Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-151/2021 13.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, X1 iştirakı ilə 25 avqust 1955-ci ildə Quba rayonu, Qımıl kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmayan, Quba rayonu, Qımıl-qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan –Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Quba rayonu, Qımıl-qazma kəndində yaşadığı evə aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs sifətindən və bədəninin digər nahiyələrindən yumruq və sillə ilə vuraraq ona sifətində sağda və solda çoxlu sıyrıq və qançır, sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün ağlı qişasında geniş qansızma, sol əlin arxa səthində əzilmiş-cırılmış yara kimi sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sonuncunun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki o, ara-sıra spirtli içki qəbul edir və bu səbəbdən də atası ilə aralarında mübahisə yaranır. 24.09.2021-ci il tarixdə saat 17 radələrində Quba rayonunun Qımıl-qazma kəndinə yerləşən evlərinin həyətində sərxoş vəziyyətdə olarkən atası içki içdiyi üçün ona iradını bildirmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Həmin vaxt atası Xanbaba onun üstünə odun parçası atmış və odun parçası onun qulaq nahiyəsindən dəymişdir. O, atasının bu hərkətindən əsəbləşərək onun üstünə getmiş, lakin atası qaçıb evə girmişdir. O, atasının arxasınca evə girmiş və otaqda atasını sifət və bədən nahiyələrindən yumruq və sillə ilə vuub ona xəsarər yetirmişdir..Münaqişə təxminən 7-10 dəqiqə davam etmiş və həmin vaxt orada kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onunla bir həyətdə lakin ayrıayrı evlərdə yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir və buna görədə onların aralarında tez-tez mübahisə yaranır. Oğlu Zaman sonuncu dəfə 24.09.2021-ci il tarixdə saat 17 radələrində sərxoş halda evə gələrək onunla mübahisə etmişdir. Oğlu ona nalayiq söyüşlər söymüş, bundan əsəbləşərək yerdən odun parçası alıb Zamanın üstünə atmışdır. Zaman isə bundan əsəbləşərək onun üstünə gəldikdə, qaçaraq yaşadığı evə girmişdir. Zaman onun arxasınca evə girərək otaqda yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin oğlu 102 xidmətinə zəng edərək məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 1000 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət sifətində sağda və solda çoxlu sıyrıq və qançır, sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün ağlı qişasında geniş qansızma, sol əlin arxa səthində əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 24 sentyabr 2021-ci il tarixə uyğun gələ bilər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 05.12.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum olunmuş və 05.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RMX-dan daxil olmuş 29 sentyabr 2021-ci il tarixli, 2195 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 282 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Qımıl-qazma kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-151/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-151/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver