Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-138/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Quba rayon məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə onun həmin cəzası 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi saxlanılmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, Quba şəhəri S.Vurğun küçəsi ev 60-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İT-da sxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Quba rayonu Vəlvələ kənd sakini Zərərçəkmiş şəxs ilə görüşərək həmin məsələnin həllinə dair heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs arvadı Şahid1 əlilliyə görə pensiya düzəltməsi barədə yalan vədlər verib aldadaraq 2019-cu İlin avqust ayında Quba şəhərində üç dəfəyə olmaqla cəmi 10000 (on min) manat məbləğində pulunu hissə-hissə alıb ələ keçirərək zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixdən 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda həmin cəzasını Xəzər rayonu ərazisində yerləşən 17 saylı X6 çəkir. O, Zərərçəkmiş şəxs 20 ilə yaxındır ki, tanıyır. O, əvvəl Quba rayon Hərbi Komisarlığında işləmişdir. 2019-cu ilin avqust ayında Rüfətlə görüş zamanı sonuncu arvadı üçün təqaüd alınmasından ötrü xəstəlik sənədlərinin düzəldilməsinə köməklik etməsini xahiş etmiş və işinin həlli müqabilində ona pul verəcəyini demişdir. O, Rüfətlə razılaşmışdır. Bir ay ərzində üç dəfəyə Rüfətdən onun arvadının xəstəlik sənədlərini düzəltməsi müqabilində pul almışdır. Lakin sonradan cinayət məsuliyyətinə cəlb edildiyindən Rüfətə köməklik edə bilməmiş və sonuncunun pulunu öz ehtiyacları üçün xərclədiyindən qaytara bilməmişdir. O, Rüfətin arvadının təqaüd işini həll etməsi üçün ondan pul almış, lakin hazırda nə qədər aldığını xatırlamır. Rüfət ona pul verən zaman yanlarında kimsə olmamışdır. Rüfət hər dəfə pulu ona təklikdə vermişdir. O, Rüfətdən pulu sonuncunun arvadının işini həll etməsi müqabilində almışdır. Həmin puldan digər şəxslərə, o cümlədən vəzifəli şəxslərə verməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs pulu sonuncunun arvadına təqaüd düzəltmək üçün almışdır. Həmin vaxt idarədə işləmiş və kömək etmək iqtidarında olduğunu düşünmüşdür. Rüfətdən nə qədər pul aldığını xatırlamır, lakin 10000 (on min) manatdan az olmuşdur. Əməlindən peşmandır. Həbsdə olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində üç uşağın olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Nəsrulla əvvəllər Quba rayon Hərbi Komisarlığında işləmişdir. Onun arvadı Şahid1 özündən getmə, “nevroz” xəstəliyindən əziyyət çəkdiyi üçün uzun müddətdir ona əlilliyə görə təqaüd düzəltmək istəmişdir. 2019-cu ilin avqust ayında Nəsrulla ilə görüşmüş, arvadının xəstəliyi ilə əlaqədar əlilliyə görə təqaüd düzəltmək istədiyini bildirmişdir. Nəsrulla razılaşmış və işi həlli müqabilində 10000 (on min) manat istəmişdir. O, Nəsrulla ilə razılığa gəlmiş, lakin 10000 (on min) manatı bir dəfəyə verə bilməyəcəyini demiş və Nəsrullaya pulu 2019-cu ilin avqust ayında Quba rayonu, Vəlvələ kəndində üç dəfəyə vermişdir. İlk dəfə 3500 manat, ikinci dəfə yenə 3500 manat, sonda 3000 manat olmaqla, cəmisi 10000 (on min) manat məbləğində pul vermişdir. Nəsrullaya iki dəfə pul verən zaman yanında qaynı Taleh olmuş, axırıncı dəfə isə yanlarında kimsə olmamışdır. Nəsrulla ondan arvadına məxsus şəxsiyyət vəsiqəsinin surətini də götürüb ona bir ay ərzində təqaüd işinin həll olunacağına söz vermişdir. Lakin Nəsrulladan xəbər çıxmamışdır. Bir qədər sonra o, Nəsrullanın işdən çıxarıldığını eşitmişdir. Nəsrulla ilə görüş zamanı sonuncu pulu qaytaracağına söz versə də, pulu qaytarmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, Nəsrullanı 15 ildən çoxdur ki, tanıyır və sonuncuya qarşı inamı olmuşdur. Nəsrulla onun arvadına təqaüd düzəltmək üçün ümumilikdə 10000 (on min) manat pul almışdır. 10000 (on min) manat pulu Nəsrullaya üç dəfəyə Quba rayonu, Vəlvələ kəndi ərazisində vermişdir. Məqsədi arvadına təqaüd düzəltmək olmuş, lakin bununla bağlı müvafiq orqana rəsmi müraciət etməmişdir. Hazırda Nəsrullanı bağışlamış və ona qarşi heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və iclas zalında ona verilən suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu bir neçə dəfə onların yaşadığı evə gəlmişdir. O, “nevroz” xəstəliyindən əziyyət çəkdiyi üçün əlilliyə görə təqaüd düzəltmək istəmiş və bu məqsədlə onun yoldaşı Rüfət Təqsirləndirilən şəxsla əlaqə yaratmışdır. Nəsrulla idarədə işlədiyindən onun xəstəliyi ilə bağlı təqaüd düzəldə biləcəyini demiş və bunun müqabilində 10000 (on min) manat istəmişdir. Əri Zərərçəkmiş şəxs Nəsrullaya ayri-ayr tarixlərdə üç dəfəyə 10000 (on min) manat vermişdir. Onların məqsədi təqaüd düzəltmək olmuşdur. Bununla bağlı müvafiq orqana bir dəfə rəsmi müraciət etsə də, nəticə əldə edə bilməmişdir. Ondan sonra onlar rəsmi qaydada heç yerə müraciət etməmişlər. Nəsrulla kömək edə biləcəyini demiş, onlar da inanmışlar. X11 vermək üçün pul olmadığından onun qardaşı Talehdən borca pul alıb Nəsrullaya vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid2 ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu ki, Şahid1 onun doğma bacısı, Zərərçəkmiş şəxs isə bacısının yoldaşıdır. Bacısı Aybəniz “nevroz” xəstəliyindən əziyyət çəkir. 2019-cu ildə (ayı xatırlamır) bacısı ona xəstəliyinə görə təqaüd düzəltmək istədiyini, bunun üçün Nəsrulla adlı şəxslə danışdıqlarını, sonuncu ona təqaüd düzəldəcəyinə kömək edəcəyini və işin həlli müqabilindən onlardan 10000 (on min) manat pul istədiyini bildirmişdir. Bacısı və Rüfət qeyd olunan məbləği tam düzəldə bilmədiklərini bildirmişlər. O da borc olaraq 5000 manat pul vermişdir. O, özü Rüfətlə birlikdə Nəsrulla ilə görüşmüşdür. Rüfət Quba rayonu, Vəlvələ kəndində onun iştirakı ilə Nəsrullaya pul vermişdir. Rüfət onun yanında iki dəfə, birinci dəfə 3500 manat, ikinci dəfə isə 3000 manat Nəsrullaya vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafından başqa, zərərçəkmiş şəxs, şahid ifadələri və digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə iqtidarında olmadığı işi görəcəyi ilə bağlı yalan məlumatlar verməklə, vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə mümkün qədər çox məbləğdə pul şəklində əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsdən pul vəsaitini mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı 10000 (on min) manat pulu zərərçəkmiş aldığını təkzib etsə də, Zərərçəkmiş şəxs aldadaraq pul aldığını və həmin pulu öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir (iş vər.: 65,66); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10000 (on min) manat deyil, 460 manat pul götürdüyü barədə ifadəsində bildirdiyi xüsusatlar özünü məsuliyyətdən yayınmaq məqsədi daşıdığından sübut kimi qiymətləndirilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir (iş vər.: 67-73). Beləliklə də, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir və eyni zamanda aşağıda qeyd olunanları nəzərə alır. Cinayət işinin materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 46); Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına (hazırlıq iclası) əsasən, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Quba RİHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndələyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X2, oğulları X3, X4 və X1 ibarət ailə tərkibi vardır. Həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 26,27); Məhkəmə elektron portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Amani, xx.xx.2005-ci il təvəllüdlü Nicat və xx.xx.2012-ci il təvəllüdlü Hamid adında yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Pespublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə onun həmin cəzası 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi saxlanılmaqla 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 1(105)-232/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə dövlət orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (iş vər.: 28-38). İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində uşaqlarının olması və həbsdə olmasını nəzərə alaraq, sonuncunun ona verməli olduğu 10000 (on min) manat pulu ona bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan üç uşağın olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM–nin 68.1.1-1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabalnır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–nin 68.1.1-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, həmin azadlıqdan məhrumetmə cəzası Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM–nin 68.1.1-1 maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-138/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-138/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver