Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-14/2021 03.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs: X2 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Quba rayonunun Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Quba rayonu Çartəpə kəndindəki evinin həyətini su basdığını görüb arxdakı suyun istiqamətini dəyişmək üçün küçəyə çıxıb su arxının paylandığı yerə gedərkən qonşusu yetkinlik yaşına çatmamış, xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə rastlaşıb, suyun onların həyətinə Zərərçəkmiş şəxs tərəfindən buraxılmasını zənn edərək onunla mübahisə edib dalaşıb, əlində olan belin dəmirinin iç yastı hissəsi ilə Zərərçəkmiş şəxs sol əlinin arxa səthindən vuraraq sonuncunun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sol əlin arxa səthində yumşaq toxumaların əziyi və qançırı, sol əldə 3-cü daraq sümüyünün distal hissəsinin yerini dəyişməyən qapalı sınığı kimi xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Quba rayonu, Çartəpə kəndində yaşayır, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qapı qonşusudur, onunla və ailələri arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində evində olduğu vaxtı həyəti su basdığı, suyun hətda qaraja doğru getdiyini görmüş, əlinə beli götürüb suyu kəsməyə qaçmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs evləri tərəfindən gəlmiş və yanına çatanda ondan: “sən burda neynirsən?” soruşduqda ona “suyu kəsirəm” cavab vermiş, Yusif ona “qələt eliyərsən, suyu kəsərsən” demiş, Yusifə ”ağıllı ol, belə danışma” bildirmiş, Yusif əlində beli görüb dala çəkilmiş, sonra boynundan yapışmış, onlar yerə yıxılmış, yerə yıxılanda bel əlindən yerə düşmüş, yerdə dalaşmağa başlamışlar. O, qışqırmağa başladıqda bibisi qızı Xəyalə gəlib onları ayırmış, bundan sonra Yusifin ailəsi gəlmiş və onu evə aparmış, özü kürəyindən və dizindən xəsarətlər almışdır. Hazırda etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, məhkəmədən onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Quba rayonu, Çartəpə kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qapı qonşusudur. Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində həyətlərinə gələn su arxında su çoxalıb daşdığına görə atası İsif ona gedib suyun qabağını kəsməsini demiş, həmin su arxı Təqsirləndirilən şəxs evinin qarşısından keçdiyinə görə arxın suyu daşıb onun də həyətinə keçmişdir, amma arxa suyu Yusif və ya ailə üzvləri qoşmamışlar. O, Samirin evinin qarşısından keçəndə Samir ona “qoşduğun su həyətimizi basıb” dedikdə, ona suyu qoşmadığını cavab vermişdir. Həmin vaxtı Samirin əlində bel olmuş, Samir onun üstünə gəlib əlindəki bel ilə onun başından vurmaq istədikdə sol əlini belin qarşısına vermiş, bel sol əlinin biləyinin üstündən dəymiş, həmin nahiyyədən möhkəm ağrı hiss etmişdir. Samir beli qırağa atıb onun boynundan tutmuş, sıxmağa, boğmağa başlamış, sifətini əlləri ilə cırmaqlayaraq, onu yerə yıxmışdır. Səsə Samirin bacısı Rəna və bibisi qızı Xəyalə gəlmiş, Xəyalə Samiri ondan ayırmağa çalışmış, özü Samirin əlindən bir-təhər çıxmış, sonra həmin davadalaşın üstünə atası İsif də gəlib onu evlərinə aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən X2 barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, anası Şərqiyyə, nənəsi Şüküfə, dayısı İbrahim və onun ailəsi ilə birlikdə bir evdə Quba rayonu, Çartəpə kəndində yaşayır, Təqsirləndirilən şəxs onun dayısı İbrahimin oğludur, Zərərçəkmiş şəxs həmkəndlisi və qapı qonşusudur, onunla və ailəsi ilə heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində evində olduğu vaxtı arxa qoşulan su həyətlərini basmış, bununla bağlı İbrahim dayının oğlu Samir darvazanın arşısına çıxıb Yusifə narazılığını bildirəndə mübahisə yaranmış, həmin mübahisə yarananda özü orada olmamış, evdə olmuşdur. Mübahisənin səslərini eşidib evdən çıxıb darvazanın qarşısına getdikdə İsifın oğlu Yusifin dayısı İbrahimin oğlu Samirlə yerdə süpürləşdiklərini görmüş və Yusifin əllərindən tutub Yusifi Samirdən ayırmış, həmin vaxtı Yusifin valideynləri və Samirin bacısı Rəna da həmin yerə gəlmişlər. Yusifin valideynləri Yusifi evlərinə aparmışlar. Şahid1 hadisə barəsində mobil telefon vasitəsi ilə Samirin valideynlərinə məlumat vermişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı İsif xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində evdə olduğu vaxtı həyətə gələn su arxında suyun çoxalmasını görmüş, ona görə oğlu Yusifi suyun qarşısını kəsməsi üçün suyun paylaşdığı yerə göndərmişdir. Yusif suyu kəsib qayıdanda qonşu İbrahimin darvazasının yanından keçərkən İbrahimin oğlu Samir onun qarşısını kəsmiş və üstünə qışqırmış, onlar su üstündə dalaşmışlar, həmin vaxtı Samir bellə Yusifi vuranda Yusif sol əlini belin qarşısına vermiş və sol əlinin üstündən xəsarət almışdır. Həmin vaxtı onlar bağda olmuşlar, dava-dalaş səslərini eşidib həmin tərəfə qaçmışlar, onlara çatanda Yusif ayrı dayanmış, Samiri bacısı Rəna və bibisi qızı Xəyalə qıraqda tutub saxlamışlar. Yusifin boynunda, boğazında, kürəyi və sifətində sıyrıqlar əmələ gəlmiş, həmin sıyrıqları ona Samir yetirdiyini demişdir. Yusifi götürüb evlərinə getmişlər, Yusifin əlində şişkinlik əmələ gəlmiş, ona görə onu həkimə aparıb, rentgenə saldırmış. Samirin bellə vurduğu qolun həmin yerində sınığın əmələ gəlməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs X5 istinad edilən ittiham özünün etirafı, zərərçəkmiş şəxsin, ekspert rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs X2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10-Təcrübi və X12 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 674 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - sifətində, boynunda və kürəyində çoxsaylı sıyrıq, sol əlin arxa səthində yumşaq toxumaların əziyi və qançırı, sol əldə 3-cü daraq sümüyünün distal hissəsinin yerini dəyişməyən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10- Təcrübi və X12 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 06 nömrəli əlavə rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sifətində, boynunda və kürəyində çoxsaylı sıyrıq, sol əlin arxa səthində yumşaq toxumaların əziyi və qançırı, sol əldə 3-cü daraq sümüyünün distal hissəsinin yerini dəyişməyən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin ayrıayrılıqda dərəcəsi təyin edilmiş olsa bu zaman sifətində, boynunda və kürəyində çoxsaylı sıyrıqlar istər hər biri ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, sol əlin arxa səthində yumşaq toxumaların əziyi və qançırı, sol əldə 3-cü daraq sümüyünün distal hissəsinin yerini dəyişməyən qapalı sınığı birlikdə dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Quba RİHB-nm Xucbala İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi atası X3, anası X6, bacıları X7 və X4 ibarətdir. İşdə olan Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, 2000-ci ildə Quba rayonu Çartəpə kəndində anadan olmuş Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olmaqla müsbət xaralterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş təqsirəndirilən şəxs X2 ərizəsindən görünür ki, özünü təqsirli bilir və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs X8 ilə barışmış və ona qarşı heç bir iddiası və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, X8 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-14/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-14/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver