Məhkəmə qərarları › İş №1(027)-16/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-16/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-16/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmayan, subay, işləməyən, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1993-cü il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə və bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 9,95 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə qurudulmuş marixuanadan 14 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Quba rayonu. Barlı kəndində yaşadığı evə qonaq gəlmiş Təqsirləndirilən şəxs2 bir ədəd kağız bükülüdə təmiz çəkisi 7,69 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əvəzsiz olaraq vermiş, qalan bir ədəd bükümdə və bir ədəd kibrit qutusunda ümumi çəkisi 2,26 qram çəkidə qurudulmuş marixuananı isə üzərində saxlamış, 14 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu. Barlı kəndində yaşadığı evin həyətində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd bükümdə və bir ədəd kibrit qutusunda ümumi çəkisi 2,26 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 14 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Quba rayonu Barlı kəndində tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində sonuncudan əvəzsiz olaraq, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 7,69 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 14 sentyabr 2022- ci il tarixdə saat 03 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Barlı kəndində tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd bükümdə təmiz çəkisi 7,69 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibində olan “Keno” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası da onun kimi narkoti vasitə istifadəçisi olmuşdur. Atası vəfat etdikdən sonra, atasının evdə olan paltarının cibindən iki ədəd qurudulmuş marixuana toxumu tapmışdır. Tapdığı toxumları birini 2022-ci ilin yay aylarında Quba rayonu Barlı kəndində yaşadığı evin həyətində dibcəkdə əkmişdir. Əkdiyi bitkidən yığdığı yarpaqları qurudub evdə özü istifadə etmək üçün saxlamışdır. 15 gün əvvəl yaşadığı evin həyətində həmin dibçəkdə yenidən nəşə kolu əkmişdir. Təqsirləndirilən şəxs2 onun xalası oğludur. Elmar narkotik vasitələrdən istifadə edir və Xaçmaz şəhərində yaşayır. 12 senytabr 2022-ci il tarixdə Elmar anası ilə birlikdə onlara qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Elmarla həyətlərində oturub söhbət edərkən Elmar ondan marixuana istəmişdir. Əvəlcə Elmara marixuana vermək istəməsədə Elmarın təkidindən sonra, əkdiyi koldan yığıb özü üçün saxladığı qurudulmuş marixuanadan bir ədəd kağız bükümdə pulsuz və təmənnasız xalası oğlu Elmara vermişdir. Elmar da həmin otun çubuqlarını təmizləyib başqa bir kağızda büküb bir siqaret qutusuna, təmizlədiyini isə başqa bir kağıza büküb başqa bir siqaret qutusuna qoymuşdur. 14 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Elmarla yaşadığı evin həyətində oturub söhbət edən zaman, onların həyətlərinə Quba rayon polis şöbəsinin bir neçə əməkdaşı gəlib özlərini təqdim edərək narkotik vasitə istifadəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış aparılacağını onlara bildirmişlər. Bundan sonra, hüquqularını müdafiə etmək üçün ona və xalası oğlu Elmara vəkil təqdim edilmiş və videoçəkilişlə onun və Elmarın üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd alışqan, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd kibrit qutusu, üç ədəd kağız büküm, əynindəki şalvarın arxa sağ cibindən “Samsung 03 S” markalı mobil telefon aşkar edilmişdir. Kağız bükümlərdən biri açıldıqda içində iki ədəd bitki toxumu aşkar edilmişdir. Sorğu zamanı o, həmin bitki toxumlarını əvvəl həyətdə əkdiyi narkotik tərkibli çətənə kolundan yığdığını, həyətində bir ədəd dibçəkdə narkotik tərkibli çətənə kolu olduğunu, həmin kolu 15 gün əvvəl əkdiyini etiraf etmişdir. Bundan sonra digər kağız bükümlərə və kibrit qutusunun içinə baxış keçirilmiş, hər iki kağız bükümün və kibrit qutusunun içində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. O həmin kütlələrin qurudulmuş marixuana olduğunu, əvvəl həyətində əkdiyi narkotik tərkibli çətənə kolundan yığdığını bildirmişdir. Polis əməkdaşları tərəfində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşlarına həyətdə əkdiyi dibcəkdəki marixuana bitkisinidə təqdim etmişdir. Dibcəkdə əkdiyi nəşə bitkisinin ölçüsü (uzunluğu) polis əməkdaşları tərəfindən ölçüldükdə 13 sm olmuşdur. Sonra polis əməkdaşları dibcəkdə əkdiyi nəşə bitkisini çıxararaq elektron tərəzidə çəkərək zərfə qoyub qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən xalası oğlu Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və bu vaxt Elmarın əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 6 manat pul, iki ədəd “Keno” markalı siqaret qutusu, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd alışqan aşkar edilmişdir. Siqaret qutularının içindən çətənə bitkisinin çubuqları olan kağız büküm və digərindən içərisində qurudulmuş marixuana olan kağız büküm aşkar edilmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Həmçinin əkdiyi çətənə kolunu da tam yetişdikdən sonra öz istifadəsi üçün marixuana əldə etmək məqsədilə əkmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Elmara qurudulmuş marixuananı təkid etdiyi üçün təmənnasız vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, cavan olmasını və ailələrində yegnə qazanc gətirən şəxs olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. 12 sentyabr 2022-ci il tarixdə anası ilə birlikdə yaşadığı Xaçmaz şəhərindən Quba rayonu, Barlı kəndində yaşayan xalası oğlu Təqsirləndirilən şəxs1 evinə qonaq gəlmişdir. 14 sentyabr 2022-ci il tarixdə gecə saatlarında xalası oğlu Müqəddəslə həyətlərində oturub söhbət edən zaman, Müqəddəsin də marixuanadan istifadə etdiyini bildiyi üçün ondan marixuana istəmişdir. Xalası oğlu Müqəddəs əvvəlcə ona marixuana vermək istəməsədə onun israrlı təkidindən sonra o, bir ədəd kağız bükümdə qurudulmuş marixuana cibindən çıxarıb ona vermişdir. Kağız bükümün içində marixuana otu çubuqları ilə birlikdə olduğu üçün o, çubuqları otdan təmizləmiş və ayrı-ayrı kağız bükümlərə qoyub cibindəki boş siqaret qutularına yığmışdır. Həmin gecə həyətdə oturub Müqəddəslə söhbət edən zaman həyətə polis əməkdaşları gəlib özlərini təqdim edərək narkotik vasitə istifadəsində şübhəli olduqlarını və tutulduqlarını bildirmişlər. Hüquqlarını müdafiə etmək üçün onlara vəkil təqdim edildikdən sonra, həyətində videoçəkilişdən istifadə edilməklə hər iksinin üzərinə şəxsi axtarış keçirilmişdir. Müqəddəsin üzərinə şəxsi axtarış aparılan zaman, onun əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd alışqan, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd kibrit qutusu, üç ədəd kağız büküm, əynindəki şalvarın arxa sağ cibindən “Samsung 03 S” markalı mobil telefon aşkar edilmişdir. Kağız bükümlərdən birinin içində iki ədəd bitki toxumu aşkar edilmişdir. Müqəddəs həmin bitki toxumlarını əvvəl həyətdə əkdiyi narkotik tərkibli çətənə kolundan yığdığını, hazırda da həyətində bir ədəd dibçəkdə narkotik tərkibli çətənə kolu olduğunu, həmin kolu 15 gün əvvəl əkdiyini bildirmişdir. Bundan sonra digər kağız bükümlər və kibrit qutusu açılmış, hər iki kağız bükümün və kibrit qutusunun içində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və bu vaxt əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 6 manat pul, iki ədəd “Keno” markalı siqaret qutusu, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd alışqan aşkar edilmişdir. Siqaret qutularının içindən çətənə bitkisinin çubuqları olan kağız büküm və digərindən içərisində qurudulmuş marixuana olan kağız büküm aşkar edilmişdir. Aşkar olunmuş həmin qurudulmuş marixuana Müqəddəsin ona verdiyi qurudulmuş marixuana olmuşdur. O üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Həmin qurudulmuş marixuananı Müqəddəsdən təkidlə istifadə etmək üçün istəmiş, qohum olduqları üçün Müqəddəs də təmənnasız ona vermişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 sentyabr 2022-ci il tarixdə, saat 03:30 radələrində Quba rayonu, Barlı kəndində Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində saxlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü və digər iştirakçıları təqdim edərək narkotik vasitələrin istifadəsində, saxlanılmasında, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin becərilməsində şübhəli olmasını bildirilərək hüquq və vəzifələri izah edilərək hər iki şəxsə vəkil təqdim olunmaqla üzərlərinə şəxsi axtarış keçiriləcəyini, buna etirazları olub-olmamalarını soruşmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir etirazları olmadığını bildirmişlər. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olub-omadığını soruşmuş, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü narkotik tərkibli çətənə bitkisi əkib yetişdirərək əldə etdiyini, hazırda həyətində də dibçəkdə bir ədəd çətənə kolu olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, Elmar da, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu səmimi etiraf etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirmiş. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd alışqan, sağ yan cibindən şəxsiyyət vəsiqəsi, bir ədəd kibrit qutusu, üç ədəd kağız büküm, əynindəki şalvarın arxa sağ cibindən “Samsung 03 S” markalı mobil telefon aşkar edilmişdir. Kağız bükümlərdən biri açıldıqda, içində iki ədəd bitki toxumu aşkar edilmişdir. Bundan sonra kağız bükümlərdən ikincisi, üçüncüsü və kibrit qutusu açılmış, hər iki kağız bükümün və kibrit qutusunun içində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Kibrit qutusu içində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 4,2 qram gəlmişdir. Bundan sonra iki kağız büküm açılmış, bir kağızda kütlə az, az miqdarda olan kütlə o biri kağızdakı kütlənin üzərinə əlavə edilmiş və elektron tərəzidə çəkilmiş, çəkisi 0,4 qram gəlmiş və hamısı birlikdə bir zərfə qoyularaq möhürlənib götürülmüş. Təqsirləndirilən şəxs1 və vəkili həmin zərfi imzalamışdır. Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirmiş. Elmarın əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 6 manat pul, iki ədəd “Keno” markalı siqaret qutusu, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və bir ədəd alışqan aşkar edilmişdir. Siqaret qutularının içinə təhqiqatçı tərəfindən baxıldıqda, birindən çətənə bitkisinin çubuqları olan kağız büküm və digərindən içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. İçində marixuanaya oxşar kütlə olan kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 10,5 qram gəlmişdir. Bundan sonra çətənə bitkisinin çubuqları olan kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,8 qram gəlmiş və iki büküm birlikdə bir zərfə qoyularaq möhürlənib götürülmüş. Təqsirləndirilən şəxs2 və vəkili həmin zərfi imzalamışdır. Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əkdiyi çətənə kolunun yerini göstərməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində bir ədəd dibçəkdə əkdiyi çətənə kolunu təqdim etmişdir. Baxışda iştirak edən aqranom bitkinin narkotik tərkibli çətənə kolu olduğunu, aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin bitki torpaqdakı kökündən çıxarılmış və ölçülmüş, uzunluğunun 13 sm olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, çəkisi 5,9 qram gəlmişdir. Həmin bitki də zərfə qoyularaq möhürlə möhürlənib götürülmüşdür. Müqəddəs və vəkili həmin zərfi də imzalamışdır. Bundan sonra Müqəddəsin yaşadığı evə baxış keçirilmiş, qanunsuz hər hansı bir əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclaslarda iştirak etməmişlər. İş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqa verdiyi ifadələri məhkəmədə elan edilərkən məlum oldu ki, onlar da digər şahidlər Şahid3 və Şahid4 göstərdikləri ilə analoji ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri və onların təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs1 yaşadığı Quba rayonu, Barlı kəndindəki evin həyətində giriş qapısının önündə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində, saxlanılmasında, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin becərilməsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilərək hər iki şəxsə vəkil Müdafiəçi1 və Müdafiəçi2 təqdim olunmaqla iştirakları ilə üzərlərinə şəxsi axtarış keçiriləcəyini, buna etirazı olub-olmamalarını soruşmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir etirazları olmadığını bildirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olub-omadığını soruşduqda, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü narkotik tərkibli çətənə bitkisi əkib yetişdirərək əldə etdiyini, hazırda həyətində də dibçəkdə bir ədəd çətənə kolu olduğunu etiraf edir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o da, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu səmimi etiraf edir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirir, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd alışqan, sağ yan cibindən şəxsiyyət vəsiqəsi, bir ədəd kibrit qutusu, üç ədəd kağız büküm, əynindəki şalvarın arxa sağ cibindən “Samsung 03 S” markalı mobil telefon aşkar edilir. Kağız bükümlərdən biri açıldıqda içində iki ədəd bitki toxumu aşkar edilir. Bundan sonra kağız bükümlərdən ikincisi, üçüncüsü və kibrit qutusu açılır, hər iki kağız bükümün və kibrit qutusunun içində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilir. Kibrit qutusu içində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilir, çəkisi 4,2 qram gəlir. Bundan sonra iki kağız büküm açılır, bir kağızda kütlə az, az miqdarda olan kütlə o biri kağızdakı kütlənin üzərinə əlavə edilir və elektron tərəzidə çəkilir, çəkisi 0,4 qram gəlir və hamısı birlikdə bir zərfə qoyularaq möhürlənib götürülür, Təqsirləndirilən şəxs1 və vəkili həmin zərfi imzalayır. Şəxsiyyət vəsiqəsi və mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülür, alışqanı isə qaytarılır. Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirir, onun əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 6 manat pul, iki ədəd “Keno” markalı siqaret qutusu, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və bir ədəd alışqan aşkar edildi. Siqaret qutularının içinə təhqiqatçı tərəfindən baxıldıqda birindən çətənə bitkisinin çubuqları olan kağız büküm və digərindən içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilir. İçində marixuanaya oxşar kütlə olan kağız büküm elektron tərəzidə çəkilir, çəkisi 10,5 qram gəlir. Bundan sonra çətənə bitkisinin çubuqları olan kağız büküm elektron tərəzidə çəkilir, çəkisi 1,8 qram gəlir və iki büküm birlikdə bir zərfə qoyularaq möhürlənib götürülür, Təqsirləndirilən şəxs2 və vəkili həmin zərfi imzalayır. Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs1 əkdiyi çətənə kolunun yerini göstərməyi təklif olunur. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına yaşadığı evin həyətində bir ədəd dibçəkdə əkdiyi çətənə kolunu təqdim edir. Baxışda iştirak edən aqranom bildirir ki, həmin bitki narkotik tərkibli çətənə koludur, aqrotexniki qulluq olunmuşdur. Həmin bitki torpaqdakı kökündən çıxarılır və ölçülür, uzunluğunun 13 sm olduğu müəyyən edilir, elektron tərəzidə çəkilir, çəkisi 5,9 qram gəlir. Həmin bitki də zərfə qoyularaq möhürlə möhürlənib götürülür, Təqsirləndirilən şəxs1 və vəkili həmin zərfi də imzalayır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə də baxış keçirilir, qanunsuz hər hansı bir əşya və ya narkotik vasitə aşkar edilmir. İş materiallarında olan: Təqsirləndirilən şəxs1 üzərində “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-cı il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayon Barlı kəndinə yaşayan Təqsirləndirilən şəxs1 evinin həyətində şübhəli şəxs kimi tutulmuş, üzərinə şəxsi axtarış keçirildiyi zaman Müqəddəs Zeynalovun əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir alışqan, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd kibrit qutusu, üç ədəd kağız büküm, əynindəki şalvarın arxa sağ cibindən “Samsung 03 S” markalı mobil telefon aşkar edildi. Kağız bükümlərdən biri açıldıqda içində iki ədəd bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitə marixuana çəkəndir, həmin bitki toxumlarını əvvəl həyətdə əkdiyi narkotik tərkibli çətənə kolundan yığmışdır, həyətində dibçəkdə narkotik tərkibli çətənə kolu var, 15 gün bundan əvvəl əkmişdir. Bundan sonra kağız bükümlərdən ikincisi, üçüncüsü və kibrit qutusu açılmış, hər iki kağız bükümün və kibrit qutusunun içində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bu kütlələri həyətində özü əkdiyi narkotik tərkibli çətənə kolundan yığmışdır. Kibrit qutusu içində olan kütlə ilə birlikdə “Constant” markalı elektron tərəzidə çəkilmiş, çəkisi 4,2 qram gəlmişdir. İki kağız büküm açılmış, bir kağızda kütlə az, kağız qalın olduğundan çəkinin müəyyən edilməsi üçün az miqdarda olan kütlə o biri kağızdakı kütlənin üzərinə əlavə edilmiş və elektron rərəzidə çəkilən zaman çəkisi 0,4 qram gəlmişdir. Bükümlər zərfə qoyularaq möhürlənərək götürülmüşdür; Təqsirləndirilən şəxs2 üzərinə “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 40, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində saxlanılaraq şübhəli şəxs kimi tutulmuş, üzərinə şəxsi axtarış keçirildiyi zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 6 manat pul, iki ədəd “Keno” markalı siqaret qutusu, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir alışqan aşkar edilmiş, siqaret qutularının içinə baxdıqda içərisindən narkotik tərkibli çətənə koluna oxşar bitki çubuqları olan kağız büküm və digərindən narkotik vasitə marixuanaya oxşar kütlə olan kağız büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitə marixuanaya oxşar kütləni ona xalası oğlu Təqsirləndirilən şəxs1 Zakir oğlu çəkməsi üçün pulsuz vermiş, verəndə üstündə çubuqları olmuş, özü çubuqları ayırıb ayrıca kağızda digər siqaret qutusuna yığmışdır. İçində narkotik vasitəyə oxşar kütlə olan kağız büküm “Constant” markalı elektron tərəzidə çəkilmiş, çəkisi 10,5 qram gəlmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna oxşar bitki çubuqları olan kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,8 qram gəlmişdir. İki büküm birlikdə bir zərfə qoyularaq möhürlənərək götürülmüşdür; “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Quba rayon Barlı kəndindəki evinin həyətində şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs1 həyətinə baxış keçirilmiş, baxış zamanı həyətdəki yarımtikilinin yarımçıq divarı üzərinə qoyulmuş içi yaş torpaqla dolu vedrə şəkilli dəmir dibçəkdə əkilmiş bir ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom E.Nöhbalayev bildirmişdir ki, bu bitki narkotik tərkibli çətənə koludur, aqrotexniki qulluq olunmuşdur. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, bu bitkini özü çəkmək üçün istifadə etməsindən ötrü 15 gün əvvəl əkmişdir. Həmin bitki torpaqdakı kökündən çıxarılmış və ölçülmüşdür, uzunluğu 13 sm gəlmişdir. Elektron tərəzidə çəkilən zaman çəkisi 5,9 qram gəlmişdir. Həmin bitki bir zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/1030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,77 qram, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,49 qram və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş təmiz çəkisi 7,69 qram maddələr, tərkiblərinə görə eyni olub narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 aşkar edilmiş iki ədəd ümumi çəkisi 0,09 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. Təqsirləndirilən şəxs1 məxsus dibçəkdən aşkar edilərək götürülmüş bir ədəd yaş vəziyyətdə təmiz çəkisi 6,90 qram olan bitki, qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkiyə aqrotexniki qulluq edilmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş ümumi sayı 6(altı) ədəd ümumi çəkisi 0,86 qram olan bitki hissələri tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Marixuananın ümumi çəkisi 9,95 qram, tədqiqata istifadə olundu- 0,06 qram(hər obyektdən 0,02 qram), qalıq 9,89 qram, b) bitkinin çəkisi- 6,9 qram, tədqiqata istifadə olundu 0,02 qram, qalıq 6,88 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 6038 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 6703 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan üç ədəd bağlamada qalıq çəkisi 9,89 qram marixuana, qalıq çəkisi 6,88 qram olan 01 ədəd çətənə bitkisi, iki ədəd ümumi çəkisi 0,09 qram bitki toxumları və 6 (altı) ədəd ümumi çəkisi 0,86 qram olan bitki hissələri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli qərarlarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik etməklə, onlara həmin maddə ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş nəbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci mədəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilməsi, şəxsi axtarış protokoluna əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1030 nömrəli ekspert rəyinin sübutun bir növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6038 nömrəli və xx.xx.2022-ci il tarixli 6703 nömrəli ekspert rəylərinin sübutun bir növü kimi qiymətləndirilməsi, ekspertiza tədqiqatından sonra qaytarılan üç ədəd bağlamada qalıq çəkisi 9,89 qram marixuana, qalıq çəkisi 6,88 qram olan 01 ədəd çətənə bitkisi, iki ədəd ümumi çəkisi 0,09 qram bitki toxumları və 6(altı) ədəd ümumi çəkisi 0,86 qram olan bitki hissələri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınması, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 4,2 qram, bir ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 0,4 qram və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 10,5 qram, bir ədəd bükümdə olan çətənə bitkisinin çubuqlarının çəkisinin 1,8 qram, Təqsirləndirilən şəxs1 məxsus dibçəkdən aşkar edilərək götürülmüş bir ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin çəkisinin 5,9 qram olması, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1030 nömrəli rəyində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 1,77 qram, bir ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 0,49 qram və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 7,69 qram olması, Təqsirləndirilən şəxs1 məxsus dibçəkdən aşkar edilərək götürülmüş bir ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin təmiz çəkisinin 6,90 qram olması, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş ümumi sayı 6(altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrinin ümumi çəkisinin 0,86 qram olması tərəzi fərqi kimi qiymətləndiriməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri onların hər birinin etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 2,26 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 7,69 qram təşkil etmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 7,69 qram çəkidə olan qurudulmuş marixuananın Təqsirləndirilən şəxs1 tərəfindən sonuncuya verilməsi müəyyən edildiyindən, qeyd olunan siyahıya əsasən, həmin miqdar hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir.” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nın 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Barlı kəndində qeydiyyatdadır. Onun anası-1973-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 234.1-ci il maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-92/2022 saylı qərarından görnür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 03:20-dən hesablanmışdır. “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nın 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur; Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-261/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Xaçmaz RİH MKTİ-nin MİS-dən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 40, mənzil 10-da qeydiyyatdadır. Onun anası-1970-ci il təvəllüdlü X4 və qardaşı-1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından göründyü kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CMnın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 06 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu hazırki ittihamla bağlı cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən ödənilməmiş və götürülməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61-ci maddəsinə əsasən onun vəziyyətini ağırlaşdıran haldır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,89 qram marixuana, 6,88 qram olan 01 ədəd çətənə bitkisi, iki ədəd ümumi çəkisi 0,09 qram bitki toxumları və 6 ədəd ümumi çəkisi 0,86 qram olan bitki hissələri məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 Elman oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,89 qram marixuana, 6,88 qram olan 01 ədəd çətənə bitkisi, iki ədəd ümumi çəkisi 0,09 qram bitki toxumları və 6 ədəd ümumi çəkisi 0,86 qram olan bitki hissələri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar