Məhkəmə qərarları › İş №1(027)-158/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-158/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-158/2024 11.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 243, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində 02 may 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanış olduğu və guya evlənəcəyi Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək birlikdə cehizlik elektron avadanlıqların alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasından müxtəlif markalarda elektronik avadanlıqları seçildikdən sonra Zərərçəkmiş şəxs1 tərəfindən 11199 manat ödənilərək avadanlıqlar sonuncunun bacısı Şahid2 adına rəsmiləşdirilmiş, lakin o, həmin avadanlıqların qaytarılması və xaricdən daha ucuz qiymətə keyfiyyətli avadanlıqların, həmçinin cehizlik xalçaların gətirilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 həmin avadanlıqlardan imtina edib ödədiyi məbləğin dəyərində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kontakt Home” mağazasından elektronik avadanlıqları ələ keçirmiş, habelə həmin gün saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi ev 58a-nın qarşısında Zərərçəkmiş şəxs1 xalçalar üçün 600 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1020 (min iyirmi) manat və Şahid2 4169-7388-2018-0275 nömrəli “Birkart” hesabından onun kart hesabına köçürülmüş 600 manat olmaqla cəmi 1620 (min altı yüz iyirmi) manat pul vəsaitini və 11199 (on bir min yüz doxsan doqquz) manat dəyərində əmlakını vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 12819 (on iki min səkkiz yüz on doqquz) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanış olduğu və guya evlənəcəyi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 20 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Cinema klub” adlı restoranda həmin vaxt sonuncunun boğazında olan 1200 manat dəyərində qızıl boyunbağını müvəqqəti istifadə edib geri qaytaracağı adı ilə aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 1200 (min iki yüz) manat maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanış olduğu və guya evlənəcəyi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 13 dekabr 2023-cü il tarixdə birlikdə aldıqları nişan üzüyünü valideynlərinə göstərəcəyi adı ilə aldadaraq həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 58a ünvanın qarşısında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 2300 (iki min üç yüz) manat maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Şahid1 sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalan vədlər verərək sonuncunun arvadı Zərərçəkmiş şəxs2 aldadıb 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də 500 manat, 16 yanvar 2024-cü il tarixdə, saat 14:00-da 150 olmaqla cəmi 650 manat pulu bank kartı hesabına ödətməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin vəsaiti ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalan vədlər verərək 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də 500 manat, 10 yanvar 2024-cü il tarixdə, saat 11:04-də 150 olmaqla cəmi 650 manat pulu bank kartı hesabına ödətməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin vəsaiti ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olub ayrılmış, iki azyaşlı uşağı var, uşaqları anası ilə qalmışlar. O, hal-hazırda subaydır, 2004-cü ildən X4 müxtəlif vəzifələrdə işləmiş və 2022ci ilin avqust ayında öz ərizəsi ilə Yasamal RPİ-nin X15 Bölməsinin baş inzibati təcrübə üzrə inspektoru vəzifəsindən təxris olunmuşdur. İşlədiyi ana qədər rütbəsi polis mayoru olmuşdur. Zərərçəkmiş şəxs1 ilə sürücüsü Şahid3 Məhərrrəm oğlu vasitəsi ilə tanış olmuşdur. Calal ona Səbinənin yaxşı qız olduğunu bildirib, onunla tanış etmək istəmiş, o da razılığını bildirmişdir. Səbinə ilə bir müddət danışdıqdan sonra, həmin şəxs ilə rəsmi nikaha girmək istədiyini bildirmişdir. Onların ailələri də tanış olmuşlar. Səbinə “Kontakt home” mağazasında endirim olduğu üçün gələcəkdə yaşayacaqları evə lazım olan elektron malları almaq istədiyini bildirmiş və o da Səbinə ilə razılaşmışdır. 17 noyabr 2023cü il tarixdə o, Səbinə, Calal və Səbinənin bacısı Sevinc ilə birlikdə cehiz mallarını almaq üçün Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsinin” yanında yerləşən “Kontakt Home” mağazasına getmişlər və ev üçün lazım olan bütün elektronik malları Səbinə almışdır. Həmin vaxt Səbinənin şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün malları Sevincin adına almışlar. Bir müddət keçdikdən sonra o, Səbinəyə Dubayda yaşayan tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə ucuz qiymətə elektron mallarının sifariş etmək mümkün olduğunu bildirmişdir. O, Səbinəyə “Kontakt home” mağazasından aldığı elektronikanı geri qaytarmağı təklif etmiş və Səbinə onunla razılaşmışdır. 20 noyabr 2023-cü il tarixdə saat 11 radələrində o, Calal, Səbinə və Sevinc birlikdə “Kontakt Home” mağazasına gəlmişlər. Səbinənin aldığı elektronika mallarının qəbzini itirdiyi üçün o, “Kontakt Home” müdiriyyəti ilə danışıb elektronika mallarının qarşılığında 1 ədəd “İphone 15 Pro Max”, 1 ədəd “Huawei Watch” smart saat, 1 ədəd “İphone 15 Pro” markalı mobil telefonu götürmüş, qalan əşyaları isə “Kontakt home” mağazasının Nərimanov filialından götürməyi demişlər. Mağazadan çıxan zaman o, Səbinəyə ucuz olması üçün divan və kreslonu da sifariş verməyi demiş və Səbinədən yaşadığı ünvan 2 ünvanına gedib oradan 600 ABŞ dolları pulu götürmüşdür. Həmçinin Sevinc öz kart hesabından onun kart hesabına 600 manat pul göndərmişdir. Bundan sonra o, Səbinə və Sevinci düşürüb, Calal ilə birlikdə gedərək “Kontakt home” mağazasının Nərimanov filialından 1 ədəd “apple watch ultra”, 1 ədəd “Samsung watch” və İ ədəd “Philips” markalı tozsoran götürmüşlər. Ümumilikdə o, 11.119 manat dəyərində “Kontakt home" mağazasından elektron mallar götürmüşdür. O, götürdüyü elektron malları satmış və pulları şəxsi işlərinə xərcləmişdir. 11 dekabr 2023-cü il tarixdə o, anası Fəridə Seyidova, bacısı Günel və bacısı qızları ilə birlikdə Səbinənin yaşadığı ünvana gələrək ailəvi tanış olmuşlar. Daha sonra o, Səbinə ilə birlikdə dostu Fəhminin işlədiyi “Mərkəzi Univermağa” qızıl almağa getmişlər. O, Səbinə üçün 2700 manat dəyərində qızıl üzük almışdır. Səbinə də ona üzük almaq üçün 2300 manat pul vermiş və o bundan sonra üzükləri almışdır. Həmin gün axşam o, Səbinəyə zəng edərək ailəsinin üzüklərə baxmaq istədiyini deyib aldığı nişan üzüyünü Səbinənin yaşadığı evin yaxınlığında ondan götürmüşdür. Təxminən bir həftə sonra o, Səbinənin onun üçün aldığı üzüyü dostu Fəhminə geri qaytarıb 2300 manat pulu geri almışdır. 2300 manat pulu öz şəxsi xərcləri üçüm istifadə etmişdir. Bundan sonra o, Səbinə ilə birlikdə bacısı Aynurəgilə qonaq getmişdir. Qubadan geri qayıtdığı zaman onun Səbinə ilə arasında mübahisə baş vermiş və Səbinə ondan ayrılmaq istədiyini bildirmişdir, o, bu evlilik üçün çox pul xərclədiyini demişdir. Səbinə əlində olan brilliant üzüyünü, qızıl boyunbağını ona vermiş və ona borcu qalmadığını bildirmişdir. O, Səbinədən ümumilikdə 18400 manat dəyərində mal və pul götürmüşdür. Səbinənin bacısı Aynurə və əri Şahinlə də Səbinə vasitəsilə tanış olmuşdur. Şahinlə tanışlığından sonra bir dəfə söhbət zamanı Şahin onun əvvəllər DYPBdə işlədiyini bilib Gürcüstan Respublikasına məxsus sürücülük vəsiqəsi olduğunu, dəyişmək istədiyini, kömək edə biləcəyini soruşmuşdur. O da Şahinə 500 (beş yüz) manat xərci olduğunu demişdir. Şahin isə xəbər edəcəyini demişdir. 08 yanvar 2024- cü il tarixdə, səhər vaxtı Şahin onunla zəngləşib bir nəfər həkim tanışı da olduğunu, həmin həkimdə də Gürcüstan Respublikasına məxsus sürücülük vəsiqəsi olduğunu, və dəyişmək istədiyini demişdir. Şahinin mobil telefonunun vatsapına öz kapitalbank kart nömrəsini göndərmiş və pulu buraya ödəmələrini demişdir. Az sonra kart hesabına 500 (beş yüz) manat bir, 700 (yeddi yüz) manat da bir pul ödənmişdir. Bundan dərhal sonra Şahin ona zəng vurub, 700 (yeddi yüz) manat pul göndərilən kartdan 200 (iki yüz) manat səhvən artıq ödənildiyini və öz kart nömrəsini vatsapda ona göndərərək 200 (iki yüz) manatı ona geri ödəməyi bildirmişdir. O da, 200 (iki yüz) manat pulu Şahinin göndərdiyi kart hesabına geri ödəmişdir. Bundan başqa Şahin vatsapda ona öz sənədi ilə Altay adlı bir şəxsin sənədinin şəklini göndərmişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, çünki sürücülük vəsiqəsi düzəltmək niyyəti olmamış, belə bir səlahiyyəti də olmamış, Şahinin ona belə bir təklif etməsi pula ehtiyacı olan vaxtda yaranmışdır, buna görə də Şahini aldadıb pulunu ələ keçirmişdir. İki gün sonra, 10 yanvar 2024-cü il tarixdə yenə ona pul lazım olduğundan səhər vaxtı Şahinə zəng vurub yalandan, “siz xarici vətəndaş olduğunuz üçün 150 (yüz əlli) manat da əlavə lazımdır” demişdir. Həmin gün kart hesabına 150 (yüz əlli) manat pul ödənmişdir. Şahin həmin pulu həkim dostunun ödədiyini, özünün isə bir neçə gün sonra ödəyəcəyini demişdir. 16 yanvar 2024-cü il tarixdə Şahin onunla zəngləşib kart hesabına 150 (yüz əlli) manat pul ödəmişdir. Bununla da Şahinin özü üçün ödədiyi pulun məbləği 650 (altı yüz əlli) manat, dostu üçün ödədiyi pulun məbləği də 650 (altı yüz) manat olmuşdur, cəmi 1300 (min üç yüz) manat. O, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, heç kəsə verməmişdir. Şahin hər dəfə onunla əlaqə saxladıqda yalandan “narahat olma, iş gedir, düzələcək” demişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi Elfat adlı tanışının məsələyə heç bir aidiyyəti olmamış, Səbinə yalandan Elfatın adını çəkmiş, Səbinədən qızıl boyunbağı götürməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın məhkəmə istintaqı zamanı tam ödənilməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə tanımışdır. Belə ki, Emilin sürücüsü Şahid3 Məhərrrəm oğlu onun qonşusudur. Calal ona xəbər göndərib Emilin onun şəkilini görüb bəyəndiyini və ailə qurmaq məqsədi ilə tanış olmaq istədiyini bildirmişdir. Bu barədə onun valideyninə də bildirmiş, o da Emillə danışmağa razılıq vermişdir. Emillə bir müddət danışdıqdan sonra, onunla rəsmi nikaha girmək istədiyini bildirmiş və o Emillə razılaşmışdır. Emil ona gələcəkdə birlikdə yaşayacaqları evinin hazır olduğunu deyib, evin şəkillərini göstərərək orada yaşayacaqlarını demişdir. Emil ona ev üçün elektron malların almaq lazım olduğunu bildirmişdir. 17 noyabr 2023-cü il tarixdə saat 10 radələrində o, bacısı Sevinc, Emil və Calal birlikdə cehiz mallarını almaq üçün Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsinin” yanında yerləşən “Kontakt Home” mağazasına getmişlər. Orada ev üçün lazım olan 11.119 manat bütün elektronik malları nağd formada almışdır. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün bacısı Sevincin adına mallar alınmışdır. Bir müddət keçdikdən sonra Emil ona Elfat adlı tanışının olduğunu, həmin şəxsin “Dubay kargosunda” işlədiyini, Elfat adlı şəxs vasitəsi ilə ucuz qiymətə elektron mallarının sifariş etmək mümkün olduğunu bildirmiş və ona “Kontakt home” mağazasından aldığı elekronikanı geri qaytarmasını demişdir. O da Emillə razılaşmışdır. 20 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində o, bacısı Sevinc, Emil və Calal birlikdə “Kontakt Home” mağazasına gəlmişlər. O, aldığı elektronika mallarının qəbzini itirdiyi üçün Emil “Kontakt Home” müdiriyyəti ilə danışıb elektronika mallarının qarşılığında 1 ədəd “İphone 15 Pro Max”, 1 ədəd “Huawei Watch” smart saat, 1 ədəd “İphone 15 Pro” markalı mobil telefonu götürmüş, qalan əşyaları isə “Kontakt home” mağazasının Nərimanov filialından götürməyi demişlər. Mağazadan çıxan zaman Emil ona ucuz olması üçün divan və kreslonu da Elfat vasitəsi ilə sifariş verməyi demiş və ondan pul istəmişdir. O, yaşadığı ünvan 2 ünvanına gedib oradan 600 ABŞ dolları pulu götürüb, bacısı Sevinc və Calalın yanında Emilə vermişdir. Həmçinin Sevinc öz kart hesabından Emilin kart hesabına 600 manat pul göndərmişdir. Bundan sonra Emil onu və bacısını düşürüb, Calal ilə birlikdə gedərək “Kontakt home” mağazasının Nərimanov filialından 1 ədəd “Apple watch ultra”, 1 ədəd “Samsung watch” və İ ədəd “Philips” markalı tozsoran götürmüşdür. Ümumilikdə Emil 11.119 manat dəyərində “Kontakt home“ mağazasından elektron mallar götürmüşdür. Emil ona götürdüyü malları satacağını, pulları Elfata verəcəyini bildirmişdir. Həmin gün axşam saat 18 radələrində o, Emillə danışıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “sinema klub” adlı restorana getmişlər. Orada olduqları zaman Emil onun boynunda olan 700 manat dəyərində 10 qram qızıl boyunbağını müvəqqəti taxmaq üçün istəmiş və 2-3 günlük istifadəsi üçün qızıl boyunbağını Emilə vermişdir. 11 dekabr 2023-cü il tarixdə Emil anası Fəridə Seyidova, bacısı Günel və bacısı qızları ilə birlikdə yaşadığı ünvana gələrək ailəvi tanış olmuşlar. Onlar orada nişan barədə razılaşmışlar. Təxminən 13 dekabr 2023-cü il tarixdə o, Emil ilə birlikdə “Mərkəzi Ünivermağ”a qızıl almağa getmişdir. O, 2300 manat dəyərində Təqsirləndirilən şəxs nişan üzüyü almış, Emil də ona 2700 manat dəyərində qızıl üzük almışdır. Həmin gün axşam Emil ona zəng edərək ailəsinin üzüklərə baxmaq istədiyini deyib aldığı nişan üzüyünü yaşadığı evin yaxınlığında ondan götürmüşdür. Bundan sonra o, Emil ilə birlikdə bacısı Aynurəgilə Quba rayonuna qonaq getmişlər. Quba rayonundan geri qayıdan zaman barmağında olan 3000 manat dəyərində olan brilyant qaşlı üzüyünü çıxarıb cibinə qoymaq istəyərkən avtomobilə düşüb orada qalmışdır. O, evə gəldikdən sonra bunu bilmiş və Emilə zəng edərək bu barədə soruşmuşdur. Emil də ona üzüyünün avtomobilində qaldığını, görüşəndə geri qaytaracağını bildirmişdir. Daha sonra “İnstagram” sosial şəbəkəsində Emilin avtomobilində unutduğu üzüyü görmüşdür. O, Emilə zəng vurub üzüyünün harada olduğunu soruşmuş, Emil də ona evdə olduğunu bildirmişdir. O, Emilə “İnstagram” sosial şəbəkəsində üzüyün satış elanını göstərmişdir. Bundan sonra Emil brilyant üzüyü və qızıl boyunbağı borcları olduğu üçün satdığını demişdir. O, Emildən şübhələnib nişan üzüyünü aldığı mağazaya getmişdir. Həmin mağazanın işçiləri Emilin nişan üzüyünü geri qaytarıb 2300 manat pulu geri götürdüyünü demişdir. O, Emilin onunla ailə həyatı qurmaq istəmədiyini, ona məxsus cehiz pulunu və digər əmlakını dələduzluq yolu aldadaraq ələ keçirmək niyyəti olduğunu bilmişdir. O, Emilə zəng edərək pulları qaytarmasını demiş, Emil isə qaytaracağını desə də, heç bir şey qaytarmamışdır. Daha sonra bu barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə qonşusu Calal vasitəsi ilə tanış olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Emil onunla evlənəcəyini deyərək onu aldatmış, ondan cehiz almaq adı ilə 11.119 manat, 600 ABŞ dolları, 600 manat pul almış, ona məxsus 700 manat dəyərində boyunbağını, 3000 manat dəyərində üzüyünü götürmüş və nişan üçün aldığı 2300 manat dəyərində qızıl üzüyünü götürmüşdür. Daha sonra zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus qızıl boyunbağının çəkisi 12 qram, 750 əyarlı olmaqla İtalyan qızılı olmuş, həmin boyunbağının dəyəri 1200 manat olmuşdur. Təqsirləndirilən şəxs aldığı nişan üzüyünün qiyməti 2300 manat olmuş, 750 əyarlı İtalyan qızılıdır, çəkisini isə tam olaraq bilməmişdir. O, ilkin ifadə verən zaman qızıl boyunbağısının çəkisinin təxminən 10-12 qram olduğunu demişdir. Həmin vaxt onda qızılın etiketi olmamış, sonradan həmin etiketi axtarıb tapdıqda 12 qram olduğunu dəqiq bilmişdir. Qiymətini isə qızılı ilkin aldığı vaxta uyğun olaraq, yəni iki il öncəki qiyməti ilə hesablayıb demişdir. X8 ondan götürdüyü zaman qızılın bir qramının qiyməti 100 manat olmuşdur. Buna görə də onun boyunbağısının qiyməti 1200 manatdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ittiham üzrə ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını və mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, 2020-ci ildən tibb sahəsində, Quba RMX-nın Acil şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Bacısı Zərərçəkmiş şəxs1 subaydır, Bakı şəhərindəki evlərində anası Hafizə ilə birlikdə yaşamışdır. Şikayət etdiyi şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs əvvəllər Yasamal RPİ-nin DYPB-də polis zabiti işləmiş, onlar tanıyanda isə artıq işdən çıxmışdır. Bacısı Səbinə keçən ilin payız aylarında Təqsirləndirilən şəxsla tanış olmuş, aralarında sevgi münasibətləri yaranaraq evlənmək qərarına gəlmişlər. Təxminən keçən ilin dekabr ayının əvvəllərində Emil anası Fəridə və bacısı Günel və Günelin iki böyük qızı ilə birlikdə Səbinə ilə anasının yaşadığı Bakı şəhərindəki evinə Səbinə üçün elçiliyə gəlmişlər. Həmin vaxt bacısı onu və əri Şahini də çağırmış və gedib elçilikdə iştirak etmişlər. Anası və bacısı onlara demişlər ki, əvvəlcə razılıq almağa və onları tanımağa gəlmişlər, sonra kişiləri göndərəcəklər. Amma gələndə üzük gətirməmiş, şirniyyat gətirmişlər. Emilin anası və bacısı evdə olanda əri Şahin Emillə çölə çıxmışlar. Təxminən 5 saat oturub getmişlər. Sonra Emil bacısı Səbinəni toy üçün qızıl almağa Bakı şəhərindəki qızıl dükanlarından birinə aparmış və bacısı dükandan qızıllar seçmişdir. Emil həmin qızılların toya qədər özündə qalacağını demiş və bacısı Səbinəyə də “mənim üçün sən nə qızıl alacaqsansa buradan alaq” demişdir. Bacısı da evə gedərək anası Hafizədən 2300 manat pul götürmüş və Emil üçün həmin dükandan qızıl üzük seçib almışlar. Amma Emil bu qızılların hamısını aparıb evdə anasına göstərəcəyini demişdir. O, bu barədə sonradan bilmiş, tam dəqiqliklə isə bacısı Səbinənin məlumatı vardır. Həmin vaxta kimi isə Emil əri Şahinlə telefon əlaqəsi saxlamış, sürücülük vəsiqəsi düzəltmə işlərini həll edə bildiyini, kimə lazım olsa aşağı qiymətə həll edəcəyini demişdir. X13 Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi yoxdur. Buna görə də Şahinə Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi lazımdır. Şahin özü üçün Emildən xahiş etmiş və Emil də 650 manata həll edə biləcəyini demişdir. Əri Şahin özü də Quba RMX-nın mühafizənin növbə rəisi vəzifəsində işləmişdir. Şahin Quba RMX-da həkim-ginekoloq işləyən Gürcüstan vətəndaşı olan Zərərçəkmiş şəxs3 da sürücülük vəsiqəsi olmadığını bilib Altay üçün də Emildən xahiş etmişdir. Emil də “sən qohum olduğun üçün sənin üçün 500 manatdır, başqası üçün isə 700 manatdır” demişdir. Emil Şahinin telefonunun vatsapına pulu ödəməsi üçün 4169 7388 3608 5039 nömrəli “Kapitalbank” kartı şəkili göndərmişdir. Şahin də ona demiş və o da öz adına olan 4127 2081 0184 4784 nömrəli “Beynəlxalq” bank kartından Emilin bank kartına 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də mobil telefonunun proqramı vasitəsilə 500 manat pul ödəmişdir. Pulu ödəyəndə Quba RMX- dakı iş yerində olmuşdur. Altay həkim də eyni anda işdə olmuş və o da eyni anda, 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də öz 5167****2978 nömrəli bank kartından mobil telefonun proqramı vasitəsilə Emilin bank kartına 700 manat pul ödəmişdir. İki gün sonra, 10 yanvar 2024-cü il tarixdə Emil Şahinə zəng vuraraq “Gürcüstan vətəndaşı olduğunuz üçün 150 manat da əlavə pul istəyirlər” demişdir. Bunu bildikdən sonra Altay həkim öz bank kartından Emilin bank kartına saat 11:04-də 150 manat da pul ödəmişdir. O isə 16 yanvar 2024-cü il tarixdə, saat 14:00-da öz bank kartından Emilin bank kartına 150 manat pul ödəmişdir. Həmin pulu ödəyəndə də Quba RMX- dakı öz iş yerində olmuşdur. Lakin Emil əri Şahini və Altay həkimi aldadaraq vədinə əməl etməmiş, müxtəlif bəhanələrlə onları yubatmağa başlamışdır. Halbuki yanvar ayının axırına kimi sürücülük vəsiqəsi düzəlməli olmuşdur. Sonra bacısının aldığı üzüyü də aprıb dükana qaytararaq pulunu xərclədiyini eşitmişdir. Həm də bacısından əlavə də cehiz almaq üçün müəyyən məbləğdə pul aldığını eşitmişdir. Bacısından nə qədər pul aldığını dəqiq bacısı bilir. Bütün bunları bilib bacısı Səbinə ilə Emilin münasibətlərini pozmuş və özü də öz kart hesabından 31 yanvar 2024-cü il tarixdə, saat 18:21-də həkim Zərərçəkmiş şəxs3 5167****2978 nömrəli kart hesabına 850 manat pul ödəməklə onun borcunu özündən qaytarmışdır. Emilə əri Şahin üçün 650 manat, Zərərçəkmiş şəxs3 üçün isə 850 manat pul ödəmişlər. Emil isə həmin puldan cəmi 200 manat Şahinin kartına geri qaytarmışdır. Emilin indi ona olan borcu 1300 manatdır. Həmin 1300 manat pul onun öz puludur, əri Şahinə aidiyyəti olmamışdır. Emilin kart hesabına ödənilmiş pul qəbzlərinin, Zərərçəkmiş şəxs3 kart hesabına ödədiyi pul qəbzinin və Emilin Şahinin kartına ödədiyi pul qəbzinin surətlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirililən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət tələbinin olmadığını və mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən X6 Mərkəzində cərrahiyyə şöbəsində mama-ginekoloq, 2022-ci ilin əvvəlindən isə Quba RMX-nın ginegologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. İxtisası mama-ginekoloqdur. Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 iş yoldaşı olmuş, amma Aynurənin şikayət etdiyi şəxsi, Təqsirləndirilən şəxs o tanımamış, heç vaxt görməmiş, ünsiyyəti də olmamışdır. Zərərçəkmiş şəxs2 əri Şahid1 işlədikləri xəstəxanada mühafizəçi işləmiş, həm də yerlisi, Gürcüstan Respublikası vətəndaşı olmuşdur. Onun Gürcüstan Respublikasında aldığı sürücülük vəsiqəsi olmuş, amma Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəm olmamış, almaq istəmişdir. Bu ilin yanvar ayının əvvəlində Şahinlə söhbət zamanı Şahin ona bir qohumunun Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almağa kömək edə biləcəyini, amma rüsumu olduğunu demişdir. O, rüsümu soruşduqda Şahinin 700 manat pul istədiyini demişdir. O da razılaşmış və 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də Quba rayon xəstəxanasında iş yerində olarkən Şahinin ona sözlə dediyi 4169****5039 nömrəli bank kartı hesabına öz 5167****2978 nömrəli “Beynəlxalq bank” kart hesabından telefonunun mobil proqramı vasitəsilə 700 manat pul ödəmiş və Şahinin telefonunun vatsapına öz şəxsiyyət vəsiqəsi ilə Gürcüstan Respublikasına məxsus sürücülük vəsiqəsinin şəklini çəkib göndərmişdir. Şahinin həmin qohumu 10-15 günə hazır olacağını demişdir. İki gün sonra, 10 yanvar 2024-cü il tarixdə, səhər vaxtı iş yerində Şahin ona qohumu 150 manat da rüsum pulu istəmişdir. O da Şahinə inanıb Şahinin ona dediyi həmin 4169****5039 nömrəli bank kart hesabına daha 150 manat pul ödəmişdir. Amma 15 gün də keçmiş, heç bir xəbər çıxmamışdır. Şahin qohumunun onları da aldatdığını demiş və ondan üzr istəmişdir. Şahinin arvadı Zərərçəkmiş şəxs2 öz bank kartı hesabından onun 5167****2978 nömrəli bank kartı hesabına 30 yanvar 2024-cü il tarixdə, saat 18:21-də 850 manat pul ödəmişdir. Bununla da onun pulu tam ödənmişdir. Amma Aynurə pulu özündən ona ödədiyini, onları aldadan Bakı şəhər sakini Təqsirləndirilən şəxs isə onların pulunu geri qaytarmadığını demişdir. Buna görə də pulu Zərərçəkmiş şəxs2 tərəfindən tam ödənsə də, X9 rayon polis şöbəsinə etdiyi müraciətlə bağlı o da şikayətçi olmuş, zərərçəkmiş şəxs qismində tanındığı işlə bağlı onlara qarşı dələduzluq edən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Öz bank kartı hesabından ödədiyi pulun çıxarış qəbzini Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim eərək təqsirləndirililən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba RMX-nın mühafizə şöbəsində növbə rəisi işləmişdir. Zərərçəkmiş şəxs2 ilə evlidir. 2023-cü ilin təxminən dekabr ayında Bakı şəhərində yaşayan baldızı Zərərçəkmiş şəxs1 üçün Təqsirləndirilən şəxs adında oğlan elçi gəldiyi üçü Aynurə ilə o da Bakı şəhərinə, elçilikdə iştirak etməyə getmişlər. Emilin bacısı və anası gəlmişdir. Qadınlar evdə qalmışlar, o isə Emillə çölə, çayxanaya getmişdir. Emillə söhbət zamanı Emil ona əvvəllər Yasamal RPİ-nin DYPB-də polis zabiti işlədiyini bildirmişdir. Gürcüstan Respublikası vətəndaşı olduğu üçün sürücülük vəsiqəsi də Gürcüstan Respublikasına məxsus olmuş, Azərbaycanda yeni sürücülük vəsiqəsi almalı olmuş, bunun üçün də imtahan verməli olmuşdur. Emildən bu barədə soruşduqda ona tanışları olduğunu, pul müqabilində imtahana getmədən həll edə bildiyini demişdir. Emildən nə qədər pul lazım olduğunu soruşmuş, Emil də maraqlanıb deyəcəyini demiş və telefon nömrəsini götürmüşdür. Sonradan onlar Quba rayonuna qayıtdıqdan sonra Emillə mütəmadi əlaqə saxlamış və Emil ona 500 manata sürücülük vəsiqəsini tezliklə həll edəcəyini demişdir. Gürcüstan Respublikası vətəndaşı olan və onunla xəstəxanada işləyən Altan Nəsibov adlı həkim də Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almaq istəmişdir. Bu barədə Zərərçəkmiş şəxs3 da demiş, Altay da özü üçün düzəlməsini istəmişdir. O da bu barədə Emilə dedikdə, Emil “sən qohum adamsan, sənin üçün 500 manatdır, başqası üçün 700 manat” demişdir. Zərərçəkmiş şəxs3 razılaşmış və o öz şəxsiyyət vəsiqəsi ilə Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin surətini mobil telefonunun vatsapı vasitəsilə Emilin ***-***-**-** nömrəsinə göndərmişdir. Emil də pulu ödəməsi üçün öz 4169 7388 3608 5039 nömrəli “Kapitalbank” kartı şəkilini göndərmişdir. 08 yanvar 2024-cü il tarixdə, saat 10:27-də işdə olanda Zərərçəkmiş şəxs3 öz bank kartından telefon vasitəsilə Emilin bank kartına 700 manat, işdə olan arvadı Aynurə isə öz bank kartından Emilin bank kartına 500 manat pul ödəmişdir. Sonra Emil ona zəng vurub kart nömrəsi atacağını, 200 manatı geri qaytarmaq istədiyini, çünki ucuz başa gələcəyini demişdir. O özünə məxsus 5167 5133 4444 4559 nömrəli bank kartının şəklini atmış və Emil də onun kart hesabına həmin gün saat 11:17-də 200 manat pul ödəmişdir. Lakin iki gün sonra, 10 yanvar 2024-cü il tarixdə Emil ona vatsapda səs ataraq, Gürcüstan vətəndaşı olduğu üçün 150 manat da əlavə pul istədiklərini demişdir. Bunu bildikdən sonra Altay həkim öz bank kartından Emilin bank kartına saat 11:04-də 150 manat da pul ödəmişdir. Arvadı Aynurə isə onun üçün 16 yanvar 2024-cü il tarixdə, saat 14:00- da öz bank kartından Emilin bank kartına 150 manat pul ödəmişdir. Lakin Emil onları və Altay həkimi aldadaraq vədinə əməl etməmiş, müxtəlif bəhanələrlə onları yubatmağa başlamışdır. Halbuki yanvar ayının axırına kimi sürücülük vəsiqələri düzəlməli olmuşdur. Altay həkim pulunu geri istədiyi üçün arvadı Zərərçəkmiş şəxs2 özündən Zərərçəkmiş şəxs3 850 manat pulunu geri qaytarmışdır. Emil isə onların pulunu geri qaytarmamışdır. Daha sonra şahid qismində əlavə olaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Emil birinci ondan həm özü həm də Altay üçün 500 manatdan pul istəmiş, arvadı Aynurə onun yerinə 500 manat, Zərərçəkmiş şəxs3 isə 700 manat pul Emilin kartına vurmuşdur. Emil ona zəng vurub 200 manatın artıq vurulduğunu demiş və o Emilə kart atmış, Emil də kartına 200 manat pulu geri ödəmişdir. O isə həmin pulu özündə saxlamış, Zərərçəkmiş şəxs3 verməmiş, bu işin axırının necə olacağını gözləmişdir. İki gün sonra Emil ona 150 manat da pul ödəməlisiniz deyəndə Zərərçəkmiş şəxs3 demiş, Zərərçəkmiş şəxs3 da 150 manat pulu ödəmişdir. Amma Emilin 700 manat puldan ona geri ödədiyi 200 manat pulu Zərərçəkmiş şəxs3 deməmiş, yenə bu işin axırının necə olacağını gözləmiş, pulu geri qaytarsa, Zərərçəkmiş şəxs3 ona olan inamının da itəcəyini fikirləşmişdir. Amma Emilin axırda onları aldatmasını bildikdən sonra Zərərçəkmiş şəxs3 850 manatını arvadı Zərərçəkmiş şəxs2 öz cibindən, yəni öz kartından Altayın kart hesabına yükləməklə ödəmişdir. İş üzrə Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. Şahid3 məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, 14 ilə yaxın müddətir Təqsirləndirilən şəxs sürücüsü olmuşdur. Zərərçəkmiş şəxs1 isə onun qonşusu olmuşdur. 01 oktyabr 2023-cü il tarixdə onun vasitəsi ilə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanış olmuşlar. Bir müddət sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 rəsmi nikaha daxil olmağa qərar vermişlər. 17 noyabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, "Ukrayna” dairəsinin yanında yerləşən "Kontakt home" mağazasına getmişlər. Səbinə və Emil ev üçün lazım olan təxminən 11000 manat dəyərində elektronik malları almışlar. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 aldığı elektron malları "Kontakt home" mağazasına geri qaytarmışlar. O, Zərərçəkmiş şəxs1 malları hansı səbəbə görə geri qaytardığı üçün soruşduqda, Səbinə ona daha ucuz alacağını bildirmişdir. Təqsirləndirilən şəxs aldıqları malların qəbzini itirdiyi üçün əvəzinə 2 (iki) ədəd mobil telefon və 2 (iki) ədəd saat almışdır. Bundan əlavə cehiz üçün Zərərçəkmiş şəxs1 600 ABŞ dolları və 600 manat Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onunla birlikdə 600 ABŞ dollarını Zərərçəkmiş şəxs1 evindən götürmüşlər. Pulun 600 manatını isə Təqsirləndirilən şəxs kart hesabına göndərmişlər və həmin kartdan pulu o çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2023-cü ilin dekabr ayında o Təqsirləndirilən şəxs yanında olduğu zaman nişan üzüklərini Fəhmin adlı şəxsə satmışdır. Təxminən 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs şir başlığı olan üzüyü ona “Gənclik” univermağında işləyən şəxsə satması üçün vermişdir. Təqsirləndirilən şəxs qızıl üzüyün Səbinənin olduğunu demişdir. O, həmin üzüyü 700 manata satmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş Zərərçəkmiş şəxs1 məxsus qızıl üzüyü hazırda xatırlamadığı qızıl alış-satışı ilə məşğul olan şəxsə satmışdır. İş üzrə Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. Şahid2 məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Zərərçəkmiş şəxs1 ilə analoji ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, 2023-cü ilin dekabr ayının ortalarında tanışı Təqsirləndirilən şəxs ona zəng vuraraq nişanlanmaq fikri olduğunu və buna görə də ondan qızıl nişan üzüyü almaq istədiyini bildirmişdir. Bir gün sonra Emil nişanlısı ilə birlikdə yanına gələrək iki ədəd qızıl üzük almışlar. Xanım üçün alınmış üzüyün qiyməti 2700 manat, kişi üzüyünün qiyməti isə 2300 manat olmuşdur. Təxminən 3 gündən sonra Emil ona zəng edərək qızıl üzükləri geri qaytarmaq istədiyini bildirmiş və daha sonra onun yanına gələrək üzükləri geri qaytarmışdır. Bunun qarşılığında o, Təqsirləndirilən şəxs 4800 manat pul geri qaytarmışdır. Emil həmin üzükləri aldıqdan sonra geri qaytardığı üçün o üzükləri 200 maat ucuz qiymətə almışdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, təqsirləndiriləş şəxsin, zərərçəkmiş şəxslərin, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan: “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qrarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə, ona həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunsun və barəsində Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus brilyant üzüyü qabaqcadan ələ keçirmək barədə yalan vədlər verərək götürmədiyindən, Zərərçəkmiş şəxs1 həmin üzüyü avtomobildə özü düşürdüyündən onun əməli dələduzluq kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs “Kontakt Home” mağazasının Ukrayna dairəsi adlanan edə yerləşən filialından verilən 18739260 nömrəli satış fakturasında qeyd olunan qiymətə və tarixə uyğun, yəni cehizlik elektron avadanlıqların ümumi qiymətinin 11199 manat olması və 16 noyabr 2023-cü il tarixdə alınması nəzərə alınmaqla ittiham elan olunmas, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sonuncu ifadəsində qeyd etdiyi qiymətə uyğun, yəni qızıl boyunbağının qiymətinin 1200 manat olması nəzərə alınmaqla ittiham elan olunması qərara alınmışdır. Beləliklə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə toplanmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmışdır. “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqnda” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Mirəziz və xx.xx.2012-ci il təvəllüdlü Fəridə adlı yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 nəfər yenkinlik yaşına çatmayan uşağının olmasını, iş üzrə vurulmuş zərərin tam həcmdə ödənilməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında” iltizam tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 1300 manat məbləğində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 19239 manat pulun alınaraq onlara verilməsini xahiş etmişlər. (cild 1, iş vər.: 295-302). Bununla da, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı zamanı mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqdim etdikləri ərizələrdən görünür ki, onlara dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən, sonuncuya qarşı heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bu səbəbdən X5 və Zərərçəkmiş şəxs1 mülki iddialarından imtina etmişlər. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(027)-158/2024 saylı qərardadı ilə, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasından imtinası qəbul edilərək mülki iddia üzrə icraata xitam verilmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasından 16319 manat hissədə imtinası qəbul edilmiş və mülki iddia üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası 1 ədəd brilyant üzüyün dəyəri 2920 manat tələbi hissəsində baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddaçı Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə 1 ədəd brilyant üzüyün dəyəri 2920 manat tələbi üzrə təqsirləndirilən şəxsin əməli istintaq tərəfindən araşdırılmış, zərərçəkmiş şəxs həmin üzüyü Təqsirləndirilən şəxs avtomobilində düşürdüyündən sonuncunun əməli dələduzluq kimi qiymətləndirilməmişdir. Belə olan halda, Zərərçəkmiş şəxs1 mülki qaydada iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1 ədəd brilyant üzüyün dəyəri 2920 manat tələbi üzrə mülki iddiası baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs1 izah olunmalıdır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay 18 (on səkkiz) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Bakı şəhəri üzrə probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası 1 ədəd brilyant üzüyün dəyəri 2920 manat tələbi hissədə baxılmamış saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar