Məhkəmə qərarları › İş №1(027)-141/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-141/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-141/2024 15.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Quba rayonunda doğulmuş olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Dağlı kəndində qeydiyyatda olmaqla Quba rayonu, Küsnət kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba rayonu Küsnət kəndində yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boynunu əli ilə sıxaraq, daha sonra yumruqla bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq yerə yıxmaqla onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş boynunda arxada iki yerdə yumşaq toxumanın əziyi və qançırı, sağ saidin orta 1/3-nin arxa iç səthində sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısı X1 əridir. Azad ilə bacısının aralarında dava-dalaş olduğu üçün bacısı Təranə xeyli müddətdir ki, onun yaşadığı evə gəlib onunla birlikdə yaşayır. 10 iyun 2024-cü il tarixdə saat 20 radələrində Azad bacısı Təranəni öz evlərinə aparmaq üçün anası Şahid1 ilə onların yaşadığı ünvana gəlmişdir Azadla söhbət edən zaman o, Azada bacısının xəstə olduğunu və onu müalicə edəcəyini bildirmişdir. Azad isə ona “ sən bizim işimizə qarışma sakit dur, arvad mənimdir mən bilərəm” demişdir. Həmin vaxt Azadla onun arasında mübahisə yaranmışdır. Mübahisəsi zamanı o, Azadın boynundan tutaraq onun bədəninə yumruqla vuraraq, onu itələyib yerə yıxmışdır. Hadisə yaşadığı evdə baş vermişdir. Mübahisələri təxminən 3-5 dəqiqə davam etmiş, orada Azadın anası Şahid1 və onun anası Qafisat Əlməmmədova olmuşlar. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, arvadı X4 ilə münasibətləri pisləşdiyinə görə sonuncu Quba rayonunun Küsnət kəndində yaşayan qardaşı Təqsirləndirilən şəxs evinə getmişdir. 10 iyun 2024-cü il tarixdə saat 20 radələrində anası Şahid1 və qaynanası X2 ilə birlikdə arvadı Təranəni evinə gətirmək üçün qaynı Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu Küsnət kəndindəki evinə getmişlər. Evdə söhbət edərkən, Mətləb ona Təranənin xəstə olduğunu bildirmişdir. O da Mətləbə «nə lazımdısa müalicə üçün etməyə hazıram» demişdir. Həmin vaxt Mətləb ona yaxınlaşaraq onun boynundan tutub sıxaraq bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vuraraq onu itələyib yerə yıxmışdır. Hadisə qaynı Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Küsnət kəndində yerləşən evdə baş vermişdir. Aralarında olan m übahisə təxminən 3-5 dəqiqə davam etmiş, orada onun anası Şahid1 və qayınanası Qafisat Əlməmmədova olmuşlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 iyun 2024cü il tarixdə saat 20 radələrində X4 ilə oğlu Zərərçəkmiş şəxs barışdırmaq üçün Azadın qaynanası Şahid2 ilə Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Küsnət kəndində yerləşən evinə getmişdir. Evdə olarkən Azadla Mətləbin aralarında mübahisə yaranmış, mübahisə zamanı Mətləb Azadın boynundan tutaraq yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr vuraraq onu itələyib yerə yışmışdır. Bundan sonra o, oğlu Azadla birlikdə öz evlərinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 10 iyun 2024cü il tarixdə saat 20 radələrində qızı X4 ilə kürəkəni Azadı barışdırmaq üçün Azadın xahişi ilə oğlu Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Küsnət kəndinə getmmişdir. X8 arasında mübahisə yaranmışdır. Onlar əlbəyaxa olduqları üçün Azadın anası Əziyba onları ayırmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 iyun 2024-cü il tarixli 438 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət boynunda arxada iki yerdə yumşaq toxumanın əziyi və qançırı, sağ saidin orta 1/3-nin arxa iç səthində sıyrıq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 10 iyun 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba RMX-nin 12 may 2024-cü il tarixli 18-1-56/2-703/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin X3 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD-si üzrə nümayəndəliyinin 13 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Küsnət kəndində qeydiyyatdadır və faktiki orada yaşayır, onun barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar