Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-160/2022 19.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 Ağamirzə oğlunun və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1981-ci ildə Quba şəhərində anadan olan Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə xx xxxxx 1989-cu ildə Quba rayonu, Söhüb kəndində anadan olan Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək 13 mart 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən bağ sahəsinə qanunsuz daxil olub oradan hər biri 26 manat dəyərində 02 ədəd Rusiya istehsallı, 2 metr uzunluğunda 100 mm diametrli, divarının qalınlığı 7 mm olan dəmir boru və hər biri 12 manat dəyərində 08 ədəd Rusiya istehsallı, 2,5 metr uzunluğunda 50 mm diametrli, divarının qalınlığı 3 mm olan dəmir boru ümumilikdə Şaiq Alaxsovun 148 (yüz qırx səkkiz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək 13 mart 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən bağ sahəsinə qanunsuz daxil olub oradan hər biri 26 manat dəyərində 02 ədəd Rusiya istehsallı, 2 metr uzunluğunda 100 mm diametrli, divarının qalınlığı 7 mm olan dəmir boru və hər biri 12 manat dəyərində 08 ədəd Rusiya istehsallı, 2,5 metr uzunluğunda 50 mm diametrli, divarının qalınlığı 3 mm olan dəmir boru ümumilikdə Şaiq Alaxsovun 148 (yüz qırx səkkiz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 13 mart 2022-ci il tarixdə Şavalla birlikdə yoldan butulka yığan zaman gəzə-gəzə Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin yaxınlığına gəlmişlər. Şaval bağ sahəsinin içərisində dəmir boruları görüb həmin boruları oğurlamağı təklif eləmiş və o da Şavalla razılaşmışdır. Bundan sonra onlar bağ sahəsində yerləşən dəmir borulardan 10 ədədini götürüb oradan uzaqlaşmışalr. Oğurladıqları dəmir boruları Şavalın yol kənarında yerləşən evinin həyətinə qoymuşlar. Daha sonra Şavalla birlikdə həmkəndliləri Vaqifin işlədiyi təkər təmiri sexinin qarşısına getmişlər. Şaval, 03 ədəd dəmir boruları sexin qarşısındə yerə qoyub Vaqifi çağırmışdır. Vaqif çölə çıxdıqda Şaval həmin dəmir boruları metal yığımı məntəqəsinə vermək istədiyini və Vaqifin idarə etdiyi avtomobillə həmin boruları aparmaq istədiyini demişdir. Vaqif isə həmin boruların özünə məxsus VAZ 21014 markalı avtomobilin yük yerinə yerləşməyəcəyini demişdir. Bu zaman Şaval Vaqifə həmin boruları almağı təklif etmişdir. Əvvəlcə Vaqif həmin boruların oğurluq ola biləcəyinindən şübhələnib boruları onlardan almaq istəməsədə, sonradan onlar həmin boruların oğurluq olmamasına Vaqifi inandırıb borulardan 3 ədədini hər birini 10 manat olmaqla 30 manata Vaqifə satmışalr. Digər boruları isə Şavalın kimə və hansı qiymətə satması barədə məlumatı yoxdur. İfadəsinin sonunda əməlindən peşiman olmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 13 mart 2022-ci il tarixdə saat 16 radələrində Anarla birlikdə yoldan butulka yığan zaman gəzə-gəzə Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin yaxınlığına gəlmişlər. O, bağ sahəsinin içərisində dəmir boruları görüb həmin boruları oğurlamağı təklif eləmiş və Anarla razılaşmışlar. Bundan sonra onlar bağ sahəsində yerləşən dəmir borulardan 10 ədədini götürüb oradan uzaqlaşmışlar. Oğurladıqları dəmir boruları onun yol kənarında yerləşən evinin həyətinə qoymuşlar. Daha sonra Anarla birlikdə həmkəndliləri Vaqifin işlədiyi təkər təmiri sexinin qarşısına getmişlər. O, 03 ədəd dəmir boruları 10 manata həmkəndliləri Şahid1 satmışdır. Bundan sonra isə oğruladıqları borulardan iki ədədini digər həmkəndliləri Fərhada 12 manata satmışdır. Həmin 05 ədəd borunu satdıqdan sonra həmin pula spirtli içki alıb qəbul etdikdən sonra sərxoş olduğundan digər boruları kimə satdığını xatırlamır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını bildirib yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonu Timiryazev qəsəbəsində yaşadığı evin yaxınlığında ona məxsus 0,34 ha bağ sahəsi vardır. Həmin bağ sahəsini bir il bundan əvvəl həmkəndlisindən almışdır. Həmin Bağ sahəsini aldıqdan sonra bağ sahəsinin kənarlarını hasarlamaq məqsədilə o, 15 ədəd Rusiya istehsallı dəmir materiallı borular almışdır. Həmin borulardan 12 ədədi Rusiya istehsallı, 2,5 metrlik, 50 mm diametrli və 03 ədəd Rusiya istehsallı 2 metrlik 100 mm diametrli dəmir borulardır. Həmin borulardan 50 mm diamterli boruların divar qalınlığı 3 mm, 100 mm diamterli boruların isə divar qalınlığı 7mm-dir. Həmin boruları o, az işlənmiş vəziyyətdə alıb həmin bağ sahəsinin kənarına yığmışdır. O, hər gün bağ sahəsinə gedən zaman həmin boruların da yerində olubolmamasını yoxlamışdır. Sonuncu dəfə 13 mart 2022-ci il tarixdə səhər saatlarında bağ sahəsinə gedib nəzarət edən zaman həmin boruların da bağ sahəsində olduğunu görmüşdür. Daha sonra 14 mart 2022-ci il saat 13 radələrində yenidən bağ sahəsinə gələn zaman ona məxsus 15 ədəd borulardan 10 ədədinin oğurlandığını aşkar eləmişdir. O, dərhal yaxın əraziləri gəzərək maraqlansa da onun bağ sahəsindən oğurluq edən şəxsləri aşkar edə bilməmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 ximdətinə məlumat vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, bağ sahəsindən boruları oğurlayan şəxslər onun həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. İfadəsinin sonunda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və qanunla müəyyən olunmuş cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində yol kənarında təkər təmiri sexində işləyir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu Timiryazev qəsəbəsindən tanıyır. 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs2 işlədiyi sexin qarşısına gəlib əlindəki 03 ədəd dəmir boruları sexin qarşısındə yerə qoyub onu çağırmışdır. O, çölə çıxdıqda Şaval həmin dəmir boruları metal yığımı məntəqəsinə vermək istədiyini və onun idarə etdiyi avtomobillə həmin boruları aparmaq istədiyini demişdir. O, isə həmin boruların özünə məxsus VAZ 21014 markalı avtomobilin yük yerinə yerləşməyəcəyini demişdir. Bu zaman Şaval həmin boruları ona satmaq istədiyini demişdir. O, həmin boruların oğurluq ola biləcəyini deyib almaq istəməmişdir. Şaval isə həmin vaxt ona boruların oğurluq olmadığını, həmin boruları işlədiyi yerdən zəhmət haqqı kimi aldığını demişdir. Bundan sonra o, Şavalın sözünə inanmış və razılaşdıqdan sonra həmin boruları 10 manata Şavaldan almışdır. Həmin boruları Şavaldan aldıqdan sonra boruları yaşadığı evin həyətinə qoymuşdur. Bu hadisədən bir neçə müddət keçdikdən sonra boruların Zərərçəkmiş şəxs oğurlandığını bilib həmin boruları Şaiqə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində metal qırıntısı, şüşə və plasmas yığıb satmaqla məşğul olur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı Quba rayonu Timiryazev qəsəbəsindən tanıyır. 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə yaşadığı evin qarşısına gələrək dəmir borularını olduğunu və satmaq istədiylərini demişlər. O, həmin boruların oğurluq ola biləcəyini deyib almaq istəməmişdir. Şaval isə həmin vaxt ona boruların oğurluq olmadığını, həmin boruları işlədiyi yerdən zəhmət haqqı kimi aldığını demişdir. Bundan sonra o, Şavalın sözünə inanmış və razılaşdıqdan sonra iki ədəd borunu 12 manata Şavaldan almışdır. Sonradan isə Anar və Şavalın ona satdıqları dəmir boruların oğurluq olduğunu öyrənmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 iyun 2022ci il tarixli 9/3281 saylı rəyindən görünür ki, 01 ədəd 2021-ci ildə alınmış Rusiya istehsallı, 2,5 metrlik 50 mm diametrli, divarının qalınlığı 3 mm olan dəmir metal borunun qiyməti 12,0 manat, 01 ədəd 2021-ci ildə alınmış, Rusiya istehsallı, 2 metrlik 100 mm diamterli, divarının qalınlığı 7 mm olan dəmir metal borunun qiyməti 26 manatdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abdul oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlllərini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-nin 177.2.1–ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayonu, Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Quba rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına, Quba rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzasına məhkum edilmiş və 18 aprel 2020-ci il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Quba rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ilə 18 oktyabr 2016-cı il tarixli hökm ilə təyin edilmiş 3500 manat cərimə cəzası 01 il 06 ay müddətə islah işləri cəzası ilə əvəz olunmuş, 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan Quba rayonu, Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların tutduqları əməldən səmimi peşman olmalarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materizallarına olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qabil oğlu və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşması növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağamirzə oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 03 ədəd dəmir borunun maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonu, Timiryazev qəsəbəsi ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. 2).Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 4 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 manat məbləğində olan ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada xərci tutulub dövlət nəfinə keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağamirzə oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına ((H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan 03 ədəd dəmir borunun maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-160/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-160/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver