Məhkəmə qərarları › İş №1(027)-16/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-16/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-16/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Zərər çəkən şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Quba rayonu, Mirzəməmmədkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 01 il 01 ay 28-gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 13 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuş, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Nəsimi küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 15 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində, sərxoş vəziyyətdə Quba şəhərinin H.Əliyev prospektində yerləşən köhnə avtovağzal ərazisindəki “Kanon” aptekin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməklə qəsdən əlləri ilə Zərərçəkmiş şəxs Flacıqulu oğlunun əynindəki 73 manat dəyərində qış gödəkçəsini dartıb bir neçə yerdən qəsdən cıraraq yararsız hala salmış, sonuncuya məxsus Vaz 2105 markalı, **-BX-*** dövlət-qeydiyyat nişanlı avtomobilin 27 manat dəyərində sol yan güzgüsünü qəsdən əli ilə vuraraq qırmış və qəsdən sonuncunu ucadan nalayiq ifadələrlə söyüb təhqir etməklə döyüb ona boynunda solda sıyrıq, sağ bazunun orta 3/1-nin bayır səthində qançırla nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə axşam üstü Quba şəhəri ərazisində spirli içki içdikdən sonra Quba şəhərinin “köhnə avtovağzal” ərazisinə getmişdir ki, taksi sürücüsünün vasitə ilə Bakı şəhərindən ona göndərilmiş 50 manat pulu götürsün. Saat 22 radələrində avtovağzal ərazisindəki “Kanon” aptekin qarşısında olarkən, spirli içki içdikdən sonra, özünü idarə edə bilmədiyi üçün dövlət nömrə nişanını xatırlamadığı Vaz 2105 markalı avtomaşının yan güzgüsünü əli ilə vurub sındırmışdır. Həmin avtomobilin sürücüsü ona yaxınlaşıb nə üçün avtomaşınının güzgüsünü sındırdığını soruşduqda, onunla mübahisə etməyə başlamışdır. Sərxoş olduğu üçün həmin sürücünün ünvanına nalayiq söyüşlər söyərək onunla əlbəyaxa olub tutaraq itələməyə başlamışdır. Həmin vaxt avtomobilin sahibinin əynində olan gödəkcə cırılmışdır. Ətrafda olan tanımadığı adamlar onları ayırarkən, hadisə yerinə polis əməkdaşları gəlib onun Quba rayon polis şöbəsinə aparmışlar..İfadəsinin sonunda Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki o, etibarnamə əsasında idarə etdiyi qırmızı rəngli Vaz 2105 markalı, **-BX-*** dövlət- qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 15 noyabr 2021-ci il tarixdə, saat 21:45 radələrində avtomobilini Quba şəhərinin H.Əliyev prospektində yerləşən “köhnə avtovağzal” ərazisindəki “Kanon” aptekin qarşısında saxlayıb şəxsi işləri ilə əlaqədar avtovağzala içərisinə girmişdir. Avtomobilinə tərəf yaxınlaşanda, tanımadığı bir nəfər orta yaşlı adamın əli ilə onun avtomaşının sol yan güzgüsünü sındırdığını görüb, dərhal həmin şəxsə yaxınlaşb hansı səbəbdən güzgünü sındırdığını soruşmuşdur. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu üçün onunla mübahisə etməyə başlamışdır. Nadim onun yaxasından tutaraq onun ünvanına nalayıq söyüşlər söyərək onu vurmağa çalışmışdır. Nadimlə əlbəyaxa olan zaman əynində olan gödəkcə bir neçə yerdən cırılmışdır. Həmin vaxt ətrafa toplaşmış çoxsaylı insanlar onları ayırmağa çalışmışlar. Nadim isə sakitləşmək əvəzinə daha da qızışaraq hərəkətlərini davam etdirərək onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt ora gələn polis əməkdaşları Nadimin qolundan tutaraq onu xidməti polis avtomobillinə mindirib aparmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Quba Regional Mühafizə şöbəsində polis nəfəri vəzifəsində işləyir. 15 noyabr 2021-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Quba şəhərinin mərkəz ərazisində xidməti avtomobillə sutkalıq xidmətə təyin olunmuşlar. Saat 22:15 radəsində “köhnə avtovağzal” ərazisinə “Kanon” aptekin qarşısında olarkən görmüşdür ki, bir nəfər 45 yaşlarında olan şəxs ucadan nalayiq söyüşlər söyərək 50 yaşlarında olan şəxsin yaxasından tutub həmin adamı o tərəf bu tərəfə itələyir. Ətrafa toplaşımış adamlar isə onları ayırmağa çalışırlar. Həmin şəxsə yaxınlşanda sərxoş olduğu müəyyən olunmuşdur. Adı ona sonradan məlum olan Quba rayon sakini Təqsirləndirilən şəxs onları görüb daha da qızışaraq ağır söyüşlər söyməyə başlamışdır. İş yoldaşı Muradın göməkliyi ilə Nadimi xidməti avtomobillərinə mindirib onu Quba rayon Polis şöbəsinə aparıb raportl tərtib eərək onu növbətçi hissəyə təhvil vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materialında olan Quba rayon MTE və PA şöbəsinin 16.11.2021-ci il tarixli, 1109 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş boynunda solda sıyrıq, sağ bazunun orta 3/1 -nin bayır səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 15.11.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İşdə olan ziyan aktından görünür ki, “VAZ 2105” markalı, **-BX-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün sınması nəticəsində dəymiş ziyan 27 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Quba MRX-nın 25.11.2021-ci il tarixli, 2512 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba MRX-nın X3 psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 17.11.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qırmızı Qəsəbə, Nəsimi küçəsi 7 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan 17.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç ir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və qərardan gürünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 28-gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 13 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.1-cü maddəsinə əsasən böyük içtimai təhlükəli törətməyən cinayətlər zamanı cinayətin residivi nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPМ-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli, Təqsirləndirilən şəxs, qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar