Məhkəmə qərarları › İş №1(027)-158/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-158/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-158/2025 09.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Quba rayonu Dağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Dağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 167-3.1, 214-2 və 283.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələri rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və belə fəaliyyəti əsaslandıran, həmçinin belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları təkrar saxlamış və yaymış, qəsdən Azərbaycan Respublikasının ərazisində dini fanatizm zəminində dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətləri aşkar surətdə törətmiş, eləcə də Azərbaycan Respublikasının ərazisində terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə təkrar açıq çağırışlar edərək bu cür məzmunlu materialları yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 11 yanvar 2025-ci il tarixədək olan müddətdə, müxtəlif vaxtlarda yaşadığı Quba rayonunun Dağlı kəndində istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” (İnstagram. com/umar_bin hattab) adı ilə qeydiyyatdan keçirdiyi səhifəsi vasitəsilə qəsdən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və belə fəaliyyəti əsaslandıran, həmçinin belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran müxtəlif foto və video materialları təkrar paylaşmaqla saxlamış və yaymış, eləcə də qəsdən Azərbaycan Respublikasının ərazisində digər dini məzhəblərə qarşı dözümsüzlük nümayiş etdirən təhqiredici yazıların əks edildiyi, dini qarşıdurma yaradılması məqsədi daşıyan materialları təkrar yayaraq dini fanatizm zəminində dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətləri aşkar surətdə etmiş, habelə Azərbaycan Respublikasının ərazisində terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə təkrar açıq çağırışlar edərək bu cür məzmunlu materialları yaymışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 283.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1, 214-2, 283.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 2020-ci ildən öz istəyi ilə ibadət etməyə başlamış, əhli-sünnə namazı qılmışdır. “İnstagram”, “Whatssapp”, “Tik-tok” və sair sosial şəbəkələrindən istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsindən təxminən 4 il olar ki, istifadə edir. O, 2024-cü ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları tərəfindən “İnstagram” sosial şəbəkəsində özünə məxsus “mehrab_dadasov” adlı profil hesabına görə şöbəyə dəvət edilib paylaşımlarına görə əməllərində cinayət tərkibinin əlamətləri olduğu bildirilərək onunla profilaktik söhbət aparılmış, bundan sonra o, DTX əməkdaşlarının bu xəbərdarlığına əhəmiyyət verməyərək, “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” adlı yeni profilini açmışdır. O, “İnstagram” sosial şəbəkəsində özünə məxsus “mehrab_dadasov” adlı profil hesabının şifrəsini xatırlamır. O, “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” adlı profil hesabından X14 Dövləti, İslam dövləti vilayət Xorasan terror qruplaşmaları, onlara aid olan rəmzlər, onlara aid bayraqlar, bu terror təşkilatlarının tərkibində döyüşən ekstremistlər, döyüşlərdə istifadə olunan silahlar, eləcə də cihad və cihada çağırış barədə foto-video materiallar onun tərəfindən paylaşılmış və bunun dini yönümlü radikal ekstremist materiallar olduğunu bildiyini etiraf edir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilərək paylaşımları silməsi tövsiyyə edilmiş, o, bu əqidədə olduğundan bu yoldan onu heç kəsin döndərə bilməyəcəyini hesab etmiş, bu dini ekstremist yönümlü paylaşımlar etməsinin səbəbi “İŞİD” terror qruplaşmasına olan sevgisindən, “İŞİD”in ideologiyasına olan rəğbətindən, şəriət dövlətində yaşamaq istəyindən, cihadı əməl olaraq düzgün hesab etdiyindən irəli gəlmişdir. O, hazırda əlverişli şərait yaranacağı halda hicrət etməyi və təklif ediləcəyi halda gedən döyüşlərdə iştirak etməyi qərara almış, Azərbaycan dövlətini tağut görür və şəriət qaydaları ilə idarə olunan dövlət qurulmasının tərəfdarıdır, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanları deyil, din uğrunda döyüşlərdə ölənləri şəhid hesab edir. “Youtube” platformasında Azərbaycanlı Abu Hamzala, Muhammed Ceyhana qulaq asmış, məscidə getməmiş, buna səbəb isə imamı qəbul etməməsi olmuşdur. O, Sumqayıtda tanış olduğu imkansız ailəyə ərzaq yardımı etdikdən sonra uşaqların anası Firuzənin hazırda Roşafa həbsxanasında olduğunu öyrənmiş, mütəmadi olaraq Firuzə ilə “Whatsapp” mobil tədbiqi, “İnstaqram” platforması üzərindən əlaqə saxlamış və Türkiyə Respublikası ərazisində ona göndərilən bank kartları hesablarına pul vəsaiti köçürmüşdür. O, “Telegram” sosial şəbəkəsində “DARVAZA Darul hərb” kimi müxtəlif dini müzakirələrin aparıldığı bir neçə qrupa üzv olmuşdur. O, DTX əməkdaşları tərəfindən 2024-cü ilin fevral ayında profilaktik söhbətin aparılması məqsədi ilə şöbəyə dəvət edildikdən sonra tutulacağından qorxaraq 19 may 2024-cü il tarixdə Rusiyanın Rostov şəhərinə getmiş, orada dayısı X1 yanında yaşamış və 10 avqust 2024-cü il tarixdə onu axtaran olmadığını düşünüb Quba rayonuna qayıtmışdır. “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” adlı profili təxminən 2024-cü ilin avqust ayında yaratmış, həmin profilin adını fərqli seçməsinə səbəb həbs edilmək qorxusu olmuşdur. Onun əqidə yoldaşlarından əhli-sünnə məzhəbinə mənsub olan Nügədi kəndində yaşayan Emin adlı şəxsin hüquq- mühafizə orqanları tərəfindən saxlanıldığını eşitdikdən sonra sözügedən paylaşımları etdiyi 10 iyun 2025-ci il tarixdə “umar_bin_hattab” adlı hesabı, istifadəsində olan telefonun “qalereya”sındakı foto, eləcə də “Whatsapp” mobil tədbiqi vasitəsilə yazışmalarını silmişdir. Buna səbəb kimi isə onun etdiyi paylaşımlara görə məsuliyyətə cəlb ediləcəyindən qorxması olmuşdur. O, əqidə yoldaşı olan Eminin tutulduğundan çox qorxmuş, etdiyi cinayət əməllərinə görə özünün də tutulacağını ehtimal etmişdir. Buna baxmayaraq yenə də əqidəsindən dönmək istəməmiş, bir müddət paylaşımlar etməməklə unudulmaq istəmişdir. O, Hüquq Mühafizə orqanı əməkdaşlarının onunla olan profilaktik söhbətlərin guya nəticə verdiyini düşünmələrini istəmişdir. Ondan başqa ailə üzvlərindən və ya digər şəxslərdən heç kim “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” adlı profilini işlətməmiş və paylaşımlar etməmiş, həmin profil yalnız onun tərəfindən idarə edilmişdir. Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “umar_bin_hattab” adlı profildən xx.xx.2024-cü il tarixdə paylaşdığı “İslam Dövləti Xidmət Ofisi: Bu bizim əqidəmiz və mənhəcimizdir. Nübüvvət “Mənhəci üzərində xilafətin yenidən bərqərar olacağına inanırıq” məzmunlu fikirlər yazılmış fotoşəkil, 24 oktyabr 2024-cü il tarixdə paylaşdığı Yeni Suriya bayrağı rədd edilərək əvəzində İŞİD bayrağı olan görüntülər, üzərində “İŞİD”-çilər olan və “İŞİD” bayrağı dalğalanan, hərəkət edən tank əks olunan videoqovluq, 25 oktyabr 2024-cü il tarixdə paylaşdığı “Bizim yanımızda Rafizi şiələr şirk, riddət və fəsad tayfasıdır”; “Bir ölkədə küfrün şüarları yüksəldilirsə və idarəçilik İslam hökmləri əvəzinə küfür hökmlərinə görə həyata keçirilirsə, o diyar küfür diyarıdır”; “Laiklik, müxtəlif bayraqları və müxtəlif yolları ilə birlikdə irqçilik, vətənçilik, kommunizm və başçılıq açıq küfürdür. Bunlar İslamı pozan və insanı dindən çıxaran ünsürlərdir”; “Cihad təxirə salınmaz. Hər bir mömin təkbaşına qalsa belə Allahın düşmənləri ilə savaşmalıdır” sözləri yazılmış fotoşəkli, 27 oktyabr 2024-cü il tarixdə paylaşdığı “İŞİD”-in qara rəngli bayrağının fonunda “İbrahim və yanındakılar qövmlərinə demişdi ki, biz səndən uzağıq. Allahdan başqa ibadət etdiklərinizdən də uzağıq. Sizi inkar edirik, sizi rədd edirik, sizi təkfir edirik. Bir olan Allaha iman edincəyə qədər, bir olan Allaha ibadət edincəyə qədər, ibadətlərinizdə Allahı birləyənə qədər bizimlə sizin aranızda ədavət və kin ortaya çıxmışdır və elan edilmişdir. Bax İbrahimin dini budur” kimi fikirlər görüntülənən videoqovluq, xx.xx.2024 cu il tarixdə paylaşdığı İŞİD-in bayrağı asılmış binanın, eləcə də “Tağutlar” sözü deyiləndə ekranda İsrail Respublikasının prezidenti İsaak Herzog ilə Türkiyə Respublikasının prezidenti X8 görüntüləndiyi “Ey müsəlmanlar Xilafətinizə gəlin! sözləri yazılmışdır. Nəşidlər, dini marşlar səsləndirilir. İŞİD tərənnüm olunur: “Budur Xilafət quruldu. Haydi qardaşım, hicrət et. Hicrət et bu torpaqlara. Burada cihad, burada cənnət. Ey mücahid, qalx ayağa. Tovhidi dünyaya hayqır. Haydi, silahını götür. Qorxaq tağutlarla savaş. Haydi mömin qalx ayağa, sən də qatıl bu karvana, müstəzəf ağlayarkən” sözləri əks edilmiş videoqovluq, xx.xx.2025-ci il tarixdə paylaşdığı “Cihad nədir, bilirsinizmi? Dəyərli qardaşlar, cihad o deməkdir ki, İraqda 40 bakirə bacımızın namusuna toxunan Amerika əsgərlərinin başına güllə sıxmaqdır. Onları yerə yıxıb başlarını kəsməkdir. Bax, cihad budur - X9” sözləri əks olunan videoqovluq, 2024-cü ilin noyabr ayında paylaşdığı İŞİD bayrağı tutmuş ekstremistlərin fotoşəkli fonunda rus və türk dillərində qısa danışıqlar əks olunan “O kişilər ki, hər an həyatlarını fəda etməyə hazırdır və həyatını fəda edir. Bax kişi budur... Əgər sən kişisənsə get ümmətini qurtar. Peyğəmbərin səhabəsinə Şam şəhərinə tərəf getməsini deməsi barədə hədisi oxuyur: “Şam tərəfə gedəcəksən! Düşmənlər müsəlmanlara qarşı bir araya gələcək ifadələri işlədilmiş videoqovluq, xx.xx.2024 cü il tarixdə paylaşdığı əllərində İŞİD-in bayrağını və silah tutmuş ekstremist qruplaşma üzvlərinin şəkillərinin görüntüləndiyi, Türk dilində “X11 otuz ayəyə yaxın yerdə hakimiyyətin yalnız Allaha aid olduğunu bildirir. Qanun qoyma səlahiyyətinin insanda deyil, tamamilə Allahda olduğunu söyləyir. İnsanların qanun qoymağa səlahiyyətli olmadığını bildirir. Əgər insan qanun qoyarsa, özünü Allaha şərik qoşmuş olacağını bəyan edir. Allahın hökmü ilə hökm verməyin vacibliyini izah edir. Allahın hökmü ilə hökm verməyənlərin küfr, zülm və fasiqlik etdiyini bildirir. Tək uyulmalı olan sistemin şəriət olduğunu bildirir. Bütün bunların hamısının altında bir ayə vardır. Quran belə dedikdən sonra bütün dünya alimləri bir araya gəlib insanın da qanun qoymağa haqqı olduğuna dair imza atsalar, bu nə ifadə edər? Həqiqəti bu ayələrdən öyrənən bir müsəlman üçün bu söz nə ifadə edər? Heç nə ifadə etməməlidir” çıxışların edildiyi videoqovluq, xx.xx.2024-cü il tarixdə paylaşdığı ekstremist qruplaşma üzvlərinin görüntüləndiyi Əlində silah tutan “cihadçı”nın “Bu torpaqları fəth edən cihaddır. Bu torpaqları bizə vətən edən cihaddır. Ərəbistanı, Şimali Afrikanı, Hindistanı, X12 aparan cihaddır. Hoşgörü dedikləri yəhudi fəlsəfəsi və anlayışı deyil. Hoşgörü peyğəmbərləri kimi görünənlərin, saxta peyğəmbərlik edənlərin müsəlmanları hara apardıqlarını gördük. Buna görə də müsəlmanların burada bir inqilab etmələri lazımdır. Bizim nə hər hansı bir siyasi partiyaya, nə bir təriqətə, nə də filan-filan camaata ehtiyacımız var. İslam məhv edilir, dünyanın hər yerində Qurana qarşı mübarizə aparılır” məzmunlu danışığının əks olunduğu videoqovluq, xx.xx.2024-cü il tarixdə “status” bölməsində paylaşdığı “Şübhəsiz xilafət əsgərləri, hədəfə çatmağın yeganə yolunun Nəbi və əshabının yolu olduğunu bildilər və bu yolda öldürülmə, yaralanma, çətinliklər və sıxıntılar vardır. Necə ki, Allah Subhanəhu və Təala xəbər verdiyi kimi, sizdən əvvəlki toplumların başına gələnlər olmadan nə bir zəfər, nə də bir yardım vardır. Nə Məkkə, nə Qüds vardır, nə şəriət, nə də hökmranlıq vardır. Bu, zəfərə və möhkəmlənməyə aparan yeganə yoldur. Onlar ki, üzlərinə dəyən hər şeyə baxmayaraq, arxalarını dönüb geri addım atmadılar, istiqamətlərini şərqə və ya qərbə çevirmədilər, zalımlara meyl etmədilər. Heç bir tağutla yaxınlaşmadılar və heç bir mürtədlə yaxınlıq qurmadılar. Heç vaxt, rahatlıqla nəfsin onları dəyişməsinə icazə vermədilər. Rahatlıqda da, çətinlikdə də tövhidə bağlı qaldılar. Çətin gündə də, yaxşı gündə də cihada davam etdilər. Beləliklə, tövhid və cihad ilə, Məhəmmədi yolda səbat etdilər, səbr etdilər, səbirdə yarışdılar və ribat tutdular” sözləri yazılmış fotoşəkil, xx.xx.2025-ci il tarixdə paylaşdığı ABŞ-də Kaloforniya yanğınlarının görüntülərinin, “McDonalds”a məxsus iaşə obyektinin yanmasının xüsusi olaraq əks olunduğu, ərəb dilində lənət və bəddua danışılmaqla türk dilinə tərcüməsinin yazıldığı “Allahım, səlibçiləri sənə həvalə edirik. Allahım, onların təyyarələrini endir. Hərbi maşınlarını dağıt. Gəmilərini batır. Allahım, şübhəsiz ki, mücahid qulların sənin dininə kömək etmək və sözünü ucaltmaq üçün düşmənlərlə döyüşdə canlarını ortaya qoydular. Və bu yolda həyatlarını fəda etdilər. Allahım, onların üzərinə köməyini endir. Onlara tezliklə açıq-aşkar bir fəth bəxş et. Mücahidləri düşmənlərin üzərinə göndər və zalım qövmlərin qurtula bilməyəcəyi əzab və cəzanı onlara nazil et. Allahım, Amerikaya əzabını göndər. Allahım, Amerikaya bəlanı artır. Allahım, Amerikanı yerlə-yeksan et. Allahım, Amerikaya qasırğalar, zəlzələlər və bəlalar göndər. Allahım, onlara elə bəlalar ver ki, onlar bununla məşğul olub müsəlmanlardan uzaq dursunlar. Allahım, onlar üçün nə bayraq nə dövlət buraxma. Onları, onlardan sonra gələnlər üçün bir ibrət et”, ifadəsinin əks edildiyi videoqovluqla tanış olaraq bildirmişdir ki, həmin paylaşımlar onun tərəfindən “İŞİD”ə olan sevgisi və rəğbətinə görə edilmişdir. O, izləyicilərinin bu paylaşımları görmələrini və Azərbaycan dövlətini dini dövlət etmək yolunda mübarizədə həmin şəxslərlə birləşmələrini istəmişdir. O, həmin şəxslərlə birgə cihad etmək, ayağa qalxıb üsyanlar etmək istəmiş, hər hansı bir islam dövlətindən ona dəstək gələcəyi təqdirdə bu arzusuna daha tez çata biləcəyini düşünmüş, Azərbaycanı dini, yəni İslam dövləti etmək yolunda hər addımı dəstəkləyəcəkdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki o, aktiv sosial şəbəkə istifadəçisidir, “İnstagram” sosial şəbəkəsində “bizim_ofis_zaqatala_”, “Tiktok” sosial şəbəkəsində isə “əmlakçı” adı ilə qeydiyyatdan keçmişdir. “İnstagram” profilini təxminən 2022-ci ildə, “Tiktok” pofilini isə təxminən 2025-ci ilin avqust ayında qeydiyyatdan keçirmişdir. “İnstagram” sosial şəbəkəsində mövcud olan “umar_bin hattab” adlı sosial şəbəkə “profil”i ona tanış olsa da, həmin profilin kimin tərəfindən istifadə olunduğunu bilmir, istifadəçisi ilə hər hansısa bir münasibəti yoxdur, həmin “profiTi təxminən 2024-cü ildən izləyir. Yaşadığı rayonda evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olduğundan sosial şəbəkələrin aktiv istifadəçisidir. Satışda olan evləri sosial şəbəkələrdə onu izləyən şəxslərə təqdimat edərək reklamını həyata keçirir. “umar_bin hattab” adlı sosial şəbəkə “profiTi onun izlədiyi şəxslərdən olmuş, bununla yanaşı həmin “profil”in istifadəçisinin paylaşımlarını görmüşdür. O, “bizim_ofis_zaqatala_”adlı “profil”ini izləyən şəxslərin sayını artırmaq məqsədi ilə tanımadığı adamların paylaşımlarına rəy yazaraq bəyənmiş, bundan əlavə isə onların arasında dindar olan şəxslərə dostluq göndərmişdir. Buna səbəb isə Zaqatala sakinlərinin sosial şəbəkədə ev axtaran zaman reklam profilinin dindar məzmunlu paylaşımlar etdiklərini görən zaman həmin profilin sahibinə daha çox etibar etmişlər. O, müsəlman dini ayinlərini icra etdiyindən “umar_bin hattab” adlı sosial şəbəkə profilində islam dinini dünyaya yaymaqla bağlı paylaşımlar edildiyini, bunlardan əlavə olaraq “umar_bin_xattab” adlı profil hesabından terror təşkilatlarının tərkibində döyüşən şəxslər, döyüşlərdə istifadə olunan silahlar, eləcə də cihad və cihada çağırış barədə foto-videolar paylaşıldığını, həmin paylaşımların profilin 24 saat aktiv olan status bölməsində, eyni zamanda əsas səhifəsində yer aldığını görmüşdür. Həmin paylaşımların məzmununu xatırlasa da, sözlərini xatırlamır. O, əminliklə “umar_binhattab” adlı sosial şəbəkə “profiTinin paylaşımlarının məzmunlarının əsasən terror təşkilatları və Azərbaycanda dini dövlət yaratmaq fikirləri ilə bağlı olduğunu, paylaşımların çox hissəsinin “İŞİD”-i tərənnüm etməkdən ibarət olduğunu bildirmişdir. “bizim_ofis_zaqatala_” adlı “profil”i hal-hazırdada aktivdir və özünün istifadəsindədir. “umar_bin hattab” adlı instaqram profili də hazırda onun izlədikləri sırasındadır, lakin son zamanlar həmin “profil” tərəfindən paylaşımlar edilməmiş və edilən paylaşımlar silinmişdir. O, xx.xx.2025-ci il tarixdə istifasində olan “profil”dən “umar_bin hattab” adlı instaqram profili tərəfindən terror təşkilatının tank videosu ilə olan paylaşımına “Baqiyah bi iznillah” sözləri yazılmış rəy yazmaqla bəyənmiş, həmin rəyin mənası “Allahın izni ilə davam edəcək” olmuşdur. Onun yazdığı həmin rəyi profilin sahibi də bəyənmiş, ondan əlavə həmin paylaşımı 10 nəfərdən çox adam bəyənmiş və təxminən 5 nəfər şəxs isə rəy yazmışdır. O, “umar_bin hattab” adlı instaqram “profil”inin digər paylaşımlarını da bəyənsə də, rəy yazmamışdır. Terror və yaxud dini paylaşımları bəyənərək rəy yazmaqda məqsədi sosial şəbəkə istifadəçiləri tərəfindən diqqət çərərək dostluğunda olan şəxsləri artırmaq olmuşdur. Bu formada onun dostluğunda olan şəxslərin sayı 2000 nəfərə çatmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki o, yaşadığı kənddə bal istehsal edərək satışı ilə məşğul olduğu üçün istehsal etdiyi bal məhsullarını sosial şəbəkələrdə təqdimat edərək reklamını həyata keçirmişdir. Sosial şəbəkədən aktiv istifadə etmiş, “İnstagram” sosial şəbəkəsində mövcud olan “umar_binhattab” adlı sosial şəbəkə profilini 2024-cü ilin avqust-sentyabr aylarından izləsə də, həmin profilin istifadəçisini tanımamış, həmin şəxslə hər hansı münasibəti olmamışdır. “umar_binhattab” adlı profildə olan paylaşımlar onun diqqətini çəkdiyindən profili izləməkdən imtina etməmişdir. O, müsəlman dini ayinləri icra etdiyindən həmin profildə islam dini ilə bağlı paylaşımlarla yanaşı X14 Dövləti, İslam dövləti vilayət xorasan terror qruplaşmaları, onlara aid olan rəmzlər, onlara aid bayraqlar, bu terror təşkilatlarının tərkibində döyüşən şəxslər, döyüşlərdə istifadə olunan silahlar, eləcə də cihad və cihada çağırış barədə fotolar və videolar paylaşıldığını, həmin paylaşımların profilin 24 saat aktiv olan status bölməsində, eyni zamanda əsas səhifəsində yer almış, həmin paylaşımların məzmunu yadında olsa da, dəqiq sözlərini xatırlamır, paylaşımların məzmunları əsasən terror təşkilatları və Azərbaycanda dini dövlət yaratmaq fikirləri ilə olmuşdur. Demək olar ki, paylaşımların çox hissəsi İŞİD-i tərənnüm etməkdən ibarət olmuşdur. O, bir müsəlman kimi Azərbaycan Respublikasıda islam şərtləri ilə idarə olunan dövlətin olmasını və hər kəsin namaz qılmasını, xanımların çarşabda olmasını arzulayır. Lakin bunu dövlətdə hər hansısa bir üsyan qaldırmaqla yox, ölkə rəhbərliyinin qərarı ilə olmasının tərəfdarıdır. Heç zaman cihad etmək fikri olmamış, İran İslam Respublikasının dövlət siyasətini ölkəmizə qarşı olan mövqələrinə görə bəyənməsə də, İranın İslam dininə olan hörmətini daim dəstəkləmişdir. “balaken_ariciliq_” adlı “profil”! hal- hazırdada aktivdir və onun istifadəsindədir. “umar_bin hattab” adlı instaqram profili də hazırda onun izlədikləri sırasındadır, lakin son zamanlar həmin profilin paylaşımlar etmədiyini və paylaşımlarını sildiyini görmüşdür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməlinqvistik ekspertizasının 24 aprel 2025-ci il tarixli, 159 m nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd ağ rəngli DVD diskdə qeydə alınmış Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “İnstagram” platformasında admini olduğu “umar_bin hattab” adlı profildə “cihad”ı və “İDVX”ni təbliğ edən fotoşəkil və videogürüntülərin məzmununda dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran hərəkətlərin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən 18 fevral 2025-ci il tarixli, 3- 39/2-24/5-652/2025 saylı məktub əsasında dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dini məzmunlu məlumat materiallarından ibarət DVD diskdə ekspert qarşısında qoyulmuş suallara əsasən, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran hərəkətlər mövcuddur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməlinqvistik ekspertizasının 10 sentyabr 2025-ci il tarixli 4/1162 nömrəli rəyindən görünür ki,

1. Təqsirləndirilən şəxs istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsində admin olduğu “umar_ibn_hattab” (İnstagram.com Əumar_bin_________________hattab/) adı ilə qeydiyyatdan keçirdiyi səhifəsi vasitəsi ilə etdiyi paylaşımların məzmununda milli, dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin mövcudluğu müəyyən edilmişdir.

2. Təqsirləndirilən şəxs istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsində admin olduğu “umar_ibn_hattab” (İnstagram.comƏumar_bin_________________ hattab/) adı ilə qeydiyyatdan keçirdiyi səhifəsi vasitəsi ilə etdiyi paylaşımlar dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar hesab edilir.

3. Təqsirləndirilən şəxs istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsində admin olduğu “umar_ibn_hattab” (İnstagram.comƏumar_bin_________________ hattab/) adı ilə qeydiyyatdan keçirdiyi səhifəsi vasitəsi ilə etdiyi paylaşımların məzmununda nəzərdə tutulan dövlətin ərazisində terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə açıq çağırışlar etmə əlamətləri mövcuddur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 15 iyul 2025-ci il tarixli № 2276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməlləri törədərkən öz əməlinin faktiki xarakteri və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin X3 Baş İdarəsinin 17 iyun 2025-ci il tarixdə 9-1938 saylı məktundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonunun Dağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “umar_bin hattab” “profiTini yaradaraq, sosial şəbəkənin açıq seqmentində cihadı təbliğ edən, eləcə də “İŞİD”ə rəğbət bəsləyən radikal dini ideyaların (təkfirçilik) təsiri altında sosial şəbəkələrdə dini ekstremist məzmunlu materiallar paylaşır, həmçinin dini düşmənçiliyin salınmasına yönəlik hərəkətlər edir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “İnstagram” sosial şəbəkəsində mövcud olan “umar_bin hattab” və “mehrab_dadaşov” adlı hesablarda, digər təriqətlərə dair dözümsüzlük nümayiş etdirən, “cihad”ı təbliğ edən və “İŞİD” terror təşkilatına rəğbət bəsləyən fotolar və videolar paylaşıİmışdır. İş materiallarında olan 11 iyun 2025-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində istifadəsində olan “umar_bin hattab” şərti adlı profil hesabına baxış keçirilərkən paylaşılan foto və video materiallarda “İŞİD” və “İDVX” terror təşkilatları, onlara aid simvollar (bayraq), terror təşkilatına üzv olan ekstremistlərin münaqişə bölgəsindəki görüntüləri və “cihad”a çağırış şüarlarının əks olunmuş və qeyd olunanlar Təqsirləndirilən şəxs tərəfindən paylaşılmışdır. Təqsirləndirilən şəxs məxsus mobil foto-video materiallara baxış videoçəkilişlə qeydə alınaraq CD diskə köçürülərək protokola əlavə edilmişdir. 17 iyun 2025-ci il tarixdə 9-1938 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin X3 Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş materiallardan görünür ki, sosial mühəndislik tədbirləri həyata keçirilərək sorğu edilən sosial media hesabının istifadəçisi ilə əlaqə saxlanılmış, nəticədə sözügedən hesabın istifadəçisinin Təqsirləndirilən şəxs olmasına dəlalət edən faktlar aşkar edilmişdir. Həmçinin adıçəkilən şəxsin faktiki istifadəsində olması ehtimal edilən +**********68 saylı mobil telefon nömrəsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin X3 Baş İdarəsindən 09 iyul 2025-ci il tarixdə daxil olmuş 9-2228 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “İnstagram” platformasında “umar_bin_xattab" adlı profilinə baxış keçirilərkən aşağıdakı paylaşımlar aşkar edilmişdir:

1. xx.xx.2024-cü il tarixdə paylaşdığı "İslam Dövləti Xidmət Ofisi: Bu bizim əqidəmiz və mənhəcimizdir. Nübüvvət mənhəci üzərində xilafətin yenidən bərqərar olacağına inanırıq” ifadəsi əks edilmiş fotoşəkil;

2. 24 oktyabr 2024-cü ıl tarixdə paylaşdğı Yeni Suriya bayrağının rədd edilərək əvəzində İŞİD bayrağının görüntüləndiyi, üzərində İŞİD-çilər olan və İŞİD bayrağı dalğalanan, hərəkət edən tankın əks olunduğu videoqovluq;

3. 25 oktyabr 2024-cü il tarixdə paylaşdığı “Bizim yanımızda Rafizi şiələr şirk, riddət və fəsad tayfasıdır”. “Bir ölkədə küfrün şüarları yüksəldilirsə və idarəçilik İslam hökmləri əvəzinə küfür hökmlərinə görə həyata keçirilirsə, o diyar küfür diyarıdır ’. “Laiklik, müxtəlif bayraqları və müxtəlif yolları ilə birlikdə irqçilik, vətənpərvərlik, kommunizm və başçılıq açıq kufürdür. Bunlar İslamı pozan və insanı dindən çıxaran ünsürlərdir". “Cihad təxirə salınmaz. Hər bir mömin təkbaşına qalsa belə Allahın düşmənləri ilə savaşmalıdır” ifadələri əks edilmiş fotoşəkil;

4. 27 oktyabr 2024-cü il tarixdə paylaşdığı “İŞİD”-in qara rəngli bayrağının fonunda "İbrahim və yanındakılar qövmlərinə demişdir ki, biz səndən uzağıq. Allahdan başqa ibadət etdiklərinizdən də uzağıq. Sizi inkar edirik, sizi rədd edirik, sizi təkfir edirik. Bir olan Allaha iman edincəyə qədər, bir olan Allaha ibadət edincəyə qədər, ibadətlərinizdə Allahı birləyənə qədər bizimlə sizin aranızda ədavət və kin ortaya çıxmışdır və elan edilmişdir. Bax İbrahimin dini budur” ifadələrinin görüntüləndiyi videoqovluq;

5. 02 noyabr 2024-cü il tarixdə paylaşdığı İŞİD-in bayrağı asılmış binanın göstərildiyi, “Ey müsəlmanlar Xilafətinizə gəlin!” sözlərinin yazıldığı, nəşidlərin, dini marşların səsləndirildiyi, “Budur Xilafət quruldu. Haydı qardaşım, hicrət et. Hicrət et bu torpaqlara” ifadələri ilə İŞİD-in tərənnüm olunduğu videoqovluq;

6. 23.01 2025-ci il tarixdə paylaşdığı “Cihad nədir, bilirsinizmi? Dəyərli qardaşlar, cihad o deməkdir ki, İraqda 40 bakirə bacımızın namusuna toxunan Amerika əsgərlərinin başına güllə sıxmaqdır. Onları yerə yıxıb başlannı kəsməkdir. Bax, cihad budur - X9” fikirlərinin səsləndiyi videoqovluq;

7. 2024-cü ilin noyabr ayında paylaşdığı İŞİD bayrağı tutmuş ekstremistlərin fotoşəkli fonunda rus və türk dillərində qısa danışıqlar olan “Ö kişilər ki, hər an həyatlarını fəda etməyə hazırdır və həyatını fəda edir. Bax kişi budur... Əgər sən kişisənsə get ümmətini qurtar. Peyğəmbərin səhabəsinə Şam şəhərinə tərəf getməsini deməsi barədə hədisi oxuyur. "Şam tərəfə gedəcəksən! Düşmənlər müsəlmanlara qarşı bir araya gələcək ifadələri işlədilmiş videoqovluq;

8. xx.xx.2024 cü il tarixdə paylaşdığı əllərində İŞİD-in bayrağını və silah tutmuş ekstremist qruplaşma üzvlərinin fotoşəkillərinin görüntüləndiyi, türk dilində ‘X11 otuz ayəyə yaxın yerdə hakimiyyətin yalnız Allaha aid olduğunu bildirir. Qanun qoyma səlahiyyətinin insanda deyil, tamamilə Allahda olduğunu söyləyir. İnsanların qanun qoymağa səlahiyyətli olmadığını bildirir. Əgər insan qanun qoyarsa, özünü Allaha şərik qoşmuş olacağını bəyan edir. Allahın hökmü ilə hökm verməyin vacibliyini izah edir. Allahın hökmü ilə hökm verməyənlərin küfr, zülm və fasiqlik etdiyini bildirir. Tək uyulmalı olan sistemin şəriət olduğunu bildirir. Bütün bunların hamısının altında bir ayə vardır. Quran belə dedikdən sonra bütün dünya alimləri bir araya gəlib insanın da qanun qoymağa haqqı olduğuna dair imza atsalar, bu nə ifadə edər? Həqiqəti bu ayələrdən öyrənən bir müsəlman üçün bu söz nə ifadə edər? Heç nə ifadə etməməlidir” məzmunlu çıxışlarının əks olunduğu videoqovluq;

9. xx.xx.2024-cü il tarixdə paylaşdığı ekstremist qruplaşma üzvlərinin görüntüləndiyi, əlində silah tutan “cihadçı”nın “Bu torpaqları fəth edən cihaddır. Bu torpaqları bizə vətən edən cihaddır. Ərəbistanı, Şimali Afrikanı, Hindistanı, X12 aparan cihaddır. Hoşgörü dedikləri yəhudi fəlsəfəsi və anlayışı deyil. Hoşgörü peyğəmbərləri kimi görünənlərin, saxta peyğəmbərlik edənlərin müsəlmanları hara apardıqlarını gördük. Buna görə də müsəlmanların burada bir inqilab etmələri lazımdır. Bizim nə hər hansı bir siyasi partiyaya, nə bir təriqətə, nə də filan-filan camaata ehtiyacımız var. İslam məhv edilir, dünyanın hər yerində Qurana qarşı mübarizə aparılır" məzmunlu çıxışının əks olunduğu videoqovluq;

10. xx.xx.2024-cü il tarixdə status bölməsində paylaşdığı "Şübhəsiz xilafət əsgərləri, hədəfə çatmağın yeganə yolunun Nəbi və əshabının yolu olduğunu bildilər və bu yolda öldürülmə, yaralanma, çətinliklər və sıxıntılar vardır. Necə ki, Allah Subhanəhu və Təala xəbər verdiyi kimi, sizdən əvvəlki toplumların başına gələnlər olmadan nə bir zəfər, nə də bir yardım vardır. Nə Məkkə, nə Qüds vardır, nə şəriət, nə də hökmranlıq vardır. Bu. zəfərə və möhkəmlənməyə aparan yeganə yoldur. Onlar ki, üzlərinə dəyən hər şeyə baxmayaraq, arxalarını dönüb geri addım atmadılar, istiqamətlərini şərqə və ya qərbə çevirmədilər, zalımlara meyl etmədilər. Heç bir tağutla yaxınlaşmadılar və heç bir mürtədlə yaxınlıq qurmadılar. Heç vaxt, rahatlıqla nəfsin onları dəyişməsinə icazə vermədilər. Rahatlıqda da, çətinlikdə də tövhidə bağlı qaldılar. Çətin gündə də, yaxşı gündə də cihada davam etdilər. Beləliklə, tövhid və cihad ilə, Məhəmmədi yolda səbat etdilər, səbr etdilər, səbirdə yarışdılar və ribat tutdular" ifadələri yazılmış fotoşəkil;

11. xx.xx.2025-ci il tarixdə paylaşdığı ABŞ-da Kaloforniya yanğınlarının, xüsusilə “McDonalds”a məxsus iaşə obyektinin yanması görüntülərinin əks olunduğu, ərəb dilində lənət və bəddua edilməklə türk dilinə tərcüməsinin yazıldığı “Allahım, səlibçiləri sənə həvalə edirik. Allahım, onların təyyarələrini endir. Hərbi maşınlarını dağıt. Gəmilərini batır. Allahım, şübhəsiz ki, mücahidqulların sənin dininə kömək etmək və sözünü ucaltmaq üçün düşmənlərlə döyüşdə canlarını ortaya qoydular və bu yolda həyatlarını fəda etdilər. Allahım, onların üzərinə köməyini endir. Onlara tezliklə açıq-aşkar bir fəth bəxş et. Mücahidləri düşmənlərin üzərinə göndər və zalım qövmlərin qurtula bilməyəcəyi əzab və cəzanı onlara nazil et. Allahım, Amerikaya əzabını göndər. Allahım, Amerikaya bəlanı artır. Allahım, Amerikanı yerlə-yeksan et, Allahım, Amerikaya qasırğalar, müsəlmanlardan uzaq dursunlar. Allahım, onlar üçün nə bayraq, nə dövlət buraxma. Onları, onlardan sonra gələnlər üçün bir ibrət et” ifadələrinin əks olunduğu videoqovluq.

12. İş materiallarında olan 8 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" markalı 01 ədəd mobil telefon, ona qurraşdırılmış 01 ədəd Azərfon MMC mobil operatoruna məxsus +**********95 saylı və 01 ədəd Azərfon MMC mobil operatoruna məxsus +**********68 saylı simkarlar iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 5/921 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-komputer-texniki ekspertizası, komputer –texniki obyektlərinin tətqiqi ekspertizasının rəyinə əsasən: 1.Təqdim edilmiş obyektin sensor ekran və Android 12 əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Poco X3 Pro” markalı M2102J20SG modelli **********87260, **********87278 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. 2.Təqdim edilmiş “Poco X3 Pro” markalı M2102J20SG modelli mobil smartfonun yaddşından UFED 4PC adlı proqram təminatı vasitəsilə əldə edilmiş məlumatların bu tip mobil cihaz yaddaşında hal-hazırda mövcud olan və silinmiş məlumatlar (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, brauzerin axtarış nəticəsi, Note qeydləri, proqram təminatında aparılmış məlumat mübadiləsi vəs.) əasında tərtib edilən (reporthesabat) hesabat “Ekspertiza 5-921” adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. 3.Mobil smartfon üzərində tətbiq edilmiş xüsusi proqram təminatında “Fiziki” çıxarılma metodumövcud olmadığından, cihazın yaddaşında tam silinmiş məlumat üzrə tədqiqat işi aparılmamışdır.Yuxarıda göstərilənləri və tədqiqatın offline rejimdə aparılmasını nəzərə alaraq ekspert qarşısında qoyulmuş sualda qeyd olunan “umar-bin-xattab” profilinə aid suallar üzrə tədqiqatın aparılması mümkün olmadı. 4.Mobil cihaz yaddaşında xarici ölkə vətəndaşlarına aid nömrələrin hansı adla yadda saxlanıldığı hasnı sosial şəbəkələr üzrə məlumat mübadiləsinin aparıldığı UFED 4PC proqram təminatı ilə əldə edilmiş hesabatın (Çat, Kontakt və Call Logs bölmələrində öz əksini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin i167- 3.1, 214-2, 283.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 283.1-1-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəlləsinin 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Həmin Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra hakimiyyəti Başçısının Quba rayonunun Dağlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Quba rayonunun Dağlı kəndində yaşadığı müddətdə sakinlər arasında özünü nizam-intizamlı aparmışdır. Onun barəsində Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyə əhali tərəfindən heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X7 istintaqa daxil olmuş 18 iyul 2025-ci il tarixli, 3-39-9/1-2350/25 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 istintaqa daxil olmuş 21 iyul 2025-ci il tarixli, 3-39-9/1-2373/25 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 167-3.1-ci maddəsinə əsasən Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. 214-2-ci maddəsinə əsasən Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 283.1-ci maddəsinə əsasən Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə-səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 283.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut hesab edilən 01 ədəd "xxxx" markalı mobil telefon, ona quraşdırılmış 01 ədəd Azərfon MMC mobil operatoruna məxsus +**********95 saylı və 01 ədəd Azərfon MMC mobil operatoruna məxsus +**********68 saylı simkartlar dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351- 353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə maddi sübut hesab edilən 01 ədəd "xxxx" markalı telefon cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar