Məhkəmə qərarları › İş №1(027)-149/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-149/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-149/2023 20.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qıznın, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Quba rayonunun, Qəçrəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələri ilə irəli sürülmüş cinayətlərin törədilməsində təqsirliliyi subuta yetmədiyi üçün barəsində bəraət hökmü çıxarılmış, Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyul 2017-ci il tarxli qərarı ilə Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli bəraət hökmü ləğv edilərək Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 6 il 3 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizamı rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 17 oktyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə saat 22 radələrində tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Quba rayonu Qəçrəş kəndində onunla qonşuluqda yaşayan Şahid1 ailə üzvləri ilə birlikdə evdə olmadığını bildikdən sonra həmin evin həyət çəpərindən həyətə keçərək evin plastik pəncərəsini dəmir qaşıqla açıb fərdi yaşayış evinə qanunsuz daxil olub, evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın içərisindən 01 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan (1 ədəd qaş yeri boş olan) üzərində 750 əyar damğası həkk olunmuş, metalı 750 əyarlı, 4,08 qram çəkidə 01 ədədinin ölçüsü 0,100 karat, 01 ədədinin ölçüsü 0,040 karat, 38 ədədinin hər birinin ölçüsü 0,006 karat brilyant qaşlı, 4/3 keyfiyyətli 756,0 manat dəyərində qızıl üzüyü, 01 ədəd 585 əyarlı 500 manat dəyərində qızıl üzüyü, 01 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı, 4,25 qram çəkidə 361,0 manat dəyərində qızıl üzüyü, 01 ədəd sarı-gümüşü rəngli metaldan, oval formalı, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğaları həkk olunmuş, metalı 585 əyarlı, 3,41 qram çəkidə 290,0 manat dəyərində qızıl kulonu, 01 ədəd sarı rəngli metaldan üzərində “14K” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı 6,80 qram çəkidə 578,0 manat dəyərində qızıl boyunbağı, 01 ədəd sarı rəngli metaldan, üzərində “İslam” yazısı olan üzərində “585” əyar damğaları həkk olunmuş metalı 585 əyarlı 3,01 qram çəkidə 256,0 manat dəyərində qızıl qolbağı, 01 ədəd sarı rəngli metaldan halqa formalı elementli metalı dəmir əsaslı ərintidən hazırlanmış 12,91 qram çəkidə 8,0 manat dəyərində bijuteriya sırğa cütünü oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 2749 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd kağız bükülüdə 0,360 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, oğurluq etdiyinə görə Quba RPŞ-nin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə saat 01:00-da Quba rayonu Qəçrəş kəndində yol kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd metalı 750 əyarlı, 4,08 qram çəkidə brilyant qaşlı, 4/3 keyfiyyətli 756,0 manat dəyərində qızıl üzük, 01 ədəd metalı 585 əyarlı, 4,25 qram çəkidə 361,0 manat dəyərində qızıl üzük, 01 ədəd metalı 585 əyarlı, 3,41 qram çəkidə 290,0 manat dəyərində qızıl kulon, 01 ədəd metalı 585 əyarlı 6,80 qram çəkidə 578,0 manat dəyərində qızıl boyunbağı, 01 ədəd üzərində “İslam” yazısı olan metalı 585 əyarlı 3,01 qram çəkidə 256,0 manat dəyərində qızıl qolbaq, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış 12,91 qram çəkidə 8,0 manat dəyərində bijuteriya sırğa cütü və əynindəki həmin qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun şəffaf üzlüyünün içərisində saxladığı bir ədəd gümüşü rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyi və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. 06 iyun 2023-cü il tarixdə də yaşadığı Qəçrəş kəndində yerləşən yeməkxanaların birində yemək yeyib bir qədər sirtli içki qəbul edib yaşadığı evə qayıtmışdır. Həmin günü qonşusu Abdulla evdə olmadığını bildiyindən onun evindən oğurluq etmək qərarına gəlmişdir. 06 iyun 2023-cü il tarixdə saat 22 radələrində qonşusu Abdullanın evinin çəpərindən tullanıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin plastik pəncərəsini çöldə yerləşən mətbəxdən götürdüyü qaşıqla açmışdır. Evin içərisinə daxil olduqdan sonra ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə yerləşən yataq otağında olan dolabı axtarmağa başlamışdır. Dolabın siyirməsini açdıqdan sonra içərisində olan qızılları götürmüşdür. O, qızılları götürən zaman qonşusunun evə gəldiyini görmüşdür. Yaxalanacağından qorxub ikinci mərtəbədən həyətə tullanmış və çəpərdən çölə çıxıb qaçmışdır. Bir qədər keçdikdən sonra, yol kənarında olarkən Quba rayon polis şöbəsinin əməkdaıları onu oğuluqda şübhəli olduğu üçün saxlamışlar. Saxlanılan zaman o, səmimi olaraq qonşusu Abdullanın evindən oğurluq etdiyini və üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra onu saxlandığı yerə əməliyyat qrupunun üzvləri və müdafiəçi dəvət olunmuşdur. Sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı o, əynində olan qara rəngli gödəkcənin sol yan içəri cibində saxladığı qonşusu Abdullanın evindən oğurladığı qızıl-zinyət əşyalarını və sol yan cibində olan “rothmans” markalı siqaret qutusunun içərisində saxladığı bir büküm narkotik vasitəni də polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitənin psixotrop maddə metamfetamin olduğunu və bir neçə gün öncə tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçülmüş və çəkisi 0,66 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılmış və o da qablaşdırmanın üzərini imzalamışdır. Bundan başqa üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra isə onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 06 iyun 2023-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə Quba şəhərində təşkil olunan toy məclisinə getmişdir. Həmin günü saat 22 radələrində yaşadıqları Quba rayonu Qəçrəş kəndinə qayıtmışlar. Yaşadıqları evin həyətinə girəndə evin işıqlarının yanılı vəziyyətdə olduğunu görüb evə kiminsə oğurluq üçün girməsindən şübhələnmişlər. Evə tərəf gedəndə pəncərənin yanında bir cüt kişi ayaqqabılarının olduğunu görmüşdür. Yenidən həyətə çıxıb qonşulara xəbər vermək istəyəndə evin işığının söndüyünü görmüşdür. Bu zaman evə oğurluğa girən şəxsin evdə olduğunu bilmişdir. Dərhal əri Abdulla DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra qonşuları Urfan Hacıyevlə birlikdə evə baxmış və ikinci mərtəbəsində yataq otağında dolabın içərisində olan 3 ədəd üzərində qaşlar olan qızıl üzük, bir ədəd üzərində klon olan qızıl boyunbağı, bir ədəd üzərində nəvəsi İslamın adı yazılan qızıl qolbaq və bir cüt metal sırğaların yerində olmadığını aşkar eləmişdir. Onların məlumatı əsasında hadisə yerinə gəlmiş Quba rayon polis şöbəsinin əməkdaşları həmi geçə onun evindən oğurluq etmiş qonşusu Təqsirləndirilən şəxs kənd ərazisində saxlamışlar. Elnur Mirzəyev tutulan zaman evindən oğurlanan bir ədəd qızıl üzükdən başqa digər qızıl zinyət əşyaları onun üzərindən aşkar edilərək götürülmüşdür. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək, onun barəsində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki o, 06 iyun 2023-cü il tarixdə axşam saatlarında Quba rayonu Qəçrəş kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında oğurluq hadisəsini törədən şəxsin əvvəllər dəfələrlə məhkum edilmiş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Quba rayonu Qəçrəş kəndində yol kənarında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman oğurladığı qızıl zinət əşyalarının üzərində olduğunu, həmçinin üzərində narkotik vasitə də olduğunu bildirmişdir. Bundan sonra onlar aidiyyəti üzrə RPŞ-nin NH-nə məlumat vermişlər. Bir qədər keçdikdən sonra əməliyyat qrupunun üzvləri yaxınlaşmış və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar.. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol içəri cibindən bir ədəd sellofanda olan, oğurladığı qızıl zinət əşyalarını və gödəkcəsinin sol yan cibindən siqaret qutusunun şəffaf üzlüyündə olan narkotik vasitəni təqdim eləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, həmin narkotik vasitənin metamfetamin olduğunu və bir neçə gün öncə tapdığını bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 0,66 qram gəlmişdir. Daha sonra aşkar edilmiş kütlə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3. Şahid4 və X1 Mirəziz Faiq oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli 6/3230 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində “...E.F.Mirzəyevin şəxsi axtarışı zamanı ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,360 qr, tədqiqata sərf edildi - 0,050 qr, qalıq - 0,310 qr. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3763- 9/5291/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş: -1 ədəd sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (1 ədəd qaş yeri boşdur) üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4,08 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,100 karat, 1 ədədinin ölçüsü 0,040 karat, 38 ədədinin hər birinin ölçüsü 0,006 karat, 4/3 keyfiyyətlidirlər; -1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,25 qramdır, qaşları qiymətli qaşlara aid deyil; -1 ədəd sarı rəngli metaldan, oval formalı, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan kulon - üzərində “585” əyar damğaları həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,41 qramdır, qaşları qimyətli qaşlara aid deyil; -1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,80 qramdır; -1 ədəd sarı rəngli metaldan, üzərində “İslam” yazısı olan qolbaq (qırıqdır) - üzərində “585” əyar damğaları həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,01 qramdır; -1 ədəd sarı rəngli metaldan, halqa formalı elementli sırğa cütü - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 12,91 qramdır, bijuteriyadır. Ekspertizaya təqdim edilmiş məmulatların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2249 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri tədqiqi hissədə göstərilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 05 avqust 2023-cü il tarixli 4995 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disqanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə daktiloskopik ekspertizasının 11 avqust 2023-cü il tarixli 23/650 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Quba rayonunun Qəçrəş kəndində yerləşən vət.Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 05 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd əl barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1979-cu il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun şəffaf üzlüyünün içərisində saxladığı bir ədəd gümüşü rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi, fiziki kimyəvi və əmtəəşünaslıq, məhkəmə narkoloji və məhkəmə daktiloskopik ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 may 2023-cü il tarixli tələbnamədən, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə irəli ona qarşı irəli sürülmüş cinayətlərin törədilməsində təqsirliliyi subuta yetmədiyi üçün barəsində bəraət hökmü çıxarılmış, Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyul 2017-ci il tarxli qərarı ilə Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli bəraət hökmü ləğv edilərək Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 6 il 3 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizamı rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməklə 17 oktyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür kiTəqsirləndirilən şəxs, Quba rayonu Qəçrəş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və ,o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu Quba rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 17 oktyabr 2022-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, Az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2 və 66.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 181 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,310 qram olan psixotrop maddə metamfetamin hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi subut olan 01 ədəd 750 əyarlı brilyant qaşlı qızıl üzük, 01 ədəd 585 əyarlı qızıl üzük, 01 ədəd 585 əyarlı qızıl kulon, 01 ədəd 585 əyarlı qızıl boyunbağı, 01 ədəd üzərində “İslam” yazısı olan 585 əyarlı qızıl qolbaq, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriya sırğa cütü maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 181 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza rəyindən sonrakı qalıq çəkiləri 0,310 qram olan psixotrop maddə metamfetamin hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Maddi subut olan 01 ədəd 750 əyarlı brilyant qaşlı qızıl üzük, 01 ədəd 585 əyarlı qızıl üzük, 01 ədəd 585 əyarlı qızıl kulon, 01 ədəd 585 əyarlı qızıl boyunbağı, 01 ədəd üzərində “İslam” yazısı olan 585 əyarlı qızıl qolbaq, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriya sırğa cütünün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar