Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-14/2025 18.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X2, Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, fərdi əməklə məşğul olan, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmuş, Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış, 09 dekabr 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 7,777 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 26 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində saxlanılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən kibrit qutusundan 01 ədəd xalis çəkisi 7,777 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materallarına əlavə edilmiş akt qeydləri kitabında 1595 nömrə ilə qeyd edilmiş 24 dekabr 2024cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə travmatik subdural qansızmasından vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs həyat yoldaşı X7 mərhumun hüquqi varisi olaraq tanınmışdır. Təqsirləndirilən şəxs hüquqi varisi X7 məhkəmə istintaqı başlandıqdan dərhal sonra ərizə təqdim edərək cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən göründüyü kimi, Quba şəhəri, Dəvədabanı yaşayış massivindən işləməkdən ötrü Quba şəhəri, “Bazar” ərazisinə gəlmiş və bazarın arxa çıxış qapısının yaxınlığında gözünə sataşan kibrit qutusu diqqətini cəlb etmiş və həmin qutunu açıb baxarkən içərisində bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. İstifadəçisi olmas da, iyi və digər spesifik xüsusiyyətləri barədə məlumatlı olmuşdur. Ətrafda heç kimin olmamasından əmin olduqdan sonra dərhal həmin yerdə siqaretin kağızına doldurub həmin nəşədən bir dəfə istifadə etmişdir. Həmin “nəşə” bükümünü öz istifadəsi üçün tapdığı formada, yəni kibrit qutusunun içərisində cibinə qoyaraq saxlamışdır. 26 avqust 2024-cü il tarixdə, saat 12:30 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşlarının dəvəti ilə təhqiqatçı və vəkil gəlmiş, şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçının dəvətilə əynindəki qara rəngli şalvarın sol yan cibində olan kibrit qutusunu cibindən təqdim etmişdir. Qutunun içərisində yaşılımtıl rəngli kütlə aşkar edilmişdir. O kütlənin “nəşə” kimi tanınan narkotik vasitə, marixuana olmasını və tapdığını, öz istifadəsi üçün saxladığını bidirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən 11,01 qram təşkil etmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatandan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Ədliyyə Nazirliyi MEM-in məhkəmə-bioloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1422 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,777 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 7,777 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,727 qram.. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının məhkəmə-narkoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 noyabr 2024-cü il tarixli, 7194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən,şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərədə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3.1 və 106-1.4-cü maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 46.5-ci maddəsinə əsasən cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 209.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı hallar müəyyən olunanadək aparılır: 46.5.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4-39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hal olduğundan, barəsində cinayət təqibinə xitam verilməlidir. AR CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,727 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət təqibi üzrə icraata cinayət təqibinin həyata keçirilməsinə mane olan hal olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci və 46.5-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞ-də saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,727 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-14/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-14/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver