Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-144/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Quba rayonu, Cağacuqçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Quba şəhəri, M.Əzizbəyov küçəsi, ev 52, mənzil 24-də qeydiyyatda olmaqla Quba şəhəri, Vaqif küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 20 radələrində, «X6» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan, həmçinin həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içki qəbul etməsi nəticəsində sərxoşluq vəziyyətində idarə etdiyi Mercedes Benz-E230 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Vaqif küçəsində, Quba şəhəri, SMU-30 dairəsindən Quba şəhəri, Yeni avtovağzal istiqamətinə 50 km/saat sürətlə hərəkətdə olarkən, həmin Qanununun 69.7.1-ci maddəsinin tələblərinə əsasən əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlama xətti ilə ayrılmasını nəzərə almalı, avtomobili öz zolağı ilə hərəkət etdirməli və həmin nişanlama xəttini kəsərək əks hərəkət zolağına çıxmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib idarə etdiyi avtomobili qarşıda onunla eyni istiqamətdə yolun orta üfüqi nişanlama xəttinin qırıq-qırıq olan hissəsindən dayandığı yerdən hərəkətə başlayaraq sola doğru dönmə əməliyyatı aparan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21074 markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Vaz 21074 markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs sol almacıqda əzilmiş yara, sol körpücük sümüyünün orta 1/3-dən qapalı köndələn sınığı, sol dizin bayır səthində qançır kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də Zərərçəkmiş şəxs avtomobilini zədələməklə 4800 manat məbləğində zərər çəkməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə içkili vəziyyətdə sürücülük vəsiqəsi və həmin avtomobili idarə etməsinə dair etibarnaməsi olamdan X2 məxsus Mercedes Benz E320 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 40-50 km/saat sürətlə idarə edərkən Quba şəhəri SMU-30 dairəsində təxminən 30-40 metr hərəkət etdikdən sonra, ondan öndə hərəkət edən yük maşını soldan ötərkən yük avtomobilinin qarşısında hərəkət edən VAZ 2107 markalı avtomobil həmin yolu sola dönən zaman, ötmə əməliyyatı apardığı zolaqda idarə etdiyi avtomobilin ön tərəfi ilə qarşısına çıxan VAZ 2107 markalı avtomobili sol yan tərəfdən vurmuşdur. Ötmə əmliyyatına başladığı anda onun üçün təhlükə anı yaranmışdır. O, ötmə əməliyyatı edərkən Vaz 2107 markalı avtomobil qarşısına çıxdıqda avtomobili sola tərəf qaçırtmaq istəmişdir. Lakin sol tərəfdə bardür olduğundan hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdir. Hadisə zamanı VAZ 2107 markalı avtomobilin sürüçüsü Zərərçəkmiş şəxs xəsarət aldığı üçün tibb işçiləri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol körpücük sümüyü sınmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşiman olmasını, İ-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərkən yaralanıb ayağını itirməsini, İ-ci qrup əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alınaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ 21074 markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 3 ilə yaxın müddətdir ki, idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi həmin avtomobillə Quba şəhəri SMU-30 dairəsindən Vaqif küçəsinə doğru istiqamətdə hərəkət etmişdir. Avtomobildə ön oturacağında qardaşı Şahid1 əyləşmişdir. Vaqif küçəsi ilə hərəkətdə olarkən yaşadığı məhəlləyə, yəni Şıxseyid Kərimov küçəsinə çatdıqda avtomobili həmin küçəyə doğru hərəkət etdirmək üçün sola dönmə xəbərdarlıq işığını yanndırmışdır. Qarşı zolaqdan avtomobil gəldiyi üçün həmin avtomobilin keçməsini gözləmişdir. Həmçinin yan güzgüdən arxa istiqamətə baxaraq avtomobil gəlib-gəlmədiyini dəqiqləşdirmişdir. Ondan arxada Kamaz markalı avtomobil olmuşdur. Qarşıdan gələn avtomobil keçdikdən sonra, öz yolundan qarşı hərəkət zolağına çıxaraq avtomobili Ş.Kərimov küçəsinə sürmək istəyərkən sol tərəfdən hərəkətdə olan Mercedes Benz E320 markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili sol orta hissəsindən vurmuş və zərbə nəticəsində avtomobil yolun kənarına sürüşərək dayanmışdır. Hadisə baş verdikdən dərhal sonra oraya bir neçə tanımadığı şəxslər toplaşmışdır. Həmçinin az sonra, hadisə yerinə atası Şahid2, polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Hadisə zamanı ciddi xəsarət aldığından onu təcili tibbi yardım maşını ilə Quba rayon diaqnostika mərkəzinə aparmışlar. Avtomobil özünə məxsudur və avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Hadisə anidən baş verdiyi üçün o hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı spirtli içkinin təsirində olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Avtomobili idarə edərkən yol şəraitinə nəzarətə mane olan hər hansı bir amil olmamışdır. Hadisə zamanı avtomobilində ön sağ oturacaqda qardaşı Şahid1 əyləşmişdir. Caviddən başqa heç kim olmamışdır. Hadisə nəticəsində qardaşı Cavid xəsarət almamışdır. Hadisə baş verdiyi anadək səhhətində heç bir narahatlıq olmamış, həmçinin avtomobilində nasazlıq olmamış, avtomobili saz vaziyyətdə olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç şikayət və tələbinin olmadığını və ona dəymiş maddi zayanın təzqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəlidir, iki oğlu vardır. 20 fevral 2022-ci il tarixdə Quba şəhəri ərazisində yerləşən satıcı işlədiyi “Reyhan” marketdə olarkən mobil telefonuna tanışı zəng edərək oğlu Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya düşdüyünü və oğlu Yunisin xəsarət aldığını bildirmişdir. O dərhal mağazadan çıxıb hadisənin baş verdiyi Quba şəhəri Vaqif küçəsi ilə Şıxseyid Kərimov küçəsinin kəsişməsinə getmişdir. Hadisə yerinə çatdıqda oğlunun idarə eytdiyi avtomobillə Mercedes Benz E320 markalı avtomobilin toqquşduğunu görmüşdür. Dərhal oğlunun idarə etdiyi avtomobilə tərəf getmişdir. Hər iki oğlu avtomobilin içərisində olmuşdur. Elə həmin vaxt təcili tibbi yardım maşını və polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Zərbə nəticəsində avtomobilin sürücü tərəfdən qapısı açılmamışdır. Bundan sonra ön sağ tərəfin qapısını qoparıb oğlu Cavidi avtomobildən düşürmüşdür. Hadisə nəticəsində oğlu Yunis ciddi xəsarət aldığı üçün hadisə yerinə gəlmiş tibb işçiləri onun təcili tibbi yardım avtomobili ilə Quba Diaqnostika mərkəzinə aparmışlar. Hadisəni törədən zaman da digər sürücü içkili olmuşdur. Hadisə yerində həmin sürücünün davranışından içkili olduğu açıq aydın sezilirmişdir. Növbəti gün səhər tezdən oğlu Yunisi xəstəxandan evə buraxmışlar. Hadisə nəticəsində oğlu Yunis sifət nahiyyəsindən, həmçinin sol körpücük sümüyündən xəsarət almışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sol almacıqda əzilmiş yara, sol körpücük sümüyünün orta 1/3-dən qapalı köndələn sınığı, sol dizin bayır səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 20 fevral 2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edlib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/795 nömrəli rəyindən gürünür ki, - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E230” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 69-ci maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz E230” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz E230” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli alkotestr məlumatından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan alkoqolun miqdarı 0,556 %-dir. İş materiallarında olan Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ziyan aktından görünür ki, “Vaz 21074 markalı”, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 (dörd min səkkiz yüz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, M.Əzizbəyov küçəsi ev 52, mənzil 24-də qeydiyyatda olmaqla Quba şəhəri Vaqif küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən gürünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Quba rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, № 185575 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı müddətsiz birinci qrup əlillik dərəcəsi verilib. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi-Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, № 10818 saylı xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Kəlbəcər rayonunda döyüş zamanı sağ baldırın və ayağın altı pəncə hissəsinin çoxsaylı qəlpə yaraları, sümüklərin əzilməsi, boyun, sağ bazu önü hissəsi və sol baldırın zədəsi. Yaraların ilkin cərrahi müalicəsi aparııb. xx.xx.1994-cü ildə laparotomiya, yaraların tikilməsi, piloroplastika əməliyyatları aparılıb. xx.xx.1994-cü ildə bud arteriyasının trombozu və işemik qanqrena səbəbindən sağ budun amputasiyası əməliyyatı aparaılıb. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin cinayət tərkibi var. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün, ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, İ-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla Vətənin azad olunması uğrunda aparılan döyüşlərdə yaralanaraq İ-ci qrup ömürlük əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını, Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Bu cinayətin törədilməsi nəticəsində də zərərçəkmiş şəxsə ehtiyatsızlıqdan az ağır bədən xəsarəti yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərti məhkum etmə barədə gəldiyi nəticəni qeyd olunanlarla əsaslandırır: Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs, hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İ qrup ömürlük əlildir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar, Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza xərcini təşkil edən 128 (yüz iyirmi səkkiz ) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə ekspertiza xərcini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-144/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-144/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver