Məhkəmə qərarları › İş №1(027)-142/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-142/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-142/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanda yerləşən birgə yaşadıqları evdə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadı X4 yumruq-təpik, eləcə də asılqanla başına və bədəninin müxtəlif nahiyyələrindən vurmaqla ona alnında sağda əzilmiş-cırılmış yara, sinəsində, sağ və sol bazuda, sol budda çoxlu sayda səthi əzilmiş yaralar, sol bazu və sağ budda geniş qançırlardan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Gülanə Mirzəyeva ilə 2017-ci ildən birlikdə yaşasalarda, rəsmi nigaha 2021-ci ildə girmişlər. Gülanə Quba şəhəri Əli Ticarət mərkəzində yerləşən hərbi maqazində satıcı kimi çalışır. İlk vaxtlardan aralarında heç vaxt ciddi bir mübahisə baş verməsədə son vaxtlar aralarında tez-tez münaqişələr olur. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində birgə yaşadıqları evdə olarkən Gülanə ona az diqqət yetirdiyini bildirərək onunla mübahisə edərkən onun ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, Gülanənin işlətdiyi ifadədən əsəbləşərək əvvəlcə əli ilə onun başına vurmuş, daha sonra saçlarından tutaraq dartışdırmışdır. Həmin vaxt əlində olan asılqanla da Gülanənin bədəninə vurmaqla xəsarət yetirmişdir. Sonra isə onu maşınla öz anasının evinə aparmışdır. Münaqişə evdə baş vermiş, həmin vaxt orada başqa heç kim olmamışdır. Münaqişə təqribən 5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 5 ildən çox müddətdə birlikdə ər-arvad kimi yaşasalar da rəsmi nikaha 2021 -ci il tarixdə daxil olmuşlar. Yaşarla birgə yaşadıqları müddətdə yaxşı anlaşmış, aralarında heç bir söz-söhbət baş verməmişdir. Lakin artıq 2 ilə yaxındır ki, aralarında mütəmadi olaraq mübahisələr baş verir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində yaşadıqları evdə olarkən əri Yaşarın ona az diqqət göstərməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yaşar onun üzərinə gələrək əli ilə başına bir neçə dəfə vurmuş, daha sonra yataq otağına keçdikdə arxasınca gələrək saçlarından tutmaqla onu divara çırpıb əlində olan alışqanla bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur.Münaqişə evdə baş vermiş, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Yaşarı münaqişə zamanı vurmamış, ona xəsarət yetirməmişdir. Münaqişə təqribən 5-10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda X5 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 07 iyul 2022-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər- alnında sağda əzilmiş-cırılmış yara, sinəsində, sağ və sol bazuda, sol budda çoxlu sayda səthi əzilmiş yaralar, sol bazu və sağ budda geniş qançırlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 03 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan “Quba rayon Mərkəzi Xəstəxanası” X9 alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və zərərçəkmiş şəxs X5 ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar