Məhkəmə qərarları › İş №1(027)-15/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-15/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-15/2021 16.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X10, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1977-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-127 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tanışı X14 əvvəlcədən etdiyi xahiş əsasında tanışı Təqsirləndirilən şəxs1 yaşadığı, ünvan 3 ünvanında yerləşən evinin qarşısında sonuncudan 40 manata dörd bükümdə şəxsi istehlak miqdarından artıq, yəni 0,665 qramdan artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq Quba şəhərində Fazil Bağışova vermiş, daha sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Fazil Bağırov xx.xx.2020ci il tarixdə saat 19:14-də tutularaq üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitədən qanunsuz olaraq üzərində 1 ədəd sellofan bükümdə 0,665 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb ünvan 3 ünvanda yerləşən evinə gətirərək evin həyətində satış məqsədi ilə saxlamış, xx.xx.2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmədən həmin narkotik vasitədən dörd bükümdə 0,665 qramdan artıq miqdarda heroini 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıyaraq əvvəllər tanıdığı, Qusar şəhər sakini X15 əvvəlcədən etdiyi xahişi əsasında sonuncuya vermiş, daha sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Fazil Bağışov xx.xx.2020-ci il tarixdə saat 19:14-də tutularaq üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitədən 01 ədəd sellofan bükümdə-0,665 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 – hər birinin əmələrində cinayət tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir il olar ki, narkotik vasitə olan “kakos” qəbul edir, narkotik vasitə qəbul etdiyinə görə də Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2018-ci ilin sonlarında Quba şəhərində təsadüfən Qusar şəhər sakini X24 ilə tanış olmuş, hər ikisi narkotik vasitə aludəçisi olduğu üçün Fazillə onun arasında səmimi münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, Quba şəhərində olan zaman Fazil ona zəng edərək narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, o da özündə narkotik vasitə olmadığını, lakin Quba şəhərində yaşayan “Emiş” ləqəbi ilə tanınan Elmar adlı şəxsdən narkotik vasitə alıb ona verə biləcəyini demişdir. Bundan sonra Fazil “VAZ-2107” markalı avtomobillə Quba şəhərinə gələrək orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında onunla görüşmüşdür. O, Fazilin gəldiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş, avtomobilin arxa oturacağında isə əvvəl “Artur” kimi tanıdığı, sonradan adını öyrəndiyi Şahid1 əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra aralarında olan şifahi razılaşma əsasında Fazillə Bəybala ikisi birlikdə ona 40 (qırx) manat pul verərək, onlara narkotik vasitə olan heroin almağı xahiş etmişlər. Onlar birlikdə Elmarın yaşadığı evə tərəf getmişlər. Elmarın yaşadığı evdən bir qədər aralıda avtomobildən düşərək o, evin qarşısında sonuncu ilə görüşmüş, Elmara 40 manat pul verərək ondan dörd büküm narkotik vasitə olan kakos almışdır. Bundan sonra Fazilin yanına qayıdıb aldığı narkotik vasitə olan kakosu Fazilə vermişdir. O, narkotik vasitəni Fazilə verdikdən sonra, Fazil və Beybala onu evinə düşürmüşlər. Sonradan Fazil və Beybalanın PŞ əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Belə ki, o, zəng edib Elmardan narkotik vasitə istəyəndə, sonuncu narkotik vasitəni 2-3 gün əvvəl yerdən tapdığını bildimişdir. O, Elmarın evinə tək getmişdir, yanında kimsə olmamışdır. O, sadəcə Fazil üçün narkotik vasitə almış və bu işdə heç bir şəxsi marağı olmamışdır.Törətdiyi əməldən peşiman olduğunu bildirərək, təqsirləndirilən şəxs məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitə qəbul edir və buna görə 2019-cu ilin oktyabr ayında Quba Rayon Məhkəməsinin müvafiq hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, narkotik vasitələrin qəbulu ilə yanaşı eyni zamanda narkotik vasitə olan “kakos” satmaqla da məşğul olur. Narkotik vasitə satdığı şəxslərdən biri də Quba şəhər sakini Təqsirləndirilən şəxs2 olmuşdur. xx.xx.2020ci il tarixdə axşam saatlarında o, Quba şəhərində yerləşən evində olan zaman İmran ona zəng edərək, dörd büküm narkotik vasitə olan kakos almaq istədiyini bildirmişdir. Bundan sonra o, yaşadığı evin həyətində gizlədiyi narkotik vasitə olan kakosdan çıxarıb ayrıayrılıqda dörd bükümdə qablaşdırmış, sonra isə həmin dörd ədəd bükümdə olan kakosu evin qarşısında olan kanalizasiya quyusunun qapağının üstünə qoymuşdur. Bir neçə dəqiqə sonra İmran ora gəlmiş, ona 40 manat pul vermiş, İmran da həmin dörd büküm narkotik vasitəni oradan götürüb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, İmrana verdiyi 4 büküm narkotik vasitəni yerdən tapmışdır. İmran ona zəng edib narkotik vasitə istəmiş, o da tapdığı narkotik vasitəni İmrana 40 (qırx) manata satmışdır. Əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən bir il olar ki, narkotik vasitə olan heroin qəbul edir. Bir neçə dəfə Qusar şəhər sakini X24 ilə birlikdə narkotik vasitə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Qusar rayonu Mərkəzi bazarının yaxınlığında Fazillə görüş zamanı, sonuncu ondan narkotik vasitə qəbul etmək istəyib-istəməməsini soruşmuş, o da istədiyini bildirmişdir. Bundan sonra Fazil kartof satmaq adı ilə X19 məxsus olan “VAZ-2107” O264BH05 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Balaqusar kəndinə getmişdir. Həmin vaxtdan biraz keçdikdən sonra Fazil Sakinlə birlikdə sonuncuya məxsus avtomaşınla onun yanına gəlmişdir. O da Sakinə məxsus olan avtomobilin arxa oturacağında əyləşmiş və onlar Qusar rayonu, Balaqusar kəndi istiqamətində, oradan da Quba rayonu istiqamətində yollarına davam etmişlər. Yolda o, narkotik vasitə almaq istədiyini bildirərək, Quba şəhərində yaşayan, əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan Xalid adlı şəxsə zəng etmiş, lakin sonuncuda narkotik vasitə qalmadığı üçün Fazil İmrana zəng etmişdir. Onlar Sakinin avtomobili ilə Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedərək İmranla görüşmüşlər. O, narkotik vasitə olan heroin gətirməsi üçün İmrana 10 manat, Fazil isə 30 manat pul vermişdir. İmran onlardan pulu alıb harasa getmiş və təxminən yarım saat keçdikdən sonra onlara narkotik vasitə gətirmişdir. Bundan sonra onlar İmranı Quba şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında düşürdüb, Qusar rayonu istiqamətində yollarına davam etmişlər. Bir qədər yol getdikdən sonra aldıqları narkotik vasitəni istifadə emək üçün Sakindən avtomobili çayın kənarındakı boş sahəyə sürməsini xahiş etmişlər. Sakin avtomobili dayandırdıqdan sonra o, Fazillə avtomobildən düşüb bir az uzaqlaşmışlar. Orada üzərində olan heroini şüşə qaba tökərək alışqan vasitəsilə qızdırmışlar, sonra isə iki ədəd şpirisə doldurub şpiris vasitəsilə narkotik vasitəni qolu vurmuşlar. Bundan sonra onlar Qusar rayonu istiqamətində hərəkət etmişlər. Qusar rayonu, Bədirqala kəndi ərazisinə çatmamış, təxminən saat 19 radələrində o, avtomobildən düşüb getmiş, Sakinlə Fazil isə Qusar şəhəri istiqamətində hərəkətlərinə davam etmişlər. Səhəri gün o, xx.xx.2020-ci il tarixdə Fazil və Sakinin tutularaq Qusar rayon Polis şöbəsinə aparıldığını və həmin vaxt da Fazilin üzərindən narkotik vasitə aşkar olunub götürüldüyünü eşitmişdir. Məhkəmədə verlən suallara cavab olaraq şahid bildirdi ki, Fazil onun dostudur. xx.xx.2020-ci il tarixdə Fazil Sakinlə birlikdə “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında İmranla görüşmüşlər. Fazil İmrana 40 (qırx) manat pul verərək, həmin pulun müqabilində narkotik vasitə istəmiş, İmran da kimdənsə 4 (dörd) büküm narkotik vasitə olan kakos alıb Fazilə vermişdir. Bundan sonra İmran evinə, onlar isə Qusara getmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X25 məhkəməyə teleqram ünvanlayaraq, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Sakin Seyidovun ibtidai istintaqa vermiş olduğu ifadəsi məhkəmədə elan edildikdə, onun digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə verməsi məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri və onların hər birinin təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Ədliyyə Nazirliyinin MEM-in (məhkəmə-bioloji ekspertizası) xx.xx.2020-ci il tarixli, 6/427 nömrəli rəyindən görünür ki, üzərində Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN №106” möhür əksi və ... vət. X15... üzərindən aşkar edilmiş...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,665 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,127 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroinin təmiz çəkisi - 0,665 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,615 qram (cild 1; iş vər.: 15-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) xx.xx.2020-ci il tarixli 1739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, infoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X13 X18 Poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatdadır (cild 1; iş vər.: 191,192); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) xx.xx.2020-ci il tarixli 1882 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Təqsirləndirilən şəxs2 2020-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X13 X18 Poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək narkomaniyası”diaqnozu ilə qeydiyyatdadır (cild 1; iş vər.: 193,194); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. xx.xx.2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, X15 üzərindən götürülmüş 01 ədəd paketdə qalıq çəkisi -0,615 qram olan narkotik vasitə olan olan heroin kütləsi və qalıq çəkisi -0,077 qram olan psixotrop maddə olan metamfetamin kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vər.: 40,41); Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(029)-59/2020 hökmünün surətindən görünür ki,həmin hökmlə X15 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən X20 təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki gün azadlığın məhdudlaşdırılmasına bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanaraq hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi; cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi; cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesab edilməsi, həmçinin 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcinin X12 tutulması, iş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan X15 üzərindən götürülmüş, qalıq çəkisi 0,615 qram narkotik vasitə olan heroin kütləsinin və qalıq çəkisi - 0,077 qram olan psixotrop maddə olan metamfetaminin məhv edilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmişdir (cild 1, iş vər.: 195-200, cild 2, iş vər.: 64-65); Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni Qanunun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxslərə verilən ittihamda satış məqsədilə qanunsuz əldə edilən, üzərində saxlamaqla, daşınan narkotik vasitə kustar üsulla hazırlanmış heroinin xalis çəkisi 0,665 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğunun – hər birinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər.: 54); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 75,76); “axtarış və götürmə aparılması haqqında” xx.xx.2020-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən evdə axtarış zamanı hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş digər əşya aşkar olunmadı (cild 1, iş vər.: 96-100); Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(029)-11/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vər.: 91,92); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(027)-36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il uzadılmışdır (cild 1, iş vər.: 177,178); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(027)-51/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır (cild 2, iş vər.: 2,3); şəxsiyyəti müəyyən edən portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1977-ci il tarixdə Quba şəhərində doğulmuş, həbs olunduğu günədək ünvan 3 ünvanında yaşamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 73,74); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-127 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 102); Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-127 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 203-208); Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 197/19/05 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-127 saylı hökmü xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 14 (on dörd) gün hissəsini çəkmişdir, 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün çəkilməmiş cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonu xx.xx.2022-ci il tarixdə bitir. Quba RMX-nın xx.xx.2020-ci il tarixli 2133 nömrəli məktubundan görünür ki, X21 2018-ci il tarixdən “Tiryək narkomaniyası” diaqnozu ilə xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatdadır (cild 1, iş vər.: 146); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci il tarixdə Quba şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailə üzvləri – bacısı xx.xx.1961-ci il təvəllüdlü X16, qardaşları – xx.xx.1962-ci il təvəllüdlü X21, xx.xx.1967-ci il təvəllüdlü X22 və xx.xx.1971-ci il təvəllüdlü X9 ibarətdir. X21 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vər.: 134-138); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: şəxsiyyət vəsiqəsinin surətindən və portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1970-ci il tarixdə Quba şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 107,108); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 109,110); “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər.:125,126); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 172); Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 209-213); Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 220/19/05 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-124 saylı hökmü xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsini çəkmişdir, 10 (on) ay 04 (dörd) gün çəkilməmiş cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonu xx.xx.2021-ci il tarixdə bitir. Quba RMX-nın xx.xx.2020-ci il tarixli 2133 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci il tarixdən “Tiryək narkomaniyası” diaqnozu ilə xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatdadır (cild 1, iş vər.: 146); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli arayışlar və xasiyyətnamələrdən görünür ki, xx.xx.1970-ci il tarixdə Quba şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ailəsi - anası xx.xx.1943-cü il təvəllüdlü X7 ibarətdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vər.: 134-138); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, onların hər birinin ayrıayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra, islah olunmadan, yenidən eyni xarakterli cinayət əməlini törətmələrini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-127 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs1 üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın bu günə çəkilməmiş 10 (on) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmaqla, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməlidir. Bunda başqa, iş materiallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixli “xxxx” qərarı ilə Azercell MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 17468 nömrəli məktuba əlavə olunmuş DVD disk sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 2, iş vər.: 71-80); Odur ki iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 1(029)- 59/2020 hökmünün surətindən göründüyü kimi, həmin hökmlə iş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan X15 üzərindən götürülmüş, qalıq çəkisi 0,615 qram narkotik vasitə olan heroin kütləsi və qalıq çəkisi - 0,077 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat X12 tutulması hökm edilmişdir (cild 1, iş vər.: 195-200, cild 2, iş vər.: 64-65); “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1 istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X17 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq orqanında və məhkəmədə iştirak etdiyi cəmi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X17 ibtidai istintaq orqanında və məhkəmədə iştirak etdiyi cəmi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-124 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın bu günə çəkilməmiş 10 (on) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 05 (beş) ay 02 (iki) gün hazırki hökmlə təyin olunmuş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-127 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 03 (üç) ay 22 (iyirmi iki) gün hazırki hökmlə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmaları ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar