Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-155/2021 03.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 10 avqust 1981-ci ildə Quba rayonu Qəşrəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Qəçrəş kəndində qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu Qəçreş kəndi ərazisində işlətdiyi “Vələs” hotel-restoranında olarkən bir neçə şəxsin restorana tərəf yaxınlaşaraq “Vələs” sözü yazılmış yerdə qardan düzəldilmiş “Şaxta baba” heykəlinin yanında şəkil çəkdirmək istəyərkən həmin şəxslərdən biri, yəni Zərərçəkmiş şəxs1 sərxoş vəziyyətdə olduguna görə müvazinətini itirib həmin heykələ dəyib dağıtdığını və bu məsələ ilə bağlı restoranın xidmətçisi Şahid4 həmin şəxslərlə mübahisə etdiyini görüb, hüquq və qanuni mənafelərinə toxunan hər hansı bir qəsd mövcud olmadığı halda yaranmış cüzi narazılığı bəhanə gətirərək həmin yerə yaxınlaşıb Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə söyüb ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını təmin edən qaydaları pozan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını pozan qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, daha sonra Zərərçəkmiş şəxs1 üz nahiyəsinə yumruq zərbələri vuraraq onu yerə yıxıb təpikləməklə sonuncunun sağ gözünün altında qançır, sol diz oynağının yumşaq toxumalarının əziyindən ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman onu sakitləşdirərək Zərərçəkmiş şəxs1 ayırmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən digər şəxs, yəni Zərərçəkmiş şəxs2 da müqavimət göstərərək onun üzünə yumruq zərbələri vuraraq onu da yerə yıxmaqla sonuncunun hər iki göz orbiti ətrafında qançır-hematoma, sağ almacıqda, burnunun üstündə və sağ dizdə hərəsində bir yerdə səthi əzilmiş yaradan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, Quba rayonu Qəçrəş kəndində yaşayır və hazırda həmin kənddə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2017-ci ildən yaşadığı Qəşreş kəndində "VƏLƏS" hotel-restoranı yaradıb işlədir. 12 mart 2021-ci il tarixdə işçiləri ilə birlikdə restoranla üzbə-üz yolun kənarında qar topasından “Şaxta baba” heykəli düzəltmişlər. 13 mart 2021-ci il tarixdə saat 22 radələrində restoranda olarkən obyektindən yuxarıda olan "AURA" restoranın qarşısından onun restorana tərəf bir neçə nəfər şəxsin ucadan danışa-danışa gəldiyini görmüşdür. Həmin şəxslər yolun kənarında düzəltdikləri “Şaxta baba” heykəlinə yaxınlaşıb heykəli uçurmuşlar. Həmin vaxtı o, Kamil adlı işçisini onların yanına göndərmişdir ki, “sakit olsunlar və söyüşlər söyməsinlər”. Həmin şəxslər Kamillə mübahisə etməyə başlamışlar. O, dərhal onlara yaxınlaşmış və görmüşdür ki, həmin şəxslər işkilidirlər. Onlardan nə üçün “Şaxta baba” heykəli uçurduqlarını soruşduqda, adını sonradan Ayxan ona kobud cavab verərək "mən “Şaxta baba”nın dağıdıb üzərində şəkil çəkdirmək istəyirəm" demişdir. O, Ayxana əsəbləşib “mən də bu dəqiqə sənin üzərində şəkil çəkdirəcəyəm" demişdir. Bu anda Ayxan onun ünvanına nalayiq söyüşlər söyüb yaxasına əl atıb tutduğu üçün onun üz nahiyyəsinə şillə vurmuşdur, Ayxan yerə yıxılanda isə onun bədəninə təpik zərbələri də vurmuşdur. Ayxan yerə yıxıldıqdan sonra, yenidən ayağa qalxmış və onu bir daha söydüyü üçün yenidən onun üzünə şillə ilə vurmuşdur. Bu zaman sonradan adının Əli olduğunu bildiyi şəxs araya girib onlara aralamağa çalışmışdır. Həmin vaxt o, əsəbi olduğu üçün Əlinin də üz nahiyəsinə yumruq zərbəsi vuraraq onu da yerə yıxmışdır. Bundan sonra, restoranın işçilərindən Kamil, Röyal, Rüfət, Bəylər və oraya gələn digər tanımadığı şəxslər onları ayırmışlar. Bir neçə dəqiqə sonra restoranın qarşısına bir nəfər başqa tanımadığı şəxs gəlib ondan üzr istədikdən sonra həmin şəxs Ayxanla Əli adlı şəxsləri oradan aparmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, səhhətləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini və Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 13 mart 2021-ci il tarixdə saat 13 radələrində istirahət etmək üçün o, atası Müşviq, dostları Mürşüd və Əli ilə birlikdə atası Müşviqə məxsus “Hyundai” markalı avtomobillə Bakı şəhərindən Quba rayonuna yola düşmüşlər. Həmin günü saat 16 radələrində Quba rayonu Qəçrəş kəndinə gəlmişlər və yolun kənarında olan “Aura” adlı istirahət mərkəzində gecələmək üçün kotej götürüb yerləşdikdən sonra çörək yeyib birlikdə spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində o, kotejdən çölə çıxmışdır. Qaldıqları kotejdən təxminən 150-200 metr aralıda yolun sağ tərəfində qardan dözəldilmiş “Şaxta baba” heykəlinin yanında şəkil çəkmək istəyərkən əli “Şaxta baba” heykəli dəydiyindən heykəl üçmuşdur. Bundan sonra, bir nəfər şəxs ona yaxınlaşmış və nə üçün “Şaxta baba” heykəlini dağıtdığını ondan soruşmuşdur. O, həmin şəxsə şəkil çəkdirmək istəyərkən ehtiyatsızlıqdan əlinin “Şaxta baba” heykəlinə dəydiyini söyləmişdir. Həmin şəxs isə onunla mübahisə etməyə başlamış, daha sonra isə ora tanımadığı bir neçə nəfər şəxsdə gəlmişdir. Həmin şəxslərdən biri, sonradan adının Anar olduğunu bildiyi şəxs onunla “Şaxta baba” heykəlini uçurduğuna görə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlədərək onunla əlbəyaxa olmuş və həmin şəxs onun üz nahiyəsinə yumruqla vurduqdan sonra yer qar olduğundan ayağı sürüşərək yerə yıxılmışdır. Daha sonra həmin şəxs yerdə olarkən bir heçə dəfə onu təpiklə vurmuşdur. Həmin vaxt dostu Əli onların yanına gələrək Anarı sakitləşdirməyə çalşısada, Anar Əlinidə yumruqla vurmuşdur. Sonra səs-güyə onların yanına gəlmiş atası Müşviq onu yerdən qalxızaraq qaldıqları istirahət mərkəzinə aparmışdır. Bundan sonra, dostu Əli həmin hadisə ilə bağlı polisə şikayət etmişdir. Sonra Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. O, həmin hadisə zamanı heç kimi söyməmiş, vurmamış və xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 13 mart 2021-ci il tarixdə istirahət etmək üçün qohumu Müşviq, onun dostu Mürşüd ve Müşviqin oğlu Ayxanla birlikdə Müşviqə məxsus “Hyundai” markalı avtomobillə Bakı şəhərindən Quba rayonuna yola düşmüşlər. Həmin günü saat 16 radələrində Quba rayonu Qəçrəş kəndinə gəlmişlər və yolun kənarında olan “Aura” adlı istirahət mərkəzində gecələmək üçün kotej götürüb yerləşdikdən sonra çörək yeyib birlikdə spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində Ayxan kotejdən çölə çıxmışdır.Ayxan çölə çıxdıqdan təxminən 15-20 dəqiqə sonra Ayxanın arxasınca o da çölə çıxmışdır. Qaldıqları kotejden texminən 150- 200 metr aralıda “Vələs” adlanan restoranın olduğu yerdə Ayxanın yerdə uzandığını və onun ətrafında adamların toplaşdığını görüb oraya yaxınlaşmışdır. O həmin yerdə nə baş verdiyini öyrənmək və araya girib Ayxana qarşı olan həmin şəxsi sakitləşdirmək istəyəndə, sonradan adının Anar olduğunu bildiyi şəxs yumruqla onun üz nahiyəsinə bir zərbə vuraraq onu yerə yıxmışdır. Bundan sonra, yenidən ayağa qalxıb Anara yaxınlaşmaq istərkən, Anar yenidən onun üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Daha sonra olduqları yerə Ayxanın atası Müşfiq gəlmiş və Ayxanın yerdə uzandığını görüb onu yerdən qaldırdıqdan sonra qaldıqları kotejə getmişlər. Kotejə gəldikdən sonra, Ayxan bildirmişdir ki, yolun kənarında olan qar adamı heykəlinin yanında şəkil çəkdirmək istəyərkən, əli qar adamına dəymiş və qar adamı uçmuşdur. Sonra yaxınıqda olan yeməkxananın işçiləri gəlib onunla mübahisə etmişlər və mübahisə zamanı Anar adlı şəxs onu yumruq və təpiklə vurmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq həmin hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 oxşar məzmunlu ifadələr verməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki o, “Vələs” hotel-restoranında işləyir. 13 mart 2021-ci il tarixdə saat 22 radələrində iş yerində olarkən tanımadığı bir nəfər şəxs onların restoranın qarşısında yolun kənarında qardan qüzəltdikləri qar adamını uçurmuşdur. Həmin vaxt işlədiyi restoranın sahibi Təqsirləndirilən şəxs onlarla bir yerdə işləyən Kamil adlı şəxsi həmin adamın yanına göndərmişdir ki, hansı səbəbdən qüzəltdikləri qar adamını üçürduğunu soruşsun. Kamillə adını sonradan öyrəndiyi Ayxan adlı şəxs sözlə mübahisə etdiyindən Təqsirləndirilən şəxs onlarla birlikdə yolun kənarına çıxmışlar. Həmin vaxt Anarla Ayxanın arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Anar sillə ilə Ayxanın üz nahiyyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Ayxan yerə yıxılmışdır. Ayxan yerdə olarkən Anar təpiklə onu bir neçə dəfə vurmuşdur. Həmin vaxt onlara yaxınlaşan adını sonradan öyrəndiyi Ayxanın dosu Əli adlı şəxs Anarı sakitləşdirmək istəyərkən Anar onunda üzünə sillə vurub yerə yıxmışdır. Bundan sonra adının Müşviq olduğunu sonradan öyrəndiyi şəxs gəlib Ayxanı və Əlini qaldıqları Aura retoranına aparmışdır. Hadisə onun işlədiyi Vələs restoranının qarçısında yol kənarında baş vermişdir və dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və X1 Röyal Mirzəbala oğlu ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 14 mart 2021-ci il tarixli 186 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər – hər iki göz orbiti ətrafında qançır-hematoma, sağ almacıqda, burnunun üstündə və sağ dizdə hərəsində bir yerdə səthi əzilmiş yara olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 13 mart 2021-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 mart 2021-ci il tarixli 187 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər – sağ gözün altında qançır, sol diz oynağının yumşaq toxumalarının əziyi olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 13 mart 2021-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Qəşrəş kənd İƏD Üzrə Nmayəndəliyi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 219 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Qəçrəş kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27.08.2018-ci il təvəllüdlü X7 və 30.11.2016-cı il təvəllüdlü X10 adından iki azyaşlı övladı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X3 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsinin sanksiyasında - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 avqust 2021-ci il tarixdя “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin olunacaq islah işləri cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcinin, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 19 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq qacancından 15% dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və hökmün icrasının əvvəli qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərcinin, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-155/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-155/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver