Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-152/2022 12.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan, Quba şəhəri. H.Hacıyev küçəsi, ev 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində, BD601175 nömrəli. BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “VAZ 21099” markalı. **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospekti ilə Qəçrəş yolu istiqamətində hərəkətdə olarkən. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli. Həmin qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 KM/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib avtomobili 80 KM/saat sürətlə idarə edərək “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada V.X.Babayevnın “gözlərinin ağlı qışası və birləşdirici toxumasında qansızma, sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, başın sol təpə nahiyəsinin hematoması, üzündə və alnında, burnunun üstündə. Bədənində çoxlu sıyrıq və qançırlar. Başın yumşaq toxumalarının alt səthində sol alın təpə gicgah nahiyəsində genişqansızma-dərialtı hematoma. Baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, açıq qəlpəli sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vaz 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində o, işlədiyi marketdən işdən çıxıb VAZ 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaşadığı evə getmişdir. Evə çatqıqdan sonra, atası Məlik Əsədovu idarə etdiyi avtomobillə Quba şəhər bazarına düşürüb, yanacaq almaq üçün H.Əliyev prospektində olan Azpetrol yanacaq doldurma məntəqəsinə getmişdir. Saat 21 radələrində H.Əliyev prospekti ilə H.Hacıyev küçəsinin kəsişməsi istiqamətində idarə etdiyi avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edərkən təxminən 30-35 metr məsafədən 60-65 yaşlarında olan qadının sürətli addımlarla yolun sağ kənarından çıxıb yolun sol kənarına doğru hərəkət etdiyini görmüşdür. O, avtomobili sürətlə idarə etditindən əyləc sistemini basıb avtomobili saxlamaq istəmişdir. Lakin avtomobili sürətlə idarə etdiyindən saxlaya bilməyərək avtomobilin qarşı tərəfi ilə həmin qadını vurmuşdur. Həmin qadını vurduqdan sonra o, idarə etdiyi avtomobili saxlamış, maşınddan düşüb həmin qadına yaxınlaşdıqda görmüşdür ki, qadın hərəkətsiz vəziyyətdədir. Həmin vaxtı ona məlum olmuşdur ki. avtomobili ilə vurduğu qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonradan məlum olmuşdur hadisə zamanı vəfat edən şəxs Quba şəhər sakini Zərərçəkmiş şəxsdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşiman olmasını, cavan olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi və onların ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yengül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində anası Zərərçəkmiş şəxs ərzaq almaq məqsədi ilə yaşadıqları evdən çıxaraq H.Əliyev prospektinin kənarında yerləşən ərzaq mağazasına getmişdir. Anası evdən çıxdıqdan bir qədər sonra, o və həmin vaxtı evdə olan bacısı Vəfa çöldən avtomobil tormozunun səsini eşitmişlər. Onlar dərhal evin qarşısına çıxıb görmüşlər ki, anaları Zərərçəkmiş şəxs VAZ 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vurub yolun kənarına yıxmışdır. Adını sonradan öyrəndiyi VAZ 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində idarə edərkən yolu keçən anası Zərərçəkmiş şəxs vurmuşdur. İfadəsinin sonuda X5 Təqsirləndirilən şəxs tərəfindən onlara maddi köməklik göstərildiyini və buna görədə onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Sabir Rauf oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki o, 2021-ci ilin oktyabr ayından Quba RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində o, xidmətini başa vurub avtomobili ilə Quba şəhəri. H.Əliyev prospekti ilə yaşadığı evə gedən zaman həmin prospektdə xeyli şəxslərin toplaşdığını görmüşdür. O, dərhal avtomobilini saxlayıb həmin yerə yaxınlaşmış, ora çatdıqda görmüşdür ki, yolun kənarında bir nəfər yaşlı qadın uzanmışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, bir qədər əvvəl “VAZ” 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyadanı vurmuş. Nəticədə həmin qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 27 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb ekspertizası və məhkəmə-kimyəvi müayinənin cavabı əsasında aşağıdakı nəticəyə gəlirəm.
1. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qışası və birləşdirici toxumasında qansızma, sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, başın sol təpə nahiyəsinin hematoması, üzündə və alnında, burnunun üstündə, bədənində çoxlu sıyrıq və qançırlar. Başın yumşaq toxumalarının alt səthində sol alın təpə gicgah nahiyəsində genişqansızma-dərialtı hematoma. Baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, açıq qəlpəli sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma, sol baldır sümüklərinin orta 1/3-dən açıq qəlpəli sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma aşkar edilmişdir ki, bunlarda həyatı olub ölümündən az əvvəl yetirilməyə uyğundur. xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınla vurulma zamanı əmələ gələ bilər. bu zaman ilkin zərbə sol baldırın ön səthinə dəymiş, sonradan bədənin inheriyası ilə alınan zərbənin təsirindən baş nəhiyəsinin və digər nahiyələrin avtomobilə və yer səthinə dəyməsi nəticəsində mövcud xəsarətlər almışdır, həmin xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir.
2. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır.
3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası zamanı başın küt travmasından törənən baş-beyin toxumasına qansızma olmuşdur. Ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keşirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 28 iyul 2022-ci il tarixli, 8/1752 saylı rəyindən görünür ki, istintaq tərəfində təqdim olunmuş məlumatlara əsasən “Z 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Nəqliyyat vasitəsini yaşayışməntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni. 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan AN N 058600 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21099” markalı, avtomobili Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. İş materiallarında olan BD 601175 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B”, “B1”, “C1”, “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına BD 601175 nömrəli, “B”, “B1”, “C1”, “C” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Rustov kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 631 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Rustov kəndində qeydiyyatdadır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Rustov kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələblərinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və cavanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 6 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subutun, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Seyidov