Məhkəmə qərarları › İş №1(027)-156/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-156/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-156/2022 12.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba şəhəri, Heydər Əliyev prospekti 196, mənzil 14-də qeydiyyatda olan, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,673 qram narkotik vasitə olan asetilə edilən tiryək və bir ədəd bükümdə təmiz çəkisi 0,830 qram psixotrop maddə olan metafetamin əldə edərək daşıyıb, yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti 196, mənzil 14-də saxlamış, 13 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilərkən masanın üzərində bir ədəd təmiz çəkisi 4,673 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək və bir ədəd bükümdə təmiz çəkisi 0,830 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 gün öncə öz istifadəsi üçün narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə sosial şəbəkə olan “Facebook”da tanış olduğu, lakin adını bilmədiyi şəxsə narkotik vasitə almaq üçün müraciət etmişdir. Həmin şəxs narkotik vasitə olan tiryək, metamfetamin və heroini Quba- Bakı yolunda olan yol nişanlarının birinin yanına qoyub, o isə götürmüşdür. Həmin şəxsin ona göndərdiyi kart hesabına 200 manat pul göndərdikdən sonra həmin şəxs narkotik vasitənin yerini ona bildirmişdir. Daha sonra o həmin yazışmanı silmişdir. 13 iyun 2022-ci il tarixdə təxminən saat 23 radələrində evdə olduğu zaman qapı döyülmüş və qapıya gələn polis əməkdaşları özlərini təqdim edərək evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O da polis əməkdaşlarının evə keçməyinə icazə vermişdir. Yaşadığı evə vəkilinin iştirakı ilə baxış keçirmişlər. O qaldığı otaqda olan masanın üstündəki narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Onun otağında stolun üstündə 2 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin və heroin olan kütlələr, 1 ədəd bərk halda olan tiryək, 1 ədəd şəffaf sellafana yığılmış limon duzu və 1 ədəd şipris qapağına yığılmış limon duzu, 1 ədəd “Pocket Scale” markalı elektron tərəzi və 1 ədəd içərisində metamfetmin qalığı olan olan şpris, 3 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan kustar usulla hazırlanmış alət, 2 ədəd içərisində metamfetamin qalığı olan şüşə qab, 1 ədəd üzərində metamfetmin çəkdiyi gümüşü falqa aşkar edilərək götürülmüş və tərəzidə çəkilmişdir. O da həmin kütlələrin tərəziyə qoyulub ölçülməsində iştirak etmiş, həmin kütlələr zərflərə qoyulub qablaşdırılmış və müvafiq sənədləşdirmə barədə tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. O yazışmaları sildiyi üçün pulu göndərdiyi hesabı da silmiş, hesabın nömrəsi isə şifahi yadında qalmamışdır. Ailə üzvlərinin evində narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Əldə etdiyi narkotik vasitələrdən metanfetaminin üzərindən bir qədər götürüb istifadə etmişdir. Həmin narkotik vasitələrdən heç kimə satmamış, pay verməmişdir. Evinə baxış keçirilən zaman Şahid4 da həmin evdə olmuşdur. Şahid4 3 ilə yaxın müddətdir ki, tanıyır. Təyyar taksi sürücüsüdür. O, 13 iyun 2022-ci il tarixdə günorta saatlarında Təyara zəng edib onu və ailə üzvlərini Quba şəhəri ərazisində bir neçə mağazaya aparmasını xahiş etmişdir. Təxminən 3-4 saat sonra Təyyar onu və ailə üzvlərini yaşadığı evə geri qaytarmışdır. Bu vaxt o Təyyara 7 manat pul vermiş, Təyyar isə bir qədər də pul istəmişdir. O da Təyyara üzərində başqa pul olmadığını, axşam 5 manat da pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Taksi sürücüsü kimi Azadı və ailə üzvlərini aparıb-gətirmişdir. 13 iyun 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək ailə üzvlərini aparmaq üçün çağırmışdır. O Azadın yaşadığı ünvana gəlmişdir. Azadı və ailə üzvlərini Quba şəhəri ərazisində lazım olan yerlərə aparmışdır. Təxminən 2-3 saat sonra Azadı və ailə üzvlərini yaşadıqları ünvana geri gətirmişdir. Həmin vaxt Azad ona 7 manat pul vermişdir. O isə əlavə olaraq bir qədər də pul verməsini xahiş etmişdir. Azad ona hazırda üstündə başqa pul olmadığını, axşam ona əlavə 5 manat da verəcəyini bildirmişdir. Axşam saat 23 radələrində o Azadın yanına getmişdir. Azad onu yaşadığı ünvana dəvət etmişdir. O Azadın evində olduğu zaman qapı döyülmüş və polis əməkdaşları özlərini təqdim edərək evə baxış keçirmək istədiklərini bildirmişlər, Azad da etiraz etməmişdir. Daha sonra Azaddan evində narkotik vasitə olub olmadığını soruşduqda Azad, evində narkotik vasitə olduğunu demiş və otaqların birində masanın üzərində olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin otaqda stolun üstündə şəffaf sellofana bükülü vəziyyətdə, açıq şəkildə narkotik vasitələr və narkotik istifadə etmək üçün alətlər, elektron tərəzi və istifadə olunmuş şpris olmuşdur. Həmin kütlələr polis əməkdaşları tərəfindən tərəzidə ölçülərək qablaşdırılmış və götürülmüşdür. Həmin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Azadın evində narkotik vasitə olmasından məlumatı olmamışdır. Azad ilə birlikdə həmin narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitələrdən ara-sıra istifadə edir, əvvəllər narkotik vasitələrin istifadəsi, saxlanması və daşınması ilə bağlı məhkum olunmamış, lakin az miqdarda üzərində narkotik vasitə aşkar olunduğuna görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnikleytenantıdır. Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Təhqiqatçı özünü və iştirakçıları Təqsirləndirilən şəxs təqdim edərək yaşadığı mənzilə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da heç bir etirazı olmadığını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Şahid4 Teyyub oğlu da olmuşdur. Təhqiqatçı, ardınca o, və digər iştirakçılar mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs giriş qapısından bir qədər irəlidə sağda yerləşən otağın qapısını açmış, ardınca onlar da həmin otağa daxil olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs mənzilində narkotik vasitə olub-olmamsını soruşduqda, Təqsirləndirilən şəxs otaqda olan masanın üzərindəki içərisində narkotik vasitələr olan bükülüləri, həmçinin narkotik vasitələri istifadə etmək üçün işlətdiyi əşyaları təqdim etmişdir. Təhqiqatçı tərəfindən masanın üzərində olan bükülülərə və əşyalara baxış keçirilərkən 2 ədəd şəffaf sellafana bükülmüş içərisində metamfetaminə oxşar kütlə, 1 ədəd tiryəkə oxşar kütlə, 1 ədəd şəffaf sellafana yığılmış və 1 ədəd şpris qapağına yığılmış metamfetaminə oxşar kütlə, 1 ədəd "Pocket Scale" markalı elektron tərəzi və 1 ədəd içərisində metamfetminə oxşar kütlələrin qalığı müşahidə olunan şpris, 3 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan kustar üsulla hazırlanmış alət, 2 ədəd içərisində metamfetaminə oxşar kütlələrin qalığı müşahidə olunan şüşə qab, 1 ədəd zərli siqaret kağızı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədən onlayn şəkildə sifariş etdiyini bildirmişdir. Həmin kütlələr "CONSTANT 14192-33" markalı elektron tərəziyə qoyulub çəkilmiş və metamfetaminə oxşar kütlələrin ümumi çəkisi 1.1 qram, tiryəkə oxşar kütlənin çəkisi 4.6 qram, həmçinin narkotik vasitəyə oxşar kütlənin çəkisi 15.5 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək kağız zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Bununla da şəxsi axtarış başa çatmışdır. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş və 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində şəxsi axtarış aparılmasına dair onun bildirdirdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3344 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N67" dairəvi möhür əksi olan üzərində "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş metamfetaminə oxşar " yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,830 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,085 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş tiryəkə bənzər 1 ədəd kütlə....." yazı və imzalar olan zərfdə 1 ədəd təmiz çəkisi 4,673 gram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Üzərində "Təqsirləndirilən şəxs evindən götürülmüş... və 1 ədəd şpris qapağına yığılmış kütlə....." yazı və imzalar olan zərfdə 1 ədəd polietilen bükümdə təmiz çəkisi 6,370 qram və 1 ədəd şpris qağağında təmiz çəkisi 0,400 qram ağ rəngli kristalşəkilli maddələr narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusudur. Üzərində "Təqsirləndirilən şəxs evindən götürülmüş...elektron tərəzi ....." yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd 6*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində "Təqsirləndirilən şəxs evindən götürülmüş 1 ədəd boş şpris..........Şüşə qab ......" yazı və imzalar olan zərfdə 1 ədəd içərisində qəhvəyi rəngli izlər olan şüşə qabın, 1 ədəd içərisində qəhvəyi rəngli izlər və pambıq kəsikləri olan şüşə qabın, uc hissəsində tünd qəhvəyi rəngli izlər olan 3 ml həcmli şprisin daxilində və 1 ədəd üzərində qəhvəyi rəngli izlər olan içi boş folqa kəsiyinin səthində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Həmin zərfin içərisində olan 3 ədəd boruşəkilli predmetin daxilində psixotrop maddə olan metamfetamin izləri vardır. Qeyd: heroinin təmiz çəkisi- 0,085 qram, tədqiqata sərf edilən ümumi miqdar- 0,05 qram, qalıq 0,035 qram. Asetilə edilən tiryəkin təmiz çəkisi – 4,673 qram, tədqiqata sərf edilən ümumi miqdar- 0,05 qram, qalıq 4,623 qram. Metamfetaminin təmiz çəkisi – 0,830 qram (1 №li obyekt), tədqiqata sərf edilən ümumi miqdar- 0,05 qram, qalıq 0,780 qram. Limon turşusunun ümumi çəkiləri – 6,370qr və 0,400 qr, (4 №li və 5 №li obyektlər), tədqiqata sərf edilən ümumi miqdar- 0,10 qram (hər obyektdən 0,05 qr olmaqla), qalıq 6,320 qr və 0,350 qr. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 4355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 13 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti 196, mənzil 14-də baxış keçirilən zaman masanın üzərində bir ədəd təmiz çəkisi 4,673 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək və bir ədəd bükümdə təmiz çəkisi 0,830 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Quba rayon məhkəməsinin hökmünün surətindən gürünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 10 ay 13 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası vardır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 adında azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin, Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2014-cü il tarixli 1314 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən ömürlük İİ qrup əlil kimi ömürlük sosial müavinət alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə, əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, himayəsində az yaşlı övladının olmasını, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni 13 iyun 2022-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azdlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 13 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin. Habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 3.2-ci bəndinə əsasən narkomaniya xəstəliyinə duçar olunmuş əlil olan şəxslərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Qərarının 3.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi beş ədəd bağlamada qalıq çəkisi 0,035 qram heroin, qalıq çəkisi 4,623 qram asetilə edilən tiryək, qalıq çəkisi 0,780 qram metamfetamin, səthində narkotik vasitə heroin izləri olan 1 ədəd 6*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzi, daxilində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd boruşəkilli predmet, içərisində narkotik vasitə heroin izləri olan 1 ədəd şüşə qab, içərisində narkotik vasitə heroin izləri və pambıq kəsikləri olan 1 ədəd şüşə qab, daxilində narkotik vasitə heroin izləri olan 3 ml həcmli şpris, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd içi boş folqa kəsiyi və qalıq çəkiləri 6,320 qram və 0,350 qram limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 13 gün hissəsi azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 05 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,035 qram heroin, qalıq çəkisi 4,623 qram asetilə edilən tiryək, qalıq çəkisi 0,780 qram metamfetamin, səthində narkotik vasitə heroin izləri olan 1 ədəd 6*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzi, daxilində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd boruşəkilli predmet, içərisində narkotik vasitə heroin izləri olan 1 ədəd şüşə qab, içərisində narkotik vasitə heroin izləri və pambıq kəsikləri olan 1 ədəd şüşə qab, daxilində narkotik vasitə heroin izləri olan 3 ml həcmli şpris, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd içi boş folqa kəsiyi və qalıq çəkiləri 6,320 qram və 0,350 qram limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar