Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-154/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-cı il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində Quba rayonu, 1-ci Nügədi kəndində qonşuluqda yaşayan qudası Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gələrək Zərərçəkmiş şəxs və ailə üzvləri ilə şəxsi münasibət zəminində mübahisə edib dalaşaraq yerdə olan odun parşasını götürüb Zərərçəkmiş şəxs üzünə ataraq sağ əlin 2-ci barçağının arxa səthində səthi əzilmiş yaralar və yumşaq toxumaların əziyi. Sağ əlin 2-ci barmağının orta flanqasının qapalı z yerini dəyişən çəp sınığı küt əşyanın təsirindən törənməklə dərəcəsinə görə sağlamlığa uzun müddətə pozğunluq törədən az ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sonuncunun sağlamlığına az ağır zərə vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ara-sıra spirtli içki qəbul edir. Sərxoş olan zaman əsəbi olur və evdə söz-söhbət yaradır. xx.xx.2022-ci il tarixdə mağazadan 2 ədəd xırdalan pivəsi alaraq evə gəlib həmin pivələri içmişdir. Yadına düşmüşdür ki, onun evdə laqonda mışarı var. Həmin məşarı qızının yoldaşı və qardaşı oğlu olan Murad aparmışdır. Onların evinə getmiş və qapılarını döymüşdür. Həmin vaxt əlində çəkic olmuşdur. Qapını açaraq yeznəsi Muradın yaşadığı həyətə daxil olmuş, laqondanı soruşmuşdur. Murad da demişdir ki, laqonda yoxdur. Sonra mübaisə başlamış, onun əlində olan çəkici Murad almaq istəmiş, həmin vaxt çəkic Muradın qoluna dəymişdir. Sonra evdən qızı Lamiyə həyətə çıxmış, əl atıb Lamiyənin saçından tutaraq onu yerə yıxmışdır. Lamiyədən sonra həyətə Qənimət çıxmış, onları ayırmışdır. O, sərxoş olduğundan nə etdiyini bilməmiş. Yerdə olan odun parçasını götürərək Qənimətə tərəf atmış, Qənimət də əlini qabağa vermişdir ki, odun parçası ona dəyməsin, odun parçası onun barmağına dəymişdir. Görmüşdür ki, Qənimət digər əli ilə barmağını tutmuşdur. O. isə ordan çıxaraq öz evinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərətdiyi əməldən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qudasıdır həmçinin də qaynıdır. Bayraməli onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə evdə olan zaman həyətdən səs-küyün gəldiyini eşitmiş və çölə çıxmışdır. Həyətə çıxan zaman görmüşdür ki, qonşuluqda yaşayan qudası Bayraməli gəlini lamiyəni saçından tutaraq yerə yıxıb. Dərhal yaxınlaşaraq onları ayırmışdır. Hiss etmişdir ki, sol qolu əzilib. Bayraməli sərxoş halda olduğundan onları söyüb təhqir etmişdir. O da ona bildirmişdir ki, onların həyətində çıxıb getsin. Bayraməli isə həyətdə yerdə olan odun parçasını götürərək ona tərf atmış və o da görmüşdür ki. odun parçası onun sifətinə dəyəcək əli ilə sifətini tutmuşdur ki, odun parçası sifətinə dəyməsin. Odun parçası onun sağ əlinə dəymiş və hiss etmişdir ki, barçağında ağrılar var. Sonra isə Bayraməli onları söyüb-təhqir edərək oradan çıxıb evinə getmişdir. Hadisə zamanı orada oğlu Murad və gəlini Lamiyə olmuşdur. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyə şahid qismində dəvət olunmuş X1 və Şahid1 Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddlərini əsas gətirərək atası və əmisi olan Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdirlər. İş üzrə təyin edilib məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 684 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət- sağ əlin 2ci barçağının arxa səthində səthi əzilmiş yaralar və yumşaq toxumaların əziyi. Sağ əlin 2-ci barmağının orta flanqasının qapalı z yerini dəyişən çəp sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nin 1-ci Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 790 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-154/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-154/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver