Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-143/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Quba şəhərində yerləşən Palma adlanan şay evinin arxasında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ əli ilə sol göz nahiyyəsinə vuraraq, sol göz orbiti ətrafında qançır-hematoma, burnunun üstündə və sağ döş qəfəsində yumşaq toxumaların əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Xaçmaz rayon sakini Nicat adlı şəxsi xx.xx.2022-ci il tarixdən tanımışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 12 radələrində o, Xaçmaz rayonu, Hacıəlibəy kəndinə getmişdir ki, Nicatın satmaq istədiyi gilasa baxsın, həm də qiymətini danışsın. O, Nicatgilin həyətlərinə gedib 1 ağac gilas olduğunu görmüş və Nicata satdığı gilasın kilosunu 60 qəpiyə ala biləcəyini demiş, Nicat isə onunla razılaşmamış və oradan çıxıb Quba rayonuna gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Nicat ona zəng edib gilası 60 qəpiyə satmaq istədiyini bildirmiş o, da saat 15 radələrində tanışı Ümid adlı şəxslə birlikdə Nicatgilin həyətlərinə 13 boş yeşik alıb idarə etdiyi VAZ- 2107 markalı avtomaşınla aparıb düşürüb sonra qayıdıb yenidən Quba rayonuna gəlmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində o, tanışı Ümidlə Nicatın həyətlərinə gəlib ağacdan gilas meyvəsini dərməyə başlamış və saat təxminən 20 radələrinədək 13 yeşik gilas meyvəsini dərib həyətə qoymuşdur ki, Ford markalı avtomaşınla gəlib tərəzidə ölçüb, pulunu verib aparsınlar. Həmin vaxt Nicat evdə olmamış, lakin bu barədə Nicatı telefonla məlumatlandırmışdır. O, Quba şəhərinə qayıdıb tərəzini götürüb saat təxminən 22 radələrində yenidən Nicatgilin həyətlərinə qayıtdığı zaman Nicatın anası gilasları 60 qəpikdən satmayacağını bildirmişdir. Bundan sonra onlar Quba şəhərinə qayıdıb Nicatın işlədiyi Palma kafesinin qarşısına onunla görüşmüşlər. Həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşərək əli ilə onun sol gözünə vurmuşdur. Onların yanında olan Ford markalı yük avtomaşının sürücüsü Turan onları ayırmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərətdiyi əməldən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 7 aya yaxındır ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən Palma kafesində ofisiant işləyir. Yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndində özlərinə məxsus 0.12 ha həyətyanı torpaq sahələri var və həmin torpaq sahəsində gilas ağacları vardır. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Quba şəhər sakini Rahid adlı şəxs adını bilmədiyi şəxslə birlikdə həyətlərinə gəlib gilas almaq istədiklərini bildirmiş, o, da gilasın kilosunu 1 manata danışıb razılaşdıqdan sonra həmin şəxslər ümumilikdə 12 yeşik gilas yığmış və yeşikləri axşam saat 21 radələrində aparacaqlarını bildirib Quba şəhərinə qayıtmışlar. O, isə çay içmək üçün Quba şəhərinə H.Əliyev prospektində yerləşən Orxan adlı restorana gəlmiş və orada çay içməyə başlamışdır. Təxminən saat 23 radələrində anası Vəfa Həqiqidən ona zəng gəlmiş və Rahidgilin gilasları aparmaq üçün gəldikdə ona gilasın hər kiloqramına 60 qəpik verəcəklərinə görə gilası satmadığını və həyətdən acıqlı çıxaraq Quba istiqamətinə gəldiklərini və onunla dalaşa biləcəklərini demişdir. O, restorandan çıxıb tanışları ilə birlikdə piyada işlədiyi “Palma” kafesinə gəlmişlər. Kafeyə çatmamış Rahid ona yaxınlaşıb münasibətlərini aydınlaşdırmaq üçün onu kafenin arxa tərəfinə dəvət etmiş və o, da onunla birlikdə kafenin arxa tərəfinə keçmişdir. Orada Rahidlə aralarında gilasın alqı-satqısına görə söz mübahisəsi yaranmış, bu zaman Rahid sol əlini onun çiyninə qoyub sağ əli onun sol göz nahiyyəsinə yumruqla vurmuş və o, yerə yıxılmışdır. Orada olan sürücü gəlib Rahidin onu döyməyə qoymamışdır. Həmin vaxt onun “Huavi” markalı mobil telefonu cibindən yerə düşmüş və Rahid də təpiklə telefonuna vurub sonra ayrılıb getmişdir. Münaqişə zamanı yanında kənar şəxslər olmayıb. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 495 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol göz orbiti ətrafında qanşır-hematoma, burnunun üstündə və sağ döş qəfəsində yumşaq toxumaların əziyi küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 601 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-143/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-143/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver