Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-161/2025 24.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Quba rayonu, İsnovqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir uşaq olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla Quba rayonu, İdrisqışlaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 18 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Quba rayonu, İdrisqışlaq kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ev işlərini görmədiyini əsas gətirərək əvvəlcə yumruq zərbəsi ilə bir dəfə sağ çiyninin arxa tərəfinə, sonra bir neçə dəfə hər iki qoluna vuraraq, sonra isə həyətdə təpik zərbəsi ilə bir dəfə sol buduna və bir dəfə sol topuğuna, əl zərbələri ilə bir neçə dəfə bədəninin müxtəlif yerlərinə vuraraq, daha sonra isə yerdən götürüb atdığı daşla sol bud nahiyyəsinə vuraraq, Zərərçəkmiş şəxs sağ çiynində arxada, sağ və sol bazuda, sol budun orta 1/3-nin iç səthində qançırlar, sol bayır topuqda yumşaq toxumanın əziyi və qançırından ibarət xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci il tarixdə, saat 20 radələrində o, işdən evə gələrək yataq otağında bükülmüş vəziyyətdə olan xalçanı görüb həyat yoldaşı Lətifəyə irad bildirmiş, Lətifə ona acıqlı cavab verdiyi üçün sonuncunun qollarından sıxaraq silkələmişdir. Lətifə onu söymüş və uşağı da götürüb evdən qaçmışdır. O Lətifəni sakitləşdirmək üçün arxasınca həyətə düşmüş, lakin Lətifə həyətdə onu söymüş və o, yerdən daş götürüb Lətifənin bud nahiyyəsindən vurmuşdur. Lətifənin evə gəlmədiyini və uşağın da qorxduğunu görüb evə daxil olmuşdur. Lətifə isə uşağı da götürüb kənddə yaşayan xalası oğlu Cəfərgilə getmişdir. Lətifə gecə Cəfərgildə qalaraq növbəti gün əvvəlcə xəstəxanaya müraciət etmiş, sonra isə polisə gedərək ondan şikayət etmişdir. Hadisə vaxtı Lətifənin qollarına və bədəninə yumruqla vurmamışdır. O, evdə Lətifənin qollarından sıxaraq silkələmiş, həyətdə isə yerdən götürüb atdığı daşla bud nahiyyəsinə vurmuş, sonra Lətifə həyətdə uzanarkən ayaqlarından tutub dartmışdır. Hadisədən iki gün əvvəl də aralarında söz-söhbət olarkən Lətifə birmərtəbəli evlərinin pəncərəsindən həyətə tullananda ayağı burxulan zaman xəsarət almışdır. Həmçinin hadisədən iki gün əvvəl Lətifə evin dəhlizində əlinə benzin alıb özünü yandıracağını deyərək onu qorxutmuş, o da Lətifənin qollarını sıxaraq hərəkətlərinin qarşısını almışdır. Hadisə 18 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Quba rayonu, İdrisqışlaq kəndində yerləşən yaşadıqları evin içində başlayaraq həyətlərində başa çatmış və təxminən 7-8 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt orada kənar şəxslər olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs X3 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Quba rayonu, İdrisqışlaq kəndində yerləşən yaşadıqları evdə guya onun ev işlərini görmədiyini əsas gətirərək əvvəlcə yumruq zərbəsi ilə bir dəfə sağ çiyninin arxa tərəfinə, sonra isə bir neçə dəfə hər iki qoluna vurmuş, o, Zamirin əlindən həyətə qaçarkən arxasınca gəlib həyətdə onu tutaraq əvvəlcə təpik zərbəsi ilə bir dəfə sol buduna və bir dəfə isə sol topuğuna vuraraq, daha sonra isə əl zərbələri ilə bir neçə dəfə bədəninin müxtəlif yerlərinə vuraraq, sonra yerdən götürüb atdığı daşla sol bud nahiyyəsinə vurararaq ona xəsarət yetirmişdir. Hadisə yaşadıqları evin içində başlayaraq həyətlərində başa çatmış və təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt orada kənar şəxslər olmamışdır. Hazırda o, təqsirləndirilən şəxs X3 ilə barışmışdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, təqsirləndirilən şəxs X3 ilə barışdığını, sonuncu barəsində şikayətinin olmadığını bildirərək, X3 barəsində olan işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci il tarixdə, saat 20:30 radələrində xalası qızı Lətifə qızı Mədinə ilə birlikdə onun yaşadığı evə gəlmiş və ağlayaraq Zamir tərəfindən döyüldüyünü və Zamirdən qorxduğu üçün qaçıb onlara gəlidiyini bildirmişdir. Lətifə gecəni onların evində qalmış, növbəti gün müayinə olunmaq üçün Quba Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Əri tərəfindən döyülməyi barədə xəstəxanadan polisə məlumat verildiyi üçün Lətifə müayinə olunandan sonra Quba rayon Polis şöbəsinə çağırılmış, sonra yenidən qayıdıb onların yaşadığı evə gəlmişdir. Bundan sonra Lətifə qonşu kənddə yaşayan digər xalası oğlu Asifgilə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Lətifə təxminən iki həftə Asifgildə qalmış, lakin bu müddət ərzində əri gəlib onu götürmədiyi üçün uşağı ilə birlikdə oradan çıxıb Bakı şəhərində yerləşən öz ata evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci il tarixdə, saat 21 radələrində onların kəndinə qonşu olan Quba rayonu, İdrisqışlaq kəndində yaşayan xalası oğlu Cəfər onlara zəng edərək Lətifənin əri Zamir tərəfindən döyülərək Zamirdən qorxduğu üçün 5 yaşlı qızı Mədinə ilə birlikdə qaçıb onlara gəldiyini və gecəni onların evində qalacağını bildirmişdir. Onda olan məlumata görə Lətifə həmin gecəni Cəfərgilin evində qalmış, növbəti gün müayinə olunmaq üçün Quba Rayon Mərkəzi Xəstəxanasına getmiş, əri tərəfindən döyülməyi barədə xəstəxanadan polisə məlumat verildiyi üçün Lətifə müayinə olunandan sonra Quba rayon Polis şöbəsinə çağırılmış, polisdə ərizə və izahat yazandan sonra Cəfərgılə qayıdmışdır. 19 avqust 2025ci il tarixdə axşam saatlarında onlara gəlmişdir. Lətifə təxminən iki həftə onların evində qalmış, lakin bu müddət ərzində əri gəlib onu götürmədiyi üçün uşağı ilə birlikdə Bakı şəhərində yerləşən öz ata evinə getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5, Şahid2, Şahid4 İzəddin qızı məhkəmə iclasında iştirak etməmişlər. Şahid5 məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 ibtidai istintaqdakı ifadəsi məhkəmədə elan olunan zaman məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 11, mənzil 41-də arvadı, qızı, oğlu, gəlini və iki nəvəsi ilə birlikdə yaşayır. Ailəli qızı Lətifə əri Zamir tərəfindən döyüldüyü üçün öz azayaşlı övladı Mədinə ilə birlikdə 2025-ci ilin sentyabr ayının əvvəllərindən hal-hazıra kimi ata evində, yəni onlarla birlikdə qalır. Lətifə və Zamir 2019-cu ildə evlənmişlər. 2020-ci ildə Mədinə anadan olandan sonra münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zamir guya Lətifənin yemək gec hazırladığını, ev işləri görmədiyini, çox vaxt evdə tapılmadığını və digər əsassız bəhanələri gətirərək Lətifə ilə mübahisə etmiş, hətta Lətifəyə əl də qaldırmışdır. Lətifə ailəsinin dağılmaması üçün Zamiri həmişə yola verərək şikayət etməmişdir. O, arvadı ilə birlikdə bir valideyn kimi çox vaxt qızıgilə gedərək onları barışdırsalar da, Zamir sonradan yenə də öz hərəkətlərinə davam etmişdir. 19 avqust 2025-ci il tarixdə, axşamüstü saatlarında qızı Lətifə ona zəng edərək, əri Zamir tərəfindən bir gün əvvəl, yəni 18 avqust 2025-ci ıl tarixdə, saat 20 radələrində yaşadıqları evdə döyüldüyünü, döyüləndən sonra övladı Mədinəni də götürüb xalası oğlu Cəfərgilə gedərək gecəni orada qaldığını, növbəti gün xəstəxanaya müraciət edərək müayinə olunduğunu, xəstəxanadan polisə gedərək şikayət etdiyini, polisdən çıxaraq Cəfərgilə qayıdıb gəlib əşyalarını götürdükdən sonra digər xalası oğlu Asifgilə getdiyini, onunla Asifgildən telefon əlaqəsi saxladığını bildirmişdir. Lətifə təxminən iki həftə Asifgildə qalmışdır ki, bəlkə Zamir öz səhvini başa düşüb onu gəlib götürər. Lakin bu müddət ərzində Zamir gəlib üzr istəyərək Lətifəni ər evinə qaytarmaq əvəzinə yenə də əvvəlki kimi əsassız şəkildə ittiham etdiyi üçün Lətifə məcbur olaraq oradan çıxıb Bakı şəhərində yerləşən öz ata evinə, yəni onların yanlarına gəlmiş və hal-hazıra kimi azyaşlı qızı Mədinə ilə birlikdə onlarla qalır. Şahid2 ibtidai istintaqdakı ifadəsi məhkəmədə elan olunan zaman məlum olmuşdur ki, 18 avqust 2025-ci il tarixdə, saat 20:30 radələrində Lətifə 5 yaşlı qızı Mədinə ilə birlikdə ağlaya-ağlaya onlara gələrək, təxminən 15-20 dəqiqə əvvəl əri Zamir tərəfindən döyüldüyünü və Zamirdən qorxduğu üçün qaçıb onlara gəlidiyini bildirmişdir. Lətifə gecəni onların evində qalmağı xahiş etmiş, o və həyat yoldaşı Lətifənin üz-gözündən döyüldüyünü görərək yazığı gəldiyi üçün gecə onların evində qalmasına etiraz etməmişlər. Lətifə həmin gecəni onların evində qalaraq, növbəti gün müayinə olunmaq üçün Quba Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Əri tərəfindən döyülməyi barədə xəstəxana polisə məlumat verdiyi üçün Lətifə müayinə olandan sonra Quba rayon Polis Şöbəsinə çağırılmış, polisdə ərizə və izahat yazandan sonra onlara qayıdıb gəlmişdir. Lətifə onların evə yaxın məsafədə yaşayan Zamirin hər an gələ biləcəyindən qorxduğu üçün onların evindən öz əşyalarını götürmüş və qonşu kənddə, yəni Quba rayonu, İsnovqışlaq kəndində yaşayan digər xalası oğlu, eyni zamanda ərinin də xalası oğlu Asifgilə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Lətifə təxminən iki həftə Asifgildə qalmış, lakin bu müddət ərzində əri gəlib onu götürmədiyi üçün uşağı ilə birlikdə oradan çıxıb Bakı şəhərində yerləşən öz ata evinə getmiş və hal-hazıra kimi ata evində qalır. O Lətifənin əri Zamir tərəfindən döyülməsini görməmişdir. Bu barədə Lətifənin özündən və xatırlamadığı kənd camaatından eşitmişdir. Şahid4 İzəddin qızının ibtidai istintaqdakı ifadəsi məhkəmədə elan olunan zaman məlum olmuşdur ki, 18 avqust 2025-ci il tarixdə, saat 21 radələrində Quba rayonu, İdrisqışlaq kəndində yaşayan xalası oğlu Cəfər onlara zəng edərək Lətifənin əri Zamir tərəfindən döyülərək Zamirdən qorxduğu üçün 5 yaşlı qızı Mədinə ilə birlikdə qaçıb yarım saat əvvəl onlara gəlmiş və gecəni onların evində qalacağını bildirmişdir. Lətifə həmin gecəni Cəfərgilin evində qalaraq, növbəti gün müayinə olunmaq üçün Quba Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Əri tərəfindən döyülməyi barədə xəstəxana polisə məlumat verdiyi üçün Lətifə müayinə olunandan sonra Quba rayon Polis Şöbəsinə çağırılmış, polisdə ərizə və izahat yazandan sonra Cəfərgilə qayıdıb getmişdir. Lətifə Cəfərgilin evinə yaxın məsafədə yaşayan Zamirin hər an gələ biləcəyindən qorxduğu üçün onların evindən öz əşyalarını götürmüş və həmin günü, yəni 19 avqust 2025-ci il tarixdə, axşamüstü saatlarında onlara gəlmişdir. Lətifə təxminən iki həftə onların evində qalmış, lakin bu müddət ərzində əri gəlib onu götürmədiyi üçün uşağı ilə birlikdə Bakı şəhərində yerləşən öz ata evinə getmiş və hal-hazıra kimi ata evində qalır. O Lətifənin əri Zamir tərəfindən döyülməsini görməmişdir. Bu barədə Lətifənin özündən və xatırlamadığı kənd camaatından eşitmişdir. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X3 barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir; Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 19 avqust 2025-ci il tarixli 557 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “sağ çiynində arxada, sağ və sol bazuda, sol budun orta 1/3-nin iç səthində qançırlar, sol bayır topuqda yumşaq toxumanın əziyi və qançırı” küt əşyanın təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda qeyd olunan vaxta, yəni 18 avqust 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Quba RİHB-nın İdrisqışlaq İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, X1 rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla Quba rayonu, İdrisqışlaq kəndində yaşayır. X3 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X3 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs X2 əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, X2 əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X2 zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, X3 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, X3 cinayət məsuliyyətindən azad edilsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-161/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-161/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver