Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-14/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Abşeron rayon vəkil bürosunun vəkili X6, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1998-ci ildə Quba rayonu Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayonu Amsar kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə günorta saatlarında Quba rayonu, Birinci Nügədi kəndi ərazisində tanışı Şahid1 işlədiyi avtotəmir sexində görüşdüyü zaman ona 10 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana ala biləcəyini vəd edərək həmin pulu sonuncudan götürüb, həmin tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd bükümdə ümumi çəkisi 0,338 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və dörd ədəd bükümdə, ümumi çəkisi 0,449 qramdan artıq olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin əldə etdiyi metamfetaminin üzərindən bir qədər özü və yanında olan Şahid1la birlikdə Quba rayonu Birinci Nügədi kəndi ərazisində yerləşən sonuncunun işlədiyi avtotəmir sexində istifadə etmiş, 24 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtotəmir sexində üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində olan qara rəngli eynək qabının içərisində olan 02 ədəd kağız bükülüdə və 01 ədəd gümüşü kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,221 qram və 0,086 qram olmaqla, ümumi çəkisi 0,338 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram, 0,084 qram, 0,129 qram və 0,079 qram, ümumi təmiz çəkisi 0,449 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan iki ilə yaxın müddətdir ki, ara-sıra istifadə edir. Vaz 2109 markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobillə taksi işləyərək qazanc əldə edir. 2022-ci ilin avqust ayının əvvəllərində Xaçmaz rayonunda olarkən dairənin yanında onun idarə etdiyi VAZ 2109 markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobillə tanamadığı bir nəfər orta yaşlarında olan xanım əyləşərək adını Gülü kimi təqdim edib onu Xaçmaz şəhəri ərazisində yerləşən Parkın yanına aparmağı xahiş etmişdir. Həmin qadın onun maşınla yol gedərkən psixotrop maddə metamfetamindən istifadə edərək onada təklif etmişdir ki, psixitrop maddə metamfetamindən istifadə etsin. Sonra onlar birlikdə həmin qadında olan metamfetamindən istifadə etmişlər. Maşında Xaşmaz şəhərinin ərazisində bir qədər gəzdikdən sonra o, həmin qadını Xaçmaz rayonu dəmiryol stansiyasının yanında düşürüb yaşadığı evə getmişdir. Özünü Gülü kimi təqdim edən qadın maşından düşməmişdən əvvəl onun telefon nömrəsini almış, hazırda pulu olmadığını, daha sonra yol xərci kimi ona 30 manat pul verəcəyini demişdir. O da razılaşmış və çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin avtomobillə günorta saatlarında yenidən Xaçmaz rayonuna taksi kimi işləmək üçün getmişdir. Xaçmaz şəhərində olarkən Gülü ilə görüşüb pulunu almağı düşünmüşdür. Gülünü düşürdüyü yerdə gözləmiş və təxminən 30 dəqiqə sonra Gülünün yolu keçdiyini görüb ona yaxınlaşaraq borclu olduğu 30 manatı verməyi təklif etmişdir. Həmin vaxt Gülü onun maşınına əyləşərək ovucunda olan bükülülər ona göstərib “30 manat ver və 30 manat da borcumu sil bunları sənə verim çəkərsən” demişdir. O, adını Gülü kimi təqdim edən qadına həmin bükümlərdə nə olduğunu soruşduqda, Gülü ona əlndə dörd büküm psixotrop maddə metamfetamin və üç büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilidirmişdir. Narkotik vasitə istifadə etdiyi üçün o, həmin vaxt adını Gülü kimi təqdim edən həmin qadına 30 manat verib və həmin qadının ona olan 30 manat məbləğində borcu silərək ondan 04 büküm metamfetamini və 03 büküm qurudulmuş marixuananı alıb yaşadığı Quba rayonuna qayıtmışdır. O, həmin qadından aldığı 04 büküm metamfetamini və 03 büküm qurudulmuş marixuananı istifadə etmək üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində o, avtomobilini təmir etdirmək üçün Quba rayonu Birinci Nügədi kəndində yerləşən tanışı Şahid1 işlətdiyi avto-təmir sexinə getmişdir. Murad onun maşınını təmir etdikdən sonra, maşına benzin tökmək üçün Muradan 10 manat borc alıb çıxıb getmişdir. Həmin gün axşam saatlarında Murad ona zəng edərək, ehtiyyat hissələri almaq üçün mağazaya getməli olduğunu bildirərək onu ehtiyyat hissələri satılan mağazaya aparmağı xahiş etmişdir. Muradın xahişi ilə o, sonuncunun işlədiyi sexə gedərək onu ehtiyyat hissələri satılan mağazaya aparmışdır. Murad mağazadan lazımi ehtiyyat hissələri aldıqdan sonra, onlar Muradın işlədiyi sexə qayıtmışlar. Murad həmin vaxt ona xidmət haqqı (taksi pulu) kimi 10 manat pul vermişdir. Sexə qayıtdıqdan sonra, Murad aldığı ehtiyyat hissələrini maşından sexə boşaldarkən o, sexdə olan otağa girib orada üzərində olan psixotrop maddə metamfetamindən folqa trubkaya qoyub çəkməyə başlamışdır. Bir qədər sonra, Murad da otağa gələrək onunla birlikdə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Murad metamfetamindən istifadə edib otaqdan çıxdıqdan təxminən bir dəqiqə sonra, sexə Quba rayon polis şöbəsinin əməkdaşları gələrək ona və Murada narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirərək üzrlərində şəxsi axtarış aparılacağı bildirmişlər. Əməliyyat qrupunun üzvləri və vəkil gələnədək onları saxlamış polis əməkdaşları ona və Murada qarşı fiziki güc tətbiq edib onlara qarşı zor tətbiq etmişlər. Polis əməkdaşları tərəfindən dəvət olunmuş əməliyyat qrupunun üzvləri gəldikdən sonra, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində olan qara rəngli eynək qabının içərisində olan 02 ədəd kağız bükülüdə və 01 ədəd gümüşü kağız bükülüdə ümumilikdə 03 büküm narkotik vasitə olan qurudulmuş marixuana və dörd ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 üzərindən və işlədiyi sexdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Sonra, Təqsirləndirilən şəxs ifadəsində həmin günü istərsədə başqa vaxtı Şahid1 narkotik vasitə satmadığını, 24 avqust 2022-ci il tarixdə Şahid1 narkotik vasitə almaq üçün ona 10 manat pul vermədiyini, həmin günü ümumiyyətlə Şahid1la aralarında narkotik vasitənin alışı və ya satışı ilə əlaqədar söhbətin olmadığını, özünə məxsus avtomobillə Şahid1 Quba rayonunun Birinci Nügədi kəndindən Quba şəhərində olan ehtiyyat hissələri satılan mağazaya apardığı üçün sonuncunun ona 10 manat yol xərci verdiyini, heç bir vaxtı Şahid1 və yaxud da digər şəxslərə narkotik vasitə satmadığını, narkotik vasitələri qanunsuz olaraq üzərində saxladığı üçün peşiman olduğunu bildirərək, məhkəmədən onun törətdiyi cinayət əməliini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azdlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində taksi fəaliyyətilə məşğul olan tanışı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2109 markalı avtomaşınla onun Quba rayonunun Birinci Nügədi kəndində yerləşən avto-təmir sexinə gələrək avtomaşını təmir etdirmişdir. Avtomaşınını təmir etdikdən sonra, Samir yanacaq pulu olmadığı üçün işə çıxa bilmədiyini bildirib ondan 10 manat borc pul istəmişdir. Samirlə aralarında yaxın münasibət olduğu üçün o, Samirin xahişini nəzərə alıb ona 10 manat pul vermişdir. Samir 10 manat pulu ondan aldıqdan sonra, çıxıb getmişdir. Həmin gün axşam saatlarında Quba şəhərində yerləşən ehtiyyat hissələri satılan mağazasına getmək üçün ona maşın lazım olduğu üçün o, Samirə zəng edib onu Quba şəhərində yerləşən ehtiyyat hissələri satışı mağazasına aparmağı xahiş etmişdir. Axşam saat 20 radələrində Samir idarə etdiyi avtomaşınla onun işlədiyi avto-təmir sexinə gələrək onu Quba şəhərində yerləşən ehtiyyat hissələri satılan mağazaya aparmışdır. Mağazadan lazım olan ehtiyyat hissələri aldıqdan sonra, onlar onun işlədiyi avto-təmir sexinə qayıtmışlar. O, sexə çatdıqdan sonra, avtomaşından düşərkən 10 manat pul yol pulu kimi maşına qoymuşdur. O, sexə daxil olub aldığı əşyaları yerləşdirmiş, Samir isə sexdə olan otağa girib orada oturmuşdur. Bir qədər sonra o, Samirin olduğu otağa getdikdə görmüşdür ki, Samir psixotrop maddə metamfetamindən kağızdan düzəltdiyi trubka və folqa vasitəsi ilə istifadə edir. Onun istifadə etdiyi metamfetamin kül qabında olduğu üçün Samirdən icazə alıb o, da həmin metamfetamindən bir qədər istifadə edib işlərini davam etdirmək üçün otaqdan çıxmışdır. O, otaqdan çıxdıqdan təxminən 1-2 dəqiqə keçdikdən sonra, sexə Quba rayon polis şöbəsinin bir neçə əməkdaşı gələrək ona və Samirə narkotik vasitələri üzərlərində gəzdirərək istifadə etmələrində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış aparılacağını bildirmişlər. Əməliyyat qrupunun üzvlər gələnədək sexdə olan polis əməkdaşları ona və Samirə qarşı fiziki güc tətbiq edərək zor tətbiq etmişlər. Onlar saxlanıldıqdan təxminən bir saat sonra, sexə əməliyyat qrupunun üzvləri gəlmişlər. Əməliyyat qrupunda olan təhqiqatçı Samirə hüquqularını müdafiə etmək üçün vəkil təqdim etdikdən sonra, bildirmişdir ki, üzərində şəxsi axtarış aparılacaq. Baxış zamanı Samirin əynində olan qara rəngli cins şalvarın arxa cibindən qara rəngli eynək qabınının içərisindən 6-7 ədəd büküm, bir ədəd falqa və bir ədəd trupka aşkar edilmişdir. Həmin bükülülər təhqiqatçı tərəfindən bir-bir açılmış və sorğu zamanı Samir də aşkar olunmuş kütlələrdən 4 bükümünün metamfetamin, qalan 3 bükümün isə marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra, zərflərə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Samir bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri bir neçə gün əvvəl Xaçmaz şəhərində adını Gülü kimi təqdim edən qadından almışdır. Həmin vaxt onun üzərindən eləcədə işlədiyi sexdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Əvvəllər bir neçə dəfə Samirlə birlikdə narkotik vasitə istifadə etmişlər. İstər həmin gün istərsədə digər vaxtlarda Samir ona narkotik vasitə satmamışdır. Həmin gün narkotik vasitə almaq üçün Samirə 10 manat pul verməmişdir. Şahid1 ibtidai istintaqdakı ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs onun işlədiyi avto-təmir sexinə gəlib Xaçmaz rayonuna gedəcəyini bildirmişdir. O, da Samirə 10 manat pul verərək onun üçün də gətirdiyi narkotikdən çəkməsi üçün verməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadədə ziddiyyətlə bağlı verilmiş suallarla əlaqədar bildirdi ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərindən narkotik vasitə gətirməsi üçün 24.08. 2022-ci il tarixdə 10 manat pul verməmişdir. Bu vaxta kimi Samirlə bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə o, Samirlə iki dəfə, bir günorta bir də axşam saatlarında görüşmüşdür. Həmin gün iki dəfə hər dəfə 10 manat olmaqla Samirə cəmi 20 manat pul vermişdir. Günorta Samir özü ondan 10 manat borc pul istədiyi üçün vermiş, axşam isə 10 manat pulu Samir onu öz maşını ilə mağazalara apardığı üçün taksi pulu kimi vermişdir. Başqa məqsədlə Samirə pul verməmişdir. İbtidai istintaqda da, pulu narkotik vasitə üçün verdiyini deməmişdir. Müstəntiq ifadəni özü yazmış və sonda ona oxumamışdır. İfadəsində yazılanlardan məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən işlədiyi sexdə saxlanıldıqdan bir saat sonra, əməliyyat qrupu və vəkil gəlmiş və həmin zaman kəsiyində polis əmədaşları ona və Təqsirləndirilən şəxs fiziki güc tətbiq edərək onlara təziq göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Quba rayonu, Amsar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən avto-təmir sexində saxlanmışdır. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirərək hüquq və vəzifələri izah olunmaqla vəkil Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmaması soruşulduqda, Samir üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etməsini bildirmiş, Samir əynində olan qara rəngli cins şalvarın arxa cibində olan qara rəngli eynək qabını çıxarıb təqdim etmişdir. Həmin eynək qabının içərisinə açıb baxdıqda içərisində 6-7 ədəd büküm, bir ədəd falqa və bir ədəd trupka aşkar edilmişdir. Həmin bükülülər təhqiqatçı tərəfindən bir-bir açılmış və sorğu zamanı Samir də aşkar olunmuş kütlələrdən 4 bükümünün metamfetamin, qalan 3 bükümün isə marixuana olduğunu bildirmişdir. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs aşkar olunmuş bükülülərin Samirə məxsus olubolmamasını soruşduqda, Təqsirləndirilən şəxs həmin bükülülərin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerə vəkil gələnədək ona heç bir təzyiq olmamışdır. Üzərindən aşkar edilmiş həmin bükülüləri xx.xx.2022-ci il tarixdə tanışı Gülü adlı şəxsdən Xaçmaz şəhərində aldığını bildirmişdir. Həmin bükülülər üçün ümumi 60 manat pul ödəməli olduğunu, həmin puldan 30 manatını verərək, qalan 30 manat pulu isə Gülü Samirə borcu olduğu üçün əvəzinə aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yanında dayanmış ikinci şəxs Şahid1 sexdə çalışdığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 analoji ifadə verərək, Şahid2n göstərdiklərini təsdiq etmiş və əlavə olaraq bildirdi ki, əməliyyat qrupu Quba rayonunun Birinci Nügədi kəndində yerləşən avto-təmir sexinə gələn zaman orada sexin sahibi Şahid1 və Təqsirləndirilən şəxs olmuşlar. Samir narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Əməliyyat qrupu gələndən sonra Samirin üzərinə və idarə etdiyi avtomaşınına maşınına baxış keçirmişlər. Sexdə yerləşən otaqda stolun üstünə olan narkotik vasitələr vəkil gələnə kimi stolun üstündə saxlanılmışdır. Sorğu zamanı Samir və Murad narkotik vasitədən birgə istifadə etdiklərini bildirmişdirlər. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kəndində avto-təmir sexində saxlanılaraq, Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa cibində olan eynək qabını çıxarıb təqdim edir, həmin eynək qabına baxış zamanı onun içərisində 7 ədəd büküm, 1 ədəd falga və bir ədəd trupka aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrdən 4 bükümü psixotrop maddə metamfetamin olmasını, qalan 3 bükümün isə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirir. Həmin bükümlər tərəzidə ölçülür. 4 büküm psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 0,8 qram, 3 büküm narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi 0,9 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülülərdə olan psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı Xaçmaz rayonundan Gülü adlı qadından aldığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır və DİN-nin 67 saylı möhürü ilə möhürlənir. Həmçinin çəkiliş zamanı Təqsirləndirilən şəxs yanında dayanmış Şahid1 sorğu zamanı bildirir ki, saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxsla birlikdə narkotik maddədən istifadə etmişdir. Şahid1 çəkiliş zamanı deməsinə görə, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşqul olur, həmin günü günorta vaxtı Samirə avtomaşınına yanacaq tökmək üçün 10 manat məbləğində pul vermişdir. Narkotik vasitəyə görə Samirə pul verməmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kəndində avto-təmir sexində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa cibindən eynək qabını çıxarıb təqdim etmiş, həmin eynək qabına baxış zamanı onun içərisində 7 ədəd büküm, 1 ədəd falqa və bir ədəd trupka aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrdən 4 bükümü psixotrop maddə metamfetamin olmasını, qalan 3 bükümün isə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin bükümlər tərəzidə ölçülmüş, 4 büküm metamfetaminin ümumi çəkisi 0,8 qram, 3 büküm marixuananın ümumi çəkisi 0,9 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülüləri həmin gün Xaçmaz rayonundan Gülü adlı qadından aldığını, həmin bükülülər üçün ümumi 60 manat pul ödəməli olub, həmin puldan 30 manatını ona verib qalan 30 manat pulu isə Gülü adlı qadının ona borcu olduğu üçün əvəzinə aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərdəki maddələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Sonra həmin bükümlər zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 7/938 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd kağız bükülüdə və 01 ədəd gümüşü kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,221 qram və 0,086 qram olmaqla, ümumi çəkisi 0,338 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 0,338 qram, tədqiqata sərf edilən miqdar 0,06 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq 0,278 qramdır. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2022-ci il tarixli 6/4534 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası DİN “Zərflər üçün N267” dairəvi möhür əksi” vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.....” yazısı və imzalar olan 2 ədəd zərfdəki - 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram, 0,084 qram, 0,129 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,449 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. bir ədəd folqa kağız parçasının üzərində və boruşəkilli əşyanın içərisində metamfetaminin çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,449 qram, tədqiqata sərf edilən miqdar 0,08 qram, qalıq 0,369 qram. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 X9 Komissiyasının xx.xx.2022ci il tarixli 5024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 3305/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şahid1 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və fenilalkilamin qrupuna aid olan “Amfetamin” və “Metamfetamin” aşkar edilmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan “maddi sübut hesab edilmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd bükümdə ümumi qalıq çəkisi 0,278 qram narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd bükümdə ümumi qalıq çəkisi 0,369 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Amsar kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Quba rayonu Amsar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi atası- X7, anası- X1 ibarətdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istinad edilən ittihamı verərkən Şahid1 10 manat müqabilində narkotik vasitə verməsinə istinad etsə də, məhkəmə iclası zamanı sonuncunun birbaşa narkotik vasitələr və ya psixotrop maddəni kiməsə satması, maraq naminə təqdim edilməsi öz təsdiqini tapmamışdır. Çünki, həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrdə, eləcə də şahidlərin ifadələrində onun narkotik vasitə və ya psixotrop maddələri satmaq niyyəti müəyyən edilməmiş, həmçinin digər şəxslərə də satış faktı aşkarlanmamışdır. Digər tərəfdən təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülən ittihamın, o cümlədən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin narkotik vasitənin və psixotrop maddənin çoxsaylı bükülülərə ayrılmaqla bağlamalarda saxlanması məqsədilə onların hazırlanması üçün avadanlığın olması halı müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmişdir. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində bu hallar göstərilməklə, satış məqsədinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusilə vurğulanmışdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş psixotrop maddənin, eləcə də narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs əldə etməklə, üzərində saxladığı narkotik vasitələri və psixotrop maddəni üçüncü şəxslərə satmaqla, mənfəət (qazanc) əldə etməsi ibtidai istintaq orqanı tərəfindən təfərrüatlı araşdırılmamış, qeyd olunan maddə və vasitələrin alınıb-verilməsi birbaşa, yəni əməliyyat-axtarış fəaliyyəti nəticəsində müəyyən edilməmiş, istehlakçıların dairəsi müəyyənləşdirilməklə, onlarla Təqsirləndirilən şəxs üzləşdirilməsi təşkil edilməmiş, habelə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham onun ifadələrində öz təsdiqini tapmamasına baxmayaraq, bu ittiham kifayət qədər mötəbər sübut sayılmayan, psixotrop maddə və narkotik vasitələrin satışına münasibətdə hadisənin birbaşa şahidi olmayan polis əməkdaşlarının ifadələrinə, satışla bağlı məlumat verməmiş Şahid1 ifadəsinə, eləcə də çoxsaylı bükülülərin olmasına əsaslanmaqla verilmişdir ki, burada da, Təqsirləndirilən şəxs niyyətinin mənfəət əldə etməsi, o cümlədən psixotrop maddə və narkotik vasitələri satmaq olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, mötəbər sübutlardan, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 Ekspert komissiyasının məhkəmənarkoloji ekspertizasının rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs kannabioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) nəticəsində asılılıq sindromu yaranmış, habelə onun məcburi müalicəyə ehtiyacı vardır. Sözügedən bu halın özü də Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda aşkar edilmiş müxtəlif növdə və bükülülərdə narkotik vasitə və psixotrop maddələrin sonuncunun narkotik aludəçisi kimi özü tərəfindən istifadə edilməsinə, şəxsi istifadəsi üçün saxlanılmasına və əldə edilməsinə dəlalət etməklə, yanaşı, onun əməlində satış məqsədinin olmasını istisna edir. Həmçinin iş üzrə şahid olan (narkotik vasitənin alıcısı) Şahid1 üzərində hər hansısa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bu hal istintaq hərəkətlərinin aparılmasını əks etdirən protokollarda da öz əksini tapmışdır. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni satması və qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə saxlaması, yəni həmin psixotrop maddə və narkotik vasitəni saxlamaqda onu satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri satması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri satması və üzərində saxlamaqda onları satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq psixotrop maddə və narkotik vasitələri əldə edib, üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etsə də, həmin predmetləri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, onun əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən gənc olması və barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, buna baxmayaraq şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, narkotik vasitə və psixotrop maddənin təbliğində iştirakını), habelə barəsində olan yuxarıdakı yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərinə nail ola bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 24 avqust 2022-ci il tarixdə, yəni Quba rayon məhkəməsinin 17 may 2022-cı il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazərki hökmlə təyin edilmiş cəza CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün həmin tarixdə onun barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunacaq cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polsin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan – 03 ədəd bükümdə ümumi qalıq çəkisi 0,278 qram narkotik vasitəqurudulmuş marixuana və 04 ədəd bükümdə ümumi qalıq çəkisi 0,369 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materialında saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 186 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələri rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 01 (il) 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan – 03 ədəd bükümdə ümumi qalıq çəkisi 0,278 qram narkotik vasitə-qurudulmuş marixuana və 04 ədəd bükümdə ümumi qalıq çəkisi 0,369 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 186 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-14/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-14/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver