Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-152/2023 20.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilərək cəzası 07 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, 04 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri, Şəhidlər Xiyabanı adlanan ərazidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 iyul 2023cü il tarixdə, saat 17 radələrində masabəyi kimi işlədiyi Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Qəçrəş” adlı kafenin mətbəx otağının dolabında olan qara rəngli əl çantasından kafeni icarə əsasında işlədən X2 məxsus 25 ədəd “100” və 04 ədəd “20” manatlıq əsginaslardan ibarət olmaqla 2580 (iki min beş yüz səksən) manat pulu götürüb gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki maddi dolanışığı çətin olduğundan yeniyetmə vaxtlarından oğurluq etmiş və buna görə də 2014-cü il ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etməsi cəzasına məhkum olunaraq 2021-ci ilin sentyabr ayında cəzasını çəkib qurtarmışdır. Azadlığa çıxdıqdan sonra, 2022-ci ilin əvəlində işləmək məqsədi ilə Quba şəhərinə gedərək orada olan müxtəlif iaşə obyektlərdə ofisant kimi işləyərək 2023-cü ilin əvvəlindən isə Zərərçəkmiş şəxsın icarə əsasında işlətdiyi Quba şəhərində yerləşən “Qəçrəş” kafesində ofisiant kimi işə başlamışdır. Mətbəxdə olarkən kafenin sahibi Zərərçəkmiş şəxs qara rəngli əl çantasına pul qoyduğunu görüb maddi durumu zəif olduğu üçün çantadan pulları oğurlamaq qərarına gəlmişdir. 06 iyun 2023-cü il tarixdə saat 17 radələrində mətbəxə keçərək orada olan şkafdakı Rabiyəyə məxsus qara rəngli əl çantasını açaraq içərisində şəffav sellofanın içində olan pulları götürərək əynində olan şalvarın qabaq sağ cibinə qoyub çölə çıxaraq Bakı şəhərinə gedən maşınların dayandığı dayanacağa gedərək orada olan maşınların birinə minib Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra, oğurladığı şəffav sellofanın içində olan pulları çıxarıb saydıqda ona məlum olmuşdur ki, həmin sellofanın içərisində 100 və 20 manatlıq əsginas olmaqla cəmi 2580 (iki min beş yüz səksən) manat pul var. Həmin gün o, Bakı şəhərində tanımadığı mağazalardan 20 manata bir ədəd ətir, 35 manata “Samsung” markalı naqilsiz qulaqlıq, 200 manata mavi rəngli “Redmi 8” markalı işlənmiş telefon, həmin telefon üçün 8 manata altlıq, 250 manata tünd göy rəngli “Redmi 8T” markalı işlənmiş telefon, 5 manata naqilli telefon qulaqlığı və bir ədəd “Kent 8” markalı siqaret almış, qalan pulları isə restoranlarda xərcləmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları onu saxlayarkən sadaladığı əşyalarda onun üzərində olmuşdur və həmin əşyalar əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən maddi subut kimi götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 4 aydır ki, Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Qəçrəş” kafesini icarə əsasında işlədir. 2023-cü ilin iyul ayının əvəlində kafedə işləyən Minə adlı qadının vasitəsi ilə əslən Şirvan şəhərindən olan Təqsirləndirilən şəxs kafeyə ofisiant kimi işə götürmüşdür. 06 iyul 2023-cü il tarixdə, həmişə olduğu kimi səhər saat 07 radələrində kafeyə getmişdir. Bayraməli isə saat 09 radələrində kafeyə gəlib işə başlamışdır. Həmin gün saat 17 radələrində Minə müştəriyə siqaret almaq üçün Bayraməli yaxınlıqdakı mağazaya göndərmişdir. Bayraməli getdikdən təxminən 10-15 dəqiqə sonra, kafenin mətbəxindəki qab-qacaq yığılan taxta şkafın üçüncü rəfinə qoyduğu balaca əl çantasina baxıb görmüşdür ki, çantasının cibində şəffaf sellofanın içərisində saxladığı 2580 manat məbləğində pul çantadan götürülüb. Bayraməli kafeyə qayıtmadığı üçün başa düşmüşdür ki, çantada saxadığı pulu o, oğurlayıb. Buna görə də DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Bir müddət sonra Quba rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhərində saxlayaraq Quba şəhərinə gətirmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini bildirərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının sonlarından Quba şəhəri, H.Əliyev prospektində yerləşən Rəbiyə Qeybullayevanın icarə əsasında işlətdiyi “Qəçrəş” kafesində günəmuzd olaraq xörək paylayan işləyir. Bundan əvvəl isə o, Quba şəhərində olan müxtəlif iaşə obyektlərində işləmişdir. Quba şəhərində yerləşən “848” kafesində işləyərkən həmin kafedə işləyən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 04 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində işlədiyi “Qəçrəş” kafesində olarkən Bayraməli onun işlədiyi kafeyə gəlmişdir. Söhbət zamanı Bayraməlinin işsiz olduğunu öyrənib kafenin sahibi Rəbiyə Qeybullaueva ona kafedə xorəkpaylan işləməyə təklif etmişdir. Bayraməli Rəbiyənin təkilfini qəbul edərək həmin gündən işə başlamışdır. 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində işdə olarkən Bayraməlidən yaxınlıqda olan mağazadan müştəri üçün siqaret almağı xahiş etmişdir. Bayraməli ondan 3 manat pulu götürərək çıxıb getmişdir. Bayraməli gedəndən 10-15 dəqiqə sonra, Rabiyə kafenin mətbəxindən çıxaraq mətbəxdəki taxta rəfin üstünəqoyduğu çantadan 2580 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Bayraməli qayıtmadığı üçün Rəbiyə ondan şübhələnərək DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir İş materiallarında olan subutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılarkən təqdim etdiyi bir ədəd ətir, bir ədəd “Samsung” markalı naqilsiz qulaqlıq, bir ədəd mavi rəngli “Redmi 8” markalı telefon, bir ədəd telefon üçün altlıq, bir ədəd tünd göy rəngli “Redmi 8T” markalı telefon, bir ədəd naqilli telefon qulaqlığı və “Kent8” markalı bir qutu siqaret maddi subut kimi tanınaraq saxlanılması üçün Quba rayon PŞ-nin maddi subutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadəsi, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün təvsif edilmişdir və, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilərək cəzası 07 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, 04 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lakin, Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər zamanı residiv nəzərə alınmır. İş materiallarında olan Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla Şirvan şəhəri. Şəhidlər Xiyabanı adlanan ərazidə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, o əvvəllər Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə məhkum olunsada, islah olunmamışdır. Ona görə də, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Quba rayon PŞ-nə təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd ətir, bir ədəd “Samsung” markalı naqilsiz qulaqlıq, bir ədəd mavi rəngli “Redmi 8” markalı telefon, bir ədəd telefon üçün altlıq, bir ədəd tünd göy rəngli “Redmi 8T” markalı telefon, bir ədəd naqilli telefon qulaqlığı və “Kent8” markalı bir qutu siqaret Zərərçəkmiş şəxs xeyrinə müsadirə olunmalıdır. İş üzrə məhkəm xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd ətir, bir ədəd “Samsung” markalı naqilsiz qulaqlıq, bir ədəd mavi rəngli “Redmi 8” markalı telefon, bir ədəd telefon üçün altlıq, bir ədəd tünd göy rəngli “Redmi 8T” markalı telefon, bir ədəd naqilli telefon qulaqlığı və “Kent8” markalı bir qutu siqaret Zərərçəkmiş şəxs xeyrinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-152/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-152/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver