (iyirmi beş) manat olan hidrafon, həyətdən bir ədəd dəyəri 30 (otuz) manat olan mis xəkəndaz və hamamın qarşısından bir ədəd dəyəri 20 (iyirmi) manat olan aliminimum aftafanı, həmçinin evin pəncərəsini açaraq evə daxil olub qonaq otağında televizorun altında olan dolabdan 3.60 manat qəpik pulu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 563.60 (beş yüz altımış üç manat altımış qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmi kənddə yaşayır. Quba rayonu, Birinci Nügədi kəndində yerləşən yanacaq doldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 5 ildir ki, tanıyır, onların dostluq münasibətləri var. 2024-cü ilin yanvar aylarının axırlarında Ağakərimlə yaşadıqları kənddə görüşüb söhbət edən zaman sonuncuya qonşusu Abbasın evindən oğurluq etməsini təklif etmiş, Ağakərim əvvəl razılıq verməsə də, sonradan razılaşmışdır. Axşam saat 09 radələrində Ağakərim Cahidə zəng edərək onu yanlarına çağırmışdır. Kəndlərində yerləşən kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, Cahidə qonşusu Abbasın evindən oğurluq etmələrini və əldə olunan pulu aralarında bölmələrini təklif etmişdir. Cahid əvvəl razı olmasa da, o və Ağakərim Cahidi razı salmışlar. Onlar 29 yanvar 2024-cü il tarixdə gecə saat 23 radələrində Abbasın yaşadığı evə getmişlər. Evin qarşısına çatdıqdan sonra, həyətin taxtadan olan giriş qapısının üzərindən tullanaraq həyətə daxil olmuşlar. Onlar həyəti axtarıb həyətdə olan taxtadan yığılmış dolabın içindən iki samovar, qaz sobasını evin girişində olan ağ çənin yanındakı su matorunu hidraforla birlikdə açıb sobanı, samovarları və su matorunu gətirib həyətə giriş qapısının yanına qoymuşlar. O, daha sonra həyətdə olan dolabdan və həyətdə olan hamamın qarşısında iki ədəd avtafa və həyətdə yerdə olan bir ədəd xəkəndazı götürmüş, daha sonra təkrar geri qayıdaraq evin qapısının yanında yerləşən pəncərəni əli ilə itələyərək açmış, onlar evə daxil olmuşlar. Evə daxil olduqdan sonra, evi axtarmağa başlamışlar. Ağakərimlə Cahid evin qonaq otağında yerləşən dolabın siyirmələrini açaraq orada olan qəpikləri götürmüş, o da digər otaqları axtarmışdır. Otaqlarda pul və qızıl zinyət əşyaları tapmadıqları üçün evi tərk edib, həyətə yığdıqları samovarları, su matorunu, avtafaları, xəkəndazı və sobanı götürüb gəldikləri yolnan geri qayıtmışlar. Onlar həmin əşyaları götürüb onun qaldığı evlə üzbəüz onların evinin hasarının yanına qoymuşlar. O, evdən adyal gətirdikdən sonra, götürdükləri əşyaları adyala büküb kəndin qəbirsanlığına aparıb həmin əşyaları orada otluğun arasında gizlətmişlər. Sonra hər kəs öz evinə getmiş, təxminən 2-3 gün keçdikdən sonra Ağakərim su matorunu evinə aparmışdır. 10 fevral 2024-cü il tarixdə o, Ağakərimə zəng edərək polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olmasını, zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 5 ildir ki, tanıyır, onların dostluq münasibətləri vardır. Təxminan 2024-cü ilin yanvar ayının axırlarında axşam saat saatlarında Ağakərim ona zəng edərək Birinci Nügədi kəndindəki "NZS” kafesində Kamranla oturduğunu və onların yanına gəlməsini xahiş etmişdir. Onların yanına getdikdən sonra, həmin kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, Kamran qonşusu Abbasın evindən oğurluq etmələrini təklif etmişdir. O, əvvəl tutulacağından qorxaraq razılaşmasa da, Kamran hərşeyə cavabdehlik daşıdığını bildirərək onu razı salmışdır. Bundan sonra həmin gün, yəni 29 yanvar 2024-cü il tarixdə gecə saat 23 radələrində Abbasın yaşadığı evin yanına gələrək evin taxtadan olan giriş qapısının üzərindən aşaraq həyətə daxil olmuşlar. Onlar həyəti axtarıb həyətdə olan taxtadan yığılmış dolabın içindən iki samovarı, qaz sobasını evin girişində olan ağ çənin yanındakı su matorunu hidraforla birlikdə açıb sobanı, samovarları və su matorunu gətirib həyətə giriş qapısının yanına yığmışlar. Daha sonra, Kamran həyətdə olan dolabdan və həyətdə olan hamamın qarşısından iki ədəd avtafa və bir ədəd xəkəndazı gətirərək oğurladıqları əşyaların yanına qoyduqdan sonra, onlar evin qapısının yanında yerləşən pəncərəni əlləri ilə itələyərək açıb evə daxil olmuşlar. Evə daxil olduqdan sonra, evi axtarmağa başlamışlar. O, Ağakərimlə evin qonaq otağında yerləşən dolabın siyirmələrini açaraq orada olan qəpikləri götürmüş, Kamran isə digər otaqları axtarmışdır. Otaqlarda pul və qızıl zinyət əşyaları tapmadıqları üçün evi tərk edərək həyətə yığdıqları samovarları, su matorunu, avtafaları, xəkəndazı və sobanı götürüb gəldikləri yolnan geri qayıtmışlar. Onlar həmin əşyaları götürüb Kamranın yaşadığı evin hasarının yanına qoymuşlar. Kamran evlərinə gedib bir ədəd adyal gətirdikdən sonra, oğurladıqları əşyaları həmin adyala büküb kənd qəbirstanlığına aparıb həmin əşyalar otluğun arasında gizlətmişlər. Sonra hər kəs öz evinə getmiş, təxminən 2-3 gün keçdikdən sonra Ağakərim su matorunu evinə aparmışdır. 10 fevral 2024-cü il tarixdə eşitmişdir ki, Kamran polis əməkdaşları tərəfindən saxlanılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirib məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmi kənddə yaşayır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5 ildir ki, tanıyır, onların dostluq münasibətləri var. 2024-cü ilin yanvar aylarının axırlarında Kamranla yaşadıqları kənddəki kafedə oturub çay içən zaman Kamran ona qonşusu Abbasın evindən oğurluq etməyi təklif etmişdir. O, əvvəl razılıq verməsə də, sonradan razılaşmışdır. Axşam saat 21 radələrində o, digər dostları Cahidə zəng edərək sonuncunu oturduqları kafeyə dəvət etmişdir. Cahid gəldikdən sonra, Kamran qonşusu Abbasın evindən oğurluq etmək istədikləri ona dedikdə, Cavid əvvəlcə onunla razılaşmasada sonda onlarla birlikdə oğurluq etməyə razılıq vermişdir. Bundan sonra onlar hər üçü həmin gecə, yəni 29 yanvar 2024-cü il tarixdə gecə saat 23 radələrində Abbasın yaşadığı evin yanına gələrək evin taxtadan olan giriş qapısının üzərindən keçib həyətə daxil olmuşlar. Onlar həyəti axtarıb həyətdə olan taxtadan yığılmış dolabın içindən iki samovarı, qaz sobasını evin girişində olan ağ çənin yanındakı su matorunu hidraforla birlikdə açıb sobanı, samovarları və su matorunu gətirib həyətə giriş qapısının yanına qoymuşlar. Kamran daha sonra həyətdə olan dolabdan və həyətdə olan hamamın qarşısından iki ədəd avtafanı və bir ədəd xəkəndazı gətirib oğurladıqları əşyaların yanına qoymuşdur. Sonra onlar evin qapısının yanında yerləşən pəncərəni əlləri ilə itələyib açaraq evə daxil olmuşlar. Evə daxil olduqdan sonra evi axtarmağa başlamışlar. O, Cahidlə evin qonaq otağında yerləşən dolabın siyirmələrini açaraq orada olan qəpikləri götürmüş, Kamran isə digər otaqları axtarmışdır. Otaqlarda pul və qızıl zinyət əşyaları tapmadıqları üçün evdən çıxaraq qapının yanına qoyduqları samovarları, su matorunu, avtafaları, xəkəndazı və sobanı götürüb gəldikləri yolnan geri qayıtmışlar. Onlar həmin əşyaları götürüb Kamranın qaldığı evlə üzbəüz olan evin hasarının yanına qoymuşlar. Kamran evlərində adyal gətirdikdən sonra, götürdükləri əşyaları adyala büküb kənd qəbirstanlığına aparıb həmin əşyaları otluqda gizlətmişlər. Sonra hər kəs öz evinə getmiş, təxminən 2-3 gün keçdikdən sonra, Ağakərim su matorunu evinə aparmışdır. 10 fevral 2024-cü il tarixdə Kamran ona zəng edərək polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,Quba rayonu, Birinci Nügədi kəndində həyat yoldaşı Ələbbas Heydərov və oğlu Aqil Heydərovla birlikdə yaşayır. Yaşadığı ev bir mərtəbəli olmaqla iki yataq otağı və bir qonaq otağından ibarətdir. Evin həyəti dəmir torla hasarlanmış, həyətin giriş qapısı bir tay olmaqla taxta materiallıdır. Yoldaşı xırdabuynuzlu heyvan saxlamaqla məşğul olur. 2023-cü ilin dekabr ayında yoldaşı xəstələndiyi üçün heyvanları saxlaya bilməmiş və satmalı olmuşlar. 08 yanvar 2024-cü il tarixdə oğlu Aqil Heydərov Bakıya ali təhsil imtahanlarına görə getmiş, 11 yanvar 2024-cü il tarixdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yaşayan baldızının qızı Zəminə onlara gələrək qış mövsümündə çətin yaşayış şəraitlərini görmüş və dayısının xəstə olduğunu nəzərə alaraq onları həmin günü öz evinə aparmışdır. O, evdən çıxarkən heyvanları sataraq əldə etdikləri pulları, həmçinin televizorun altında olan dolabda ayrıca saxladığı 1000 manat pulu və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Dolabda olan 10, 20 və 50 qəpiklərdən ibarət ümumilikdə 3 manat 60 qəpik pulları götürməmiş, dolabda qalmışdır. 10 fevral 2024cü il tarixdə, saat 10 radələrində oğlu ilə birlikdə təmizlik işləri üçün evinə gəlmişdir. Paltarları yumaq üçün həyətdəki su çəninin yanında olan su mühərrikini işə salmaq istəyərkən mühərrikin və üzərində olan hidraforun yerindən çıxarıldığını görmüşdür. Mühərrikin və hidraforun yerində olmadığını görərək evdə oğurluq olmasından şübhələnmişdir. Həyətə baxış keçirdiyi zaman həyətdə yerləşən talvarın altındakı dolabın içərisində olan bir ədəd elektrik və bir ədəd od samovarın olmadığını aşkar etmişdir. Evin otaqlarına baxarkən iki üç dolabın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Evə və həyətə baxış keçirilən zaman məlum olmuşdur ki, həyətdə yerləşən talvarın altındakı dolabda olan bir ədəd mis avtafa və bir ədəd qaz sobası, həyətdəki hamam otağında olan bir ədəd aliminimum avtafa, həmçinin həyətdə olan bir ədəd mis xəkəndaz da oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluğu üzbəüz qonşusu Kamran, həmkəndlilləri Cahid və Ağakərim adlı şəxslər etmişlər. İfadəsinin sonunda zərər çəkmiş şəxs X9 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyi üçün onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirərək, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş X14 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki o, Quba rayon polis şöbəsində sahə rəisi vəzifəsində işləyir. 11 fevral 2024-cü il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən oğurluq olması barədə şöbəyə daxil olmuş məlimat ilə bağlı araşdırma aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, oğurluq hadisəsi Quba rayonu, Birinci Nügədi kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azər oğlu və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aparılan profilaktik söhbət zamanı onlar oğurluq hadisəsi törətdiklərini etiraf etmişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da analoji ifadə verərək X10 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 - hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının rəyi, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 aprel 2024-cü il tarixli 9/1979 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqına qərarda göstərilən 01 ədəd 50 mm həcmli “Marquis” markalı “MKP62” madelli su mühərrikinin qiyməti 35 manat, 01 ədəd “Marquis” markalı “EC-3” madelli fidraforun qiyməti 25 manat, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumatı olmayan qaz sobasının qiyməti 50 manat olmaqla məişət əşyalarının 2024-cü ilin yanvar ayına olan orta bazar qiymətilə ümumi dəyəri 110 manat müəyyən edilir. Maddi sübut kimi istintaqa təqdim edilməyən 01 ədəd elektrikli samovar, 01 ədəd od samovarı, 02 ədəd avtafa və 01 ədəd xəkəndazın faktiki baxış keçirilmədən, onaların konkret olaraq modelini, əmtəə görünüşünü, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, köhnəlməyə və zədələnməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat (markası, modeli, ölçüsü və sair texniki göstəriciləri) olmadığından, onlar üzərində tədqiqat və qiymətləndirmə aparılmamışdır. 01 ədəd elektrikli samovar, 01 ədəd od samovarı, 02 ədəd avtafa və 01 ədəd xəkəndazın dəyəri zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-2015/2024 saylı müşayiət məktubundan görünür ki, ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə aparılmış müqayisəli tədqiqatı nəticəsində hadisə yerindən müayinə zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.2004-cü il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 16 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır və atası - 1959-ci il təvəllüdlü X17, anası - 1971-ci il təvəllüdlü X2 ibarəd ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini, gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 16 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır və atası - 1971-ci il təvəllüdlü X18, anası - 1984-cü il təvəllüdlü X19, qardaşı - 2005-ci il təvəllüdlü X11 ibarəd ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini, gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Həmçinin, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 16 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır və atası - 1975-ci il təvəllüdlü X15, qardaşı - 2000ci il təvəllüdlü X12, qardaşı - 1998- ci il təvəllüdlü X20 və bacısı - X5 ibarəd ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini, gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (VÖEN **********, AZ34CTRE**********0002088501, X6, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-137/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-137/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver