Məhkəmə qərarları › İş №1(027)-15/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-15/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-15/2024 05.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2005-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə ümumilikdə 7,311 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 20 iyul 2023-cü il tarixdə saat 23:55-də Quba şəhəri, Fətəlixan küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,035 qram və əynində olan qara rəngli şalvarının sağ yan cibliyində saxladığı bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,276 qram olmaqla 02 ədəd bükümdə ümumi təmiz çəkisi 7,311 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə Bakı şəhəri Şamaxinka adlanan ərazidə yol kənarında bir ədəd kibrit qutusunda narkotik vasitə tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Tapdığı narkotik vasitədən bir-iki dəfə istifadə etdikdən sonra həmin narkotik vasitənin keyfiyyətsiz olduğunu görmüşdür. 20 iyul 2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Quba rayonuna gəlmişdir. 20 iyul 2023-ü il tarixdə axşam saatlarında narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Tapdığı narkotik vasitə keyfiyyətsiz olduğundan başqa narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Tanışı Quba şəhər sakini Şahid1la bir neçə dəfə narkotik vasitə qəbul etdiyindən həmin vaxt Elvinə zəng edib ondan narkotik vasitə istəmişdir. Elvinin ona narkotik vasitə tapacağına söz verməsindən sonra, həmin gün Elvinin kart hesabına 15 manat pul göndərmişdir. Həmin puldan 10 manatı narkotik vasitə üçün və 5 manatı isə Elvinə taksi pulu kimi göndərmişdir. Elvinə pulu göndərdikdən sonra sonuncu ilə görüşüb bir büküm narkotik vasitə qurudulmuş marixuananı götürüb cibinə qoymuşdur. Həmin günü axşam saatlarında Elvindən aldığı narkotik vasitədən istifadə etmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamağında şübhəli olduğunu bildirilmişdir. Vəkilin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ yan cibliyində saxladığı bir büküm və sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik vasitələr elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və gənc olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 4-5 ay müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs da yaşadığı Quba rayonundan tanıyır. Tofiqlə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 20 iyul 2023-ü il tarixdə axşam saatlarında Tofiq ona zəng edib Bakı şəhərindən gəldiyini, yaxın vaxtlarda hərbi qulluğa gedəcəyini və narkotik vasitə istədiyini deyib narkotik vasitə tapa bilib-bilməməyini soruşmuşdur. O da nəşə almaq üçün tanışı ilə əlaqə saxlayacağını və narkotik vasitə olsa Tofiqə deyəcəyini demişdir. Bundan sonra tanışı və sinif yoldaşı Şahid2 ilə əlaqə saxlayıb nəşə lazım olduğunu demişdir. Nicat nəşə təşkil edə biləcəyini demiş və ona 4098-0944-2289-8930 nömrəli plastik kart göndərib pulu həmin karta göndərməyini xahiş etmişdir. O da Tofiqin atdığı 10 manat pulun üzərinə 20 manat da qoyub özünə məxsus Leo bank mobil sistemindən 30 manat pulu 4098-0944-2289-8930 nömrəli plastik karta göndərmişdir. Daha sonra isə Quba şəhəri Vaqif küçəsində yerləşən Qarabağ oyun zalının qarşısında Nicatla görüşüb Nicatdan ümumilikdə 03 büküm narkotik vasitə götürmüşdür. Həmin narkotik vasitələrdən iki bükümünü öz istifadəsi üçün saxlamış və bir bükümünü isə Tofiqə vermişdir. Tofiqdən aldığı 15 manat pulun müqabilində ona bir büküm narkotik vasitə vermiş, qalan 5 mant pulu isə yola xərcləmişdir. Həmin günü axşam saatlarında qohumu Şahid10la birlikdə Quba-Qəçrəş yolundan yerləşən Quba Plaza restoranına getmişdir. Restoranın həyətidə olanda polis əməkdaşları yolda ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamağında şübhəli olduğunu bildirmişlər. Daha sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı o, avtomobilində narkotik vasitə olduğunu deyib, avtomobilinin sol ön qapısının üzlüyündə olan siqaret qutusunu və sürətlər qutusunun qarşısında olan saxlanc yerində saxladığı iki ədəd bükülüdə narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Aşkar olunan narkotik vasitələr elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi inzibati məsüliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 20 iyul 2023-ü il tarixdə axşam saatlarında tanışı Şahid1 onunla əlaqə saxlayıb nəşə lazım olduğunu demişdir. O da tanışı Şahid3 ilə əlaqə saxlayıb nəşə təşkil edə bilib-bilməməsini soruşmuşdur. Ceyhun da təşkil edə biləcəyini demişdir. Bundan sonra Ceyhun 4098-0944-2289-8930 nömrəli plastik kart göndərib pulun həmin karta göndərilməsini istəmişdir. O da həmin kartı Elvinə atmışdır. Bir neçə dəqiqədən sonra Elvin əlaqə saxlayıb həmin kart hesabına 30 manat pul göndərdiyini demişdir. Bundan sonra Ceyhunla əlaqə saxlayıb Ceyhunla görüşüb 3 büküm narkotik vasitə qurudulmuş marixuananı Ceyhundan götürmüşdür. Quba şəhəri Vaqif küçəsində yerləşən Qarabağ oyun zalının qarşısında Elvinlə görüşüb 03 büküm narkotik vasitəni Elvinə vermişdir. Bir müddət keçdikdən sonra Elvin onunla əlaqə saxlayıb yenidən bir büküm narkotik vasitə lazım olduğunu demişdir. O da Ceyhunla görüşüb yenidən ondan bir büküm narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitəni Elvinə verməmişdən əvvəl Quba şəhəri Asan Xidmət mərkəzinin qarşısında polis əməkdaşları yolda ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamağında şübhəli olduğunu bildirmişlər. Daha sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu bildirib əynində olan şalvarının sağ yan cibliyində saxladığı bir ədəd bükülüdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunan narkotik vasitə elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. O, həmin narkotik vasitəni qohumu Şahid3 almışdır. Narkotik vasitə üçün Ceyhuna pul verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisi inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur.. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Qohumu Şahid2 ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. 20 iyul 2023-cü il tarixdə axşam saatlarında Nicat onunla əlaqə saxlayıb nəşə lazım olduğunu demiş və narkotik vasitə üçün onun 4098- 0944-2289-8930 nömrəli plastik kartına 30 manat pul köçürmüşdür. O, bundan əvvəl, Bakı şəhərində Yasamal rayonu ərazisində xatırlamadığı tarixdə tanımadığı şəxsdən narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitədən əvvəlcə 3 bükümünü 30 manat müqabilində qohumu Şahid2 vermişdir. Sonradan isə Nicatla görüşüb daha bir büküm narkotik vasitənidə sonuncuya vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid10 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Şahid1 uzun illərdir ki, tanıyır, həm də Elvinlə uzaq qohumluq münasibətləri var. 20 iyul 2023-cü il tarixdə axşam saatlarında Elvinlə birlikdə çay içmək üçün Quba istirahət mərkəzinə getmişdir. Elvinlə birlikdə olan zaman polis əməkdaşları Elvinə yaxınlaşıb Elvinin narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra isə dəvət edilmiş vəkilin də iştirakı ilə Elvinin üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirtmişlər. Elvinin üzərindən narkotik vasitələr aşkar edilməsə də idarə etdiyi avtomobildən ümumilikdə iki büküm narkotik vasitə aşkar edilmişdir. Daha sonra polis əməkdaşları Elvini Quba rayon polis şöbəsinə dəvət etmişlər. Şahid1 qanunsuz olaraq idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana saxlanmaası və daşıması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanusnuz olaraq narkotik vasitələri saxlaması barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbovdan, NMQ-nun əməliyyat müvəkkili Şahid5 və KTQ-nun baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 iyul 2023-cü il tarixdə gecə saatlarında Quba şəhəri, Fətəlixan küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan şalvarının sağ yan ciblıyində saxladığı bir ədəd kağız bükülüdə və sağ yan cibində saxladığı kibrit qutusunda olan narkotik vasitələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda olan narkotik vasitəni Bakı şəhərindən tapdığını, digər bükülüdə olan narkotik vasitəni isə 15 manat qarşılığında Elvin adlı tanışından aldığını bildirmiş və verdiyi 15 manat pulun 5 manatını taksi pulu kimi verdiyini 10 manatı isə narkotik vasitə üçün verdiyini qeyd etmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülərək zərflərə qoyulub qablaşdırılmışdır Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Daha sonra Quba istirahət mərkəzinin həyətində Təqsirləndirilən şəxs narkotik vasitəni verən Şahid1 yaxınlaşmışlar. Şahid1 üzərində narkotik vasitə olub-olmamasını soruşulduqda Şahid1 üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra sorğu zamanı Şahid1 avtomobilində narkotik vasitə olduğunu bildirib avtomobilin sol ön qapısının üzlüyündə olan siqaret qutusunu və sürətlər qutusunun qarşısında olan saxlanc yerində saxladığı kağız bükülüdə narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı Şahid1 həmin narkotik vasitələri sinif yoldaşı, tanışı Şahid2 adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid1, Tofiq adlı tanışının xahişi əsasında Tofiqin onun kartına atdığı pul əsasında həmin narkotik vasitəni əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülmüş və çəkiləri 0,3 və 0,5 qram gəlmişdir. Daha sonra isə həmin narkotik vasitələr qablaşdırılmış və möhürlənmişdir. Şahid1 üzərindən və avtomobilindən dövriyyəsi qadağan edilən əşya va predmentlər aşkar edilməmişdir. Həmin tədbirin davamında 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Quba şəhər sakini Şahid3 Quba RPŞ-yə dəvət edilmiş və narkotik vasitələrin satışında şübhəli olduğu üçün müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Şahid2 adlı şəxsin saxlanıldığı və saxlanılan zaman da üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Şahid3 aldığını bildirdiyini izah edilmişdir. Bundan sonra sorğu zamanı Şahid3 Şahid2 narkotik vasitə verdiyini və həmin narkotik vasitənin qarşılığında özünə məxsus plastik karta 30 manat pul göndərildiyini və həmin pulun qarşılığında da tanışı və onunla eyni məktəbdə oxuyan Şahin adlı şəxsdən narkotik vasitələri alıb Şahid2 verdiyini bildirmişdir. Bundan sonra sorğu zamanı Şahid3 yaşadığı evdə öz yaşadığı otaqda narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri 60 manat qarşılığında Sahin adlı şəxsdən aldığını bildirmişdir. Şahid3 üzərində şəxsi axtarış aparılsa da üzərindən dövriyyəsi qadağan edilən əşya aşkar edilməmişdir. Daha sonra Şahid3 yaşayış evinin qarşısına getmişlər və yaşayış evinə daxil olunub baxış keçirilsə də evdən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Çəkiliş zamanı Şahid3 RPŞ-də qorxuğundan yaşadğı evdə narkotik vasitə olduğunu bildirdiyini, lakin reallıqda isə yaşadığı evdə narkotik xasitələr olmadığını bildirmişdir. Bundan sonra isə Şahid3 idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün evdən çıxmış və VAZ 2115 markalı avtomobilə baxış keçirilsə də avtomobildən dövriyyəsi qadağan edilən əşya və predmenlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid9 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə gecə saatlarında Quba şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və Şahid1 həmin narkotik vasitəni Quba şəhər sakini Nicat adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı RPŞ-nin TB-nin baş təhqiqatçısı Farid Rəcəbov tərəfindən raport verilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat adlı şəxsin Quba şəhəri sakini Şahid2 olduğu müəyyən edilmişdir. Cəbrayılov X7 şəhəri Heydər Əliyev prospektində yerləşən Asan Xidmət Mərkəzinin yanında saxlanıldıqdan sonra dəvət edilmiş əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid2 üzərində narkotik vasitə olub-olmaması soruşulmuşdur. Şahid2 üzərində narkotik vasitə olduğunu bildirib əynində olan şalvarının sağ yan cibliyində saxladığı narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 0,54 qram gəlmişdir. Sonra isə həmin bükülü möhürlənərək qablaşdırılmışdır. Sorğu zamanı Şahid2 sinif yoldaşı və tanışı Şahid1 adlı şəxsə 03 ədəd narkotik vasitə verdiyini bildirmişdir. Elvinin ondan narkotik vasitə istəməsinə görə dostu Ceyhun adlı şəxslə danışdığını, Ceyhundan bir ədədi 10 manat olmaqla narkotik vasitə aldığını, Elvinin Ceyhun adlı şəxsin kart hesabına 30 manat pul atdıqdan sonra özünün gedib Ceyhun adlı şəxsdən narkotik vasitəni alıb evinə verdiyini bildirmişdir. Sorğu zamanı Şahid2 Ceyhun adlı tanışının Şahin adlı şəxsdən narkotik vasitələr aldığını bildirmişdir. Daha sonra isə Şahid2 rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Cəbyrayıl oğlu da Şahid6 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid7 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 20 iyul 2023-cü il tarixdə gecə saatlarında Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Quba şəhər sakini Elvin adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbov tərəfindən əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin adlı şəxsin Quba şəhər sakini Şahid1 olduğu müəyyən edilmişdir. Şahid1 oglu Quba istirahət mərkəzinin həyətində saxlanıldıqdan sonra dəvət edilmiş əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid1 üzərində narkotik vasitə olub-olmamasını soruşulduqda Şahid1 üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra sorğu zamanı Şahid1 avtomobilində narkotik vasitə olduğunu bildirib avtomobilin sol ön qapısının üzlüyündə olan siqaret qutusunu və sürətlər qutusunun qarşısında olan saxlanc yerində saxladığı kağız bükülüdə narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı Şahid1 həmin narkotik vasitələri sinif yoldaşı, tanışı Şahid2 adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid1 Tofiq adlı tanışının xahişi əsasında Tofiqin onun kartına atdığı pul əsasında həmin narkotik vasitələri əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülmüş və çəkiləri 0,3 va 0,5 qram gəlmişdir. Daha sonra isə həmin narkotik vasitələr qablaşdırılmış və möhürləndikdən sonra üzəri imzalanmışdır. Bundan başqa avtomobilə baxış keçirilsə də dövriyyəsi qadağan edilən aşya və predmentlar aşkar edilməmişdir. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 22 iyul 2023-cü il tarixli 3-16- 16/2-7/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə kütlələr..." yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,276 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7,035 qram olmaqla ümumi çəkisi 7,311 qram olar, bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixunanın ümumi çəkisi 7,311 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 7,211 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 6266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserindo prosfilaktik qeydiyyata alınması görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20 iyul 2023-cü il tarixdə gecə saatlarında Quba şəhəri Fətəlixan küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşları həmin vaxtı Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edirlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunur. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı bir ədəd kibrit qutusunda və əynində olan qara rəngli şalvarının sağ yan cibliyində saxladığı bir ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,332 qram müəyyən edilir. Aşkar edilmiş bükülüdəki kütlə zərfə qoyularaq qablaşdırılaraq möhürlənir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 7,311 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2023-cü il tarixdə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şübhəli şəxsin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçmə barədə” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə RPŞ-nin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmədiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Ərdəbil küçəsi, ev 53-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs anası X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, CM-nin aşağıdakı maddələrini rəhbər tutur. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxnin haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,211 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,211 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonar məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar