Məhkəmə qərarları › İş №1(027)-151/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-151/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-151/2022 26.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1998-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində AE 629699 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi VAZ 2107 markalı, AZ **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Quba yolunun Quba rayon Digah kəndindən keçən 5-ci km-də Quba şəhər istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin, 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib yolun hərəkət hissəsini sağ tərəfdən sola doğru keçən piyada Quba rayonu, Alpan kənd sakini Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alnında sağda və solda, burnunun üstündə sıyrılmış yara, bədəninin çoxlu sıyrıq və qançırı. Başın yumşaq toxumalarının alt səthində sağ alın təpə gicgah nahiyəsində geniş qansızma-dərialtı hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol bud sümüyünün və sirkə kasasının sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma əmələ gəlməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində yaşadığı evdən çıxıb etibarnamə əsasında idarə etdiyi VAZ 2107 markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə doğru gəlmişdir. Quba rayonu, Digah kəndinə hərəkətdə olan zaman qarşıda onunla eyni istiqamətdə yolun sağ hərəkət istiqamətində qırmızı rəngli VAZ 21011 markalı avtomobilin dayandığını görmüşdür. Bu zaman həmin avtomobilin arxa sol qapısından həmkəndlisi mərhum Zərərçəkmiş şəxs aşağı endiyini görmüşdür. O, həmin avtomobilə yaxınlaşan zaman Kamilə onun hərəkət yoluna qaçmış və o, avtomobilini sola doğru hərəkət etdirsə də hadisədən yayına bilməmiş və həmin qadını vurmuşdur. O, Kamiləni vurduqdan sonra, zərbənin təsirindən Kamilə yolun hərəkət istiqamətinə yıxılmışdır. Bundan sonra o, dərhal avtomobilini saxlayıb aşağı enmiş və Kamiləni öz avtomobilinə qoyub Quba RMX-na aparmışdır.Yolda olarkən Azərbaycan Respubliksaı DİN-nin 102 xidmətinə zəng edərək idarə etdiyi avtomobillə Quba rayonunun Digah kəndi ərazisində piyada vurduğu barədə məlumat vermişdir. Quba RMX-na çatdıqda artıq vurduğu piyada Zərərçəkmiş şəxs vəfat etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşiman olmasını, cavan olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi və onun ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə təsərrüfat işləri ilə məşğul olan zaman həyat yoldaşı qızı Kamilənin avtomobil vuraraq xəsarət almasını ona xəbər vermişdir. Xəbəri eşitdikdən sonra o, ilk öncə qızının Qusar RMX-na aparıldığını fikirləşib həmin xəstəxanaya getmişdir. Lakin qızın həmin xəstəxanada olmamasını öyrəndikdən sonra, Quba RMX-na getmişdir. Quba RMX-na çatıb öyrənmişdir ki, qızı Kamilə yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Digah kəndi ərazisində qızı Kamiləni vurmuşdur. İfadəsinin sonuda X7 Təqsirləndirilən şəxs tərəfindən onlara maddi köməklik göstərildiyini və buna görədə onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmasa da özünə məxsus VAZ 21011 markalı avtomobillə taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə idarə etdiyi VAZ 21011 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Alpan kəndindən Quba rayonu, Xucbala kəndinə getmişdir. Xucbala kəndindən həmkəndliləri Şahid2, Zərərçəkmiş şəxs və adlarını bilmədiyi iki qadını da götürüb Xucbala kəndindən Quba şəhərinə doğru gəlmişdir. Quba rayonu, Digan kəndinə çatan zaman avtomobilində olan sərnişinlərdən ikisi avtomobildən enərək yolun əks istiqamətində olan mağazaya getmişlər. Bir qədər keçdikdən sonra, avtomobilində arxa oturacaqda oturmuş Zərərçəkmiş şəxs da mağazaya getmək istədiyini bildirib avtomobilin sol arxa qapısını açıb yenə enmişdir. Kamilə yolu keçmək istəyən zaman VAZ 2107 markalı avtomobil onu vurmuşdur. Zərbənin təsirindən Kamilə yolun əks hərəkət istiqamətinə yıxılmışdır. Maşından düşüb görmüşdür ki, VAZ 2107 markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü tanıdığı Təqsirləndirilən şəxsdur. Dərhal o, və oraya toplanmış şəxslər Kamiləni Rəhimin avtomobilinə qoyub onu Quba rayon MŞX-na göndərmişlər.Sonradan ona məlum olmuşdur ki, Kamilə xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Söhbət Cəbrayıl oğlunun ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eynu məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 43 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb ekspertizası və məhkəmə-kimyəvi müayinənin cavabı əsasında aşağıdakı nəticəyə gəlirəm.

1. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alnında sağda və solda, burnunun üstündə sıyrılmış yara, bədəninin çoxlu sıyrıq və qançırı. Başın yumşaq toxumalarının alt səthində sağ alın təpə gicgah nahiyəsində geniş qansızmadərialtı hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol bud sümüyünün və sirkə kasasının sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma aşkar edilmişdir ki, bunlarda həyatı olub ölümündən az əvvəl yetirilməyə uyğundur. xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınla vurulma zamanı əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir.

2. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır.

3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası zamanı başın küt travmasından törənən baş-beyin toxumasına qansızma olmuşdur. Ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keşirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının keçirilməısinə dair Ədliyyə Nazirliyinin MEM-in 03 avqust 2022-ci il tarixli, 8/1904 saylı rəyindən görünür ki, istintaq tərəfində təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107 markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AD N 271100 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 2107” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 məxsusdur. İş materiallarında olan ƏN-Vİİ № 821176 saylı Etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “VAZ 2107” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə Təqsirləndirilən şəxs adına etibarnamə vermişdir. Etibarnamə xx.xx.2023-cü ilə dək qüvvədədir. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. İş materiallarında olan AE 629699 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B”, “C”, kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına AE 629699 nömrəli, “B”, “C” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 337 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 338 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim olmuş notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələblərinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və cavanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi subutun, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar