Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-163/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X3 iştirakı ilə, xx xxxx 1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 13 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarindan artıq miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,266 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək, onu Quba şəhəri Vaqif küçəsində yerləşən “Orlan” çay evinə daşıyaraq üzərində saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 21 radələrində isə həmin küçədə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən həmin çay evində Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində şəxs axtarış aparılan zaman sonuncunun 01 ədəd yiv hissəsi çıxarılmış elektrik şüşə lampasının içərisinə yerləşdirdiyi, təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində dostunun toy şənliyinə getmişdir. Toyun keçirildiyi şadlıq sarayının yaxınlığında olarkən yerdən bir ədəd siqaret qutusu aşkar edib götürmüşdür. Qutuya baxanda kağıza bükülmüş formada ağ rəngli, kristalşəkilli kütləni aşkar edib onun psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Bundan sonra o, iki gün ərzində həmin bükümdəki kütləni özünün istifadə etməsi üçün üzərində daşıyıb saxlamışdır. 11 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində çay içmək üçün Quba şəhəri Vaqif küçəsinin aşağı hissəsində yerləşən “Orlan” adlı çay evinə getmişdir. Çay evinə gedərkən tapdığı kağız bükümdəki metamfetamin kütləsini, eləcə də ondan istifadə etmək məqsədilə yiv hissəsini çıxartdığı bir ədəd elektirk şüşə lampasını üstündə gütürmüşdür. Çay evində olduğu zaman oraya yaxın tanışları olan Quba şəhər sakinləri Şahid4, Şahid3, X9 və Şahid2 da gəlmişlər. Onlarla çayxanada ayrıca otaqda oturub çay və kola sifariş etmişlər. Bir qədər sonra o, metamfetamini istifadə etmək məqsədi ilə çıxarıb lampa ilə birlikdə masanın üstünə qoymuşdur. Həmin vaxt onlar olan otağa polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanması və istifadə etməsi ilə bağlı şübhəli olduğunu deyib üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bu zaman ona hüquqlarını müdafiə etməsi üçün bir nəfər vəkil təqdim edib üzərindəki şəxsi axtarışın video kamera ilə qeydə alınacağını da izah etmişlər. Üzərində şəxsi axtarış apararkən polis əməkdaşları onun qarşısında, stolun üzərinə qoyduğu elektrik şüşə lampasında nə olduğunu soruşmuşlar. O həmin lampanın içərisində metamfetamin olduğunu, onun özünə məxsus olduğunu və onu çəkmək üçün hazırladığını bildirmişdir. Daha sonra, həmin lampanın içində olan kütlə onun iştirakı ilə elektron tərəzidə çəkildikdə içəsirindəki kütlənin ümumi çəkisinin 0,5 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra, həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır.. Bundan başqa həmin vaxtı kütlənin olduğu elektrik lampası da aynca kağız zərfdə qablaşdırılmışdır. O hər iki zərfin üzərinə imza etmişdir. Eyni zamanda tərtib olunmuş şəxsi axtarış protokolunda yazılanlarla da tanış olub onu imzalamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək yeni əməliyyatdan çıxdığını, atasının xəstə olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hal-hazırda Quba RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 11 iyul 2021-ci il tarixdə Quba RPŞ-nin polis nəfərləri Şahid10 və Şahid9lə birlikdə Quba şəhəri, Vaqif küçəsində yerləşən “Orlan” çay evində olan bir otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş, oraya daxil olduqlarında Təqsirləndirilən şəxs yanında daha 04 nəfər şəxs olmuşdur. Sonradan həmin şəxslərin şəxsiyyəti yoxlanıldıqda onların Quba rayon sakinləri Şahid2, X6, X10 və Şahid3 oİduğu müəyyən edilmişdir. Onlar onların oturduğu otağa daxil olduqda həmin şəxslərdən otaqdan çıxmamalarını tələb etmişlər. Orada Əlinin oturduğu tərəfdən stolun üzərində, onun qarşısında 01 ədəd elektrik şüşə lampası olmuşdur. Onun yiv hissəsi olmamışdır. İçinə metamfetaminə oxşar kütlə qoyulmuşdu. Əli həmin lampanın içərisində özünə məxsus metamfetamin kütləsi olduğunu qeyd etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Əli lampanın dəmir hissəsi çıxarıb əvəzinə kağızdan “trupka” salmışdı. Orada həmin lampanın ağız hissəsində olan kağızı çıxarıb onun içində olan kütləni kağızın üzərinə tökərək onu elektron tərəzidə çəkmişlər. Sonra həmin kütlə və elektrik lampası iki ayrı kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Bu barədə Əlidən birdə soruşulduqda o elektrik lampasının içində olan kütlənin metamfetamin olduğunu və onu iki gün bundan əvvəl Bakı şəhərində tanışlarının toyunda iştirak etdiyi vaxt şadlıq sarayının yaxınlığında yerdən tapdığını bildirmişdir. Orada olan digər şəxslər Şahid2, X6, X10 və Şahid3 Əlini tanıdıqlarını və onun narkotik vasitə istifadə etməsindən məlumatlarının olmadığını bildirmişlər. Şəxsi axtarış video çəkilişlə aparılaraq protokol tərtib olunaraq axtarış prosesində iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. O, da protokola imzasını atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2021-ci il tarixli 6/2786 №-li rəyində göstərimişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 02 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd bükümdə təmiz çəkisi 0,266 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -- metamfetamindir. Digər zərfdə qablaşdırılmış 01 ədəd yiv hissəsi kəsilmiş elektrik lampasının daxilində isə metamfetamin izləri müəyyən edilmişdir. Lakin həmin predmetdə metamfetamin az miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Metamfetamin təmiz çəkisi 0,266 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,05 qram, qalıq isə 0,216 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2021ci il tarixli 3615 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin hal-hazırda onun müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəlyindən əzab çəkmir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 11 iyul 2021-ci il tarixdə Quba şəhəri Vaqif küçəsində yerləşən “Orlan” çay evində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona məxsus olan 01 ədəd yiv hissəsi kəsilmiş halda olan elektrik şüşə lampasının içərisindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli 1992 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Səkinəxanım küçəsi ev 10-da yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və aylıq 130 manat əlilliyə görə müavinət alır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27.05.2011-ci il təvəllüdlü X5, 11.06.2014-cü il təvəllüdlü X15 13.11.2017-ci il təvəllüdlü X12 adlı azyaşlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba RMX-nın X14 24.11.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.11.2021-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Quba RMX”-sı publik hüquqi şəxsində həkim cərrahın müayinəsində olmuş və bitişmiş mənşəli kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə cərrahi əməliyyata məruz qalmışdır. 18.11.2021-ci il tarixdən ambulator müalicəyə buraxılmışdır. İş materiallarında olan “Quba Nəqliyyat” ATSC-nin 25.10.2021-ci il tarixli arayışından görünür ki, X4 Nəqliyyat ATSC-də işləyir və onun aylıq əmək haqqı 250 manatdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasın, İİ qrup əlil olmasını və xəstə olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 13.07.2021-ci il taroxdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 11.07.2021-ci il tarixdən 13.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,216 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd yiv hissəsi kəsilmiş halda olan elektrik şüşə lampası hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun 11.07.2021-cı il tarixdən 13.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 04 (dörd) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,216 qram psixotrop maddə metamfetamin və 01 ədəd yiv hissəsi kəsilmiş halda olan elektrik şüşə lampası hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-163/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-163/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver