Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-140/2023 12.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,Siyəzən rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Siyəzən rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasını ödəməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2021-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanda yerləşən "Göygöl” kafesində olan zaman Zərərçəkmiş şəxs6 sanitar qovşağa getməsindən istifadə edib masanın üzərində olan 220 manat dəyərində “Samsung” markalı “A8 2018” mobil telefonu və Elsevər Məmmədova məxsus "Mercedes-Benz Vito" markalı avtomobildən 820 manat nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1040 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 mart 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsində yerləşən qadın paltarı mağazasına müştəri qismində girərək mağazadan geyim paltarları almaq görüntüsü yaratdıqdan sonra həmin mağazanı icarə əsasında işlədən X2 diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan "Redmi Note 8 Neptune Blue" markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş saxs Zərərçəkmiş şəxs5 ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 yanvar 2023-cü il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən "Hədiyyələr" adlı mağazaya müştəri qismində girərək mağazadan suvenir almaq görüntüsü yaratdıqdan sonra həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan "Samsung A52" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 mart 2023-cü il tarixdə saat 20 radələrində ünvan 5 ünvanında yerləşən "Exspres telecom" telefon mağazasına müştəri qismində girərək mağazadan mobil telefon almaq görüntüsü yaratdıqdan sonra satıcının mağazadan çıxmasından istifadə etməklə vitrində olan mağazanın müdiri Zərərçəkmiş şəxs2 maxsus "Samsung A53" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 580 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində, Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Uğur Telekom" telefon mağazasına müştəri qismində girərək mağazanın satıcısı Şahid4 mağazadan çıxmasından istifadə etməklə mağazanın vitrinindən 01 ədəd 550 manat dəyərində "İphone 11” markalı mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 550 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 may 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayou. Rövşən Cəfərov ünvanında yerləşən "Azercell N92" adlı telefon mağazasına müştəri qismində girərək mağazadan mobil telefon almaq görüntüsü yaratdıqdan sonra satıcının diqqətinin yanınmasından istifadə edib mağazanın müdiri Zərərçəkmiş şəxs4 məxsus "Redmi Note 11" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 may 2023-cü il tarixdə, saat 11 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeni Arzular” mağazasına müştəri qismində girərək həmin mağazada işləyən Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs1 mağazadan çıxmasından istifadə etməklə mağazada masanın üzərində olan Zərərçəkmiş şəxs1 məxsus 749,99 manat dəyərində “Samsung A 336 Black” markalı mobil telefonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 749,99 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, oğurluq cinayəti törətdiyi üçün əvvəllr bir neçə dəfə məhkum olunmuşdur. 2021-ci ilun fevral ayının əvvəlində iş axtarmaq məqsədi ilə Bakı şəhərinə getmişdir. 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “28 May” stansiyası yaxınlığınan taksi kimi fəaliyyət göstərən “Mercedes Vito” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında oturaraq metronun “H.Aslanov” stansiyasına getmişdir. Avtomobil “H.Aslanov” metrostansiyasına çatdıqda sürücüyə geri qayıdacağını bildirib onu bir qədər gözləməsini xahiş etmiş, işlərini görüb qurtardıqdan sonra, sürücüyə onu metronun “20 Yanvar” stansiyasına aparmağı xahiş etmişdir. “20 Yanvar” metrsotansiyasına çatdıqdan sonra, sürücü ilə metrostansiyanın yaxınlığında yerləşən “Göygöl” kafesində çay içmişlər. Çayxanada masada oturub çay içərkən sürücünun ayaq yoluna getməsindən istifadə edib masanın üzərində olan və sürücüyə məxsusu “Samsung” markalı mobil telefonu götürüb kafedən çıxaraq avtomobilə yaxınlaşıb avtomobilin ön hissəsində olan kiçik həcmli saxlanc yerindən məbləğini dəqiq xatırlamadığı pulu da götürüb orada uzaqlaşmışdır. Sürücüyə məxsus olan telefonu metronun “28 May” stansiyası yaxınlığında olan xatırlamadığı telefon mağazasında özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 95 manata satmışdır. Bundan sonra, 15 mart 2021-ci il tarixdə, səhər saatlarında 29 saylı xətt avtobusu ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gəlmiş və avtobus dayanacağında duran zaman təxminən 40- 50 metr aralıqda geyim əşyalarının satışı dükanı görmüş və həmin dükana girmişdir. Satıcı qadının başını qatmaq üçün bir neçə dəst qadın paltarları seçmiş, paltarların qiymətini hesablamaq və satıcıya vermiş olduğu paltarları yoxlmaq üçün dükanın digər tərəfinə keçib başı qarışıq olan anda satıcı qadının onu görmədiyinə əmin olduqdan sonra, masanın üzərindən olan telefonu götürüb cibinə qoymuş və sakitcə dükanın qapısından küçəyə çıxıb həmin ərazini tərk etmişdir. Həmin telefonu da metronun “28 may” stansiyasının yaxınlığındakı telefon dükanlarından birinə satmış sonra isə əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, “Əcəmi” metrostansiyasının yaxınlığında olan “Hədiyyələr” mağazasına gedib, mağazada satıcı işləyən qadına suvinir alacağını bildirib, qadının digər müştərilərlə söhbət etdiyini görüb satıcı qadına məxsus piştaxtanın üzərində olan telefonu götürərək oradan uzaqlaşmışdır. Sonra həmin telefonu Bakı şəhəri 20 yanvar metrostansiyasının yanında yerləşən “Velotrek” adlanan yerdə 150 manata tanımadığı adama satmışdır. Bundan başqa o, 21 mart 2023-cü il tarixdə saat 20 radələrində ünvan 5 ünvanında yerləşən "Exspres telecom" telefon satışı mağazasına müştəri qismində girərək mağazadan mobil telefon almaq görüntüsü yaratdıqdan sonra satıcının mağazadan çıxmasından istifadə etməklə vitrində olan "Samsung A53" markalı mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə, saat 14:45 radələrində müştəri kimi Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazişində yerləşən “Uğur Telekom” mobil telefon satışı mağazasına getmişdir. Həmin mağazada satıcı işləyən tanımadığı xanıma qulaqcıq almaq istədiyini bildirdikdə, mağazada qulaqcıq olmadığından, həmin satıcı xanım qulaqcıq gətirmək məqsədi ilə qonşu mağazaya keçməsindən istifadə edib şüşə vitrinə qoyulmuş “İphone 11” markalı mobil telefonu oğurlayıb həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı telefonu Bakı şəhəri, “28 may” küçəsində ünvanını dəqiq xatırlamadığı mobil telefon mağazalarından birinə 220 manata satmışdır. Bundan başqa o, 22 may 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayou. Rövşən Cəfərov ünvanında yerləşən "Azercell N92" adlı telefon mağazasına müştəri qismində girərək mağazadan mobil telefon almaq görüntüsü yaratdıqdan sonra satıcının diqqətinin yanınmasından istifadə edib piştaxtanın üzərində olan "Redmi Note 11" markalı mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Bundan sonra, 25 may 2023-cü il tarixdə Bakı şəhərindən Quba rayonuna gəlmiş, H.Əliyev prospektində yerləşən gül dükanlarından birində satıcıya hədiyyəlik qutu sifariş etmiş və 30 manat verərək qutuya şirniyyat qoydurarkən satıcının qonşu dükandan şirniyyat üçün çıxdığını görüb masanın üzərində olan “Samsung A13” markalı mobil telefonu götürüb mağazadan uzaqlaşmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşiman olduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki o, Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Yeni Arzular” mağazasında satıcı işləyir. 24 may 2023-cü il tarixdə saat 11:00 radələrində, işdə olan zaman tanımadığı bir nəfər 35- 40 yaşlarında kişi mağazaya daxil olaraq ondan şirniyyatla birlikdə hədiyyəlik gül büketi hazırlamasını xahiş etmişdir. Mağazada yalnız gül satışı olduğundan şirniyyat almaq üçün qonşu mağazaya gedib, bir neçə dəqiqə sonra qayıtdıqda, tanımadığı həmin şəxsin mağazada olmadığını görmüşdür. Sonra mobil telefonunun mağazada olmadığını aşkar etmiş və təhlükəsizlik kameralarına baxarkən müştəri kimi gələn şəxsin masanın üzərindən ona məxsus “Samsung A 33” markalı mobil telefonunu oğurladığını görüv bu barədə Quba rayon polis şöbəsinə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini bildirib təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki o, 2021-ci ilin əvvəllərindən Bakı şəhəri Səbail rayonu Tofiq Məmmədov küçəsində yerləşən qadın paltarı satışı mağazasında satıcı işləyir. 15 mart 2021-ci tarixində saat 11-12 radələrində işlədiyi mağazada olarkən, mağazaya bir nəfər 150-160 sm boyunda, orta çəkili, əynində qara rəngli qış gödəkçəsi olan bir nəfər oğlan daxil olmuşdur. Həmin şəxs həyat yoldaşı üçün müxtəlif növdə qadın geyim əşyalarını götürüb ondan qiymətlərini soruşmuşdur. Həmin vaxt ona zəng gəldiyi üçün özünə məxsus olan 2020-ci ilin iyul ayının 14-də 660 (altı yüz altmış) manata aldığı “Redmi Note 8” markalı tünd göy rəngli mobil telefonu dükanın ortasındakı masanın üzərinə qoymuşdur. Həmin şəxsin seçmiş olduğu əşyaların qiymətini hesablamaq üçün üzünü çevirib kassaya tərəf gedərək dükanın qapısının örtüldüyünü eşidib arxaya çönərkən həmin adamın dükandan çıxdığını görmüşdür. O, dükanın qapısına yaxınlaşmış və geri çevrilib stolun üzərinə qoymuş olduğu telefonunun stolun üzərində olmadığını aşkar etmişdir. Dükanın qapısından çıxanda həmin adamın bir neçə metr qabaqdakı dükanın künc hissəsindən dönərək uzaqlaşmışdığını görmüşdür. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub işlədiyi mağazadan telefonunun oğurlanması barədə məlumat vermişdir. İfadəsinin sonnda X3 ona vurulmuş ziyanın ödənilmədiyini bildirib təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişlərr. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 teleqrmala müraciət edərək, məhkəmə iclasına gələ bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini, habelə dəymiş zərərin ödənilmədiyini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərər çəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində yerləşən "Park 20 Shoping" ticarət mərkəzində olan "Exspres telecom" telefon mağazasında olarkən tanımadığı bir şəxs mağazaya gələrək bir ədəd Vivo və bir ədəd Tekno markalı telefonları seçərək almaq istədiyini bildirib həmin telefonlara “antiudar” və vinil vurmasını ondan xahiş etmişdir. O, həmin telefonlara “antiudar” vurmaq üçün qonşu mağazaya keçib təxminən 10 dəqiqə sonra, işlədiyi mağazaya qayıtmışdır. Bundan sonra, həmin şəxs bir ədəd “Azercell” və bir ədəd “Bakcell’ nömrəsi çıxarıb, həmin nömrələri telefonlara taxmağı ondan xahiş etmişdir. Nömrələri telefonlara taxarkən həmin şəxs avtomobilində bir ədəd “Samsung A21s” markalı telefonunun olduğunu və həmin telefonu satmaq istədiyini bildirib, telefonu gətirməık üçün mağazadan çıxmışdır. O, həmin şəxsi 10-15 dəqiqə gözlədikdən sonra, mağazanın vitrininə baxış görmüşdür ki, vitrində olan **********75316 İMEİ kodlu “Samsung A53” markalı mobil telefonun orada olmadığı və oğurlandığını aşkar etmişdi. Bundan sonra müştərinin verdiyi hər iki nömrələrlə zəng etmişdir. Məlum olmuşdur ki, hər iki nömrənin sahiblərinin telefonları nömrə ilə birlikdə bir neçə gün əvvəl oğurlanmışdır. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, ünvan 8 ünvanda yerləşən "Hədiyyələr" mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə axşam saat 20:00 radələrində işdə olarkən özünə məxsus “Samsung A52” markalı **********03846 İMEİ kodlu telefonunu masanın üzərinə qoymuşdur. Bu zaman bir nəfər tanımadığı şəxs mağazaya hədiyyə almaq üçün yaxınlaşaraq vitrindən seçdiyi suvenirin təmizlənməsini ondan xahiş etmişdir. O, həmin şəxsin xahişi ilə suvinirin üzərini təmizləyən zaman həmin şəxs mağazadan çıxıb getmişdir. O, həmin şəxsin xəbərsiz getməsinə əvvəlcə təəccüblənmiş, az sonra mobil telefonunun oğurlandığını aşkar edərək DİN-nin “102” xidmətinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus idarə etdiyi “Mercedes Vito” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və xx.xx.2021ci il tarixdə, saat 13:00 radələrində metronun “28 May” stansiyası qarşısında müştəri gözləyən zaman tanımadığı bir şəxs müştəri kimi ön oturacağa iki nəfərlik yerdə əyləşmiş və iki sərnişinin pulunu verərək başqa müştəri götürməməyi ondan xahiş etmişdir. Bir neçə qədər sonra, saat 13:30 radələrində metronun “H.Aslanov” stansiyasında müştəriləri düşürmüş və həmin şəxs ona telefon mağazasında işi olduğunu, 5 dəqiqəyə qayıdacağını deyib ön oturacaqda müştəri əyləşdirməməsini bildirmişdir. Həmin şəxs ön oturacaqda əyləşdikdən sonra, metronun “20 Yanvar” stansiyasına sürməyi ondan xahiş etmişdir. Həmin yerə çatdıqdan sonra, tanımadığı həmin cavan oğlan ona yaxınlıqda olan “Göygöl” kafesində çay içməyi təklif etmişdir. Birlikdə “Göygöl” kafesində çay içib söhbət etdikdən sonra özünə məxsus “Samsung A8” markalı, içərisində ***-***-**-** saylı mobil nömrə olan telefonunu masanın üzərinə qoyub ayaq yoluna getmişdir. Qayıtdıqda həmin şəxsin və telefonunun masada olmadığını görmüşdür. 15 dəqiqə gözlədikdən sonra, həmin şəxsin gəlmədiyini görüb avtomobilinə tərəf getmiş, avtomobildə saxlanc yerinə baxdıqda 820 manat pulun da yerində olmadığını görmüşdür. Bundan sonra DİN-nin “102” xidmətinə məlumat vermiş və Nəsimi RPİ-nin 20-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində yerləşən "Park 20 Shoping" ticarət mərkəzində olan "Azercell №2" telefon mağazasında işləyir. xx.xx.2023-cü il tarixində Rüfət onunla əlaqə saxlayaraq mağazada vitrində olan “Note 11” markalı mobil telefonun oğurlanmasını bildirmişdir. O, dərhal mağazaya gəlmiş, videomüşahidə kamerasına baxış keçirən zaman saat 13:23 radələrində bir nəfər göy koftalı və saqqalı şəxsin müştəri kimi mağazaya daxil olub vitrində olan “Note 11” markalı telefonun oğurlamasını aşkat etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən “Uğur Telekom” telefon mağazasında satıcı işləyən Şahid4 xx.xx.2023-cü il tarixdə ona zəng edərək, mağazadan bir ədəd “İphone 11” markalı mobil telefonun oğurlandığını bildirib mağazaya gəlməsini xahiş etmişdir. Mağazada olarkən Nigar bildirmişdir ki, həmin gün, saat 14:45 radələrində bir nəfər şəxs müşdəri qismində mağazaya gələrək mobil telefon almaq istədiyini bildirmiş, mağazadakı telefonlardan birini seçib alacağını bildirərək “gmail" ünvanı yaratmasını və qoruyucu üzlük çəkdirməsini xahiş etmişdir. Nigar gmail ünvanı yaratmaq üçün ad və soyadını soruşduqda həmin şəxs, 1990-cı il tarixdə Siyəzən rayonunda anadan olduğunu, ad və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Nigar gmail ünvanı yaratdıqdan sonra, mobil telefonu ekranına qoruyucu üzlük çəkməsi üçün, telefon təmiri ustasına vermiş, sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin müştəri mobil telefon üçün qulaqcıq da almaq istədiyini bildirmiş, Nigar gedib qonşu mağazadan qulaqcıq gətirib qayıtdıqda, həmin şəxsin mağazadan çıxıb getdiyini, mağazanın mobil telefonlar düzülmüş vitrininin qapısının açıldığını və vitrindəki telefonlardan “İphone 11” markalı mobil telefonun-vitrində olmadığını aşkar etmişdir. Belə olan halda Nigar başa düşmüşdürür ki, o, qulaqcıq gətirmək üçün qonşu mağazaya keçdikdə Təqsirləndirilən şəxs vitrindən dəyəri 800 manat olan iphone 11 markalı mobil telefonu oğurlayaraq mağazanı tərk etmişdir. İş üzrə Şahid4 məhkəməyə teleqrmala müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan edilmiş ifadəsindən göründüyü kimi, o zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş tanınmaya təqdim edilmə protokolundan görünür ki, Şahid4 təqdim edilən şəxsləri nəzərdən keçirərək Təqsirləndirilən şəxs işarət barmağı ilə göstərərək mobil telefonu oğurlayan şəxsin məhz həmin şəxs olduğunu bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 fevral 2023-cü il tarixli 9/758 saylı rəyindən görünür ki, 01 ədəd qara rəngli “Samsung A52” markalı 128 Gb yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300,00 manat müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 aprel 2021-ci il tarixli 9/2017 saylı rəyindən görünür ki, 01 ədəd 2020-ci ilin iyul ayında alınmış “Redmi Note 8 Neptune Blue” markalı, 4GB RAM, 64GB ROM texniki göstəricilərinə malik mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300,00 manat müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 2021-ci il tarixli 9/2829 saylı rəyindən görünür ki, 01 ədəd “Samsung" markalı, “A8 2018” mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 220,00 manat müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli 9/4255 saylı rəyindən görünür ki, 01 ədəd “iphone 11” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, nəzərə alınmaqla, orta istiŞmar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 550,00 manat müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli 3- 16-16/2-9/5263/2023 saylı rəyindən görünür ki, istifadə olmamış “Samsung A 53” markalı mobil telefon 580 manat, istifadə olmamış “Redmi Note 11" markalı mobil telefon 420 manat olmaqla mobil telefonların 2023-cü ilin mart-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1000,00 manat müəyyən olunur. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə daktiloskopik ekspertizasının 08 may 2021-ci il tarixli 21/307R nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanın qarşısında vət. Zərərçəkmiş şəxs6 məxsus “Mercedes” markalı 90- SL-717 dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapşqan lent kəsikləri üzərlərində olan əl izlərindən 05 ədəd əl barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Təqdim edilmiş vət. Təqsirləndirilən şəxs əl barmaq və ovuc əksləri müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl barmaq və 01 ədəd ovuc izi (ADİS-in məlumat bankına Nizami RPİ-dən, Suraxanı RPİ-dən, Yasamal RPİ-dən, Qaradağ RPİ-dən, Siyəzən RPŞ-dən və Binəqədi RPİ-dən daxil olan) xx.xx.1990-cu il tarixdə Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, şəhadət barmaqları, sağ əlinin böyük (02 dəfə), orta barmaqlarının və sağ əlinin ovucunun əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd ovuc izləri DİN-in KTl-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgə əmlaklarını təkrarən gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsiilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmədaktiloskopik ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Bununla belə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2021-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən "Göygöl” kafesində olan zaman Zərərçəkmiş şəxs6 sanitar qovşağa getməsindən istifadə edib masanın üzərində olan 220 manat dəyərində “Samsung” markalı “A8 2018” mobil telefonu və Elsevər Məmmədova məxsus "Mercedes-Benz Vito" markalı avtomobildən 820 manat nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1040 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etməsi əməli üzrə və 15 mart 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsində yerləşən qadın paltarı mağazasına müştəri qismində girərək mağazadan geyim paltarları almaq görüntüsü yaratdıqdan sonra həmin mağazanı icarə əsasında işlədən X2 diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan "Redmi Note 8 Neptune Blue" markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş saxs Zərərçəkmiş şəxs5 ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz.
2. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə cinayət tərkibi yaradan əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsi baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021ci və 15 mart 2021-ci il tarixlərdə törətdiyi oğurluq cinayəti epizodlar üzrə 2 ildən artıq müddət keçdiyindən o, həmin oğurluq cinayəti epizodları üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin epizodlar üzrə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Siyəzən şəhər İcra Hakimiyyət Başcısının Siyəzən şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs, Siəzən şəhəri Vidadi küçəsi 60A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Eyvazov X5 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Siyəzən rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin 31 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmış, həmin hökmlə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasını ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və Probasiya şöbəsinin 24 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası icra edilməsi üçün Siyəzən rayon İcra və Probasiya şöbəsinə material daxil olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Həmin Qərardan göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum еdilmiş şəхs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hеsab olunur. Cəza təyin еdərkən məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki vaxtadək Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasını ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci madəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli hökmü təyin edilmiş və ödənilməmiş qalan 3000 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq təkrar talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Nəsimi rayon məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəlinin 25 may 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 250 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi subut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2021-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanda yerləşən "Göygöl” kafesində olan zaman Zərərçəkmiş şəxs6 sanitar qovşağa getməsindən istifadə edib masanın üzərində olan 220 manat dəyərində “Samsung” markalı “A8 2018” mobil telefonu və Elsevər Məmmədova məxsus "Mercedes-Benz Vito" markalı avtomobildən 820 manat nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1040 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etməsi əməli üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin cinayət əməlinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsində yerləşən qadın paltarı mağazasına müştəri qismində girərək mağazadan geyim paltarları almaq görüntüsü yaratdıqdan sonra həmin mağazanı icarə əsasında işlədən X2 diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan "Redmi Note 8 Neptune Blue" markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş saxs Zərərçəkmiş şəxs5 ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etməsi əməli üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin cinayət əməlinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin 3000 manat məbləğində cərimə cəzası tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç) min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Aydın Babayev