Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-144/2023 29.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 iyun 1984-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, işləmən, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Zərərçəkmiş şəxs üzrə 29 sentyabr 2017-ci il tarixli, 02-05/591 nömrəli əmrlə X14 rəisi vəzifəsinə təyin edilib 15 aprel 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən Cəmiyyətin 1 iyul 2019-cu il tarixli poçt filialının müdirinin vəzifə təlimatına əsasən, əlavə vəkalət olmadan qüvvədə olan əsasnaməyə əsasən filialın adından hərəkət etmək, yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli və fasiləsiz poçtmaliyyə və bank xidmətlərinin göstərilməsini təmin etmək, PF-nin rentabelli və mənfəətli fəaliyyətini təmin etmək, filialda nizam-intizamın qorunmasını təmin etmək, PF-də və tabeli PŞ-larda gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsi və gündəlik icmal balans alınmasına nəzarət etmək, poçt obyektlərinin nəzərdə tutulmuş iş rejimi çərçivəsində poçtun və rabitə avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək, PF-nın tabeli PŞ-lərinə gündəlik poçtun daşınmasına, mübadiləsinə, çatdırılmasına, nağd pulların inkasassiya olunmasına nəzarət etmək, filialın iş fəaliyyəti haqqında hesabatın qüvvədə olan forma əsasında tərtib edilərək ‘Azərpoçt” MMC-yə təqdim edilməsini təmin etmək, maddi ziyan vurulmasına görə əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində məsuliyyət daşımaq və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək talamaq məqsədilə ayrı-ayrı vətəndaşlar tərəfindən pul vəsaitinin nağdlaşdırılması üçün Quba şəhəri, Heydər Əliyev prospekti 194A ünvanında yerləşən "xxxx" Lombard şirkətinə məxsus iki mərtəbəli binanın birinci mərtəbəsində quraşdırılmış MMC-yə məxsus bankomata 12 noyabr 2021-ci il tarixdə Cəmiyyət tərəfindən ayrılmış 126.000 manat və 4.300 ABŞ dolları məbləğində pul vəsaitini mədaxil etməli olduğu halda 121.000 manat və 4.300 ABŞ dolları məbləğində pul vəsaitini mədaxil edərək, qalan 5.000 manat məbləğində pul vəsaitini bankomata mədaxil etməyib, özünə götürərək həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş 5.000 (beş min) manat məbləğində pul vəsaitini mənimsəyərək talamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialının rəisi işləmişdir. xx.xx.2022-ci il tarixdə X14 Quba rayonu, Köhnə Avtovağzal ərazisində, "xxxx" Lombard Şirkətinin binasında yerləşən bankomatı onun və X14 digər işçilərinin iştirakı ilə akt tərtib edilməklə inkassasiya etdikdən sonra bankomatın 50 manatlıq nominal kasetində 100 ədəd 50 manatlıq əsginazın yəni, 5.000 manatın əskik gəlməsi müəyyən edilmişdir. Həmin bankomatın doldurulması üçün pul vəsaiti təxminən 2021-ci ilin noyabr ayında X14 baş Xəzinəsindən onun tərəfindən götürülmüş və bankomata yerləşdirilmişdir. Həmin pul vəsaitinin əskik gəlməsi onun səhlənkarlığı üzündən baş vermiş, yəni ehtiyacı olduğundan 5.000 manatını götürərək bankomata qoymamış, sonra yerinə qoyacağını düşünmüşdür. Həmin 5.000 manatın 2.000 manatını 2022-ci ilin mart ayının əvvəllərində X14 rəis əvəzi Şahid1 təqdim etmiş, qalıq 3.000 manatı isə qohumları ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialına vurduğu ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək dəymiş ziyanı tam ödədiyini, həmin ziyanın 25%-i dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş X5 göstərmişdir ki, ilə 12 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialı filialın rəisi işləmiş Təqsirləndirilən şəxs iştirakı ilə Quba PF-nın bankomatı inkassasiya edilərkən 5.000 manatın əskik olması müəyyən edilmişdir. Həmin bonkamatın doldurulması üçün 126.000 manat və 4.300 ABŞ dollar məbləğində pul vəsaiti xx.xx.2021-ci tarixdə Quba rayon Poçt filialının baş xəzinəsindən keçmiş rəis Zamik Həçimov tərəfindən götürülmüş və bankomata yerləşdirilmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, əskik pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Filialda olan əskikliklə əlaqədar akt tərtib edilərək araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Həmin fakt əlaqədar aparılan cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialına vurulmuş 5000 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. İfadəsinin sonunda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 Zamik Beylər oğlu tərəfindən dəymiş ziyanın tam ödənildiyini bildirərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə X14 Quba rayonu, Köhnə Avtovağzal ərazisində, "xxxx" lombard şirkətinin binasında yerləşən bankomatı onun, Təqsirləndirilən şəxs, Şahid1, sürücülər Nail və Səxavətin iştirakı ilə inkassasiya edildikdən sonra bankomatın 50 manatlıq nominal kasetində 100 ədəd 50 manatlıq əskinazın, yəni 5.000 manatın əskik gəlməsi müəyyən edilmişdir. Belə ki, bankomatda 6.081 manat olmalı olduğu halda 1.081 manat olması müəyyən edilmişdir. Həmin bonkamatın doldurulması üçün 126.000 manat və 4.300 ABŞ dollar məbləğində pul vəsaiti xx.xx.2021-ci tarixdə Quba rayon Poçt filialının baş xəzinəsindən keçmiş rəis Zamik tərəfindən götürülmüş və bankomata yerləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, əskik pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş və sonuncu bu faktı öz izahatı ilə etiraf etmiş, bu barədə iltizam yazmışdır. Aşkar olunmuş faktlarla bağlı tərəfindən Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 2013-cü ildən Zərərçəkmiş şəxs MMC-nin Quba rayon X13 Xidmətləri şöbəsinin rəisi, xx.xx.2021-ci il tarixdən isə tutduğu vəzifə ilə bərabər Quba rayon Poçt Filialının rəisi vəzifəsini icra edir. Quba rayon Poçt Filialının rəisi vəzifəsini əvəz etməyə başlayarkən, yəni baş idarə tərəfindən qəbul edilmiş qərar nəticəsində Təqsirləndirilən şəxs vəzifəsindən kənarlaşdırılaraq rəis vəzifəsinin icra edilməsi ona həvalə edilərkən təhvil-təslim etmişdir. Poçtun rayon üzrə cəmi bir ədəd bankomatı olmuş, həmin bankomat Quba rayonu Köhnə Avtovağzal ərazisində, "xxxx" Lombard Şirkətinin binasında yerləşmişdir. Bankomatda olan pul əskinazı azaldıqda və ya bitdikdə onu yenidən doldurmuşlar, bunu mərkəzdə olan kompyuter vasitsəsilə müşahidə etmək mümkün olmuşdur. Rəis vəzifəsinin əvəz edilməsi ona həvalə edildikdən sonra bankomatı doldurmaq zərurəti yaranmış, bankomatın açılması üçün lazım olan kod Təqsirləndirilən şəxs olduğundan onu dəfələrlə dəvət etmiş, sonuncu müxtəlif bəhanələrlə gəlməmişdir. Bundan başqa, Baş İdarə tərəfindən də, ona bankomatı təhvil almağı, yenidən doldurmağı və qalığı çıxarmağı demişlər. Nəhayət, Zamikin iştirakı ilə 12 yanvar 2022-ci il tarixdə Quba PF-nın bankomatı inkassasiya edildikdən sonra 5.000 manat məbləğində pul vəsaitinin əskik olması müəyyən edilmiş, yəni bankomatda olan kaseti çıxararaq yerinə doldurulmuş kasetləri qoymuşlar və çıxarılmış kasetlər mərkəzə gətirilərək orada açılmış, bir sözlə inkassasiya edildikdən sonra bankomatın 50 manatlıq nominal kasetində 100 ədəd 50 manatlıq əsginazın, yəni 5.000 manatın əskik gəlməsi müəyyən edilmişdir. Belə ki, bankomatda 6.081 manat olmalı olduğu halda 1.081 manat olması müəyyən edilmişdir. Həmin bonkamatın doldurulması üçün 126.000 manat və 4.300 ABŞ dollar məbləğində pul vəsaiti xx.xx.2021-ci tarixdə Quba rayon Poçt filialının baş xəzinəsindən keçmiş rəis Zamik tərəfindən götürülmüş və bankomata yerləşdirilmişdir. İnkosassiya prosesində Quba PF-nın baş mühasibi Şahid2, Quba PF-nın inkassatorları Şahid3 və Şahid4 də, iştirak etmiş, aşkar olunanlar onların imzaları ilə təsdiq olunmuş aktda öz əksini tapmışdır. Araşdırma zamanı məlum olmuş ki, əskik pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş və sonuncu bu faktı öz izahatı ilə etiraf etmiş, bu barədə iltizam yazmışdır. Aşkar olunmuş faktlarla bağlı tərəfindən Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamnamənin və həmin tarixli aktın məzmunundan görünür ki, X14 bankomatı inkasassiya edildikdən sonra 50 manatlıq nominal kasetində 100 ədəd 50 manatlıq əsginaz, yəni 5.000 manat əskik olmuş və həmin pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan sifarişin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 00932 nömrəli (Quba Parabokt) ATM-in nağd pulla təmin edilməsi məqsədilə 126.000 manat və 4.300 ABŞ dolları məbləğində pul vəsaitinə ehtiyacın yaranması və qeyd edilən vəsaitlərin Poçt Filialının müxbir hesabına köçürülməsi ilə bağlı Zərərçəkmiş şəxs MMC-nin nağd vəsaitlərin idarə olunması şöbəsinə müraciət edilmişdir. Cinayət işinin materiallarında olan arayışların və kassa mədaxil orderlərinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə 126.000 manat və 4.300 ABŞ dolları ATM-ə göndərilmişdir. Cinayət işinin materiallarında olan cədvəl və hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 126.000 manat və 4.300 ABŞ dolları məbləğində vəsait bankomata qoyulmuş, 119.919 manat və 3.600 ABŞ dolları məbləğində vəsait əhali tərəfindən kart vasitəsilə çıxarılmış, xx.xx.2022-ci il tarixdə 1.081 manat və 700 ABŞ dolları məbləğində vəsait bankomatdan çıxarılmış, 5.000 manat fərq yaranmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyat alınmış Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2021-ci il tarixli Nizamnaməsinə əsasən, Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Cinayət işinin materiallarında olan 29 sentyabr 2017-ci il tarixli, 02-05/591 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Zərərçəkmiş şəxs üzrə X14 rəisi vəzifəsinə təyin edillərək 15 dekabr 2021-ci il tarixədək həmin vəzifədə işləmiş və 15 dekabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad edilmişdir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ona ittiham elan olunması üçün onun axtarışı elan edilməsi və tutulması qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həbs qətimkan tədbiri seçilməsi və onun tutularaq dərhal həbsə alınması qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan DİN İnterpol-un Milli Mərkəzi Bürosunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Minsk şəhərində saxlanılmışdır. İş materiallarında olan İnterpol-un Minsk Bürosunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycana ekstradisiya məqsədilə tutulmuşdur. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş həbs qəimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 07 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 07 avqust 2023-cü il tarixli, 2162 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Xaçmaz şəhəri, C.Cabbarlı küçəsi 17 saylı ünvanında anası X6 ilə birlikdə yaşayır. İş materiallarında olan 084182 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialının hesabına 2.000 (iki min) manat vəsait köçürülmüşdür. İş materiallarında olan 91-000975 nömrəli qəbzdən görünür ki, X4 tərəfindən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialının hesabına 3.000 (üç min) manat vəsait köçürülmüşdür. İş materiallarında olan 27173 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə X3 hesabına 1252 (bir min iki yüz əlli iki) manat vəsait köçürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin arayışından görünür ki, mənimsəmə əməli nəticəsində dəymiş olan 5.000 (beş min) manat ziyan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilmişdir.. Təqsirləndirilən şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba rayon Poçt Filialına vurduğu ziyanı tam şəkildə ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə edərək cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 5000 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını mənimsəməklə talamışdır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə vurmuş olduğu maddi ziyanı tamamilə ödəməklə onunla barışıq əldə edib vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə аlаrаq hesаb edir ki, Təqsirləndirilən şəxs barəsində Аzərbаycаn Respublikаsı CM-nin 179.2.3-cü mаddəsi ilə olan cinayət təqibinə xitam verilməli və о, cinаyət məsuliyyətindən аzаd edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamnamə, xx.xx.2022-ci il tarixli akt, sifariş, xx.xx.2021-ci il tarixli arayışlar, kassa mədaxil orderləri, xx.xx.2012-xx.xx.2022-ci il tarixlərinə qəbul edilmiş əməliyyatlar jurnalının surətləri, cədvəl və hesabdan çıxarış cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 179.2.3-cü mаddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işi üzrə cinаyət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitаm verilsin və Təqsirləndirilən şəxs оğlu cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022- ci il tarixli iltizamnamə, xx.xx.2022-ci il tarixli akt, sifariş, xx.xx.2021-ci il tarixli arayışlar, kassa mədaxil orderləri, xx.xx.2012-xx.xx.2022-ci il tarixlərinə qəbul edilmiş əməliyyatlar jurnalının surətləri, cədvəl və hesabdan çıxarış cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərаrdаn elаn оlunduğu аndаn 20 gün müddətində Quba Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və ya аpelyаsiyа prоtesti verilə bilər. Qərardan göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün qərar qаnuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-144/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-144/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver