Məhkəmə qərarları › İş №1(027)-158/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-158/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-158/2023 31.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Quba rayonu, Dağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Quba rayonu, Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tanışları Şahid6 və Şahid5 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 noyabr 2022-ci il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Megastore” Quba mağazasının anbarında təmizlik işləri apararkən boş qutuların aparılması görüntüsü yaradaraq oradan 12 ədəd hər biri 12,7 manat olmaqla 152,4 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 8 ədəd hər biri 174,8 manat olmaqla 1398,4 manat dəyərində 700 ml həcmində “X11 Set-Stakan” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1550,8 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Şahid6 və Şahid5 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin noyabr ayının sonlarından 2023cü ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində 12 ədəd hər biri 25 manat olmaqla 300 manat dəyərində 500 ml həcmində “X8” markalı spirtli içki araq, 16 ədəd hər biri 23,92 manat olmaqla 382,72 manat dəyərində 700 ml həcmində “Myaqkov Orqanik” markalı spirtli içki araq, 10 ədəd hər biri 77,28 manat olmaqla 772,8 manat dəyərində 1 litr həcmində “Beluqa Transatlantik" markalı spirtli içki araq, 39 ədəd hər biri 19,8 manat olmaqla 772,2 manat dəyərində 500 ml həcmində “X13" markalı spirtli içki araq, 11 ədəd hər biri 19,53 manat olmaqla 214,83 manat dəyərində 500 ml həcmində “X3” markalı spirtli içki araq, 22 ədəd hər biri 10,35 manat olmaqla 227,7 manat dəyərində 700 ml həcmində “Xortiçaya Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 32,2 manat olmaqla 257,6 manat dəyərində 500 ml həcmində “Kremlin Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 30,65 manat olmaqla 245,2 manat dəyərində 1 litr həcmində “Nemiroff Wheat” markalı spirtli içki araq, 14 ədəd hər biri 11,52 manat olmaqla 161,28 manat 9 dəyərində 700 ml həcmində “Xortiçaya İce” markalı spirtli içki araq, 14 ədəd hər biri 27 manat olmaqla 378 manat dəyərində 700 ml həcmində “X4” markalı spirtli içki araq, 12 ədəd hər biri 21,12 manat olmaqla 253,44 manat dəyərində 700 ml həcmində “Xaoma Silver” markalı spirtli içki araq, 13 ədəd hər biri 14,4 manat olmaqla 187,2 manat dəyərində 1 litr həcmində “Xortiçaya Platinum” markalı spirtli içki araq, 20 ədəd hər biri 22,1 manat olmaqla 442 manat dəyərində 700 ml həcmində “Nemiroff Delikat” markalı spirtli içki araq, 26 ədəd hər biri 15,95 manat olmaqla 414,7 manat dəyərində 500 ml həcmində “Nemiroff Original” markalı spirtli içki araq, 19 əddə hər biri 14,4 manat olmaqla 273,6 manat dəyərində 1 litr həcmində “Morosha Djerelna” markalı spirtli içki araq, 18 ədəd hər biri 37,5 manat olmaqla 675 manat dəyərində 700 ml həcmində “Nemiroff Lex” markalı spirtli içki araq, 11 ədəd hər biri 14,96 manat olmaqla 164,56 manat dəyərində 500 ml həcmində “Bulbas Greenline” markalı spirtli içki araq, 70 ədəd hər biri 11 manat olmaqla 770 manat dəyərində 500 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 31 ədəd hər biri 13,2 manat olmaqla 409,2 manat dəyərində 700 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 53 ədəd hər biri 8,8 manat olmaqla 466,4 manat dəyərində 500 ml həcmində “Banketnaya Exclusive” markalı spirtli içki araq, 40 ədəd hər biri 8,3 manat olmaqla 332 manat dəyərində 500 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 54 ədəd hər biri 10,5 manat olmaqla 567 manat dəyərində 700 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 37 ədəd hər biri 12,7 manat olmaqla 469,9 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda, yəni 9137,33 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid4 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 yanvar 2023-cü il tarixdə saat 00;26-da GRANT-MART MMC-nin Quba şəhəri Heydər Əliyev prospekti, T.Əhmədov 1 ünvanında yerləşən Megastore Quba mağazasına müştəri qismində mağazaya daxil olub oradan götürdüyü 01 ədəd 174,8 manat dəyərində 700 ml həcmində “X11 Set-Stakan” markalı spirtli içki araq, 01 ədəd 84,99 manat dəyərində 750 ml həcmində “Tradici Alaverdi” markalı spirtli içki çaxır və 01 ədəd 5 manat dəyərində 250 ml həcmində “Zolotoy Kolço” markalı spirtli içki arağı həmin mağazada kassi vəzifəsində çalışan Şahid4 Vüsal oğlunun köməkliyi ilə ödəniş sisteminə vurdurmadan aparıb ümumilikdə zərərçəkmiş şəxsə məxsus 264,79 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hazırda rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. 2022-ci ilin yay aylarından yəni, Megastore mağazası Quba şəhərində açılan vaxtdan bir ay yarım müddət ərzində həmin mağazanın qastronomunda işləmişdir. Daha sonra isə mağazanın anbarında fəhlə kimi işinə davam eləmişdir. 20 dekabr 2022ci il tarixdə isə iş rejimi ağır olduğundan işdən öz arzusu ilə çıxmışdır. Şahid4, Şahid6 və Şahid5lə münasibəti həmin mağazada çalışdığı vaxtlarda yaranmışdır. Mehmanla Taleh onunla birlikdə anbarda işləmiş, Xəyyam isə kassir işləmişdir. İşdən çıxdıqdan sonra 03 yanvar 2023-cü il tarixdə gecə saatlarında müştəri qismində Megastore adlı mağazaya daxil olmuşdur. Mağazanın spirtli içki bölməsindən bir neçə spirtli içki və bir neçə ədəd də günəbaxan tumu götürüb aldığı malların ödənişini etmək üçün kassaya yaxınlaşmışdır. Həmin vaxtı kassada Xəyyam əyləşmişdir. O, aldığı məhsulları Xəyyamın qarşısına qoyub sistemə daxil edildikdən sonra, ödəniş eləməyini gözləmişdir. Xəyyam spirtli içki və günəbaxan tumlarını sistemə daxil etdikdən sonra plastik kart vasitəsilə ödəniş edib mağazadan çıxmış və yaşadığı evə getmişdir. Səhər ayıldıqda aldığı mallara nisbətdə kartından az miqdarda pul çıxdığını görüb Xəyyamla əlaqə saxlamış və Beluga markalı arağın sistemə daxil edilmədiyini demişdir. Xəyyam isə səhvlik olduğunu və həmin arağı gətirib təhvil verməyini demişdir. O da həmin günü gedib Beluga markalı arağı mağazaya geri qaytarmışdır.13 yanvar 2023-cü il tarixdə Meqastire marketdə anbardar işləyən Nümayəndə onu, Mehmanı, Talehi və Xəyam adlı kassiri öz iş otağına çağıraraq mağazadan spirtli içki oğurluğu olduğunu bildirərək onların oğurluq etmələrindən şübhələndiyini bildirmişdir. Onlar Cahandara mağazadan oğurluq etmədiklərini bildirdikdən sonra, onları həmin günü filial müdiri Şövqinin otağına aparmışlar. Həmin söhbətdə onlardan başqa Meqastore mağazasında müxtəlif işlərdə işləyən Zamiq, Məftun və Cahandarda iştirak etmişdir. Şövqi və Meqastore marketdə rəhbər işdə işləyən digər şəxslər həmin vaxtı onlara mağazadan spirtli içkilərin oğurlandıqlarını bildirmişlər. O, Mehman, Taleh və Xəyyam etiraz edərək işlədikləri dövr ərzində anbardan oğurluq etmədiklərini bildirmişlər. Adları qeyd olunan şəxslər içki anbarında yaranmış bütün kəsirləri onların üzərlərinə yıxaraq ümumilikdə 10000 manat kəsirləri olduğunu və hər biri üçün 2500 manat ödəyəcəkləri halda onlara köməklik edəcəklərini bildirmişlər. O isə etirazını bildirərək pulu verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs vurulmuş ziyanın zərərçəkmiş şəxsə ödədiyini, səhvə yol verdiyini, əməlindən peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, mağazaya dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə ifadəsi elan olunan zaman məlum oldu ki, 2022-ci ilin iyun ayının birindən "xxxx" MMC-nin Quba şəhəri, H.Əliyev prospekti, T.Əhmədov 1 ünvanında yerləşən “Megastore” adlı mağazasında anbardar vəzifəsində işləyir. Anbardar olaraq onun vəzifəsi Megastore marketin anbar və satışında olan mal qalığına nəzarət etməkdən ibarətdir. 2022-ci ilin dekabr ayının sonlarında mal qalığını yoxlayan zaman ümumi mağazanın içki bölümündə xeyli miqdarda spirtli içkilərin sayında əksiklik olduğunu müəyyən etmişdir. Sonuncu dəfə 2022-ci ilin noyabr ayının əvvəlllərində anbar qalığını yoxlayan anbarda hər hansısa spirtli içki və ya digər mallarda əksik olmamışdır. Bundan sonra həmin vaxtdan etibarən mağazanın müşahidə kameralarını və sistem üzrə spirtli içkilərin giriş çıxışını yoxlamağa başlamışdır. Marketin nəzarət kameralarından 26 noyabr 2022-ci il tarixdə anbarın işçiləri Şahid5, Təqsirləndirilən şəxs və Şahid6 birlikdə mağazanın anbarından spirtli içkilri gizli şəkildə çıxartdıqlarını aşkar etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs və Şahid4 isə 03 yanvar 2023cü il tarixdə saat 00:30 radələrində mağazanın balansında olan spirtli içkiləri ödəniş sisteminə vurmadan apardıqlarını da kameralardan aşkar etmişdir. Bundan sonra o, rəhbərliklə danışdıqdan sonra oğurluq edən işçilərlə söhbət etmiş və həmin 4 nəfərin oğurladıqları ümumilikdə 10688,13 manat dəyərində ziyanı ödəməli olduqlarını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda ifadəsini təsdiq edərək bildirdi ki, 02 iyul 2022-ci il tarixdən Quba rayonunda fəaliyyət göstərən Megastore arzaq mağazasında kassir vəsizəfində işə başlamışdır. Bu müddət ərzində yalnız axşamlar növbədə olmuşdur. İş saatı axşam saat 23:00-dan səhər saat 08:00 qədər olmuşdur. Təqsirləndirilən şəxs, Şahid6 ve Taleh Haciyevi də mağazada işlədiyi dövrdə tanımışdır. Vüsal, Taleh və Mehman mağazanın anbarında işləmişdirlər. Onlarla münasibəti normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2022-ci ilin dekabr ayında Vüsalın işdən çıxdığını öyrənmişdir. 03 yanvar 2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Vüsal müştəri qismində işlədiyi kassaya yaxınlaşmşdır. Vüsal, həmin vaxtı günəbaxan tumu və bir neçə ədəd spirtli içki alıb onun 4 işlədiyi kassaya yaxınlaşmışdır. Q, Vüsalın məhsullarını ödəniş siteminə vurmuş və Vüsal kart vasitəsi ilə ödəniş etmişdiri. Q, həmin vaxtı yuxusuz olduğundan, səhlənkarlıq etmiş "Beluqa" adlı spirtli içkini sistemə vurmamışdır. 04 yanvar 2023-cü il tarixdə Vüsal ona zəng edərək "Beluqa" adlı spirtli içkinin sistemə vurulmadığını, Vüsalın plastik kartından həmin arağın pulunun çıxılmadığını bildirmişdir. Q, Vüsala həmin məhsulu mağazaya geri gətirərək qaytarmasını tələb eləmiş və Vüsal həmin tarixdə araq məhsulunu geri gətirərək mağazaya təhvil vermişdir. 13 yanvar 2023-cü il tarixdə Bəhruz adlı müdir müavini ona zəng edərək işdən azad olunduğunu bildirib ərizə yazmağını tələb eləmişdir. Q, həmin tarixdə təxminən saat 19 radələrində mağazaya gəlmişdir. Mağazaya gələndə Vüsal, Taleh ve Mehmanın orada olduğunu görmüşdür. Bu zaman filial müdiri Şövqi, nəzarət rəisi Zamiq və Cahandar ona mağazadan oğurluq olduğunu bildirərək izahat verməli olduğunu demişlər. Q, izahat vermiş və mağazadan oğurluq etmədiyini, sadəcə olaraq səhv edə biləcəyini demişdir. Adları yuxarıda göstərilən şəxslər onu əmək məcələsinin 72-ci maddəsinin c) bəndi ilə işdən azad olunacağı barədə hədələyib güya Təqsirləndirilən şəxsla əlbir olub mağazadan oğurluq etməsi barədə izahat almışlar. O, izahatda Vüsal ilə əvvəlcədən əlbir olaraq həmin "Beluga" adlı spirtli içkini sistemə vurmadan və ödənişini almadan şərait yaratdığını bildirmişdir. Lakin bu hal belə olmamış, o, yuxusuz olduğu üçün səhlənkarlıq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhərində yerləşən Megastore adlı ərzaq mağazası fəaliyyətə başladığı gündən etibarən 13 yanvar 2023-cü il tarixə qədər həmin mağazanın anbarında fəhlə kimi işləmişdir. Onun iş rejimi səhər saat 09-dan axşam saat 18;00-a qədər olmuşdur. Lakin buna baxmayaraq anbara yeni məhsullar gələn zaman əlavə olaraq 2-3 saat işləmişdir. Təqsirləndirilən şəxs və Şahid6 mağazada işlədiyim dövlərdə tanımışdır. Xəyyamı isə tanımamışdır. O, Vüsal və Mehman hər üçü anbarda işləmişlər. Vüsal və Mehmanla münasibətləri normal olmuş, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. 13 yanvar 2023-cü il tarixdə işdə olduğu zaman anbardar Cahandarın onu iş otağına çağırmışdır. O, Cahandarın yanına getdikdən sonra, Cahandar, Vüsalın mağazadan oğurluq etdiyini, onun bu barədə məlumatının olub-olmamasını soruşmuşdur. O, bu barədə məlumatının olmadığını demişdir. Cahandar ona Vüsalın anbardan bundan əvvəlki vaxtlarda da araq məhsullarını gizli şəkildə çıxardığını bildirmişdir. O, yenə də bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmin günü Cahandar onu, Vüsalı, Mehmanı və Xəyam adlı kassiri öz otağına çağıraraq məsələnin həlli üçün rəhbərliyin tapşırığına əsasən hərəsinin 300 manat, yəni ümumilikdə 1200 manat pul verməli olduqlarını bildirmişdir. O, pulunun olmadığını demiş və Cahandar da həmin tarixdən etibarən işə gəlməmələrini bildirmişdir. Həmin gün Cahandar onu əmək məcələsinin 72-ci maddəsinin c) bəndi ilə işdən azad olunacağı barədə hədələdiyindən onun güya Vüsal və Mehmanla əlbir olaraq Meqastore mağazasının anbarından xexli sayda bahalı spirtli işkilərin oğrlaması barədə izahat yazdırmışdır. 14 yanvar 2023-cü il tarixdə Cahandar yenidən onu və digər işçiləri mağazaya dəvət eləmiş və həmin vaxtı mağazanın nəzarət şöbəsinin rəisi Zamiq, filial müdiri Şövqi və Cahandar onları qəbul edib hərəsindən 300 manat pulu tələb eləmişlər. O, yenidən pulunun olmadığını bildirib qeyd olunan məbləğdə pulu onlara verməkdən imtina etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda ifadəsini təsdiq edərək bildirdi ki, hazırda rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər Quba şəhərində yerləşən Megastore adlı 5 mağazanın anbarında fəhlə kimi işləmişdir. Onun iş rejimi səhər saat 09-dan axşam saat 18:00-a qədər olmuşdur. Lakin buna baxmayaraq anbara yeni məhsullar gələn zaman əlavə olaraq 2-3 saat işləmişdir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 mağazada işlədiyi dövlərdə tanımışdır. O, Taleh və Mehman hər üçü anbarda işləmişlər. Vüsal və Talehlə münasibətləri normal olmuş, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. 13 yanvar 2023-cü il tarixdə işdə olan zaman Meqastore marketdə anbardar işləyən Nümayəndə onu, Vüsalı, Talehi və mağazada kassir işləyən Xəyyamı öz iş otağına çağıraraq mağazadan spirtli içki oğurluğu olduğunu bildirərək onların da oğurluq etməyindən şübhələndiyini bildirərə onları filial müdiri Şövqinin otağına aparmışdır. Həmin vaxtı Şövqidən başqa otqda nəzarət rəisi Zamiq və Cahandarda olmuşdur. Adları yuxarıda göstərilən şəxslər həmin vaxtı onlara mağazadan spirtli içkiləri oğurlamaqda günahlandıraraq gönüllü surətdə vurulmuş ziyanı ödəməyi təklif etmişlər. Həmin vaxt onlar etiraz edərək işlədikləri dövr ərzində anbardan oğurluq etmədiklərini bildirmişlər. Adları qeyd olunan şəxslər onları işdən uzaqlaşdıracaqları barədə, hədə-qorxu gələrək içki anbarında yaranmış bütün kəsirləri onların üzərlərinə yıxaraq ümumilikdə 10000 manat kəsirləri olduğunu və hər biri üçün 2500 manat ödəyəcəkləri halda onlara köməklik edəcəklərini bildirmişlər. Əks təqdirdə onları əmək qanunvericiliyinin 72-ci maddənin c) bəndi ilə işdən azad edəcəklərini bildirmişlər. Həmin vaxtı onlar məcbur qalıb güya qrup halında mağazanın anbarından spirli içki oğurlamaları barədə izahat yazmışlar. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə elan olunan zaman məlum oldu ki, 2022-ci ilin sentyabr ayının birindən GRANT-MART MMC-nin Quba şəhəri H.Əliyev prospekti T.Əhmədov 1 ünvanında yerləşən Megastore adlı Quba mağazasında filial müdiri vəzifəsində çalışır. 2022-ci ilin dekabr ayının sonlarında mağazanın anbardarı Cahandar mal qalığını yoxlayan zaman ümumi mağazanın içki bölümündə xeyli miqdarda spirtli içkilərin sayında əksiklik olduğunu müəyyən eləmişdir. Bundan sonra Cahandar həmin vaxtdan etibarən mağazanın müşahidə kameralarını və sistem üzrə spirtli içkilərin giriş çıxışını yoxlamağa başlamışdır. Bir qədər keçdikdən sonra, müşahidə kameralarından mağazanın işçiləri Şahid5, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 əlbir olaraq mağazanın balansında olan spirtli içkiləri oğurladıqlarını aşkar eləmişdir. Bundan sonra Cahandar hadisə barədə ona məlumat vermiş və həmin 4 nəfərin oğurladıqları ümumilikdə 10688,13 manat dəyərində ziyanı ödəməli olduqlarını işçilərə demişlər. İlk öncə Şahid5, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 həmin ziyanı öz aralarında bölüb qaytarmağa razılaşsalar da sonradan ziyanı ödəməyəcəklərini bildirmişlər. Onlar da məcbur olub işçiləriin etdikləri oğurluq barədə Quba rayon polis şöbəsinə məlumat vermişlər, mağazanın anbardarı Nümayəndə təqdim etdiyi kamerada görüntülərində açıqaşkar görünür ki, Şahid5, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 öz aralarında olan razılığa əsasən Şahid6 və Təqsirləndirilən şəxs mağazanın anbarından karton qutularda gizlin şəkildə oğurladıqları spirtli içkiləri Şahid6 şəxsi istifadəsində olan avtomobilinə yükləyirlər və Şahid5 də kənarda dayanaraq başqa şəxslərin gəlib-gəlməməsini yoxlayır. Digər işçiləri Xəyyam isə Vüsalla razılaşmalarına əsasən kassada oğurlanan spirtli içkini müvafiq qeydiyyatdan keçirtmədən Təqsirləndirilən şəxs verir. Bu görüntülərə əsasən onlar qənaətə gəlmişlər ki, anbarda sayım zamanı çatışmayan malları yəni, spirtli içkiləri qeyd etdiyi Şahid5, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 oğurlayaraq şəxsi məqsədləri üçün istifadə ediblər. Onlar işçilərini izahat yazmağa məcbur etməmişlər, nədə ki işçilərə hər hansı bir formada təzyiq etməmişlər. Sadəcə onlar hümanistlik edib öz işçiləri olduğu üçün ziyanın müəyyən hissəsini ödəmələrini xahiş ediblər ki, işçilərindən rəsmi qaydada şikayət etməsinlər. Lakin işçilər sonradan ziyanı ödəmədiklərindən onlar məcbur qalıb Quba rayon polis şöbəsinə bu barədə məlumat vermişlər. İş üzrə Şahid2 ifadəsi məhkəmə elan olunan zaman məlum oldu ki o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xususatları təsdiq etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilən və içərisində “Megastore” mağazasından oğurluq edən işçilərin videogörüntülərini özündə əsk etdirən video diskə baxış keçirilmiş və həmin görüntülərdə Şahid6 içərisində spirtli içkilərin olduğu qutuları ehtiyyatlı şəkildə götürdüyü, Şahid5 ona göstəriş verdiyi, Şahid6 mağazanın anbarından ehtiyatla götürdüyü qutuları eyni qaydada boş qutuların saxlanıldığı anbara apardığı, Şahid5 də içərisində spirtli içki olan qutu ilə həmin anbara daxil olduğu, Təqsirləndirilən şəxs anbarın qarşısında təmizlik işləri gördüyü Şahid6 məxsus ağ rəngli “Vaz 21015” markalı avtomobilin anbarın qarşısına yaxınlaşdığı, Şahid6 avtomobili saxladıqdan sonra, anbara daxil olması və içəridən iki ədəd dolu qutunu ehtiyyatlı şəkildə götürdükdən sonra, avtomobilə tərəf getməsi, onun ardınca Təqsirləndirilən şəxs da əlində qutu ilə avtomobilə tərəf hərəkət etdiyini, Şahid6 əlində iki qutu ilə çölə çıxsa da, zibilliyə doğru gedərkən əlində bir ədəd qutu ilə getdiyi, Təqsirləndirilən şəxs isə əlində qutu ilə anbardan çıxsa da, zibilliyə doğru hərəkət etmədiyi aşkar olunmuşdur. Digər video yazıda isə mağazanın daxilində yəni satış sahəsində Təqsirləndirilən şəxs qara paltarda əlində səbət ilə vitrinə doğru yaxınlaşması Təqsirləndirilən şəxs “Elit içkilər” adlandırılan içki vitrininə doğru getməsi, Təqsirləndirilən şəxs səbətə spirtli içki qoyması digər vitrinə yaxınlaşıb yuxarı hissədən qara rəngli bağlı qutuda spirtli içkini götürməsi, Təqsirləndirilən şəxs qutuya baxdıqdan sonra qutunun içərisindən spirtli içkini götürüb səbətə qoyub boş qutunu vitrinə yerləşdirməsi, aşağı vitrindən digər spirtli içkini götürüb səbətə qoyması, Təqsirləndirilən şəxs kassaya yaxınlaşdıqda isə Şahid4 görüntüdə günəbaxan tumları və bir ədəd kiçik ölçülü spirtli içkini kassaya ödəniş üçün daxil etsə də, digər spirtli içkiləri ödəniş sisteminə daxil etməməsi aşkar olunmuşdur. Qeyd olunan hadisənin baş verdiyi tarixdə əldə edilmiş ödəniş çekində isə ümumilikdə 05 ədəd günəbaxan tumu və 01 ədəd Azəri adlı 250 ml həcmində konyakın sistemə daxil edildiyi və oğurlanan “X12 Set-Stakan” markalı spirtli içki araq, “Tradici Alaverdi” markalı spirtli içki çaxır və “Zolotoy Kolço” markalı spirtli içki arağı sistemə daxil edilmədiyi görünür. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində Təqsirləndirilən şəxs verdiyi izahatından göründüyü kimi, kassaya vurulmadan mağazanın deposundan 3 ədəd arağı çıxararaq Mehmanın maşınına qoyub apardığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə "xxxx" MMC-nə məxsus əmlakı gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun qeyd edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən video material, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində alınmış izahatlar və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onaa Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, Quba rayonu Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və atası X2, anası X5 və bacısı X1 ibarət ailə tərkibi vardır, Quba RİHB-nin Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dəymiş ziyan tam şəkildə ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onların yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin ediləcəyi nəzərə alınmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba və Qusar rayonlarının inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar