Məhkəmə qərarları › İş №1(027)-163/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-163/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-163/2022 13.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkən şəxs: Zərərçəkmiş şəxs Azibek qızınıın, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Ə.Nərimanov küçəsi, dalan 1, ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Quba şəhəri, H.Əliyev prospektində, Köhnə bazar ərazisində yerləşən Zərərçəkmiş şəxs Azibek qızının icarə əsasında işlətdiyi “Sevinc” kafesinə müştəri qismində gedərək masalardan birinin arxasında əyləşib özü ilə apardığı balaca şüşə butulkadakı spirtli içki olan arağı içib qurtardıqdan sonra, alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs sifariş edərək araq istəmiş, sonuncu kafedə araq olmadığını bildirdikdə o, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə oturduğu masanı təpiklə vuraraq yerə aşırmış, kafedə müştəri qismində əyləşmiş kənar şəxslərin olmasına əhəmiyyət vermədən öz qərəzli hərəkətlərini davam etdirib daha da azğınlaşaraq özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həyata keçirərək kafenin giriş qapısına təpik zərbələri vurmaqla və qapının dəstəyindən əli ilə tutub çırpmaqla qapının üzərindəki şüşəni sındıraraq Zərərçəkmiş şəxs 50 (əlli) manat məbləğində maddi ziyan vurmuş, kafenin yerinə tökülən şüşə qırıntılarından götürüb şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə Zərərçəkmiş şəxs üstünə gedərək hücum çəkmiş, Zərərçəkmiş şəxs onun hərəkətlərindən qorxub kafedən çıxarkən arxasınca gedərək kafenin qarşısında öz qərəzli hərəkətlərini davam etdirmiş və yalnız həmin vaxt səs-küy’ ərazi üzrə xidmətdə olan Quba RPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşlarının gəlişini görəndən sonra öz hərəkətlərini dayandırmış, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ətrafdakı şəxslərin rahatlığının və sözügedən kafenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Quba şəhəri, Ə.Nərimanov küçəsi, dalan 1, ev 24-də yaşayır. 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Quba şəhəri. Köhnə bazar ərazisində yerləşən “Sevinc” kafesinə müştəri kimi gedərək masalardan birinin arxasında əyləşmişdir. O, həmin kafeyə əvvəllər müştəri kimi bir neçə dəfə getdiyi üçün kafeni işlədən Nasidə adlı qadını ötəri tanıyır. Həmin vaxt o, kafedə ondan əlavə 4-5 nəfər tanımadığı müştəridə olmuşdur. Kafedə iki rumka araq sifariş edərək içdikdən sonra, üçüncü rumkanı sifariş etdikdə, Nasidə ona araq olmadığını, kafeni tərk etməyi bildirmişdir. O, başa düşmüşdür ki, Nasidə kafedə araq ola-ola ona vermir. Sərxoş olduğu üçün Nasidəni nalayiq ifadələr işlətməklə söyərək kafenin giriş qapısını əli ilə itələyib çırpmışdır. Zərbənin təsirindən qapının üzərindəki şüşə sınaraq yerə tökülmüşdür. Sonra o, kafenin qarşısına çıxaraq Nasidəni nalayiq ifadələr işlətməklə söyməkdə davam etmişdir. Hadisəni görən tanımadığı şəxslər kənardan dayanıb ona baxmışlar. Səs-küyünə ərazi üzrə xidmətdə olan iki nəfər polis əməkdaşı gəlmişdir. Q, polis əməkdaşlarını görərək öz hərəkətlərini dayandırmışdır. Polis əməkdaşları müvafiq araşdırma aparılması məqsədilə onu və Nasidəni dəvət edərək Quba RPŞ-yə aparmışlar. Nasidə Quba RPŞ-də ərizə yazaraq onun barəsində şikayət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Azibek qızı göstərmişdir ki o, Qusar rayonu. Aşağı Ləgər kəndində qeydiyyatda olsa da, Quba şəhəri, 32/33-cü məhəllədə kirayədə yaşayır. 2 ildir ki, Quba şəhəri. Köhnə bazar ərazisində yerləşən “Sevinc” kafesini icarə əsasında işlədir. Kafe qış aylarında hər gün saat 07:30-dan 17:00-dək fəaliyyət göstərir. 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində işdə olduğu vaxt Quba şəhər sakini Elçin adlı şəxs müştəri kimi işlətdiyi kafeyə gələrək masalardan birinin arxasında əyləşmişdir. Həmin vaxt kaffedə 3-4 nəfər tanımadığı müştəridə olmuşdur. Elçin özü ilə gətirdiyi bir butulka arağı işdikdən sonra, ondan araq istədikdə bildirmişdir ki, kafedə araq yoxdur. Həmin vaxt Elçin onun ünvanına nalayiq ifadələr işlədərək oturduğu masanı təpiklə vuraraq yerə aşırmışdır. Bundan sonra o, aqressiv hərəkətlərini davam etdirərək kafenin giriş qapısına təpik zərbələri vuraraq qapının üzərindəki şüşəni sındırmışdır. Sonra o, yerə tökülən şüşə qırıntısını götürərək onun üstünə hücüm etmişdir. O, Elçinin onun üstünə hücum çəkməsindən qorxaraq kafedən bayıra qaçmışdır. Elçin onu söyə-söyə arxasınca gələrək kafedən bayıra çıxmışdır. Q, kafenin qarşısına qaçıb çıxdıqdan sonra, səsküyünə ərazi üzrə xidmətdə olan iki nəfər polis əməkdaşı gəlib Elçini sakitləşdirmişlər. Polis əməkdaşları müvafiq araşdırma aparılması məqsədilə onu və Elçini Quba RPŞ-nə aparmışlar. O, Elçinin etdiyi hərəkətlər barədə Quba RPŞ-də ərizə yazmışdır. Sonra təhqiqatçı tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o. Elçinin sındırdığı şüşəni göstərmişdir. Daha sonra o, kafenin qapısının üzərindəki 1x1,5 metr ölçüdə, Rusiya istehsalı olan Elçinin sındırdığı həmin şüşədən sifariş edərək usta gətirib quraşdırmaqla şüşəni yenisi ilə əvəz etmişdir. Yeni şüşənin alınmasını və usta tərəfindən quraşdırma xərclərini birlikdə nəzərə alaraq Elçin ona hadisə nəticəsində 50 (əlli) manat maddi ziyan vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Azibek qızı Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin PPXBnin polis nəfəri işləməklə polis serjantı rütbəsindədir. 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Quba şəhərində 3 nömrəli avto-patrul marşurutu üzrə işlədiyi bölmənin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi "Fiat Doblo" markalı xidməti avtomobillə xidmət apararaq Quba şəhəri, H.Əliyev prospektində yerləşən Köhnə bazar ərazisinə daxil olarkən həmin ərazidə olan “Sevinc” kafesinin qarşısında bir nəfər kişinin ucadan nalayiq ifadələr işlətməklə bir nəfər qadını söyməsini və ətrafdakı insanların kənardan dayanıb həmin şəxsin hərəkətlərinə baxdığını müşahidə etmişlər. Qnlar “Sevinc” kafesinə yaxınlaşanda həmin şəxs onları görərək öz hərəkətlərini dayandırmışdır. Kafenin giriş qapısının üzərindəki şüşənin sındığını və şüşə qırıntılarının kafenin yerinə töküldüyünü görmüşlər. Kafenin qapısının şüşəsinin söyüş söyən həmin şəxs tərəfindən sındırılması onlara məlum olmuşdur. Bu şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs, söydüyü qadının isə “Sevinc” kafesini icarə əsasında işlədən Zərərçəkmiş şəxs Azibek qızı olması müəyyən edilmişdir. Onlar müvafiq araşdırma aparılması məqsədi ilə Elçin Əsgərovu və X7 RPŞ-nə aparmışlar. İş üsrə şahid qismində dindirilmiş X5 və Şahid3 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba Rayonu İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Azibek qızının məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun şikayət və tələbi yoxdur. İşdə olan Quba rayon X2 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Rusiya istehsalı olan, 1x 1,5 metr ölçüdə olan qapı şüşəsinin yenisinin alınması və həmin şüşənin usta tərəfindən qapının üzərinə quraşdırılması xərcləri, cəmi 50 manat təşkil edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər subutlarla tam subuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının üçüncü bəndinin ikinci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X1 barəsində 23 avqust 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seıilmişdir. Məhkəmə hesab edir ki, X3 islah işləri cəzası təyin ediləcəyindən onu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPМ-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli, Təqsirləndirilən şəxs, qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar