Məhkəmə qərarları › İş №1(027)-150/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-150/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-150/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – "xxxx" BOKT ASC-nin Quba filialının nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Quba rayonu İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə Quba şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" BOKT ASC-nin Quba filialına gələrək oradan kredit almaq məqsədilə özündə olan 01 ədəd, üzərində 583/585 əyarlı qızıl suyu çəkilmiş, 10,43 qram çəkidə boyunbağını qiymətli qızıl əşyası kimi təqdim etməklə onu girov qoyub aldatma yolu ilə həmin filialdan 640 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, "Şamaxinka" deyilən ərazidə olarkən əslən Masallı rayonundan olan təxminən 65 yaşında görünən Cahıl adlı və təxminən 35 yaşında görünən İlkin adlı şəxslərlə təsadüfən tanış olmuş, bir həftə sonra da onlardan “Şamaxinka" deyilən ərazidə üzərinə qızıl suyuna çəkilmiş 01 ədəd boyunbağı və 03 ədəd qolbağ əşyalarını götürmüşdür. Daha sonra, qızıla oxşar əşyaları özü ilə götürüb 23 aprel 2023-cü il tarixdə yaşadığı Quba rayonuna gəlmiş və özündəki qızıl olmayan əşyaları girov qoymaqla “lombard” kimi fəaliyyət göstərən kredit təşkilatlarına təqdim edib kredit yolu ilə pul əldə etmək qərarına gəlmişdir. 24 aprel 2023-cü il tarixdə, saat 11 radələrində 01 ədəd boyunbağını özü ilə götürüb Quba şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" BOKT ASC-nin Quba filialına gəlib həmin filialın Tural adlı qrup müdirinə müraciət edərək özündə olan boyunbağını girov qoyması müqabilində 1000 manat kredit götürmək istədiyini bildirmişdir. Turalın tapşırığı ilə filialın zərgəri həmin boyunbağıya baxmış, sonra təqdim etdiyi boyunbağı üçün istədiyi 1000 manat deyil, yalnız ona 3 ay müddətinə 640 manat məbləğində kredit verə biləcəklərini izah etmişlər. O, 640 manat pul vəsaitinin kreditə verilməsi ilə razılaşmış, lakin özündə yenə qızıl əşya olmasını söyləyərək əlavə kredit götürmək məqsədilə yenə filiala gələcəyini bildirmişdir. Bundan sonra girov qoyduğunu boyunbağı müqabilində onun adına 640 manat kredit verilməsi rəsmiləşdirilmiş və komision xərcləri çıxmaqla kassadan 604 manat pulu sayıb götürmüşdür. 28 aprel 2023-cü il tarixdə əlavə kredit almaq məqsədilə "xxxx" BOKT ASC-nin Quba filialına getdikdə filialın müdiri Tural və orada işləyən adını bilmədiy zərgər girov qoyduğu boyunbağının “saxta” çıxmasını ona bildirmişlər. Ona götürdüyü kredit pulunu dərhal ödəməsi, əks halda barəsində polisə şikayət edəcəkləri bildirmişlər. O tutulmaqdan qorxub onu bağışlamalarını, şikayət etməmələrini xahiş edərək götürdüyü krediti qaytaracağına söz vermişdir. Lakin pulu olmadığından krediti bağlaya bilməmişdir. Sonralar ona məlum olmuşdur ki, "xxxx" BOKT ASC-nin Quba filialının müdiri Tural ondan Quba RPŞ-nə şikayət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hal-hazırda zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini və cinayət işi üzrə bəraətverici əsaslar olmadan icraaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" BOKT ASC-nin Quba filialının nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayından hazıra kimi Quba şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" BOKT ASCnin Quba filialında qrup müdiri vəzifəsində işləyir. 24 aprel 2023-cü il tarixdə günorta saatların rəhbərlik etdiyi filiala kredit almaq məqsədilə Quba rayonu İkinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşıb ona müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir kı özündə olan qızıl boyunbağını qoyub 1000 manat məbləğində kredit götürmək istəyir. Bundan sonra o, Bəxtiyarı filialda zərgər kimi fəaliyyət göstərən Şahid yanına göndərmişdir. Bəylər də öz növbəsində Bəxtiyarın təqdim etdiyi boyunbağıya baxış keçirdərək boyunbağının 585 əyar qızıl olduğunu və 10,45 qram olması müəyyən etmişdir. Bəxtiyarın təqdim etdiyi boyunbağının miqdarına görə hesabladıqda məlum olmuşdur ki, Bəxtiyara yalnız 640 manat kredit verilə bilərlər. Bundan sonra, Bəxtiyar 640 manat krediti götürməyə razılıq vermişdir. Eyni zamanda Bəxtiyar ona bildirmişdir ki, onda başqa qızıl əşyaları da vardır və onlarıda gələcəkdə girov qoyub onların filialından kredit götürəcək. Bundan sonra, müvafiq sənədləşmə aparılaraq Bəxtiyarla imzalanmış sənədlər mərkəzi ofisdən də təsdiqini tapdığından sonra, sonuncuya həmin günü komisiya xərcləri çıxmaqla 640 manatlıq kredit verilmişdir. Müqavilə şərtlərinə görə hər ay üçün Bəxtiyar 235 manat məbləğində ödəniş etməli idi. Bəxtiyar ona kredit verilmiş pulu götürüb getdikdən sonra işlədiyi ASC-nin mərkəzi ofisindən ona məlumat gəldi ki. Bəxtiyarın girov qoyduğu 01 ədəd boyunbağı qızıl deyilmiş. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi filiala gəldikdə, onu girov qoyduğu boyunbağının qızıl olmaması haqqında sonuncuya heçnə deməmiş, onun qabaqcadan xəbər tutsa aradan çıxacağını düşünmüş və əlavə kredit alacağı üçün yenə filiala gəlməsini gözləmişdir. 28 aprel 2023cü il tarixdə Bəxtiyar təkrar onun işlədiyi filiala gəldikdə girov qoyduğu boyunbağının “saxta” olmasını və götürdüyü kredit pulunu dərhal ödəməsə onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Bəxtiyar yalvarıb onu bağışlamasını, heç bir yerə şikayət etməməsini xahiş edərək götürdüyü krediti qaytaracağına söz vermişdir. Bəxtiyarın pulu qaytarcağına inanıb gözləsə də, nəticəsi olmadığından 19 may 2023-cü il tarixdə Bəxtiyarla bağlı Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" BOKT ASC-nin Quba filialının zərgəri işləyən Şahid oxşar məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin nümayəndəsi X1 ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18 iyul 2016-cı il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Quba RlHB-nin İkinci Nügədi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 862 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir, üç övladı vardır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini nəzərə alıb barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" BOKT ASC-nin Quba filialının nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haddında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar