Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-152/2025 13.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Quba rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba şəhəri, Gənclər küçəsi, ev 74-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində Quba şəhəri, Gənclər küçəsində yaşadıqları məhlədə idarə etdiyi Toyota Prius markalı nəqliyyat vasitəsinin içərisində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruq zərbəsi ilə və sol ayaq nahiyyəsindən təpiklə qəsdən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş alnında solda qançır və sol budun yuxarı 1/3-nin içəri səthində qançırdan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Bundan başqa barəsində şikayət edən Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, 10 ilə yaxın müddətdir ki, evli olduqlarını, birgə nikahlarından 2 övladlarının olduğunu, bu zamana qədər həyat yoldaşı ilə aralarında hər hansı bir xoşagəlməz hal baş vermədiyini, sadəcə son zamanlar maddi durumum yaxşı vəziyyətdə olmadığı üçün tez-tez mübahisələrininyarandığım, xx.xx.2025-ci il tarixdə, saat təqribən 16 radələrində idarə etdiyi nəqliyyat vasitəsilə yaşadığı evin qarşısında Quba şəhəri, Gənclər küçəsində olduqları zaman həyat yoldaşı Bəsti ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yarandığını, mübahisə ərəfəsində Bəstinin sol qol nahiyyəsindən tutaraq sıxdığını, həmin zaman Bəsti qışqırdığı üçün onun ağız nahiyyəsindən yumruq zərbəsilə vurduğunu, daha sonra Bəstinin sakitləşmədiyini görüb maşından düşməsi üçün şərait yaratdığını, daha sonra aralarındakı mübahisənin sonlandığmı bildirmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Quba RPŞ-də keçirilmiş üzləşdirmədə Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs baş və sol ayaq nahiyyəsindən də vurduğunu etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, onunla 10 ildir ki, ailəli olduqlarını və bir evdə yaşadıqlarını, birgə nikahlarından 2 övladlarmm olduğunu, ailəli olduqları 10 il ərzində normal yola getdiklərini, lakin son zamanlar aralarında səbəbsiz mübahisə və münaqişələrin yaranmağa başladığını, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları Quba şəhəri, Gənclər küçəsində həyat yoldaşı Raminə məxsus Toyota Prius markalı nəqliyyat vasitəsinin içərisində olduqları zaman Ramin ilə aralarında mübahisə yarandığını, mübahisə əsnasında Raminin onun baş nahiyyəsindən yumruq zərbəsi ilə vurduğunu, aralarındakı mübahisənin təqribən 5 dəqiqə davam etdiyini, mübahisə əsnasında maşında yalnız ikisinin olduğunu, yanlarında və ətrafda başqa heç kimin olmadığını, Raminin onu döydükdən təqribən 10 dəqiqə sonra 102 qaynar xəttinə məlumat verdiyini, Raminin qeyd olunan tarixdə onu döyməsinə səbəbin aralarında şəxsi münasibətlər zəminində yaranmış və davam etmiş mübahisə olduğunu və mübahisə əsnasında ərinin idarə etdiyi avtomobildə arxa oturacaqda əyləşdiyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya” X3 Şəxsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2025-ci il tarixli 639 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - alnında solda-qançır hematoma, sol budun yuxarı 1/3-nin iç səthində qançır küt əşyanın təsirindən törənməklə 10 avqust 2025-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. Quba RMX-nin 29 sentyabr 2025-ci il tarixli 18-1-54/2-355/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. Quba RİHB-nın Quba RİHB-nm Quba şəhəri İƏD üzrə nümayəndəliyinin 29 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və onun barəsində nümayəndəliyə heç bir şikayət narazılıq daxil olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs ər-arvaddırlar və hazırda barışmışlar. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara yenidən cavab vermişlər ki, hazırda barışmışlar. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2 və 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına 11 manat olmaqla, 4 saat üçün 44 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №1(027)-152/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-152/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver