Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-157/2023 05.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi ittihamçılar X5, X11, X6, X1 və X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-nin 148-ci və 148-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5, X11, X6, X1 və X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçılar X12, X19, X13, X20, X7 və X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci və 148- 1-ci maddələrilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçılar X12, X19, X13, X20, X7 və X9 Azərbaycan ' Respublikası Vəkillər Kollegiyasının üzvləri. Qusar Rayon Vəkil Bürosunun vəkilləriyik və yuxarıda qeyd olunmuş ünvanda vəkillik fəaliyyəti ilə məşğul oluruq. Qusar şəhərində, Ç.Qurbanov küçəsində. Qusar rayon Notariat Qfisi ilə üzbəüz yerləşən binada X10 vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olur. 23 avqust 2023-cü il tarixdə saat 10-00 radələrində X10 “Facebook” sosial şəbəkəsində öz rəsmi səhifəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ünvanına və Qusar Rayon Vəkil Bürosunun vəkillərinin ünvanına təhqiramiz ifadələrlə dolu paylaşım etmiş, bununla da biz Qusar Rayon Vəkil Bürosunun vəkillərini təhqir etmişdir. 23 avqust 2023-cü il tarixdə X3 “Facebook”sosial şəbəkəsində öz səhifəsində bizim ünvanımıza etdiyi təhqiramiz paylaşımmın mətni belədir: “/W TƏSƏVVÜR ELƏYİN RAYONLARDA NƏLƏR BAŞ VERİR?! ƏGƏR RESPUBLİKANİN BAŞ HÜQUQ MÜDAFİƏÇİSİ BELƏDİRSƏ- KONKRET: QUSARDAKİ VƏKİLLƏR NƏ HOQQALARDAN ÇİXİR? Niyə QUSARyazdım? Sona qədər oxuyun:...5 ildir ki, Qusarda, yerli sakinlərə hüquq xidməti göstərirəm, şəhərdə ofisim də var. Rayonda 3-5 yoluq "vəkil" var, rayonun polis rəisi, rayon prokuroruna TULALİQ ELƏYƏ, ÖZ CAMAATİN ALDATMAQDAN BAŞQA İŞLƏRİ-PEŞƏLƏRİ YOXDU! Hələ üstəlik, bir-iki dəfə məndən də şikayət yazdırıblar prokurorluğa ki, guya mən dələduzluq eləyirəm.Qusar camaatı bəlkə respublikada ən QANUNPƏRƏST, DÜZGÜN camaatdı! Kəndlərdə yaşayan sakinlərin böyük əksəriyyəti hüquqi savadsız, sadəlövh insanlardı, nə desən inanırlar... Təkcə bir misal yazım praktikamdan (belə misallar kifayət qədərdir): vətəndaş gəlmişdi yanıma, Qusarın kəndindən. Əlində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə. Qərarda yazılıb ki. Ali Məhkəməyə şikayət vermək olmaz, apellyasiya qərarı qətidir və BU QEYD - BAXANDA ADAMİN GÖZÜNƏ GİRİR! Qusar "vəkillərindən” biri, həmin vətəndaşın 450 manatını alıb ki (500 manat olsa, faktda cinayət tərkibi yaranır, ona görə 50 manat əskik alıb ki, məsuliyyət yaranmasın), sənin üçün kassasiya şikayəti yazacam, arxayın oTdərd, bəlan bitəcək! Sadəlövh, sürünməkdənyorulan vətəndaş da inanıb, pulu verib həmin "vəkil müəllimə”... Uzatmıyım, bir müddətdən sonra. Ali Məhkəmə kassasiya şikayətin rədd edib və vətəndaş gedib ki, "ay filankəs müəllim, mənim pulumu qaytar”... İnanın, praktikasında yüzlərlə "sifət” görən həmin "VƏKİL" bir qəhbə-şüvəni qoparıb ki, pulu qaytarmasın deyə! Ayıbdı ye, vallah! Öz camaatımızdı, olmaz! O qədər camaatı tirkalıyıb üstümə göndərmisiz bu 5 ildə! Fərq bilirsiz nədi? Məndə heç kimin pulu qalmır, sizdənfərqli olaraq... İndi bu dümbələkdən nə gözləmək olar? Deyər 5 milyonu xalqına necə "fırrıyıb”? Deməz! Heç vaxt deməz!!! ” X3 “Facebook”sosial şəbəkəsində etdiyi bu paylaşımla bizi, yəni Qusar Rayon Vəkil Bürosunun bütün vəkillərini təhqir etmişdir. X3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148, 148-1-ci maddəsinin, yəni “Təhqir” maddəsinin tərkibi vardır və o, həmin maddə ilə məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Məhkəmə iclasında xüsusi ittihamçılar X5, X11, X6, X1 və X8 ərizənin məzmununa uyğun izhatlar vermişlər. X10 izahatında Azərbaycan Respublikası CM-nin 148-ci və 148-1-ci maddəsi ilə şikayəti əsassız hesab etdiyini bildirmişdir. Belə ki, o belə bir istifadəçi profilinə sahib olmadığını və qeyd olunan yazı barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsilə müəyyən olunmuş hər hansı digər əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Şikayət ərizəsində faktiki olaraq bir əməl üzrə, tövsifedici əlamət göstərilməklə, yəni internet informasiya ehtiyatı olan “Facebook” sosial şəbəkəsində saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək təhqir etməyə görə məsuliyyətə cəlb edilmə barədə xahiş olunduğundan və həmin maddə üzrə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparıldığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 215.3.1-ci maddəsinə əsasən ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, 167- 168, 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1 (cinayət işi prokurorluqda başlandıqda), 195, 195-1, 195-2, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307— 315, 316-2.1, 317, 317-1.2, 318-1, 318-2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə prokurorluq tərəfindən aparılır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci və 148-1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-157/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-157/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver