Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-16/2025 21.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat təxminən 12 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən 6-cı məhəllədə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona “sağ təpədə, sağ qaşın bayır bucağında, sol gözün üst hissəsində iki yerdə sıyrıq, sol göz orbitasında qançır-hematoma sol qulaq seyvanında qançır, döş qəfəsinin yumşaq toxumalarının əziyi küt əşyanın (əşyaların), sol əlin İİİ barmağının orta falanqasının iç səthində kəsilmiş yara” kimi dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sonuncunun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində oğlu Xanlar ilə birlikdə idarə etdiyi Ford markalı, **-HJ-*** d.q.n-lı avtomobil ilə məhəllədə hərəkətdə olmuşdur. O, bu zaman Raminin piyada getdiyini görmüşdür. O, avtomaşını saxlayıb yerə düşmüş və Raminə yaxınlaşmışdır. Raminə salam vermiş və niyə övladını narahat etdiyini soruşmuşdur. Ramin onu nalayiq ifadə ilə təhqir etmiş və üzərinə gəlmişdir. O, diziylə Raminin xaya nahiyyəsindən vurmuşdur. Onlar tutaşıb dartışmağa başlamışdır. O, əliylə Raminin sifət və baş nahiyyəsindən vurmuşdur. Onlar yerə yıxılıb, yerdə dartışmağa başlamışdır. Oğlu Xanlar avtomaşından düşüb yanlarına gəlmiş və onları ayırmağa çalışmışdır. O, Raminlə yerdən qalxmış və ayrılmışdır. O, oğlu Xanlarla çıxıb evinə getmişdir.Mübahisə 3-4 dəqiqə davam etmişdir. Həmin vaxtı ətrafda kənar şəxs olmamışdır. Ramin sadəcə sifət nahiyyəsindən yumruqla vurmuşdur. Onlar yerdə tutaşıb dartışanda qollarını və baş nahiyyəsini kol-kos cızmışdır. Xanlar Ramini vurmamışdır. Mübahisə zamanı əlində bıçaq olmamışdır. O, bıçaqla Raminə xəsarət yetirməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində kənd ərazisində piyada hərəkətdə olmuşdur. Bu zaman Əziz idarə etdiyi Ford markalı avtomaşını yanında saxlayıb yerə düşmüşdür. Əziz ona yaxınlaşıb niyə övladı Xanları təhqir etdiyini bildirmişdir. O, Xanlarla oğlu Nurlanın mübahisə etdiyini demişdir. Bundan sonra Əziz üzərinə gələrək dizi ilə xaya nahiyyəsindən vurmuşdur. O, yerə çökmüşdür. O, Əzizlə tutaşıb dartışmağa başlamışdır. Bu zaman Əzizin oğlu Xanlar avtomaşından yerə düşüb arxa tərəfdən yumruqla baş nahiyyəsinə, qulaq nahiyyəsinə vurmağa başlamışdır. Əziz isə avtomaşından açılıb- bağlanan bıçaqı götürüb üzərinə gəlmişdir. O, bu zaman yerə yıxılmışdır. Əziz bıçaq zərbəsini ona tərəf atmışdır. O, sol əliylə bıçaqdan özünü müdafiə etmişdir. Bu zaman sol əlinin barmağından xəsarət almışdır. Daha sonra yerdən qalxıb evimə getmişdir. Baş vermiş hadisə 4-5 dəqiqə davam etmişdir. O, mübahisə zamanı sadəcə özünü müdafiə etmək üçün Əzizi əliylə itələmişdir. Onlar dartışan zaman iksidə kol-kos olan yerə sürüşüb yıxılmışdır. Həmin vaxtı ətrafda kənar şəxs olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 14 noyabr 2024-cü il tarixli 959 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ təpədə, sağ qaşın bayır bucağında, sol gözün üst hissəsində iki yerdə sıyrıq, sol göz orbitasında qançır-hematoma sol qulaq seyvanında qançır, döş qəfəsinin yumşaq toxumalarının əziyi küt əşyanın (əşyaların), sol əlin İİİ barmağının orta falanqasının iç səthində kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 14 noyabr 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının 20 noyabr 2024-cü il tarixli, 18-1-56/2-1433/2024 saylı məktubundan görünür ki Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs RMXnin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın X3 şəhər İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2024-cü il tarixli 1158 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İkinci Nügədində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-16/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-16/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver