Məhkəmə qərarları › İş №1(027)-152/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-152/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-152/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 oğlunun iştirakları ilə, Xüsusi ittiham qaydasında X1 verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraçiət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə çinayət məsuliyyətinə çəlb edilərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili X10 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə çinayət məsuliyyətinə çəlb edilərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etdi Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 oğlu şikayəti qəbul etməyərək bildirdi ki, o, heç kimi təhqir etməyib. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında verdiyi şikayətdə doğulduğu ili göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərədə tutulmuş tələblərə uyğun olmadığından, X1 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X3 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu Bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərədə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nətiçələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.2.3. və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X3 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar