Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-148/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 27 sentyabr 1939-cu ildə Quba rayonunun Küsnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, işləməyən, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olmaqla Quba rayonu, Dağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 03 ədəd zavod üsulu ilə istehsal olunmuş əl pulemyotlardan RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54mm kalibrli, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş kalaşnikov avtomatlarında əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x39 mm kalibrli, 01 ədəd zavod üsulu ilə hazırlanmış Makarov(PM) Steçkin(APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x25 mm kalibrli döyüş surstlarını qanunsuz olaraq əldə edib öz yaşadığı Quba rayonu Dağlı kəndində yerləşən evində saxlamış, 16 may 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində saat 18:30-da yaşadığı evə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının altında taxta qutunun içətisindən həmin 03 ədəd 7,62x54mm kalibrli, 01 ədəd 7,62x39 mm kalibrli, 01 ədəd 9x18 mm kalibrli və 01 ədəd 7,62x25 mm kalibrli döyüş sursatı aşkar edilərək götürülmüşdür. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, ailə üzvləri ilə birlikdə Quba rayonunun Dağlı kəndində yaşayır. Cavanlıqda ov ilə məşqul olduğu üçün evində ov tüfəngləri və patronlar saxlayır. 16 may 2021-ci il tarixdə yaşadığı evdə olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib qanunsuz olaraq döyüş sursatı və odlu silah saxlamasında şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirtmək istədiklərini bildirmişlər. O, yaşadığı evdə silah olmasını bildirib evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra video çəkilişlə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, polis əməkdaşlarına yaşadığı evin həyətində stolun üzərində olan bir ədəd köhnə vəziyyətdə olan təklüləli 2345 nömrəli 32 kalibrli karabin tüfəngi, bir ədəd qoşa lüləli 16 kalibrli qundağında H 18865 rəqəmi, balaqundağında 112115-62 rəqəmi lüləsində isə N 88344 rəqəmi olan həkk olunmuş tüfəng, 17 ədəd gülləni təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşlarına həyətin arxasında sol tərəfdə yerləşən yardımçı tikilidə saxladığı 2 ədəd silah qundağını, bir ədəd nömrəsiz yivli bir tərəfi yonulub ağardılmış silah lüləsini təqdim etmişdir. Sonra o, yaşadığı evin yataq otağında olan yatağın altında da sursat olduğunu polis əməkdaşlarına bildirib yatağın altında saxladığı bir ədəd tək lüləli, 16 kalibrli lüləsində, qundağında və balaqundağında 66686 nömrəli olan ov tüfəngini, silah təmizləmək üçün iki ədəd dəmir vasitəni, otaqda olan yeşiyin içərisində bir ədəd üzərində çin yazısı olan baltaya oxşar kəsici dəmiri, bir ədəd nömrəsiz tüfəngin bala qundağını, bir ədəd 2369 k nömrəli tüfəng bala qundağı və yeşiklərdə ümumilikdə 04 ədəd 7,62 mm kalibrli dolu avtomat gülləsinə oxşar gülləni, 10 ədəd tüfəng patronunu, 12 ədəd 16 kalibrli, 04 ədəd 20 kalibrli, 14 ədəd 16 kalibrli tüfəng patronunu, patron qabını, 01 ədəd 12 kalibrli tüfəng patronunu, 02 ədəd 9 mm kalibrli tapanca gülləsini, qırma güllələrini, tir qırmaları, bir ədəd qırıq tüfəng çaxmağını, bir ədəd güllə başlığını, barıtı, alışdırıcı kapsulları, süngünı, bir ədəd E02242 nömrəli fişəngi və silah sursatla bağlı müxtəlif ölçülü lavəzimatlar və silah təmizləmək üçün əşyaları təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cavan yaşlarında ov həvəskarı olduğu üçün evində bir neçə ədəd ov tüfənfi və patronlar saxladığnı, aşkar edilmiş avtomat və tapança patroblarını təxminən 10 il il əvvəl müşədən tapib evində saxladığını bildirib əməlindən peşiman olduğunu və yaşını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsi xahiş etdi. İş üzrə şahid qismində qindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2021-ci il tarixdə Quba rayonu, Dağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Sadiq Pənahov, NMQ-nun baş əməliyyat müvəkkili Samir Abdulmanafov, RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 may 2021-ci il tarixdə saat 18:30 radələrində Quba rayonu, Dağlı kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq döyüş sursatı və odlu silah saxlamasında şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə silah olmasını bildirib evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Həyətə daxil olduqda qarşıda stolun üzərində bir ədəd köhnə yağlanmış vəziyyətdə olan təklüləli, 2345 nömrəli 32 kalibrli karabin tüfəngi, bir ədəd qoşa lüləli, 16 kalibrli, qundağında H 18865 rəqəmi, balaqundağında 112115-62 rəqəmi lüləsində isə N 88344 rəqəmi olan həkk olunmuş tüfəng, 17 ədəd güllə aşkar edilmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə yatağın altında da sursat olduğunu bildirmişdir. Daha sonra həyətin arxasında sol tərəfdə yerləşən yardımçı tikilidə 2 ədəd silah qundağı, bir ədəd nömrəsiz yivli bir tərəfi yonulub ağardılmış silah lüləsi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı yataq otağından bir ədəd tək lüləli, 16 kalibrli lüləsində, qundağında və balaqundağında 66686 nömrəli olan ov tüfəngi, silah təmizləmək üçün iki ədəd dəmir vasitə, otaqda olan yeşiyin içərisində bir ədəd üzərində çin yazısı olan baltaya oxşar kəsici dəmir, bir ədəd nömrəsiz tüfəng bala qundağı, bir ədəd 2369 k nömrəli tüfəng bala qundağı və yeşiklərdə ümumilikdə 04 ədəd 7,62 mm kalibrli dolu avtomat gülləsinə oxşar güllə, 10 ədəd tüfəng patronu, 12 ədəd 16 kalibrli, 04 ədəd 20 kalibrli, 14 ədəd 16 kalibrli tüfəng patronu olan dəri patron qabı, 01 ədəd 12 kalibrli tüfəng patronu, 02 ədəd 9 mm kalibrli dolu tapanca gülləsinə oxşar güllə, qırma güllələri, tir qırmaları, bir ədəd qırıq tüfəng çaxmağı, bir ədəd güllə başlığı, barıt, alışdırıcı kapsullar, süngü, bir ədəd E02242 nömrəli fişəng və silah sursatla bağlı müxtəlif ölçülü lavəzimatlar və silah təmizləmək üçün əşyalar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş əşyaların özünə məxsus olduğunu bildirmişdir. Qeyd olunan əşyalardan başqa dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs digər prosesual hərəkətlərin aparılması üçün rayon polis şöbəsinə dəvət edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində qindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 16-da Quba rayonu Dağlı kəndində qaynatasının yaşadığı evə baxış keçirilən zaman oda orada olmuşdur. Baxış zamanı həyətdən və qaynatasının yataq otağından ov silahları, patronlar, silah təmizləmək üçün ləvazimatlar və döyüş sursatları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 iyun 2021-ci il tarixli 21/388R nömrəli rəyindən görünür ki, -Tədqiqata tədqim edilmiş 01 ədəd H-18865 nömrəli silah, Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hmar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd K-66686 nömrəli silah, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İK-K modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd 2345 nömrəli silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 32 kalibrli Berdan konstruksiyalı hamar lüləli sürgülü ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, İjevsk silah zavodunda istehsal olunmuş L- 36466 nömrəli İJ-K modelli hamar tək lüləli ov tüfənginin metal gövdə ilə birlikdə taxta qundağıdır və təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 4,5 mm kalibrli İJ-38 modelli pnevmatik tüfəngin qundağıdır. Həmin əşya hal-hazırda təyinatı üzrə yararsızdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 32 kalibrli Berdan konstruksiyalı hamar lüləli ov tüfənginin bir hissəsidir-lüləsidir. Həmin əşya halhazırda təyinatı üzrə istifadəyə yararsızdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, silindrik formada kustar üsulla metal materialdan hazırlanmış iki hissədən ibarət borudur. -Tədqiqata təqdim edilmiş 17 ədəd əşyalar kustar üsulla ov patronlarının doldurulması üçün nəzərdə tutulmuş ovçu ləvazimatlarıdır və təyinatı üzrə istifadəyə yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 28 ədəd əşyalar ov silahlarını təmizləmək üçün nəzərdə tutulmuş ovçu ləvazimatlarıdır, bir-birlətinə bağlandıqda 02 ədəd təmizləyici şompullardır və təyinatı üzrə istifadəyə yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd metal silindrik qutuda və 01 ədəd plastik qutuda olan metal əşyalar, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan qırmalardır, döyüş sursatı həsab edilmir və təyinatı üzrə istifadəyə yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 02 ədəd metal silindrik qutuda olan kütlə, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan barıtdır, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron qutuda olan metal əşyalar, ov patronunun bir hissəsi olan zavod üsulu ilə istehsal olunmuş alışdırıcı kapsullardır, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdırlar. -Tədqiqata təqdim olunmuş metal əşyalar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 4,5mm kalibrli qurğuşun güllələrdir, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmirlər. -Tədqiqata təqdim edilmiş 01 ədəd 8643 nömrəli əşya zavod üsulu ilə istehsal olunmuş tüfəngin bir hissəsidir-sürgüsüdür və təyinatı üzrə istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd əşyalar, zavod üsulu ilə istehsal olunmuş hamar tək lüləli 2369K və Q-58179 nömrəli ov tüfənglərinin lüləaltı yastıqlarıdır və təyinatı üzrə istifadəyə yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd E-02242 əşya, zavod üsulu ilə istehsal olunmuş buraxıcı xassəli, xüsusi təyinatlı qurğudur. Həmin qurğu təyinatı üzrə rəngarəng işıqlandırıcı həyəcan siqnal patronları ilə siqnal-xəbər vermək üçün hazırlanmışdır və odlu silah hesab edilmir. Təqdim olunmuş digər 01 ədəd boz rəngli silindrik əşya isə yuxarıda göstərilən qurğuda istifadə olunan işıqlandırıcı həyəcan siqnal patronudur. Əşyalar texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş l7 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 10,75x58R kalibrli ov patronlarıdırlar. Həmin 17 ədəd patronlardan 10 ədədi döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Digər 07 ədəd isə istifadə və atəş üçün yararsızdırlar. -Tədqiqata təqdim edilmiş ümumi sayı 28 ədəd olan patronlar, zavod üsulu ilə istehsal edilmişdirlər, onlardan 16 ədədi 20 kalibrli və 12 ədədi 16 kalibrli ov patronları olmaqla həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdırlar və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş ümumi sayı 13 ədəd olan gilizlər, zavod üsulu ilə istehsal edilmişdirlər, onlardan 04 ədədi 20 kalibrli, 01 ədədi 32 kalibrli, 01 ədədi 24 kalibrli, 02 ədədi 28 kalibrli, 02 ədədi 16 kalibrli və 03 ədədi 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir-boş gilizləridir və döyüş sursatı hesab edilmirlər. Hal-hazırda istifadə və atəş üçün yararsızdırlar. -Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlardan RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuşdur, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x39mm kalibrli döyüş sursatıdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmujş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PS konstruksiyalı tapança-pulemyotlardan və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd güllə, zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli olmaqla həmin kalibrli əl-pulemyotlarından RPD,Krabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli patronun bir hissəsidir- gülləsidir və döyüş sursatı hesab edilmir. Hal-hazırda istifadə və atəş üçün yararsızdır. -Tədqiqata təqdim olunmuş 02 ədəd əşyalar, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan plastik və keçə materialdan hazırlanmış pıjlardır. Hal-hazırda istifadə üçün yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 3-1538 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarınad olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Dağlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşlı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 sentyabr 2021-ci il tarixdя “başqa yerə getməmək haqqında” qяtimkan tяdbiri seчilmiшdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qяtimkan tяdbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd 16 kalibrli H-18865 nömrəli TOZ-B modelli qoşa lüləli ov tüfəngi, 01 ədəd 32 kalibrli 2345 nömrəli Berdan konstruksiyalı tüfəng, 01 ədəd L-36466 nömrəli İjK modelli tək lüləli tüfəngin qundağı, 01 ədəd İJ-38 modelli pnevmatik tüfəngin qundağı, 01 ədəd 32 kalibrli tüfəngin lüləsi, 01 ədəd metal əşya, 17 ədəd müxtəlif ölçülü əşyalar, 08 ədəd əşya silah təmizləmə şompolu, 01 ədəd metal silindrik qutuda və 01 ədəd plastik qutuda olan qırmalar, 02 ədəd metal silindrik qutuda barıt, 01 ədəd karton qutuda olan alışdırıcı kapsullar, 01 ədəd plastik qutuda olan 4,5mm kalibrli güllələr, 01 ədəd 8643 nömrəli tüfəng sürgüsü, 02 ədəd 2369-K nömrəli və 58179 nömrəli tək lüləli tüfəngin lüləaltı yastıqları, 1ədəd E02242 nömrəli fişəngatan qurğu və 01 ədəd onun patronu, 07 ədəd 10,75x58R kalibrli patronlar, 07 ədəd 10,75x58R kalibrli patronların boş gilizləri, 14 ədəd 20 kalibrli və 10 ədəd 16 kalibrli ov patronları, 04 ədəd 20 kalibrli, 01 ədəd 32 kalibrli, 01 ədəd 24 kalibrli 02 ədəd 28 kalibrli, 02 ədəd 16 kalibrli və 03 ədəd 12 kalibrli ov patronlarının boş gilizləri, 021 ədəd 7,62x54mm kalibrli patron, 01 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd 7,62x25 mm kalibrli patron, 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd 7,62x54 mm kalibrli patronun gülləsi, 2 ədəd pıj Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd balat və 01 ədəd dəmir parçası sahibinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı Quba rayonu, Dağlı kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə,cəmi 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd 16 kalibrli H-18865 nömrəli TOZ-B modelli qoşa lüləli ov tüfəngi, 01 ədəd 32 kalibrli 2345 nömrəli Berdan konstruksiyalı tüfəng, 01 ədəd L-36466 nömrəli İjK modelli tək lüləli tüfəngin qundağı, 01 ədəd İJ-38 modelli pnevmatik tüfəngin qundağı, 01 ədəd 32 kalibrli tüfəngin lüləsi, 01 ədəd metal əşya, 17 ədəd müxtəlif ölçülü əşyalar, 08 ədəd əşya silah təmizləmə şompolu, 01 ədəd metal silindrik qutuda və 01 ədəd plastik qutuda olan qırmalar, 02 ədəd metal silindrik qutuda barıt, 01 ədəd karton qutuda olan alışdırıcı kapsullar, 01 ədəd plastik qutuda olan 4,5mm kalibrli güllələr, 01 ədəd 8643 nömrəli tüfəng sürgüsü, 02ədəd 2369-K nömrəli və 58179 nömrəli tək lüləli tüfəngin lüləaltı yastıqları, 1ədəd E02242 nömrəli fişəngatan qurğu və 01 ədəd onun patronu, 07 ədəd 10,75x58R kalibrli patronlar, 07 ədəd 10,75x58R kalibrli patronların boş gilizləri, 14 ədəd 20 kalibrli və 10 ədəd 16 kalibrli ov patronları, 04 ədəd 20 kalibrli, 01 ədəd 32 kalibrli, 01 ədəd 24 kalibrli 02 ədəd 28 kalibrli, 02 ədəd 16 kalibrli və 03 ədəd 12 kalibrli ov patronlarının boş gilizləri, 021 ədəd 7,62x54mm kalibrli patron, 01 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd 7,62x25 mm kalibrli patron, 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd 7,62x54 mm kalibrli patronun gülləsi, 2 ədəd pıj Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd balta və 01 ədəd dəmir parçası sahibinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-148/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-148/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver