Məhkəmə qərarları › İş №1(027)-16/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-16/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-16/2024 25.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba şəhəri, SMU-30 yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edib üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbiri nəticəsində 22 iyun 2023-cü il tarixdə, saat 11:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4ayon Polis Şöbəsinə gətirilib həmin gün saat 12:57 dəqiqədən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı Minta 37 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz vəziyyətdə istifadə üçün yararlı Minta 37 modelli tapançaların komplekt hissəsi hesab edilən darağ və 02 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyah tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəldən silaha marağı olmuşdur. Bu səbəbdən bir dəfə qanunsuz olaraq silah əldə edib üzərində saxlayıb daşıdığına görə əvvəllər məhkum olunmuşdur. Təxminən 3-4 gün əvvəl o, yaşadığı Quba rayonunda yerləşən evinin yaxınlığındakı zibilliyin yanından keçərkən yerdən bir ədəd tapança tapmışdır. Tapançanın içində darağı və iki ədəd patronu olmuşdur. O, silaha marağı olduğu üçün silahı götürüb şalvarının arxa tərəfinə bərkidib üzərində saxlayıb gəzdirməyə başlamışdır. O, 22 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində ünvan 6 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyində olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra, polis əməkdaşları onun qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Quba Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Quba rayon polis şöbəsinə getmişdir. Polis şöbəsidə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üzərində odlu silah olmasını bildirib əynində olan qara rəngli şalvarının arxa sol tərəfində olan 01 ədəd tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Tapançanın içərisində 01 ədəd daraqda 02 ədəd güllə olması müəyyən edilmişdir. Daha sonra əynində olan həmin şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd qolbağını, 01 ədəd alışqanı, şalvarının sol yan cibindən isə 01 ədəd kağız parçasını və 02 manat pulunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanmışdır. İlkin olaraq təqdim etdiyi 01 ədəd tapançaya baxış keçirilmişdir. Həmin predmetin qara rəngli lüləsi, qəhvəyi rəngli tutacaq hissəsi olması müəyyən edilmişdir. Sandıqça isə boz rəngdə olmuşdur. Sandıqçanın içərisindən çıxarılmış 02 ədəd güllənin üzərində, eləcə də silahın üzərində hər hansı bir yazı və ya rəqəm simvolu olması aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd siqaret qutusuna, qolbağa, alışqana və 2 manat pul əsginasına baxış keçirilmişdir. Lakin hər hansı şübhəli hal aşkar edilməmişdir. Həmçinin üzərinə keçirilən şəxsi axtarış zamanı üstündən əlavə şübhəli əşya və ya predmet aşakr edilməmişdir. O, üzərindən aşkar olunan tapançanı təxminən 3-4 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən zibillik ərazidən tapmasını, bu silahın onda maraq yaratmasını və bunun üçün silahı üzərində saxlamasını, həmin silahdan istifadə etmədiyini, heç bir şəxsə onda belə bir silahın olması barədə məlumat vermədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 2 manat pul, siqaret qutusu, alışqan, kağız parçası və 01 ədəd qolbaq özünə geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd tapança, 02 ədəd güllə və sandıqça ilə birlikdə polis tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 22 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 11:20-də ünvan 6 ünvanın yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxs saxlanılaraq Quba rayon polis şöbəsinə qanunsuz olaraq odlu silah, döyüş sursatları saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Quba rayon polis şöbəsinin inzibati binasında xidməti iş otaqlardan birində siyahı əsasında özünün seçdiyi müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən , onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olmasını bildirib əynində olan qara rəngli şalvarının arxa sol tərəfində olan 01 ədəd tapançaya oxşar dəmir predmeti təqdim etmişdir. Daha sonra həmin dəmir predmet yoxlanılmış və içərisində 01 ədəd daraqda 02 ədəd güllə olması müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs əynində olan həmin şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd qolbağını, 01 ədəd alışqanı, şalvarının sol yan cibindən isə 01 ədəd kağız parçasını və 02 manat pulunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapançaya bənzər predmetə baxış keçirilmiş, həmin predmetin qara rəngli lüləsi, qəhvəyi rəngli tutacaq hissəsi olması müəyyən edilmişdir. Sandıqça isə boz rəngdə olmuşdur. Sandıqçanın içərisindən çıxarılmış 02 ədəd güllənin üzərində, eləcə də silaha bənzər predmetin üzərində hər hansı bir yazı və ya rəqəm simvolu olması aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusuna, qolbağa, alışqana və 2 manat pul əsginasına baxış keçirilmişdir. Lakin hər hansı şübhəli hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hazırda üzərindən aşkar olunan tapançaya bənzər predmeti təxminən 3-4 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən zibillik ərazidən tapmasını, bu predmetin onda maraq yaratmasını və bunun üçün onu üzərində saxlamasını, həmin predmetdən istifadə etmədiyini, heç bir şəxsə onda belə bir predmetin olması barədə məlumat vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 2 manat pul, siqaret qutusu, alışqan, kağız parçası və 01 ədəd qolbaq iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd tapançaya bənzər predmet, 02 ədəd güllə və sandıqça ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər şahidlərin ifadələrində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməballistik ekspertizasının 22 iyun 2023- cü il tarixli 23/480R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 213388 N-li silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 9 mm kalibrli Minta 37 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Minta 37 modelli tapançaların komplekt hissəsi-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 02 ədəd 9x18 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur.İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 16 mart 2024-cü il tarixli 751 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs QARİŞİQ TİPLİ ŞƏXSİYYƏT POZUNTUSU (F 61) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, inadkar, affektiv reaskiayalara meylli olması, əsəbi gərginlik zamanı özünə dəfələrlə xəsarət yetirməsi, hərbi xidmət dövründə psixi vəziyyətində və davranışında qeyd olunan dəyişikliklərlə əlaqədar hərbi hospitalda müayinə olunduqdan sonra “xəstəliklər cədvəlinin” 18b maddəsi ilə hərbi xidmətə yararsız hesab edilməsi, Sumqayıt Ruhi Əsəb Dispanserində, həmçinin 2 nömrəli X1 stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zamanı əhvali- ruhiyyəsinin qeyri-sabitliyi, emosional dayanıqsızlığı, ünsiyyət məsafəsi gözləməməsi, davranışının nümayişkarlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “qarışıq tip şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs ittiham olunan dövrdə anlaqlı vəziyyətdə olmuşdurmu və hal hazırda anlaqlıdırmı? Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “qarışıq tip şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Həmin şəxsdə anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edirmi? Həmin şəxs CMnin 22-ci maddəsinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs psixi pozuntu müəyyən edilsə də, həmin psixi pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də, Nərimanov Teymur Fərhad oğlunun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq ediməsi zərurəti vardırmı? Cavab: Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq ediməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilirmi və öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirə bilərmi? Cavab: Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirə bilər. Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və əlində olan çantaya baxışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd tapança, darağ və 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Minta 37” modelli tapança, 01 ədəd darağ, tədqiqatdan sonra 01 ədəd qalmış patron maddi sübut hesab edilməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 iyun 2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində saxlamaqla gəzdirməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Nəriman Teymurovun müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saat 11:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Quba Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd tapança, darağ və 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə yanaşı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-balistik ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər subutlarla tam subuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 iyun 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CMnin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-956/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 279.1 və 228.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın 2 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba şəhəri, SMU-30 yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzası təyin olunmalı, eyni zamanda barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “Minta 37” modelli tapança, 01 ədəd darağ, tədqiqatdan sonra 01 ədəd qalmış patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “Minta 37” modelli tapança, 01 ədəd daraq, tədqiqatdan sonra 01 ədəd qalmış patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar