Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-139/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.2001-ci ildə Quba rayonu, Kürkün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Kürkün kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16.30 radələrində Quba rayonu, Kürkün kəndində yaşadığı evin həyətində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs Qəhrəman oğlunun yumruqla sifətinə, təpiklə isə sol qabırğa nahiyyəsindən vuraraq ona döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaların yerinin dəyişən sınığı və həmin sahədə yumşaq toxumanın əziyi və qançırı ilə nəticələnən qəsdən sağlamlığa uzun müddət müddətə pozğunluq törətməklə az ağır dərəcəli bədən xəsarətləri yetirib sonuncunun qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Son vaxtlar atası spirtli içkiyə aludəçi olduğundan tez-tez evlərində mübahisələr yaranır. 27 avqust 2021-ci il tarixdə təxminən saat 16 radələrində atası Sərvər yaşadıqları evdə anası Şahid çay hazırlamağı bildirmişdir. Bu zəmində onların aralarında mübahisə yaranmışdır. Atası ilə anasının mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. Atası Sərvərin anasının ünvünına dediyi sözlər ona pis təsir etdiyindən o, anasını müdafiə etmək məqsədi ilə atasının sifətinə yumruqla, sol qabırğa nahiyyəsinə bir dəfə təpiklə vuraraq onu yerə yıxmışdır. Bundan sonra atası tibbi yardım almaqdan ötrü həyətdən çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, atasının qabırğalarında sınıq olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, 1998-ci ildə Vəfa Abdullayevə ilə rəsmi ailə həyatı qurmuş və bu nigahdan bir qızı və Səyyad adlı oğlu dünyaya gəlmişdir. Son vaxtlar həyat yoldaşı Vəfa ilə münasibətləri qısqanclıq zəminində pozulmuş və mütəmadi olaraq aralarında mübahisələr və münaqişələr yaranmışdır. 27 avqust 2021-ci il tarixdə, təxminən saat 16 radələrində o, evə sərxoş vəziyyətdə gəlmişdir. Onu Səxavət adlı şəxs avtomaşını ilə gətirmişdir. O da Səxavəti evinə dəvət edib həyat yoldaşı Vəfaya çay hazırlamağı bildirmişdir. Həmin vaxt arvadı Vəfa da evdə səs-küy salmış və Səxavətin çıxıb getməsini bildirmişdir. Səxavət də UAZ markalı avtomaşına minib çıxıb getmişdir. Bu səbəbdən Vəfa ilə münaqişələri yaranmış və oğlu Səyyad da onların mübahisələrinə qoşulmuşdur. Həmin vaxt Səyyad onu yerə yıxıb sifətinə yumruqla, sol qabırğasına isə təpiklə vuraraq onu döymüşdür. Döyüldükdən sonra, qabırqası ağrıdığı üçün Qusar RMX-ya getmiş və rentgen müayinəsi zamanı müəyyən olunmuşdur ki, qabırğası sınmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə, saat 16:30 radələrində həyat yoldaşı Sərvər içkili vəziyyətdə tanımadığı bir nəfər şəxslə evə gəlmişdir. Sərvər ondan çay hazırlamağı tələb etmiş, o, da ona, «yanında gələn içkilidir, oğlunun acığı gələcək, o, çıxıb getsin, sənin çayını hazırlamışam»-demişdir. Sərvərin yanında gələn şəxs getdikdən sonra, aralarında mübahisə yaranmışdır. Sərvər onun sifətinin sol tərəfinə sillə ilə vurub onu təhqir etmişdir. Bu vaxt oğlu Səyyad onlara yaxınlaşaraq atasını sakitləçdirməyə çalışsada,. onlarında aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Səyyad atasının sifət nahiyyəsinə yumruq, qarnına isə təpiklə vurmuşdur. Bundan sonra əri Sərvər həyətdən çıxıb getmişdir. Sonra, onlara məlum olmuşdur ki, mübahisə zamanı əri Sərvərin qabırğaları sınmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 913 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- döş qəfəsinin sol tərəfində qoltuq xətti üzoə Vİİ-Vİİİ qabırğaların yerinə dəyişən sınığı və həmin sahədə yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 avqust 2021-ci il tarixə uyğun gəlir,dərəcəsinə görə sağlamlığa qəsdən az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Quba rayonu, Kürkün kənd sakini Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba RİHB-nın Alpan İƏD-si üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Kürkün kəndində qeydiyyatdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Quba RMX-nın 13 sentyabr 2021-ci il tarixli 1998 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın X3 psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-139/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-139/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver