Məhkəmə qərarları › İş №1(027)-150/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-150/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-150/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1991 -ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Qanuni nümayəndə Kamran oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə, saat 04:00 radələrində Quba rayonu Mirzəməmməd kəndindən piyada Quba şəhərinə gələrkən həmin kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı ona məxsus “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu görüb avtomobilə əyləşdikdən sonra salondakı qoltuqaltının yaxınlığında olan saxlanc yerində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Quba şəhərinə getmiş, Quba şəhəri Köhnə avtovağzal adlanan ərazidə avtomobili yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs2 həmin ərazidəki dairədə saxladığı “Mersedes Benz” markalı ** XN *** dövlət qeydiyyt nişanlı avtomobillə toqquşaraq zərərçəkmişə 3287,50 manat (üç yüz iki yüz səksən yeddi manat əlli qəpik) manat maddi zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştitakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğu ifadəsində göstərdi ki, uzun illərdir ki, psixi xəstədir. Psixi xəstəliyinə görə 2008-ci ildə bir neçə ay Quba rayon xəstəxanasında müalicə almışdır. 27.04.2021-ci il tarixdə o, Quba rayonu, Mirzəmmədkənd kəndinində bir qədər gəzdikdən sonra, saat 04 radələrində yol kənarında “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobili idarə etmək fikrinə düşmüşdür. Ona görə də avtomobilə yaxınlaşıb qapısını yoxladıqdan sonra açıq olduğunu görmüşdür. O, avtomobilin qapısını açıb sükanın arxasında əyəşmişdir. Salonun içərisində olan saxlanc yerinə baxdıqda açarların orada olduğunu görmüşdür. O, açarla avtomobili işə salıb Quba şəhəri istiqamətinə hərəkət etməyə başlamışdır. Quba şəhəri, Köhnə Avtovağzal adlanan ərazidə dairəvi yoldan çıxarkən sürətlə hərəkət etdiyi üçün idarəetməni itirmiş və idarə etdiyi avtomobil ilə yolun kənarında dayanmış “Mersedes benz” markalı avtomobili vurmuşdur. Sonra o, avtomobildən yerə düşmüş, az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onun məqsədi həmin avtomobili bir qədər idarə edib yerinə qaytarmaq olmuşdur, Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 26.04.2021-ci il tarixdə saat 20 radələrində o, “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısnda saxlamışdır. Avtomobilin qapısı xarab olduğundan bağlanmamışdır.. Avtomobilin açarlarını isə salondakı qotuqaltının yaxınlığnda olan saxlanc yerinə qoymuşdur. Sonra yaşadığı evə keçmişdir. Gecə saatlarında evdən çıxıb avtomobilə baxdıqda yerində olduğunu görmüşdür. 27.04.2021-ci il tarixdə saat 09 radələrində o, evdən çölə çıxıb görmüşdür ki, “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil yerində yoxdur. O, Quba RPŞ-ə gedib avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə ərizə yazıb vermişdir. Quba RPŞ-də aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Qusar rayonu, İmamqulu kənd sakini X5 ona məxsus avtomobili qaçıraraq Quba şəhəri ərazisində başqa avtomobillə toqquşmuşdur. Avtomobilinin əzilməsi nəticəsində ona 3287,50 manat (üç yüz iki yüz səksən yeddi manat əlli qəpik) manat maddi zərər dəymişdir.. Ona vurulmuş zərərdən təqsirləndirilən şəxsin atası tərəfindən 300 manat ödəniş edilmişdir. Hal-hazırda vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, “Mersedes Benz 200 D” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşqul olub çörək pulu qazanır. 27.04.2021-ci il tarixdə saat 04 radələrində o, Bakı şəhərinə getmək üçün yaşadığı evdən çıxıb “Mersedes Benz 200 D” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib yaşadığı evdən çıxıb Quba şəhərindəki köhnə avtovağzal ərazizində yerləşən dairənin yaxınlığına gəlmişdir. O, avtomobilini yolun sağ kənarında Bakı şəhərinə gedən taksilərinin dayandığı yerdə saxlayıb müştəri gözləməyə başlamışdır. Həmin vaxtı Quba rayonu, Qırmızı qəsəbə tərəfdən Vaz 21099 markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin dairəyə tərəf sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil dairəyə daxil olduqdan sonra, dairədən üzü Xaçmaz şəhəri istiqamətinə dönərkən ona məxsus “Mersedes Benz 200 D” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. İfaəsinin sonunda Zərərçəkmiş şəxs2 bildirmişdir ki, sığorta tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai göstərmişdir ki, 27.04.2021-ci il tarixdə saat 04 radələrində o, yaşadığı evdən çıxıb Quba şəhərindəki Köhnə avtovağzal ərazisinə gəlmişdir ki, taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getsin. O, köhnə avtovağzal ərazisində yolun kənarında dayanıb münasib taksi avtomobili gözləmişdir. Həmin vaxtı Quba şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 yolun kənarında dayanmışdır. Onun “Mersedes Benz 200 D” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili isə üzü Bakı şəhəri istiqamətində avtomobil yolunun sağ kənarında dayanmış vəziyyətdə olmuşdur. Həmin vaxtı o, görmüşdür ki, Quba rayonu, Qırmızı qəsəbə tərəfdən Vaz 21099 markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil dairəyə tərəf sürətlə gəlir. Vaz 21099 markalı avtomobil dairəyə daxil olduqdan sonra dairədən üzü Bakı şəhəri istiqamətinə dönərək Zərərçəkmiş şəxs2 məxsus “Mersedes Benz 200 D” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurmuşdur. İş materiallarında olan 29.04.2021-ci il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “Vaz 21099” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3287,50 manat (üç yüz iki yüz səksən yeddi manat əlli qəpik) manat maddi ziyan dəymişir. İş materiallarında olan 01.05.2021-ci il tarixli ziyan aktından görünür ki, “Mersedes Benz” markalı ** XN *** dövlət qeydiyyt nişanlı avtomobilə 1650 manat maddi ziyan dəymişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekpertizasının 05.05.2021-ci il tarixli, 979 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxsn barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12.07.2021-ci il tarixli, 81 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğunda “Şizofreniyanın sadə tipi” formasında xroniki prosessual psixi xəstəliyin əlamətləri müəyyən edilir. Qeyd edilən xroniki psixi xəstəlik nəticsində Təqsirləndirilən şəxs öz hərəkətləinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edirməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Çünki Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patalogiya halhazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, laqeydlik, davranışları üzərində iradi nəzarətin zəifləməsi adaptiv olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilmiş “Şizofreniyanın sadə tipi” xəstəliyindən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişklik yaranmamışdır. Yoxlanılan Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş ekspertizaların müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 24 iyun 2021 -ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd İƏD-si Üzrə Nümayndəliyi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 406 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd İƏD-si Üzrə Nümayəndəliyi tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 30 aprel 2021-ci il tarixli, 710 saylı məktubundan görünür ki, Qusar rayonu, İmamqulukənd kəndində yaşayan xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.06.2008-ci il tarixdən 17.09.2008-ci il tarixədək Quba rayon PNRM-da stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən ictimai təhlükəli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edəbilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Bununla yanaşı, məhkəmə tərəfindən аnlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə əsasən, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərədə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə тibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət tюrədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edə bilər. Тibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi дя, həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi mцalicəni həyata keчirən tibb mцəssisəsinin mцdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata kечirilir (ЪМ, мад.98). Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə məhkəmə baxışının xüsusiyyətlərindən bəhs edən Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən isə мəhkəmə qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasınа, həmçinin şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olмасınа məsələləri də həll etməlidir. Мəhkəmə yalnız şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə tюrədilməsini sцbuta yetirilmiş hesab etdikdə, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini, onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması sübuta yetmişdir. Təqsirləndirilən şəxs əməli ямяли Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyünə görə, Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, ekspertiza rəyinə uyğun olaraq ümumi tipli psixiatriya stasionrında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan VAZ 21099 markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 Müzəffər oğluna qaytarılması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə hüququna və qanunsuz cəzalandırılmamağa dair tələblərinə də uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 95, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionrında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan VAZ 21099 markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 Müzəffər oğluna qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar