Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-141/2022 13.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X8, Müdafiəçi X14 iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X15 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,665 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış metamfetamini əldə edib VAZ 2121 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilində gəzdirməklə saxlamış, 16 may 2022-ci il tarixdə saat 22 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Pirvahid kəndi istiqamətində yol kənarında saxlanılaraq avtomobilinə baxış keçirilən zaman idarə etdiyi VAZ 2121 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yeri hesab edilməyən qoltuqaltının içərisindən Rothmans markalı siqaretin qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofanda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 1,665 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı soyuq silah hesab edilən ov bıçağını əldə edib idarə etdiyi VAZ 2121 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmiş, 16 may 2022-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Pirvahid kəndi istiqamətində yol kənarında saxlanılaraq avtomobilinə baxış keçirilən zaman idarə etdiyi VAZ 2121 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən həmin soyuq silah aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə Şahid7 və digər tanışı Şahid8lə birlikdə onun idarə etdiyi Niva markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Quba şəhərinə istirahətə gəlmişdir. Quba rayonunun ərazisinə daxil olandan sonra o, Oqtayla birlikdə maşından düşüb narkotik vasitə olan qurudulmuş marixuana istifadə edib yenidən avtomobilə əyləşib yola davam etmişlər. Əlişah onların narkotik vasitə qəbul etmələrini görməmişdir. Onlar bir qədər hərəkət etdikdən sonra, polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar. Özlərini Quba rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu və bununla bağlı şöbhəli şəxs qismində tutulduğunu bildirib hüquqularını müdafiə etmək üçün ona vəkil təqdim etmişlər. Sonra polis əməkdaşları ona üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacaqını bildirib.üzərində olan əşyaları təqdim etməyi xahiş etmişlər. Şəxsi axtarış zamanı üzərindən dövriyəsi qadağan edilən əşya və predment aşkar edilməmişdir. Bundan sonra, polis əməkdaşları onun idarə etdiyi VAZ 2121 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqlarının arasında olan saxlanc yerində siqaret qutusunun içərisində saxladığı narkotik vasitələr və bir ədəd qatlanan bışaq polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. O, vətən müharibəsində iştirak etmişdir. Həmin bıçağı da müharibə zamanı tapmış və ondan sonra həmin bıçağı avtomobilində gəzdirmişdir. Bundan sonra avtomobilə baxış zamanı arxa sərnişin oturacaqlarının üzərindən bir ədəd siqaret gilizinə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana da aşkar edilmişdir. Bunlardan başqa avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra ayrı-ayrılıqdan qablaşdırılmış və o da həmin zərflərə imza etmişdir. İfadəsinin sonunda X15 əməlindən səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və İİİ-ci qrup əlil olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X10 Bakı şəhərindən tanıyır. Raufla müasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Raufla birlikdə 2020-ci ildə Qarabağ müharibəsində iştirak etmişdir. 15 may 2022ci il tarixdə Rauf və digər tanışları Şahid8lə birlikdə Raufun idarə etdiyi Lada Niva markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Quba şəhərinə istirahətə gəlmişlər. Yolda gələn zaman Quba rayonunun ərazisinə daxil olduqda Rauf siqaret çəkmək üçün avtomobilini yol kənarında saxlamışdır. Avtomobili saxladıqdan sonra Rauf narkotik vasitə qurudulmuş marixuana çıxarmış və birlikdə həmin narkotik vasitədən istifadə etməyi təklif etmişdir. Bundan sonra Raufla o, həmin narkotik vasitədən istifadə etmişdir. O, Raufla narkotik vasitə qəbul edən zaman Əlişah avtomobildə əyləşmişdir. Əlişah onların narkotik vasitə qəbul etmələrini görməmişdir. Bundan sonra onlar yenidən avtomobilə əyləşib yola davam eləmişlər. Onlar bir qədər hərəkət etdikdən sonra, polis əməkdaşları onların avtomobilini saxlatdırmışlar. Polis əməkdaşları Raufa üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu və bununla əlaqədar şübhəli şəxs qismində tutulduğunu bildirib ona vəkil təqdim etmişlər. Sonra polis əməkdaşları Raufun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Raufun üzərindən dövriyəsi qadağan edilən əşya və predment aşkar edilməmişdir. Bundan sonra, Raufun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən bir ədəd siqaret qutusu və bir ədəd qatlanan bıçaq polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Siqaret qutusuna baxıldıqda içərisindən bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı Rauf narkotik vasitənin və bıçağın özünə məxsus olduğunu etiraf etmişdir. Bunlardan başqa avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə Bakı şəhər sakini X8 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı Şahin Məmmədovdan, CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Samir Abasovdan, Ələkbər Bayramovdan, Şahid6, NMQ-nun baş əməliyyat müvəkkili Şahid4, NMQ-nun əməliyyat müvəkkili Şahid2, YPX inspektoru Alim Məlikovdan və RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 may 2022-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Pirvahid kəndi ərazisində X8 idarə etdiyi Lada Niva markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Rauf Cabbarova yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu, şübhəli şəxs qismində tutulduğunu bildirib hüquqularını müdafiə etmək üçün ona vəkil təqdim etmişlər. Sonra vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış idarə etdiyi avtomobilə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Rauf Cabbarovun üzərindən dövriyəsi qadağan edilən əşya və predment aşkar edilməmişdir. Bundan sonra, onun idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən siqaret qutusunun içərisindən psixotrop maddə metamfetaminə bənzər bir büküm və bir ədəd qatlanan cib bıçağı aşkar edilərək götürülmüşdür. Bundan sonra avtomobilə baxış zamanı arxa sərnişin oturacaqlarının üzərindən bir ədəd siqaret gilizinə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana da aşkar edilmişdir. Bunlardan başqa avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər şakar edilməmişdir. Daha sonra siqaretə doldurulmuş qurudulmuş marixuana və şəffaf bükülüdə olan kütlə elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra X8 yanında olan sərnişinlər, Şahid7 və Şahid8 da üzərində şəxsi axtarış aparılmış, lakin onların üzərindən dövriyyəsi qadağan edilən əşya və predmentlər aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, X16 və X3 Elvin Rizvan oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının 16 may 2022-ci il tarixli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün № 67” dairəvi möhür əksi “vət. X8 avtomaşınından aşkar olunan külət...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,665 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Vət. X8 avtomaşınından aşkar olunan 1 ədəd siqaretin.....” yazılan zərfdə bir ədəd yarı yanmış vəziyyətdə papiros formasında düzəldilmiş kağız borucuqda ümumi çəkisi 0,046 qram olan tütünlə qarışıq yaşılımyıl rəngli bitki hissəciklərinin içərisində cuzi miqdarda marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cuzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Bir ədəd boru formasına salınmış üzərində qəhvəyi rəngli izlər olan 1 manatlıq pul əskinazının üzərində psixotrop maddə olan netamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Üzərində “Vət. X8 avtomaşınından aşkar olunan kütlə....” yazılan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 2,720 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Vət. X8 avtomaşınından aşkar olunan narkotik vasitəyə oxşar kütlə....” yazılan zərfdə bir ədəd kağız bükümdə tütün və təmiz çəkisi 0,152 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələn olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş maddələr narkotik vasitə və psixotrop maddə olmaqla fərqli növlərə aid olduğundan onlar arasında eynilik tədqiqatı aparılmadı. X8 avtomobilindən aşkar olunaraq götürülmüş salafana bükülmüş marixuana ilə dəftər vərəqində olan marixuana eyni tərkiblidir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli 2730 saylı rəyindən görünür ki, X1 və psixostimulyatorlardan birgə istifadə etmə halları olub. Lakin hal-hazırda X9 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X15 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə soyuq-silah ekspertizasının 01 iyul 2022-ci il tarixli 3/790 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji, məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. X8 hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X15 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X8 məhkumluğu yoxdur. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 12 iyul 2022-ci tarixli arayış və xasiyyətnamədən görünür ki, X15 ünvan 1 saylı ünvanda yaşayaır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışından görünür ki, X15 İİİ qrup əlildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2020-ci il tarixdə ağ uçuq istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəş zamanı “P.T sağ bazunun 1/3-nin, bazu sümüyünün distal epifinin açıq, kənari, qopmuş sınığı ilə müşayət olunan, böyük toxuma deffekli dəlib keçən, sağ budun aşağı 1/3-nin, sağ baldırın yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin sağ yarasının döş qəfəsinə nüfuz etməyən, belin sağ yarasının kor qəlpə yaralanması, sağ dirsək oynağının bükücü kontrakturası” diaqnozu ilə xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən görünür ki, X15 “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Məhkəmə İş materiallarında olan oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla yaralanmasını, İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə X8 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. X8 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, X11 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, X11 təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X11 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq X15 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X11 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 152 manatı təqsirləndirilən şəxs X5 tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən təqsirləndirilən şəxs X8 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd bıçaq Azərbaycan Respublikası DİN-nin müvafiq qurumuna təhvil verilməli, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 2,772 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,615 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla X15 01 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq X8 üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X8 üzərinə ünvan 1 saylı ünvanda yerləşən yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X15 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X8 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 152 manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. X8 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd bıçaq Azərbaycan Respublikası DİN-nin müvafiq qurumuna təhvil verilsin. Ekspertiza təhqiqatından sonra qalıq çəkisi 2,772 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,615 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-141/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-141/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver