Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-147/2023 30.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Ağamizə oğlunun Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Quba rayonu. Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evl, işləməyən, məhkum olunmamış, Quba rayonu. Xınalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Xınalıq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onunla dalaşaraq həyətinin qarşısına gələrək mübahisə edib dalaşaraq yerdə olan daş parçasını götürərək Zərərçəkmiş şəxs başının sol tərəfinə qəsdən vurmaqla sol qaşüstü sahəsinin əzilmiş-cırılmış yarasından ibarət, sağlamlığında qısa müddətə pozğunluq törədən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm qohumu həm də qonşusudur.. Maddi durumları zəif olduğu üçün corab toxuyaraq qızı Ləmana verir ki, kənddə satsın. 21 iyul 2023- cü il tarixdə, saat 18 radələrində qızı Ləman evə gələrək bildirmişdir ki. Humayın qızı corab satdıqı üçün ona dilənçinin qızı olduğunu demişdir. Ləman da ağlaya-ağlaya evə gəlmişdir. O da Ləmana heç nə deməmiş, bir qədər sonra alış-veriş üçün Ləmanı mağazaya göndərmişdir. Mağazadan qayıdan zaman Humay Ləmanı boğazından tutaraq boğmuş, kiçik oğlu Mirsaleh qaçaraq evə gəlib Humayın Ləmanı döyməsini bildirmiş, o da küçəyə çıxan zaman Ləmanın ağladığını görmüşdür. Əri Yunis DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O da Humayın evinə getmişdir ki, soruşsun uşaqdan nə istəyir. Onların qapısına çatanda Humay və qaynanası Yazbəhər onun üzərinə hücum çəkmişlər. Həmin vaxt Humay əlində olan ağacla onu vurmuşdur. Yazbəhər də əli ilə onun saçından tutaraq dartmışdır. Sonra Humay onu boğmağa başlamışdır. Humayən əlindən çıxmaq üçün həmin vaxt yerdə olan daş parçasını götürüb Humayın başına vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 21 iyul 2023-cü il tarixdə, saat 17 radələrində alış-veriş etmək üçün uşaqlarını kəndlərində olan mağazaya göndərmişdir. Uşaqlar gec gəldikləri üçün, qaynanası Yazbəhər uşaqların arxası ilə getmişdir.. Qaynanası getdikdən bir neçə dəqiqə sonra, uşaqlarla qayıtmış və görmüşdür ki, uşaqlar ağlayır. Böyük qızı Tünzalə bildirmişdir ki, yolla gedən zaman Sədaqətin qızı Ləman ona söz atıb hədə-qorxu gəlmişdir. O da həyətdən çıxaraq getmişdir ki, Ləmandan uşaqlarına niyə təzyiq göstərdiyini soruşsun. O, Ləmanın yanına gələrək Ləmandan uşaqlarına niyə təzyiq göstərdiyini soruşmuş, Ləman da ona yaxşı etdiyini bildirmiş və ona qarşı nalayiq ifadələr işlətmiş, o da onu əli ilə itələmişdir ki, çıxıb getsin. Ləman da ağlayaraq qaçıb evə getmişdir. Bir qədər sonra, yəni saat 20 radələrində küçədən səs-küy eşidib çölə şıxan çıxan zaman görmüşdür ki. Sədaqət, Ləman, Sədaqətin böyük qızı Zülfiyyə, adını bilmədiyi gəlini onun evinə daş atır. O, Sədaqətə yaxınlaşmış və nəyə görə belə etdiyini soruşmuşdur. Həmin vaxt Sədaqət onun boyun nahiyyəsindən tutaraq əlində olan daş parçası ilə sol alın nahiyyəsindən vurmuşdur. Sonra da demişdir ki, get nə edirsən et. Halı pisləşərək yerə yıxılmış, ayılanda isə qızının yanında ağladığını görmüşdür. İfadəsinin sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaq istəmədiyini bildiərək ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, yuxarıda qeyd olunmuş ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində avtomobilini yuyarkən arvadı Humay ilə qonşusu Sədaqətin mübahisə etdiyini görmüşdür. Fikirləşmişdir ki, qadındırlar, onların işlərinə qarışmasın. Sonra Humayın qışqırmasını eşitmiş, dərhal küçəyə çıxmış. Humayın yerə yıxıldığını, başının qan olduğunu, Sədaqətin də əlində daş olduğunu görmüşdür. O, dərhal Humayı evə gətirmiş, bir neçə dəqiqədən sonra Sədaqətin əri Yunis gələrək üzürxahlıq etmişdir. Sonra Humayı avtomobilə əyləşdirərək Quba şəhərinə aparmışdır ki, tibbi yardım göstərsinlər. Hadisə zamanı orada olmadığından Humayın Sədaqəti ağac parçası ilə vurmasının, anası Yazgülün Sədaqətin saçından tutaraq dartmasının şahidi olmamışdır İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibb ekspertizasının 22 iyul 2023-cü il tarixli 477 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət sol qaşüzstü sahədə əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 21 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Xınalıq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onunla dalaşaraq həyətinin qarşısına gələrək mübahisə edib dalaşaraq yerdə olan daş parçasını götürərək Zərərçəkmiş şəxs başının sol tərəfinə qəsdən vurmaqla sol qaşüstü sahəsinin əzilmiş-cırılmış yarasından ibarət, sağlamlığında qısa müddətə pozğunluq törədən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RlHB-nın Xınalıq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu. Xınalıq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təyin ediləçək cəzasının həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təsqirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamizə oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinisin və aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamizə oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-147/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-147/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver